Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sallaq akasiya
Sallaq akasiya (lat. Acacia pendula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Sallaq armud
Sallaq armud (lat. Pyrus nutans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur. Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.
Sallaq dovşanalması
Sallaq dovşanalması (lat. Cotoneaster nitens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Cənubi-Şərqi Çində yayılmışdır. Hündürlüyü 1,5 m olan, sallaq budaqlı koldur. Nazik budaqları tund qəhvəyi rənglidir. Yarpaqları dairəvi, iti uclu, 1-3 sm uzunluğunda, 1-1,5 sm enindədir, parlaq tünd yaşıldır. Çiçəkləri mürəkkəb qalxıncıqlara toplanmışdır, çəhrayı rənglidir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir, al-qırmızıdır. Toxumla çoxaldılır. Torpaq-iqlim şəraitinə davamlıdır.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Sallaq quşdarısı
Milium effusum L. Hündürlüyü 60–90 (150) sm, qısa yeraltı zoğları olan, kökümsovlu çoxillik bitkidir. Gövdəsi düz, hamar və çılpaqdır. Yarpaqları enli-neştərşəkilli, uzun, lentşəkilli, hamar və ya biraz kələ-kötürdür, eni (5) 8–15 (18) mm-dir; dilcik nazikpərdəşəkilli, kütdür. Çiçək qrupu boş qollu-budaqlı süpügrə şəklindədir, uzunluğu (10) 15–30 (35) sm-dir, üfüqi və ya aşağı əyilmiş nazik budaqlıdır. Sünbülləri yumurtaşəkillidir, yaşıl, tutqun və yaxud bənövşəyi rəngdədir, uzunluğu 3 mm-ə qədərdir. Sünbül pulcuqları az nahamardır, üç ədəd aydın bilinməyən damarı vardır. Çiçək pulcuqları bar verəndə qalın dərili, parlaqdır, darını sıx əhatə edir və sünbüldən onunla birgə düşür. İyun İyun-Avqust (Sentyabr) BQ (Quba), BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı və orta dağ qurşağında üstünlük təşkil edir, nadir halda aşağı dağ qurşağı və dağətəyi yerlərdə. Meşələrdə, meşə kənarında, talalarda, kollar arasında, çəmənlərdə, çay sahilində rast gəlinir.
Sallaq söyüd
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Vətəni İran və Çindir. Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Sallaq sərv
Əsasən Çin, Vyetnam, Yaponiya və Şimali Amerikada yayılmışdır. Bəzi alimlər bu bitkini Chamaecyparis funebris (Endl.) franco adı ilə Chamaecyparis cinsinə aid edirlər. Həmişəyaşıl, hündürlüyü 20–25 m-ə qədər olan, zoğlarının ucları sallaq ağacdır. Qabığı qonur, hamardır. Enli çətiri sıx deyil. Gövdənin rəngi qəhvəyi-qara və hamardır. Budaqları möhkəm, sallaqdır. Qısa budaqları qalındır. Yarpaqları qarşı-qarşıya yerləşir, göyümtül-mavidən boz-yaşıl rəngədək olur. Çiçəkləri birevlidir.
Sallaq tozağacı
Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır. Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir. Azərbaycanın nadir bitkisidir. NT. Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır. Azərbaycanda arealı çox geniş deyil. Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır.
Sallaq tuyevik
Sallaq tuyevik (lat. Thujopsis dolabrata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuyevik cinsinə aid bitki növü. Vətəni Yaponiyadır; mədəni şəraitdə çox vaxt kol formasında becərilir. Piramidal formalı çətirli və topabudaqlı ağacdır. Vətənində əlverişli şəraitdə hündürlüyü 35-40 m-ə, diametri isə 1 m-ə çatır. Qabığı qırmızı-qonur, nazik, lifli olmaqla, uzun qabıqlarla çıxır. Zoğları iki cərgəlidir və bir sahədə yerləşir. Budaqlarının ucları aşağıya sallanır. İynəyarpaqları xaçvarı-qarşılıqlı, qabıqşəkilli, alt tərəfi iri, ağ zolaqlı və xallıdır. Sahədə iynəyarpaqları ətli, parlaq, tünd-yaşıl, zoğa sıx bitişikdir, uzunluğu 4–6 mm, alt tərəfi 2, enli ağ zolaqlıdır.
Sallaq şinus
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır. 1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır. Şaxtaya və quraqlığa davamlıdır. Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.
Sallaq ərəbotu
Catolobus pendulus (lat. Catolobus pendulus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin catolobus cinsinə aid bitki növü.
Otto Vallax
Otto Vallax (alm. Otto Wallach‎; 27 mart 1847, Köniqsberq — 26 fevral 1931, Göttingen) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1910). Köniqsberqdə (indiki Kalininqrad, Rusiya) (1847-1931) anadan olmuş, alman üzvi kimyaçısı Vallax Otto 1869-cu ildə Gettingen Universitetini bitirmişdir. 1870- ci ildə Boan Universitetində işləmişdir. 1876- cı ildə professor elmi adı almışdır. Kimyanın və kimya texnologiyasının inkişafı sahəsindəki nailiyyətlərinə, eyni zamanda alitsiklik birləşmələrin sintezi və tədqiqi üzrə həyata keçirdiyi kompleks işlərinə görə 1910- cu ildə alimə Nobel mükafatı verilmişdir. Otto Vallax 26 fevral 1931-ci ildə vəfat edib.
Paul Vallas
Paul Gust Vallas (ing. Paul Vallas; 10 iyun 1953, Çikaqo, İllinoys) — ABŞ siyasətçisi və Çikaqo Məktəb üzvü (1995–2001).
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Batlaq (Miyanə)
Batlaq (fars. باطلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (17 ailə).
Mixael Ballak
Maykl Ballak (alm. Michael Ballack‎; 26 sentyabr 1976[…]) — alman futbolçu, yarımmüdafiəçi. Almaniya millisinin oyunçusu olub. Bayer 04, Bavariya, Çelsi klublarında oynayıb. FİFA 100 siyahısına daxildir.
The Ballad Hits
The Ballad Hits – Roxette qruppunun albomudur.
Resident Evil Village
Resident Evil Village (azərb. Şər yuvası: Kənd‎) — Capcom tərəfindən hazırlanmış və satışa çıxarılmış 2021-ci ilin survival horror janrındakı videooyunu. Bu, 2017-ci ildə təqdim edilmiş “Resident Evil 7: Biohazard” oyunundakı hekayə xəttini davam etdirir. Məşhur əsas seriyanın sayca onuncu oyunudur. Oyunun baş qəhrəmanı olan İtan Vinters qaçırılıb mutant məxluqların zəbt etdiyi bir kənddə saxlanılan körpə qızını tapıb xilas etmək üçün axtarışa başlayır — bu işi yerinə yetirmək oyunçulara həvalə edilir. Oyun 2020-ci ilin iyununda elan edilmiş və rəsmi olaraq 7 may 2021-ci ildə satışa çıxarılmışdır. Oyun PlayStation 4, PlayStation 5, Xbox One, Xbox Series X/S, Stadia və Windows da daxil olmaqla müxtəlif oyun platformalarında mövcuddur. Oyunun mobil versiyası 30 oktyabr 2023-cü il tarixində iOS platforması üçün əlçatan olmuşdur. Oyun bütövlükdə yaxşı qarşılanıb, oynanışı, quruluşu və müxtəlif funksiyaları haqqında müsbət rəylər almışdır. Ancaq, oyunçular tapmacaları, boss döyüşlərini və xüsusilə Windows-da ortaya çıxan performans problemlərini bəyənmədiklərini bildiriblər.
Valday buzlaq epoxası
Valday buzlaq epoxası (rus. Валдайская ледниковая эпоха, ing. Valdai Ice Age) — Ş. Avropa düzənliyində Üst Dördüncü dövr buzlaşması epoxası (70-dən −11 min ilə qədər əvvəl). Bu zaman buzlaq müasir Valday yüksəkliklərinə qədər çatmışdır. Vaxt etibarilə Q. Avropanın Vyurm və Vislin buzlaşmalarına uyğun gəlir.
Vi-di-Joli-Villaj
Vi-di-Joli-Villaj (fr. Wy-dit-Joli-Village) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 307 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-şərqdə, Serji belediyyənin 19 km şimal-qərbdə yerləşir.
Lallar
Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəlayir kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 579 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eldar Həsənov (1965–1994) — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pallad
Pallad (IV əsr, İsgəndəriyyə, Akrotiri və Dekeliya – V əsr, İsgəndəriyyə) — sonuncu bütpərəst şair-epiqrammatist. Ellin mədəniyyətinin tərəfdarı və xristian intibahının əleyhdarı olan Pallad öz ideyalarının məhdudluğunu görür: "Xoşbəxtlik gətirən tale bədbəxt olmuşdur". Pallad dövrünün mükəmməl epiqrammçısıdır. Müasirləri onun xatirəsini əziz tutaraq ona "Meteor" təxəllüsü vermişdilər.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Qalpaq
Qalpaq (türk. kalpak) — kəsik konus şəklində, əsasən kürk, parça və ya dəridən tikilən bir papaq növüdür. ƏsasənTürkiyədə, Qafqazda, İranda, Rusiyada və Orta Asiya ölkələrində istifadə edilir. Tarixən müxtəlif türk birliklərində çox geniş istifadə edilmişdir. İndiki dövrdə Özbəkistan sərhədləri içində yaşayan Qaraqalpaqlar da adlarını qalpaq sözündən götürmüşdür. "kalpak." Arxivləşdirilib 2009-04-04 at the Wayback Machine Güncel Türkçe Sözlük. Türk Dil Kurumu. 2009. "kalpak." Büyük Larousse Sözlük ve Ansiklopedisi. Gelişim Yayınları.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.