Nikolay Buxarin

Nikolay İvanoviç Buxarin (rus. Никола́й Ива́нович Буха́рин; 9 oktyabr 1888[1], Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası[1]15 mart 1938[2][3][…], Kommunarka poliqonu[d][1]) — sovet partiya, dövlət xadimi, publisist, iqtisadçı, SSRİ Elmlər Akademiyası akademiki. (1929).

Nikolay Buxarin
rus. Николай Иванович Бухарин
Doğum tarixi 9 oktyabr 1888(1888-10-09)[1]
Doğum yeri
Vəfat tarixi 15 mart 1938(1938-03-15)[2][3][…] (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Kommunarka poliqonu[d]
Təhsili
  • Birinci Moskva Gimnaziyası[d] (–1906)[1],
  • Birinci Moskva Gimnaziyası[d] (–1907)
Fəaliyyəti siyasətçi, iqtisadçı, filosof, jurnalist, yazıçı, redaktor
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay İvanoviç Buxarin 27 sentyabr 1888-ci ildə anadan olmuşdu. Nikolay Buxarin 15 mart 1938-ci ildə vəfat edib.

1907–11-ci illərdə Moskva universitetinin hüquq fakültəsində oxumuşdur. 1906-cı ildən RSDFP üzvü, bolşevik idi. 1909–10-cu illərdə dəfələrlə həbs olunmuş, 1911-ci ildə Arxangelsk quberniyasına sürgünə göndərilmiş, tezliklə oradan qaçaraq mühacirət etmişdir. Yazıları RusiyaAlmaniyanın sosial-demokrat nəşrlərində dərc olunmuşdur[4].

Fevral inqilabından (1917) sonra Rusiyaya qayıdan Buxarin "Sosial-demokrat" qəzetinin və "Spartak" jurnalının redaktoru, RSDF(b)P Moskva vilayət bürosunun, fəhləəsgər deputatları Moskva sovetinin icraiyyə komitəsinin üzvü olmuşdur. RSDF(b)P-nin 6-cı qurultayında (1917) MK üzvü seçilmişdir. Moskvada bolşevik üsyanının (1917, oktyabr–noyabr) təşkilində iştirak etmişdir.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Partiya xadimi N. İ. Buxarin (1888–1938) qeyd edirdi ki, əgər belə getsə proletar ədəbiyyatı məhv olacaqdır.[5]

1917-ci ilin dekabrından "Pravda" qəzetinin baş redaktoru, Müəssislər məclisinin üzvü olmuşdur. 1917-ci ilin sonu –1918-ci ilin əvvəllərində Almaniya ilə sülh bağlanmasının ələyhinə çıxan "sol kommunistlər" qrupunun lideri idi. RK(b)P-nin 8-ci qurultayında (1919) qəbul edilmiş partiyanın yeni proqramının müəlliflərindən biri olmuşdur Sosialist (1924-cü ildən Kommunist) akademiyasının təsisçilərindən və Rəyasət Heyəti üzvlərindən biri idi. 1924-cü ildən MK Siyasi Bürosunun, ÜRMİK və SSRİ MİK üzvü, 1926-cı ildən Kommunist internasionalının baş katibi olmuşdur.[4]

"Keçid dövrünün iqtisadiyyatı" adlı kitabında (1920) "hərbi kommunizm" siyasətini müdafiə etmiş, lakin Vətəndaş müharibəsindən (1917–22) sonra "ideyalarımızın iflasa uğramasını" etiraf edərək V. İ. Leninin son ideyalarının fəal təbliğatçısına çevrilmişdir. Buxarin göstərirdi ki, SSRİ-də sosializmin qələbəsini bazar rəqabəti, fəhlə və kəndlilərin "ikisinifli cəmiyyətində" (proletariatın diktaturasının saxlanılması ilə) vətəndaş barışığı, həmçinin kənddə fərdi və kooperativ təsərrüfatların inkişafı təmin etməlidir.[4]

V. İ. Leninin ölümündən sonra baş verən hakimiyyət uğrunda mübarizədə L. D. Trotskiyə qarşı çıxan Q. Y. Zinovyevi, L. B. Kamenevi və İ. V. Stalini, 1926–27-ci illərdə isə Zinovyev və Kamenevin "yeni müxalifətinə" qarşı çıxan İ. V. Stalini dəstəkləmişdi. 1928–29-cu illərdə Siyasi büroda A. İ. Rıkov və M. P. Tomski ilə birlikdə Stalinin yeni iqtisadi siyasətdən (YİS) imtina etmək kursuna qarşı çıxan "sağ müxalifəti" təşkil etmişdi. 1929-cu ildə tutduğu vəzifələrdən azad olunmuşdur.[4]

Həmin ilin sonunda "sağ müxalifətin" mövqeyinin səhv olduğunu etiraf etsə də, Siyasi Büronun üzvlüyündən çıxarılmışdır. Buxarin Xalq Təsərrüfatı Ali Şurası (XTAŞ) elmi-tədqiqat sektorunun müdiri və onun Rəyasət Heyətinin üzvü (1929–32), eyni zamanda 1931-ci ildən "Sosialist yenidənqurması və elm" jurnalının redaktoru olmuşdur. 1932-ci ildən Ağır Sənaye Xalq Komissarlığı kollegiyasının üzvü və istehsalat-texnika təbliğatı sektorunun müdiri idi. ÜİK(b)P-nin 17-ci qurultayındakı (1934) çıxışında Stalin ətrafında birləşmək təklifi ilə çıxış etmiş, nəticədə MK üzvlüyünə namizəd seçilmiş və "İzvestiya" qəzetinin baş redaktoru təyin olunmuşdu. 1935-ci ilin fevralından SSRİ-nin yeni Konstitusiya layihəsini işləyib hazırlayan komissiyanın üzvü idi. SSRİ Ali Sovetinə bitərəflər ittifaqından namizədlərin iştirakı ilə alternativ seçkilərin tətbiq edilməsi təklifini irəli sürmüşdü. 1936-cı ildə yenidən bütün vəzifələrindən kənarlaşdırılmış, 1938-ci ildə güllələnmişdir. 1988-ci ildə bəraət alaraq partiya sıralarına bərpa edilmişdir.[4]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Соболев В. С. Николай Иванович Бухарин (1888–1938), Nikolay I. Bukharin (1888–1938) (rus.). // Историко-биологические исследования 2013. Т. 5, вып. 3. С. 81–84. ISSN 2076-8176; 2500-1221
  2. 1 2 Nikolai Iwanowitsch Bucharin // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Bibliothèque nationale de France Nikolaj Ivanovič Buharin // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 3 4 5 6 Nikolay Buxarin // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 52–53. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
  5. Bax: Г.А. Бордюгов, В.А. Козлов. История и конъюнктура. – Москва, 1992, с.87–111.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]