Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bufarik
Bufarik (ərəb. بوفاريك‎, fr. Boufarik) — Əlcəzairin şimalında şəhər, Blida vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 63 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 26 kilometr cənub-qərbdə və Blida vilayətinin inzibati mərkəzindən 10 km cənub-şərqdə yerləşir.
Məhəmmədu Buhari
Məhəmmədu Buhari və ya Məhəmməd Buhari (hausa Muhammadu Buhari; 17 dekabr 1942[…], Daura) — Nigeriya dövlət xadimi, 1983–1985-ci illərdə dövlət başçısı. 2015-ci ildə ölkə prezidenti vəzifəsinə seçilmiş, 2019-cu ildə yenidən seçilmişmişdir. Nigeriyada: Xarici ölkələrin mükafatları: Lawal Jimi Adebisi. Buhari: The Making of a President. Safari Books Ltd. 2017. ISBN 9789785478549. Mathews Martin P. Nigeria: Current Issues and Historical Background. Nova Publishers. 2002.
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.
Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. == Həyatı == Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Buxarı
Buxarı — evlərin daxilində, evi qızdırmaq və xörək hazırlamaq məqsədilə qurulmuş ocaq yeri. == Xüsusiyyətləri == Buxarı evdə diqqəti cəlb edən əsas elemntlərdən biridir. Yaşayış evlərinin əksəriyyətində buxarı kəllə divarın ortasında yerləşdirilirdi. Bəzən otağın künclərinin birində ocaq oyuğundan və divariçi tüstü borusundan ibarət buxarılara da rast gəlmək olurdu. Atmosfer çöküntülərindən mühafizə edilməsi və tüstünü yaxşı çəkməsi üçün buxarının başı hörülərək dam örtüyündən 80 - 90 sm hündürə qaldırılır, günbəzli, qövüsvari və ya üçbucaq formalı başlıqla tamamlanırdı. Azərbaycanın Şirvan bölgəsində bağdadı tipli evlərdə bu funksiyanı "səbətbaca" yerinə yetirirdi. Lənkəran - Astara bölgəsi kəndlərində bişmiş və çiy (kal) kərpicdən hörülmüş buxarıların içərisinə xüsusi çuqun tava yerləşdirilirdi. İki qulpu olan bu tava istiliyi tənzimləyir, evə tüstünün dolmasının qarşısını alırdı. Belə ki, ocaq yeni yandırılanda qulp vasitəsilə tava fırladılır, tüstü ancaq bacadan çıxardı. Köz düşdükdə isə tava əksinə fırladılır, bu zaman tavanın qövsü bacanın yolunu bağlayır, istiliyi otağa ötürürdü == Formaları == Azərbaycanda buxarının bir neçə formalarından istifadə olunmuş.
Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid. 27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub. 1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir. Bu səbəbdən ona şəhid statusu verilir. Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi. Ailəli idi, üç övladı var.
Nikolay Buxarin
Nikolay İvanoviç Buxarin (rus. Никола́й Ива́нович Буха́рин; 9 oktyabr 1888, Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası – 15 mart 1938[…], Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet partiya, dövlət xadimi, publisist, iqtisadçı, SSRİ Elmlər Akademiyası akademiki. (1929). Nikolay İvanoviç Buxarin 27 sentyabr 1888-ci ildə anadan olmuşdu. Nikolay Buxarin 15 mart 1938-ci ildə vəfat edib. 1907–11-ci illərdə Moskva universitetinin hüquq fakültəsində oxumuşdur. 1906-cı ildən RSDFP üzvü, bolşevik idi. 1909–10-cu illərdə dəfələrlə həbs olunmuş, 1911-ci ildə Arxangelsk quberniyasına sürgünə göndərilmiş, tezliklə oradan qaçaraq mühacirət etmişdir. Yazıları Rusiya və Almaniyanın sosial-demokrat nəşrlərində dərc olunmuşdur. Fevral inqilabından (1917) sonra Rusiyaya qayıdan Buxarin "Sosial-demokrat" qəzetinin və "Spartak" jurnalının redaktoru, RSDF(b)P Moskva vilayət bürosunun, fəhlə və əsgər deputatları Moskva sovetinin icraiyyə komitəsinin üzvü olmuşdur.
Baharın oğurlanması
Baharın oğurlanması ― 2023-cü ildə ekranlaşdırılmış Azərbaycan animasiya filmi. == Məzmun == Gül-çiçəkli Bahar qızı Div tərəfindən oğurlanır. Bunu görən Balaca Qəhrəman Baharı xilas etmək istəyir. Balaca Qəhrəmanla Bahar birləşib Divin qəsrindən qaçırlar. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.
Praqa baharı
"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır. 5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı. "İnsan sifətli sosializm" yaratmaq məqsədilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər. Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.
Rza Bahari
Rza Bahari- şair,Fətəli şah Qacar zamanında yaşayırdı və azərbaycan dilində şeirlər yazırdı.Bahar şəhərində dünyaya gəlib və bu şəhərdə vəfat edib. Nuri, Cavad və Cəlili Hünərmənd, Səid.
Su buxarı
Su buxarı fasiləsiz olaraq su səthindən, rütubətli torpaqdan buxarlanma və bitkilərin transpirasiyası vasitəsilə atmosferə daxil olur. Havadakı su buxarının miqdarı en dairəsindən asılıdır. O, yer səthindən yuxarı yayılır və hava axınları vasitəsilə Yer kürəsinin bir yerindən digər yerinə daşınır. Atmosferdə su buxarının doyma halı yarana bilər. Belə vəziyyətdə su buxarı havada verilən temperaturda mümkün ola bilən qədər ola bilər. Bu zaman su buxarı doymuş su buxarı adlanır. Adətən doyma vəziyyəti havanın temperaturunun azaldığı zaman yaranır. Bu hala çatdıqdan sonrakı temperatur azalması zamanı su buxarının bir hissəsi izafi olur və kondensasiya baş verərək maye və yaxud bərk hala keçir. Buludlarda və dumanda su damcıları və buz kristalları əmələ gəlir. Buludlar yenidən buxarlana bilər.Digər halda damcılar və kristallar böyüyərək yağış şəklində yer səthinə düşür. Bunun nəticəsində atmosferin ayrı-ayrı yerlərində su buxarının vəziyyəti fasiləsiz olaraq dəyişir. Havada su buxarı və onun qaz halından maye və bərk hala keçməsilə havanın vacib prosesləri və iqlim xüsusiyyətləri əlaqədardır.
Səhih Buxari
Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Sittə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir. Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır. Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b.
Səhihi-Buxari
Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Sittə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir. Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır. Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b.
Səhihi Buxari
Səhihi-Buxari (ərəb. صحيح البخاري‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Sittə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Ərəbcə səhih sözü həqiqi, mötəbər kimi tərcümə olunur. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilir. Müəllifi Buxaridir. Əsərin əsil adı "əl-Camius-Səhih" (Yəni səhih hədislərin cəmi) olsa da müəllifinə nisbətlə "Səhihi-Buxari" olaraq anılır. Əbu Abdullah Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Mugirə ibn Mərdəzbəhə əl-Cufi Əl-Buxari 810-cu ildə Buxarada doğulmuşdur. Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və hədis toplamışdır. Buxari 869-cu ildə Səmərqənddə vəfat etmişdir. Müslim ibn Həccac, Əbu Davud, Tirmizi, Nəsai və b.
Əbdülkərim Buxari
Əbdülkərim Buxari (?, Buxara-1830, İstanbul)—Buxaralı səyyah və tarixçi. Həyatı haqqında geniş bilgi yoxdur. Ehtimalən 1760-cı ildı Buxarada doğulmuşdu. On altı yaşında ikən Kəşmirə getdi və Herat, Qəndəhar, Kabil, Pişavər, Müaffərabad yoluyla geri döndü. İkinci və uzun səyahətini 1789-cu ildə gerçəkləşdirdi; Qaşqar, Yarkənt, Tibet və Kəşmiri dolaşdı. 1799-cu ildə Buxaraya sığınan və səkkiz ay burada qalan Şah Mahmud Dürraniyə intisap etdi. 1804-cü ildə Rusiyaya gedən Buxara elçilik heyətində önəmsiz bir vəzifə aldı. Sankt-Peterburqda doqquz ay qaldıqdan sonra Moskva-Həştərxan yoluyla geri döndü. Dönüş sırasında Xivədə ikən Xivə xanının Buxaraya qarşı bir çapavul səfəri hazırlamaq üçün başladığı hazırlıqlara şahid oldu. Vəziyyəti Buxara əmiri Heydər xana bildirsə də, buna lazımi əhəmiyyət verilmədi.
Əl-Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Əliəsgər Bahari
Əliəsgər Bahari (fars. علی‌اصغر بهاری‎; 1905, Tehran – 10 iyun 1995, Tehran) - Azərbaycan əsilli musiqiçi və kamança ifaçısı. O, 1905-ci ildə Tehran şəhərində anadan olmuşdur. Onun valideynləri Həmədan ostanının Bahar şəhristanından olmuşdurlar. O, ilk kamança təhsilini babası Məhəmməd Tağı Xandan almışdır. 3 ildən sonra isə atası onu dayılarının yanına təhsilini daha da inkişaf etdirmək üçün göndərmişdir. Onun 3 dayısının üçü də o dövrün məşhur kamança ustalarından idilər. Əliəsgər Baharinin ilk böyük uğuru hələ 18 yaşında İbrahim xan Mənsurinin orkestrində çıxış etməsi olmuşdur. Məşhəddə özünün musiqi məktəbini açmış, lakin sonradan Tehrana köçmüşdür. Burada Ruhulla Xaliqinin rəhbərliyi altında Hünəristanda kamança müəllimi kimi çalışmışdır.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Lal Bihari
Lal Bihari (və ya Lal Bihari Mritak; 6 may 1955, Amilo[d], Uttar Pradeş) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur. == Həyatı == Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür. Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər.
Oman baharı
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir. Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.
Baharın Dönüşü (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Baharın qayıdışı (Buqro)
"Baharın dönüşü" (ing. The Return of Spring, fr. Le Printemps) — Vilyam Buqronun ən məşhur əsərlərindən biri. 1886-cı ildə tamamlanmş əsər hal-hazırda Coslin Mədəniyyət Muzeyində sərgilənməkdədir. Əsər iki dəfə — 1890-cı ildə və təkrarən 1976-cı ildə açıq-saçıqlığına görə hücuma məruz qalıb və təhqir edilib. "Baharın Dönüşü" adlı başqa bir əsər də mövcuddur. Həmin əsərin müəllifi isə tanınmış fransız rəssamı Pyer Avquste Kotdur.
Barik depressiya
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Barik qradiyent