bükmək
bünyə
OBASTAN VİKİ
Abi bülbül
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Sarı bülbül
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
Teymur Bülbül
Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti. 1975-ci ildə anadan olub. Teymur Bülbül professor Popovun rəhbərliyi altında Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib. 1996-cı ildə hələ Moskva Dövlət Konservatoriyasının tələbəsi olarkən Çaykovski adına Akademik Orkestrdə fəaliyyətə başlayıb. İki ildən sonra Konservatoriyanı bitirərək, orkestrdə faqot sinifi üzrə konsertmeyster olur. P.Çaykovski adına Akademik Orkestrin Rusiya və xarici ölkələrdəki çoxsaylı çıxışlarında iştirak edib. Orkestrdə konsertmeyster olduğu qısa müddət ərzində Teymur Bülbül yeni, orqanik faqot ansamblı yaradıb. Onun repertuarında simfonik orkestr üçün müxtəlif solo partiyalar var. Orkestrdəki fəaliyyəti ilə yanaşı, T.Bülbül müxtəlif proqramlarda iştirak edib. Hazırda Teymur Bülbül dünyaca məşhur dirijor Vladimir Fadeseyevin başçılığı altında Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın Federasiyasının əməkdar artistidir.
Eren Bülbül
Ərən Bülbül (türk. Eren Bülbül; 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. == Erkən həyatı == Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. == Ölümü == 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü, bir polis yaralandı.
Ərən Bülbül
Ərən Bülbül (türk. Eren Bülbül; d. 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi.
Molla Bəyməmməd Bülbül
Molla Bəyməmməd Kərbəlayı Murad oğlu Yağləvəndli-Cavanşir (1837, Araz Yağlıvənd, Cavanşir-Dizaq mahalı – 1904, Araz Yağlıvənd, Cəbrayıl qəzası) — şair, axund. Molla Bəyməmməd Kərbəlayı Murad oğlu 1837-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Yaradıcılığına mədrəsə illərində başlamışdı. Çağdaşı olduğu Qarabağ şairlərinin çoxları ilə yazışmaları qalıb. Xurşidbanu Natəvanın başçılıq etdiyi Məclisi-üns şairlər yığnağının üzvü idi. Şair Baxış bəy Səbur onu həcv edib. Farsca yazdığı həcvlərdə Bülbülü tənqid edirdi. Sətri tərcüməsi: Molla Bəyməmməd Bülbülün Canməmməd, Alməmməd, Dostməmməd, Məstəli, Hacməmməd və Şirməmməd adlı oğulları vardı.
Məşədi Məhəmməd Bülbül
Məşədi Məhəmməd Bülbül (1858, Şuşa – 1918, Şuşa) — xanəndə, şair. Məşədi Məhəmməd Bülbül 1858-ci ildə Şuşada anadan olmuşdur. Təhsilini Şuşada Molla İbrahimin məktəbində alaraq burada ərəb, fars dillərini öyrənmiş, Quranın təcvidlə oxunması və hüsnxət təlimi almışdır. Məktəbdə oxuduğu vaxtlarda Şərq ədəbiyyatını dərindən mənimsəmiş, el ədəbiyyatı və aşıq qoşmalarına maraq göstərmişdir. Məşədi Məhəmməd gözəl səsə və təbə malik olduğuna görə bəzi məclislərdə xanəndə kimi iştirak etmişdir, lakin müəyyən səbəblərdən o, xanəndəlik sənətini buraxır və ədəbi məclislərin fəal aktiv iştirakçısına çevrilərək daha çox ədəbi yaradıcılıqla məşğul olmağa başlayır. Belə ki, Məşədi Məhəmməd Bülbülü yaxından tanıyan dövrün tədqiqatçısı Salman Mümtaz Bülbülün xanəndəlik sənətini tərk etməsi haqqında belə yazır: "Mən şəxsən Bülbül ilə görüşmüşəm və gözəl səsindən, ləhnindən zövq almışam. O heç də mövhumatçı deyildi. Niyə oxumağı tərk etdin? – deyə verdiyim suala – nadan adamların təhəkkümünə mütəhəmmil ola bilmədim. – deyə cavab verdi".
Sarı bülbül (mahnı)
Sarı bülbül — Azərbaycan xalq mahnısı. Azərbaycanın məşhur xalq mahnısı "Sarı bülbül"- ün maraqlı yaranma tarixçəsi var. Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra Qarabağ hökmdarı İbrahim Xəlil xan Cavanşir İranla münasibətlərini yoluna qoymaq üçün öz sevimli qızı Ağabəyim ağanı Fətəli şaha ərə verdi. Ağabəyim ağa da ömrü boyu vətən həsrəti ilə yaşadı. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirdi. Şah Ağabəyim ağanın qəlbi şad olsun deyə Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırıb. Hətta bağban da şuşalı olub. Bağın da adını "Vətən bağı" qoyublar. Ağabəyim ağa bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayıb, ürəyi atlanıb. Amma Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib: Ən məşhur ifaçısı Səxavət Məmmədovdur.
Adi ağboğaz bülbül
Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir.
Muhammet Levent Bülbül
Məhəmməd Levent Bülbül (1980, Sakarya ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Məhəmməd Levent Bülbül 1980-ci ildə Sakarya ilində anadan olub. Çankaya Universiteti Hüquq Bölməsindən məzun olub. Qazi Universiteti Sosial Elmlər İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. Uzun illərdir MHP üzvüdür. 2009-2013-cü illərdə MHP Hende ilçə sədri, 2013-2018-ci illərdə isə MHP Sakarya il sədri vəzifəsində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Sakarya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ədalət Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 6 noyabr 2018-ci ildən MHP TBMM qrupunun sədr müavinidir.
Məhəmməd Levent Bülbül
Məhəmməd Levent Bülbül (1980, Sakarya ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Məhəmməd Levent Bülbül 1980-ci ildə Sakarya ilində anadan olub. Çankaya Universiteti Hüquq Bölməsindən məzun olub. Qazi Universiteti Sosial Elmlər İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. Uzun illərdir MHP üzvüdür. 2009-2013-cü illərdə MHP Hende ilçə sədri, 2013-2018-ci illərdə isə MHP Sakarya il sədri vəzifəsində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Sakarya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ədalət Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 6 noyabr 2018-ci ildən MHP TBMM qrupunun sədr müavinidir.
Bülbül
Bülbül (lat. Luscinia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Azər Bülbül
Azər Bülbül — (1 fevral 1967, Arpaçay ilçəsi, Qars ili – 6 yanvar 2012, Antalya) Azərbaycanlı mənşəli Türkiyə müğənnisi. == Həyatı == Əsıl adı Subutay Kesgin olan Azər Bülbül 1967-cu ildə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunda dünyaya gəlmişdir. Daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Müğənnilik karyerasına "Qərib yolçu" albomu ilə başlamışdır. Daha sonra "Yalan olar", "Mən sənə vurğunam", "Fərat" kasetlərini buraxmışdır. 1994-cı ildə çıxardığı "Mən babayam" kaseti isə ona şöhrətin qapılarını açmışdır. Azər Bülbül 6 yanvar 2012-ci ildə vəfat edib. 44 yaşlı müğənninin cəsədi Antalyada qaldığı hotel otağında tapılmışdır. == Karyera == Azər Bülbül Almaniyada yaşayan immiqrant idi. Almaniyada qaldığı illərdə kazinolarda və toy salonlarında ifa edərkən o illərin məşhur türk müğənnisi Yıldız Tezcan tərəfindən "kəşf edilmişdir" .Ona Azər Bülbül adını verən adam Yıldız Tezcandır.
Ağboğaz bülbül
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Bülbül (Marağa)
Bülbül (fars. بلبل‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (31 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 29,5 km cənub-qərbdə, Marağa-Miyanə avtomobil yolundan 23 km cənubdadır.
Bülbül (dəqiqləşdirmə)
Bülbül — Sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi. Bülbül (roman) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi roman.
Bülbül (müğənni)
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Bülbül (quş)
Bülbül (roman)
Bülbül (ing. The Nightingale) — Kristin Hannah tərəfindən yazılmış, 2015-ci ildə nəşr edilən bədii-tarixi romandır. Əsər İkinci Dünya Müharibəsi zamanı Fransada yaşayan və sağ qalmaq uğrunda Almaniyaya qarşı mübarizə aparan iki bacının hekayəsindən bəhs edir. Roman qəzaya uğrayaraq Nasist ərazilərinə düşən müttəfiq dövlətlərin pilotlarına qaçmağa kömək edən Belçikalı qadın Andrée de Jongh-un hekayəsindən təsirlənərək yazılıb. Kitab müxtəlif bestseller siyahılarında birinci olub və əsər əsasında film çəkmək hüququ 2015-ci ilin mart ayında TriStar Pictures tərəfindən alınıb. == Məzmunu == Roman 1995-ci ildə adı əvvəlcədən oxucuya məlum olmayan ahıl qadının öz xatirələrini nəql etməsi ilə başlayır. Kitab üçüncü şəxsin dilindən yazılsa da, əsas hadisələr İkinci Dünya Müharibəsi ərəfəsi - 1939-cu ildə Fransada bir-birlərindən və atalarından ayrı yaşayan iki bacı- Vianne və Isabelle-dən bəhs edir. Vianne ailəli, bir övladı olan, əri Antonieni cəbhəyə yola salan, Fransanın Almaniya tərəfindən işğalından sonra aclığa və soyuğa qarşı mübarizə aparan məktəb müəlliməsidir. Əgər əvvəlcə Vianne qızının və özünün sağ qalması uğrunda mübarizə aparırdısa, sonradan vəziyyət mürəkkəbləşir. Belə ki o, ən yaxın rəfiqəsi yəhudi Rachelin əsir düşərgəsinə sürgün olunmasından sonra onun 3 yaşlı oğlu Arini övladlığa götürür və daha 19 yəhudi uşağın Nazi təqibindən gizlədərək uşaq evinə yerləşdirir.
Bülbül (təxəllüs)
Bülbül — təxəllüs. Bülbül (müğənni) — Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədovun təxəllüsü. Molla Bəyməmməd Bülbül — şair, axund. Azər Bülbül — Türkiyə müğənnisi. Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti.
Bülbül Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Bülbül Xatun
Bülbül Xatun (1452 – 1515, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Əhmədin doğum tarixinə əsasən, 1452-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1465-ci ildə Şahzadə Əhmədi, 1466-cı ildə Xədicə Sultanı, 1467-ci ildə isə Gövhərmülk Sultanı, 1469-ci ildə Səlcuq Sultanı, 1470-ci ildə Hundi Sultanı, 1474-cü ildə Şah Sultanı, 1476-cı ildə isə Şahzadə Mahmudu dünyaya gətirdi.1480-ci ildə oğulları Şahzadə Əhməd və Mahmud qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından böyük oğlu Şahzadə Əhməd Çorum sancaqbəyi təyin edildi və Bülbül Xatun qızlarını da yanına alaraq oğluyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Ərinin taxta çıxmasının ardından kiçik oğlu Manisa, böyük oğlu Əhməd isə Amasya sancaqbəyliyinə göndərildi və Bülbül Xatun böyük oğluyla birlikdə Amasyaya getdi. Oğlunun edamına qədər burada qalan Bülbül Xatun Amasyada bir çox xeyriyyə işləri görmüşdür.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Xarı Bülbül
"Qarabağ bülbülləri" ansamblı
"Qarabağ bülbülləri" ansamblı — bədii rəhbəri Murad Rzayevdir. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. == Mükafatları == Sovet İttifaqı Mərkəzi komitəsinin mükafatı SSRİ Xalq Təsərrufatı Nailiyyətlər Sərgisinin mükafatı Ağdam Rayon Partiya Komitəsinin mükafatı Ümumittifaq Komsomolun Mərkəzi Komtəsinin mükafatı Pioner Təşkilatının Mərkəzi Komitəsinin mükafatı == Həmçinin bax == Qarabağ bülbülləri (film, 1977) Oğlan (film, 1984) == Xarici keçidlər == Şirinov E. "Qarabağ bülbülləri"nin yaradıcısı kimdir. "Təzadlar" qəzeti, 20 may 2008, səh. 8.
Polad Bülbüloğlu
Polad Bülbüloğlu (doğum adı: Polad Murtuza oğlu Məmmədov; 4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006–h. h.), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi. Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinfi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Pərviz Bülbülə
Pərviz Bülbülə (1 aprel 1985, Bülbülə) — Azərbaycan meyxanaçısı, müğənni. Pərviz Bülbülə 1 aprel 1985-ci ildə Bülbülə qəsəbəsində doğulub. Suraxanı rayonu 208 nömrəli məktəbdə təhsil alıb. Orta təhsillidir. 2001–2013-cü illərdə ANS telekanalında yayımlanan De, Gəlsin! yarışma verilişində iştirak etmişdir. Türkan Vəlizadə, Damla kimi qadın sənətçilərlə düetlər etmişdir. Ailəsinin 2-ci övladıdır, özündən böyük Taleh adında bir qardaşı var. Evlidir, bir qızı, bir oğlu var.
Qamış bülbülü
Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü. Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar. Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər. Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.
Qara bülbül (DC Comics)
Qara bülbül (ing. Black Canary) — DC Comics tərəfindən nəşr edilən komik kitablarında görünən uydurma personajdır.
Qarabağ bülbülləri (film, 1977)
Film Qarabağın dahi müğənnilərinin, muğam ustalarının yolunu davam etdirən gənc xanəndələrə həsr olunmuşdur. Kinolent gənc müğənnilərin məlahətli mahnılarının sədaları altında gözəl Qarabağın tarixi yerlərini, təbiətini əsrarəngiz gözəlliklərini əks etdirir. "Qarabağ bülbülləri" ansamblının üzvləri T.Allahverdiyev, İ.Cəfərov, N.Zeynallı və Ümumittifaq "Rus Qışı" və Beynəlxalq "Qoy Həmişə Günəş Olsun!" uşaq festivallarının laureatlarıdır. Rejissor: Xamiz Muradov Ssenari müəllifi: İsa İsmayılzadə, Xamiz Muradov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.
Qızılgül və bülbül (İrəvani)
Qızılgül və bülbül — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsərdə böyük qızılgül, tumurcuqlar və yaşıl yarpaqlar təsvir olunmuşdur. Birinci yarpaq üzərində punktirin olmaması diqqət cəlb edir. Əsərin digər hissələri isə bir və ya iki qat boya ilə işlənmişdir. Yalnız aşağı tərəfdə budağın yaşıllığı saxlanmışdır. Böyük qızılgülün aşağısında bir bülbül təsvir edilmişdir. Əsər yaxşı vəziyyətdə dövrümüzə çatmışdır.. Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред.
Tənha bülbülün rəqsi (film, 2003)
Bülbül adına orta ixtisas musiqi məktəbi
Eren Bülbülün ölümü
Ərən Bülbül (türk. Eren Bülbül; 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. == Erkən həyatı == Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. == Ölümü == 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi. PKK-nın hücumu nəticəsində Bülbül və Fərhad Gedik adında bir polis öldü, bir polis yaralandı.
Qərb bülbülü
Qərb bülbülü (lat. Luscinia megarhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin bülbül cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu adətən 17 sm, kütləsi isə 25 q olur. Rütubətli yerlərdəki, kolluqlarda və çay vadilərində yaşayırlar. Köçəri quşdur, Afrikada qışlayır.
Ərən Bülbülün ölümü
Ərən Bülbül (türk. Eren Bülbül; d. 1 yanvar 2002, Maçka, Trabzon ili – 11 avqust 2017, Körpüyanı[d], Trabzon ili) — Türkiyə təhlükəsizlik orqanları ilə PKK militanları arasında çıxan toqquşmada ölən uşaq. Ayşə və Həsən Bülbül cütlüyünün oğlu olaraq doğulan Ərən Bülbül ailəsinin 12 uşağından biri idi. Həyatını Trabzon ilinin Maçka ilçəsində keçirdi. 2016-cı ildə atasını itirdi. İfrat Trabzonspor azarkeşi idi. 11 avqust 2017-ci ildə bir qrup PKK silahlısı ilə polis arasındakı toqquşmadan sonra, həmin qrup təchizat almaq üçün ərazidəki bir evə girdi. Bunu görən Bülbül bu barədə polisə məlumat verdi. Daha sonra polislə onlara evin yerini göstərməyə getdi.
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.

Значение слова в других словарях