Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vestel
Vestel - 1975-ci ilde Asil Nadir tərəfindən Türkiyə'də yaradılmış Türk texnologiya şirkətidir.
Veksel
Veksel (alm. Wechsel‎) — müəyyən müddət keçəndən sonra veksel verənin müəyyən məbləği vaxtı çatdıqda veksel sahibinə ödəməsini təsdiq edən pul öhdəliyidir. Veksel-qiymətli kağızların, pul öhdəliklərinin növü; qanunla nəzərdə tutulmuş şəkildə tərtib olunmuş və onun sahibinə müəyyən olunmuş vaxt keçəndən sonra öhdəlik vermiş şəxsdən sənəddə göstərilmiş pul məbləğini qəti tələb etmək hüququ verən borc iltizamının xüsusi formasıdır. Bunun 2 növü mövcuddur: a) Tratta vekseli — bir şəxsin digər şəxsə onun üçüncü şəxsə müəyyən müddətdə müəyyən məbləğdə pul verilməsi haqqında yazılı əmridir. Vaxtı göstərilməmiş barat vekseli təqdim olunarkən onun haqqı ödənilməlidir. b) sadə veksel — bir və ya bir neçə şəxsin müəyyən məbləğ pulu müəyyən edilmiş vaxtda ödəyəcəkləri barədə şərtsiz yazılı öhdəlik və ya iltizamdır. Sadə veksel eyni dərəcədə məsuliyyət daşıyan bir neçə şəxs tərəfindən verilə bilər. Depozit pullar sistemində xüsusi yeri veksellər tutur, hansılar ki, kredit pullarına aid edilir. Həqiqətən də, veksel kredit-hesablaşmavasitəsi kimi banknotun, bir qədər sonra kağız pulun hansısa bir nümunəsi kimi çıxış edir. Lakin müasir iqtisadi nəzəriyyədə veksellərə pul sifətində yox, əhəmiyyətli dərəcədə qiymətli kağızlar kimi baxırlar.
Verxel
Verxel (isp. Vergel) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 8,16 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4858 nəfərə çatmışdır.
Vevetl
Vevetl (astek Huehuetl) — Meksika yerli zərb aləti. Asteklər və digər mədəniyyətlər tərəfindən istifadə olunur. Əllə və ya taxta çubuqla ifa olunur. Bu zərb aləti Mezoamerikada yaranmış və tez-tez asteklər ilə tarasklar tərəfindən istifadə olunurdu. Vevetl döyüşçü yığıncaqları kimi festivallarda ifa olunurdu. Bu zərb alətinin özü çuxurlu ağac gövdələrindən hazırlanmışdır və buna görə də müxtəlif ölçülərdə olmuşdur. Davulun altına tez-tez heyvanların və döyüşçülərin oymaları da həkk olunurdu. Vevetlın üst hissəsi üçün istifadə olunan dəri əsasən oselotlardan əldə olunurdu. Coe, Michael D. (2002); Mexico: From the Olmecs to the Aztecs London: Thames and Hudson.
Vittel
"Vittel" — öz zəngin xassələrini Fransanın şərqindəki dağlardan götürən təbii mineral su. “Vittel” öz mineral duzlarının və makroelementlərinin ideal tarazlaşdırılmış unikal tərkibi sayəsində bizim orqanizmimizə lazım olan maddələrin daxil olmasını təmin edir. “Vittel” orqanizmin kalsium ehtiyatını təmin edə bilən və bununla da insanı hər zaman sağlam tuta bilən təbii mənbədir.1,5 litr “Vittel” suyu günlük kalsiumun 15 faizini bizə bəxş edir. XIX əsrin ikinci yarısından etibarən bütün avropadan insanlar bu suyun canlandırıcı gücünü öz üzərlərində təcrübədən keçirmək üçün gəlirdilər. Bir müddət sonra “Vittelin” adı sözün əsl mənasında dünyanın dörd bir yanında mineral sularla bərabər hallanmağa başladı. “Vittel” istirahət mərkəzi sağlam görünmək istəyən hər kəsin ziyarətgahı oldu. İnsanlar buraya həyat enerjisi tapmaq, stres və yorğunluqdan azad olmaq üçün gəlirlər. Məhz burada idmançıları olimpiyadalara hazırlayan mərkəz və Aralıq dənizi klubu fəaliyyət göstərir. Bundan başqa əlverişli iqlim və məşhur termal qaynaqlar “Vittel” mineral suları rayonunu aparıcı istirahət mərkəzinə çevirmişdir. Bütün bu xarekretirek xüsisiyyətləri özündə cəmləyən “Vittel” gözəl şərablara və ləziz yeməklərə əlavə olunmaqla dünyəvi şöhrət qazanır.
Şpatel
Şpatel yemək, dərman, gips və boya daxil olmaqla materialı qarışdırmaq, yaymaq və qaldırmaq üçün istifadə olunan enli, yastı, əyiləbilən bir bıçaqdır.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Əxtəl
Əbu Malik Qiyas ibn Qaus ət-Təğlibi (640[…], Hiyrə, Nəcəf mühafəzəsi – 710, Cəzirə) – ərəb şairi. Xristian Təğlib qəbiləsinə mənsub olmuşdur. Kəskin həcvlərinə görə müsəlman şair Kәəb ibn Cüeylin ona "sən boşboğaz və səfehin birisən" deməsindən sonra "əxtəl" (səfeh) ləqəbi ilə tanınmışdır. Əxtəl dövrün tanınmış adamlarına, o cümlədən xəlifə Müaviyəyə, Yezidə, Həccac və Ziyada mədhiyyələr qələmə almışdır. Himayəsində olduğu Yezidin istəyi ilə əhli-beyti və ənsarı tənqid edən şeirlər yazmışdır. Mədinə əhlini həcv etdiyinə görə müsəlmanlar tərəfindən lənətlənən Əxtəl xəlifə Əbdülməlik dövründə Dəməşqdə Əməvilər sarayının rəsmi şairi olmuş və xeyli rəğbət qazanmışdı. Əxtəlin Əməvilər dövrünün məşhur şairlərindən olan Cərir ibn Ətiyyə ilə qarşılıqlı atmacaları geniş yayılmışdı (bu mübahisələrdə Fərəzdəq Ə.-in tərəfini tutmuşdur). Əxtəl fəxriyyələr yazmış, lakin bu janra forma və dil baxımından yenilik gətirə bilməmişdir. Xəmriyyələri (şərabı tərənnüm edən şeirlər) məşhurdur. Əxtəlin şeirləri yaşadığı dövrün hadisələrini, siyasi çəkişmələri əks etdirdiyi üçün tarixi dəyərə malikdir.
Aşıq Veysəl
Aşıq Veysəl (türk. Veysel Şatıroğlu; 25 oktyabr 1894, Sarqışla, Sivas ili – 21 mart 1973, Sarqışla, Sivas ili) — Türk xalq ozanı. Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi. Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır: Yetmiş doqquz il ömür sürən Aşıq Veysəl bu ömrünün cəmi 6–7 ilini gözlərilə işıqlı dünyaya baxa bilmişdir. Qalan ömründə Veysəl özü demişkən dünyaya qəlbinin gözü ilə baxmışdır. Onun fikrinə görə aşıq işıqlı dünyada baş verən olaylara gözlərilə deyil, könlü, ürəyi ilə baxmalıdır.
Bertel Torvaldsen
Bertel Torvaldsen (dan. Bertel Thorvaldsen; 19 noyabr 1770[…], Kopenhagen – 24 mart 1844[…], Kopenhagen) — Danimarka rəssam və heykəltaraşı, son klassizmin ən parlaq nümayəndəsi. Romadakı müqəddəs Luka Akademiyasının (1833-cü ildən) prezidenti olmuşdur. Əsərləri əsasən mərmərdəndir. Bertel Torvaldsen, İslandiyalı taxta istehsalçısı Danimarkada məskunlaşan Qottskalk Torvaldsonun (Gottskálk Þorvaldsson) Skagafjord (Skagafirði) sahillərində doğulan oğludur. Ata adının danimarkalaşmış formasından oğul adını almışdır. Bertel Kopenhagen İncəsənət Akademiyasını bitirib. 1797-ci ildə Romaya yola düşdü və qırx ildən çox İtaliyada oldu. Qədim sənət dünyasının kəşfi onun həyatını dəyişdi və Romaya gəlişini doğum günü kimi qeyd etdi. Kanova özü Torvaldseni Yasonun heykəlinə görə təriflədi (1803) və sonradan danimarkalı heykəltaraş böyük Venesiya varisi olaraq ictimaiyyət tərəfindən qəbul edilməyə başladı.
Bob Veaton
Bob Veaton (28 dekabr 1941, Viktoriya) — Kanadalı keçmiş üzgüçü. Bob Veaton Kanadanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Bob Veaton birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.7 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Frans Verfel
Frans Verfel (d. 10 sentyabr 1890, Praqa - ö. 26 avqust 1945, Beverli-Hillz, Kaliforniya) - Avstriya yazıçısı, dramaturqu və şairi. 1920-ci illərdə Almaniyanın ən tanınmış yazıçılarından biri idi. Nasist Avstriyanın 1938-ci il işğalından sonra Vyananı tərk etdi, ilk olaraq Fransaya, Fransanın istilasından sonra isə ABŞ-də məskunlaşdı. 1890-cı ildə Praqada anadan olub. Alman dilli yəhudi icmasına mənsub idi. Atası əl sənayesi əlcəklərinin zəngin istehsalçısı Rudolf Verfel, anası isə fabrik sahibinin qızı Albine Kussi idi. Franz Verfel cütlüyün üç övladından birincisi olub. Katolik dayə Barbara Simunkovanın təsiri ilə xristian mədəniyyətinə yaxın bir şəkildə böyümüşdü.
Kaspar Vessel
Kaspar Vessel (ing. Caspar Wessel; 8 iyun 1745[…] – 25 mart 1818[…], Kopenhagen) — danimarkalı alim; ilk dəfə kompleks ədədlərin həndəsi təsvirini vermişdir.
Nivola-Vermel
Nivola-Vermel (fr. Nivolas-Vermelle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyo-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38276. Kommunanın 1999-cu il üçün əhalisi 1823 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Pavel Pestel
Pavel İvanoviç Pestel (rus. Па́вел Ива́нович Пе́стель; 24 iyun (5 iyul) 1793, Moskva – 13 (25) iyul 1826) — Cənub dekabrist cəmiyyətinin rəhbəri.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Sebastian Fettel
Sebastyan Fettel (alm. Sebastian Vettel‎; d. 3 iyul 1987, Heppenhaim, Almaniya) — Almaniya avtopilotu. Formula 1 seriyasının dörd dəfə dünya çempionu (2010, 2011, 2012 və 2013). 2010-cu ildə Fettel Almaniyada ilin ən yaxşı idmançısı olaraq tanınıb. Sebastyan Fettel 1987-ci il iyulun 3-də Almaniyanın Heppenhaym şəhərində Norbert Fettel və Heyke Fettelin ailəsində doğulub. Onun Fabian adlı özündən balaca qardaşı, Melani və Stefani adlı böyük bacıları var. Onun uşaqlıqda üç kumiri olub – Mixael Şumaxer, Maykl Cordan və Maykl Cekson. Uşaqlığında Maykl Cekson kimi mahnı oxumaq istədiyini, lakin səsi olmadığını bildirir. Fettel uşaqlıqdan tanıdığı Hanna Patter ilə münasibətdədir.
Sebastyan Fettel

Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Vestal bakirəsi
Vestal bakirəsi (lat. virgo vestalis) — Qədim Romada yüksək hörmət və ehtirama sahib ilahə Vesta rahibəsi. O, toxunulmaz sayılırdı. Buna görə də çoxları öz vəsiyyətnamələrini ona saxlamaq üçün etibar edirdilər. Vestal bakirəsinə qarşı hər hansı təhqir ölümlə cəzalandırılırdı. Vestal bakirəsi ata himayəsindən azad olunaraq, öz mülkünə sahib olmaq hüququ qazanırdı. Vestal bakirəsi qətil yerinə təsadüfən yetişdikdə məhkumu əhv etmək hüququna malik idi. Bu zaman onun təsadüfən hadisə üzərinə çıxdığını and içərək təsdiqləməsi kifayət idi. Onu 1 nəfər liktor mühafizəçisi olurdu. Qız uşağı altı yaşdan az və ondan çox olmamaqla; Namizədin nitq və cismani qüsuru olmamaqla; Valideynlərinin hər ikisinin həyatda olması; Bir qədər emansipasiyalaşmış olmalı; Valideynlərindən heç biri qul olmamalı eyni zamanda Roma sakini — Patrisilər olmalıdır.
Veysel Musibov
Veysəl Yadulla oğlu Musibov (15 fevral 1989, Taldı-Kurqan vilayəti – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Veysəl Musibov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Döyüşlərdən 3 il sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Veysəl Musibovun adı verilmişdir. Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər almışdır.
Veysəl Musibov

Veysəl Qarani
Veysəl Qərani və ya Üveys Qarani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən - ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof. Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
Veysəl Özgür
Veysəl Özgür (türk. Veysel Özgür) (d. 1877, Trabzon – ö. 1931, Ankara) — Türk əsgəri. 1895-ci ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1899-cu ildə oranı bitirərək hərbi xidmətə başlamışdır. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 28 oktyabr 1920-ci ildə Anadoluya gedərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 26 mart 1924-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 3 noyabr 1941-ci ildə İstanbulda vəfat etdi.