Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Yubu
Yubu adası (yap. 由布島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. Adanın sahəsi — 0,15 km², maksimal hündürlüyü 1.9 m. İriomote adasının şimal-şərq sahilindən kiçik boğazla ayrılır. adaanın cənub hissəsi tropik meşə ilə örtülüdür. Şimalında eyni adlı kiçik kənd vardır.
Bubr çayı
Bubr (pol. Bóbr, çex. Bobr) — Odranın sol qolu olub, Çexiya və cənub-şərqi Polşa ərazisindən axan çay. Həmçinin Polşada olan ən uzun çaylardan biridir. == Coğrafi mövqeyi == Bubr öz başlanğıcını cənub-şərqi Sudet massivindən Bubr kəndi yaxınlığından götürür. Hansı ki, bu kənd Jaçlerş şəhərinin yaxınlığında yerləşir. Polşa ilə sərhəddin kəsişməsindən sonra Nedamirov kəndindən keçir. O həmçinin Eleniya Quru düzənliyi boyu Qərbi Sudet dağlarından keçir. Aşağı Sileziya ərazisindən Kvisa çayı ona qovuşur. Bubrın özü isə Qırmızı-Odjansk vilayətində Odra qovuşur.
Budu Mdivani
Polikarp Gurgenoviç "Budu" Mdivani (gürc. პოლიკარპე [ბუდუ] მდივანი; rus. Поликарп Гургенович [Буду] Мдивани; 1877, Tiflis – 19 iyul 1937, Tbilisi) — 1917-ci ildə Rusiyada baş vermiş inqilab və vətəndaş müharibəsində fəal iştirak edən gürcü bolşevik siyasətçisi, Sovet hökuməti rəsmisi və diplomat. 1920-ci illərdə xüsusilə Qafqazın sovetləştirilməsində əhəmiyyətli rol oynamışdı, lakin daha sonra Gürcüstan işi və eyni zamanda baş verən İosif Stalinin mərkəzləşdirmə siyasəti zamanı Gürcüstan Kommunist müxalifətinə rəhbərlik etmişdir. 1930-cu illərdə Trotskizm müxalifətinə etdiyi dəstəyə əsasən sürgün edildi və Böyük Təmizlik çərçivəsində edam edildi. == Həyatı == === İlk illəri === 1877-ci ildə o vaxtı Rusiya İmperiyasının bir hissəsi olan Gürcüstanın Kutaisi quberniyasında anadan olmuşdur. Mdivaninin ailəsi Gürcüstanın nəcib ailələrindən biri idi. 1899-cu ildə Moskva Universitetində təhsilinə başlasa da, tələbə hərəkatlarına qoşulduğu üçün, təhsilini tamamlaya bilmədi. === İnqilab və Vətəndaş Müharibəsi === Mdivani 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bolşevik fraksiyasında qatıldı və Tiflis, Bakı, Batumi və Qafqazın digər sənaye mərkəzlərində inqilabi fəaliyyətinə başladı. Həmyerlisi İosif Stalinin yaxın iş yoldaşı olmuşdur.
Kiri Buba
Kiri "Buba" Abdullah (ləzg. КIири Буба 1870-ci illər – 1908 və ya 1913) – Çar rejiminə və həmçinin yerli zülmkarlara qarşı mübarizə aparmış məşhur abrek, Ləzgilərin xalq qəhramanı. Ruslar ona təslim olmağı təklif edəndə, onun son sözləri "Namus xurxa hur qwan - xura çk'ul huray" oldu yani "Namusum palçığda olana qədər - sinəmdə xəncəl olsun". == Həyatı == Buba ləqəbi ilə tanınan Əbdurəhman oğlu Abdulla Dağıstan vilayəti Kürə dairəsinin Kiri kəndində anadan olmuşdur. Kiri Bubanın doğum tarixi haqqında dəqiq məlumatlar yoxdur. Ehtimal olunur ki, o, XIX əsrin 70-ci ilərin sonunda anadan olub. Kiri Buba Rusiya imperiyasının çar hakimiyyətinə qarşı mübarizə aparıb, xalqı açıq-aşkar çar hakimiyyətinə qarşı müharibəyə çağırırdı. 1905–1913 illərdə, qaçaq Buba 20 nəfərdən artıq dəstəsi ilə Bakıdan Mahaçqalaya kimi ərazini terror altında saxlayırdı. Varlıların mülklərin dağıdaraq, o aldığını kasıb camaata paylayardı. Xalq ona "Buba" yəni "böyüklük edən" adını verib.
Pak buzu
Pak buzu - Dəniz buzunun bir növüdür. Pak buzu Şimal Buzlu Okeanının mərkəzi hissəsində çoxillik buzun parçalanması və yenidən donub birləşməsi nəticəsində əmələ gələn, dreyf edən və qalınlığı 3–5 m olan buzdur.
Rubik Kubu
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Çubu (region)
Çubu regionu (中部地方, Chūbu-çihō, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər. Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur. Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir. Regionun mərkəzi dağlar ilə doludur. O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir. Tokai regionu (東海地方, Tōkai-chihō) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir.
Çubu regionu
Çubu regionu (中部地方, Chūbu-çihō, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi. Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər. Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur. Çubu regionu şimal-qərbdə Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sərhəddir; şərqdə o, Kanto regionu, qərbdə isə Kansai regionu ilə həmsərhəddir. Regionun mərkəzi dağlar ilə doludur. O cümlədə, Yaponiyanın ən böyük dağı olan Fuci də bu regionun Şizuoka və Yamanaşi prefekturaların arasında yerləşir. Tokai regionu (東海地方, Tōkai-chihō) Tokio və Naqoya şəhərlərin arasında olan dəmir yolunun ətrafında yerləşir. O, Şizuoka, Aiçi, Gifu və Mie prefekturalardan ibarətdir.
Ədədin kubu
Kub — ədədi 3 dəfə özünə vurduqda alınan hasilə deyilir. n3 = n × n × n. Ədədin kubu cədvəli: 0³=0. 1³=1. 2³=8. 3³=27. 4³=64. 5³=125. 6³=216. 7³=343.
Bubo cinerascens
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Bubo scandiacus
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Luru-de-Bubl
Luru-de-Bubl (fr. Louroux-de-Bouble) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03152. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 293 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər (15-64 yaş arasında) arasında 85 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə bu 63,7%). Fəal olan 85 nəfərdən 80 nəfər (47 kişi və 33 qadın), 5 nəfər işsiz (4 kişi və 1 qadın) idi. 51 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bunu özün et
Bunu özün et ( DIY və ya DIY, İngiliscə: Do It Yourself ) insanların, ekspertlərin və peşəkarların köməyi olmadan tikinti, təmir və təmir işlərinin özləri tərəfindən etməsidir. Xalq arasında həmçinin Əldəqayırma termini də işlənməkdədir. == Yaranış == "Bunu özün et" termini ilk dəfə 1950-ci illərdə insanların fərdi olaraq həyata keçirməyi seçdikləri ev abadlıq işlərini təsvir etmək üçün istifadə edilmişdir. 70-ci illərdə videoyazının yayılması ilə "DIY"çılar maarifləndirici videolar hazırlayıb bu anlayışın oturuşmasına can atdılar. 90-cı illərdə internetin inkişafı ilə "DIY" qızıl dövrünü yaşamağa başladı. == Musiqidə == Musiqidə "DIY" fərqlərin və ya musiqi qruplarının öz mahnılarının özləri tərəfindən, yəni böyük musiqi şirkətləri tərəfindən dəstək olmadan, yazmaları, onların yayımı və tanıtımı deməkdir. Üstəlik bəzi musiqiçilər və bu hərəkatla bağlı olanlar, özləri dərgilər və qəzetlər çap edir. Həmçinin bəzi musiqiçilər ifa elədiyi alətləri də özləri düzəldib istifadə edir. Bu həyat tərzi pank musiqisini yazan və bu submədəniyyətə ayıd olanlar arasında çox yayılıb, ümumiyyətlə, pank submədəniyyəti məhz bu hərəkat üzərində qurulur. Bu fikirləri ən aydın təsvir edən qruplardan biri də Fuqazi qrupudur.
Süni intellekt bumu
Süni intellekt bumu (ing. AI boom) — süni intellekt sahəsində davam edən sürətli və görünməmiş inkişaf dövrü. Generativ süni intellekt yarışı 2016 və ya 2017-ci ildə OpenAI-nin yaradılması ilə ciddi şəkildə başlayan bu bumun əsas komponentidir. OpenAI-nin yaradıcı AI sistemləri, məsələn müxtəlif GPT modelləri (2018-ci ildən başlayaraq) və DALL-E (2021) bunun idarə edilməsində mühüm rol oynamışdır. 2022-ci ildə böyük dil modelləri çatbot tətbiqləri üçün istifadə oluna biləcək şəkildə təkmilləşdirildi. Mətndən şəklə çevirən modellər elə bir nöqtədə idi ki, yaratdıqları insan tərəfindən yaradılmış təsvirlərdən demək olar ki fərqlənmirdi və nitq sintezi proqramı insan nitqini səmərəli şəkildə təkrarlaya bilirdi. 2022-ci ilin sonu və 2023-cü il ərzində onlarla yeni veb-sayt və AI çatbotları ortaya çıxdı, çünki Big Tech bazarda möhkəmlənməyə çalışırdı və süni intellekt alətlərinin hər yerdə görünməmiş artımına səbəb oldu. Süni intellekt bumuna ictimai reaksiya qarışıq olub, bəzi tərəflər süni intellektin yaratdığı yeni imkanları, onun bəşəriyyətə fayda gətirmək potensialını və mükəmməlliyini tərifləyir, digər tərəflər isə onu iş təhlükəsizliyini təhdid etdiyinə, cavablarında "anlaşılmaz" olduğuna və proqramlaşdırma suallarına səhv cavab verməsinə görə qınayıblar. GPT-3, OpenAI tərəfindən 2020-ci ildə yayımlanan insan tərəfindən yazıldığını müəyyən etmək çətin olan yüksək keyfiyyətli mətn yaratmağa qadir olan böyük bir dil modelidir. ChatGPT-də GPT-3.5 adlı təkmilləşdirilmiş versiyadan istifadə edilib.
Sen-Nizye-le-Buşu
Sen-Nizye-le-Buşu (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sent-Andre-le-Buşu
Sent-Andre-le-Buşu (fr. Saint-André-le-Bouchoux) — Fransada kommuna, Rona-Alplar regionundayerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01335. Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 45 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 16 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər (15–64 yaş arasında) arasında 168 nəfər iqtisadi fəal, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 82,8%, 1999-cu ildə 79,0%). Aktiv 168 sakindən 163 nəfər (81 kişi və 82 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi.
Sən bunu bilməlisən (film, 1961)
Kinolentdə xəstəliklərin vaxtında qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin vacibliyindən söhbət gedir. Film Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Drakula: Ölmüş və bunu sevmiş
Drakula: Ölmüş və bunu sevmiş (ing. Dracula: Dead and Loving It) — 1995-ci ildə istehsal olunmuş filmdir.
Drakula: Ölüdür və bunu sevir (film, 1995)
Drakula: Ölmüş və bunu sevmiş (ing. Dracula: Dead and Loving It) — 1995-ci ildə istehsal olunmuş filmdir.
Ambu
Ambu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 523 nəfərdir.[mənbə göstərin] == Tarixi == Ambu Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, ambu/ambo Talış mənşəli soz olub, "yabanı xurma", "armud", "anbar" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə kəndə ilk köç edən zamanlar burda qədim armud ağacının yaxınlığında məskən salınmışdı və bu kəndin adıda burdan göturlumuşdu Ambu (Amburə hulə) talışca yabanı armud deməkdi 1961-ci kəndin adı Anbu kimi qeyd olunmuşdu (”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 53.</ref>.) Kəndin adının dəyişməsinə ilk okaraq kəndə olan məktəb sənədlərində rast gəlinir. O vaxt uşaqlara verilən arayışlarda kəndin adı Anbu kimi yazılmış və bu söz bir sıra təşkilatların sənədlərənədə nüfüz etmişdir.
Baba
Baba sözünün bir neçə mənası ola bilər :
Babo
Babo (16 noyabr 1976, La Tortuqa[d]) — məşhur Meksika reperi.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483[…], Əndican, Teymurilər dövləti – 26 dekabr 1530, Aqra, Böyük Moğol imperiyası) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Babı
Babı — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == XIII əsr mənbələrində Babı kəndinin adı çəkilir. Bu kəndin Beyləqan vilayətinə bağlı olduğu göstərilir. Babı kəndi Şeyx Babi Yəqubun olacağı idi. Şeyx Babi Yəqub bin İsmayıl Qur Xərdir. Şeyx Babi Yəqub XIII yüzildə yaşayıb. Hazırkı Babı kəndinin ərazisində yerləşən İmamzadə məqbərəsi yaxınlığında zaviyəsi varmış. Dövrünün böyük alimlərindən, təriqət mürşidlərindən sayılıb. Elxanlı sultanları ona hörmət edirmişlər. Onun müridlərini də əzizləyirmişlər.
Bayu
Bayu ( /ˈbaɪ.uː, ˈbaɪ.oʊ/) — Amerika Birləşmiş Ştatlarının cənubunda adətən düz, alçaq ərazidə tapılan su hövzəsi üçün istifadə olunan termin. Bu, son dərəcə yavaş axan çaya (çox vaxt zəif müəyyən edilmiş sahil xətti ilə), bataqlıq gölə, bataqlıq əraziyə və ya dərəyə aid ola bilər. Onların tərkibində adətən balıq həyatı və plankton üçün çox əlverişli olan duzlu su var. Bayular adətən ABŞ-nin cənubundakı Körfəz sahili bölgəsində, xüsusən Missisipi çayının deltasında olur, baxmayaraq ki, onlar başqa yerlərdə də mövcuddur. == Etimologiyası == Söz Amerika ingiliscəsinə Luizianada danışılan Luiziana fransızcası vasitəsilə daxil olmuş və çokto dilində "kiçik axın" mənasını verən "bayuk" sözündən yarandığı güman edilir. İlk dəfə XVII əsrdə ortaya çıxdıqdan sonra bu termin XVIII əsr hesablarında və xəritələrində tez-tez "bayouque" və ya "bayouque" kimi istifadə olunur.