Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir.Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir. Buludluluq hava və iqlimi xarakterizə edən əsas amillərdən biridir.
Bülbül
Bülbül (lat. Luscinia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Abi bülbül
== Toponimik izah == Abi bülbül - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. Şiştəpə kəndinin yaxınlığındadır. == Həmçinin bax == Abdutəpə Abdurrəhmanli == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Azər Bülbül
Azər Bülbül — (1 fevral 1967, Arpaçay ilçəsi, Qars ili – 6 yanvar 2012, Antalya) Azərbaycanlı mənşəli Türkiyə müğənnisi. == Həyatı == Əsıl adı Subutay Kesgin olan Azər Bülbül 1967-cu ildə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunda dünyaya gəlmişdir. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Müğənnilik karyerasına "Qərib yolçu" albomu ilə başlamışdır. Daha sonra "Yalan olar", "Mən sənə vurğunam", "Fərat" kasetlərini buraxmışdır. 1994-cı ildə çıxardığı "Mən babayam" kaseti isə ona şöhrətin qapılarını açmışdır. Azər Bülbül 6 yanvar 2012-ci ildə vəfat edib. 44 yaşlı müğənninin cəsədi Antalyada qaldığı hotel otağında tapılmışdır. == Karyera == Azər Bülbül Almaniyada yaşayan immiqrant idi. Almaniyada qaldığı illərdə kazinolarda və toy salonlarında ifa edərkən o illərin məşhur türk müğənnisi Yıldız Tezcan tərəfindən "kəşf edilmişdir" .Ona Azər Bülbül adını verən adam Yıldız Tezcandır.
Ağboğaz bülbül
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Bulud Qaraçorlu
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Bulud Qasımov
Bulud Əliş oğlu Qasımov (d. 1 iyul 1947, Nərimankənd, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ) — yazıçı, karikaturaçı rəssam, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü (2006) == Həyatı == Bulud Qasımov 1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. 1966-cı ildə Nərimankənd orta məktəbini, 1968-ci ildə isə Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirmişdir. 1968–1970-ci illərdə Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət etmişdir. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində ali təhsil almışdır. 1978-ci ildən "Sovet kəndi" qəzetində çalışmağa başlamışdır.1980-ci ildən karikaturaçı rəssam kimi respublika mətbuatında fəal çalışmağa başlayıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmişdir.Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləmişdir. 2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləmişdir. "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir. Bulud Qasımov Azərbaycan dövrü mətbuatında o cümlədən "Sovet kəndi", "Kommunist", "Ədəbəyyat və incəsənət", "Mədəniyyət", "Dan ulduzu", "Bütöv Azərbaycan", "Kaspi", "Kredo", "Savalan", "Güzgü" qəzetlərində "Kirpi", "Mozalan", "Günəş", "Bahar", "Molla Nəsrəddin XXI əsrdə" jurnallarında çalışmışdır.2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür.
Bulud Texnologiyası
Bulud hesablamalar
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir.Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir. Bulud sözü faylların olduğu mövqeyi işarə edir. Bu texnologiyanın qabaqcıl təcrübələri internet pravayderləri tərəfindən ehtiyat nüsxə məqsədilə təqdim olunan buludlardır.
Bulud iyesi
Bulud iyəsi - türk və altay mifologiyasında buludun qoruyucu ruhu. Bulut iyəsi və ya Bolıt iyəsi olaraq da deyilər. Yağış iyəsi ("Yağmur iyəsi") yəni yağışın qoruyucu ruhu da buludlara asılıdır. Bundan başqa diqqət çəkici və buludlarla əlaqədar olan iyeler bunlardır. (Bulud iyəsiylə əlaqəli olan Ətin "göy gurultusu" sözü Sibirdəki Ətin adlı üstün varlığı / ruhu da ağla gətirir.) Ətin / Eten iyəsi: Göy gurultusu ruhu. Ayanga / Ayunga iyəsi: Göy gurultusu ruhu. Çakılgan / Çağılgan iyəsi: İldırım ruhu. İldırım / Yıldırım iyəsi: İldırım ruhu. Şimşək / Şüğşek iyəsi: Şimşək ruhu. Yaşın / Yışın iyəsi: Şimşək ruhu.Bulud Qızları adı verilən ruhların da Bulud iyəsi ilə əlaqəli olma ehtimalı vardır.
Bulud xalçaları
Bulud xalçaları — Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür - bəcür həşaratlardan alınmışdı.
Bulud xalçası
Bulud xalçaları — Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür - bəcür həşaratlardan alınmışdı.
Bulun ulusu
Bulun ulusu (saxa Булуҥ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikası tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Tiksi şəhər tipli qəsəbəsidir. == Coğrafiya == Rayonun sahəsi 235.1 min km²-dir. Yakutiyanın şimalında Lena, Olenok və Omoloy çaylarının aşağı axınlarında yerləşir. Respublikanın Arktik qurşaqda yerləşən ulusları qrupuna aiddir. Ulusun ərazisinə Yeni Sibir adaları daxildir. Şərqdə Ust-Yana və Verxoyansk ulusları, cənubda Even-Bıtantay və Jiqan, qərbdə Olenok və şimal-qərbdə Anabar ulusları ilə sərhədlənir. Şimal və şimal-şərqdə Laptevlər dənizi, Yeni Sibir adalarının şərqindən isə Şərqi Sibir dənizinin suları ilə yuyulur. Ulus Saxa Respublikasının ən böyük uluslarından biridir. Təbii şəraitRelyefə görə ulusun ərazisi iki hissəyə bölünür.
Busul Xan
Busul Xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buzul Xan olaraq da tanınır. Kayra Xanın sarayına gedən yolu qoruyan gözətçidir. Bunçak Xan ilə birlikdə xatırlanır. Sibir bölgəsi üçün buzlar və buzlu sahələr gündəlik həyatın davamlı bir parçasıdırlar. Bu səbəblə soyuqla bağlı anlayışların mifologiyadakı əks olunmaları çox şişirdilmiş hesab olunmamalıdır. == Etimologiya == (Bus / Pus) kökündən törəmişdir. Bulandıran, puslandıran mənasını verər. Bir yerə sinmeyi, pusquya yatmağı da ifadə edir. Bus/Pus sözü qədim altaycada buxar mənasını verər və yarı şəffaf bir görünüşü bildirir.
Bülbül (Marağa)
Bülbül (fars. بلبل‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (31 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 29,5 km cənub-qərbdə, Marağa-Miyanə avtomobil yolundan 23 km cənubdadır.
Bülbül (dəqiqləşdirmə)
Bülbül — Sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi. Bülbül (roman) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi roman.
Bülbül (müğənni)
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Bülbül (quş)
Bülbül (roman)
Bülbül – (eng. Nightingale) Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi romandır. Əsər İkinci Dünya Müharibəsi zamanı Fransada yaşayan və sağ qalmaq uğrunda Almaniyaya qarşı mübarizə aparan iki bacının hekayəsindən bəhs edir. Roman qəzaya uğrayaraq Nasist ərazilərinə düşən müttəfiq dövlətlərin pilotlarına qaçmağa kömək edən Belçikalı qadın Andrée de Jongh-un hekayəsindən təsirlənərək yazılıb. Kitab müxtəlif bestseller siyahılarında birinci olub və əsər əsasında film çəkmək hüququ 2015-ci ilin mart ayında TriStar Pictures tərəfindən alınıb. == Məzmunu == Roman 1995-ci ildə adı əvvəlcədən oxucuya məlum olmayan ahıl qadının öz xatirələrini nəql etməsi ilə başlayır. Kitab üçüncü şəxsin dilindən yazılsa da, əsas hadisələr İkinci Dünya Müharibəsi ərəfəsi - 1939-cu ildə Fransada bir-birlərindən və atalarından ayrı yaşayan iki bacı- Vianne və Isabelle-dən bəhs edir. Vianne ailəli, bir övladı olan, əri Antonieni cəbhəyə yola salan, Fransanın Almaniya tərəfindən işğalından sonra aclığa və soyuğa qarşı mübarizə aparan məktəb müəlliməsidir. Əgər əvvəlcə Vianne qızının və özünün sağ qalması uğrunda mübarizə aparırdısa, sonradan vəziyyət mürəkkəbləşir. Belə ki o, ən yaxın rəfiqəsi yəhudi Rachelin əsir düşərgəsinə sürgün olunmasından sonra onun 3 yaşlı oğlu Arini övladlığa götürür və daha 19 yəhudi uşağın Nazi təqibindən gizlədərək uşaq evinə yerləşdirir.
Bülbül (təxəllüs)
Bülbül — təxəllüs. Bülbül (müğənni) — Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədovun təxəllüsü. Molla Bəyməmməd Bülbül — şair, axund. Azər Bülbül — Türkiyə müğənnisi. Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti.
Bülbül Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Bülbül Xatun
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Faik Bulut
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Faiq Bulud
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.