Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Vinir
Vinir (bunlara "laminat vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur. Kompozit vinirlər Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər Farfor (feldşpat) vinirlər Press-keramika vinirlər Zirkon vinirlər Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda - çat, qırıq, sürtünmə, anormal forma və sair. Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda - anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair. Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda - aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair. Dişlərdə böyük defektlər və ya plomblar varsa 5 və ya daha çox arxa dişin olmaması Bruksizm (diş qıcama) Bəzi pis vərdişlər - dırnaq yemək, tum çırtlamaq və sair. Ağız gigiyenasının pis olması Dişətləri problemlərinin olması - qinqivit, paradantoz. Bəzi mədə-bağırsaq problemlərinin olması - qastrit, reflü və sair.
VizieR
VizieR — Strasburq Astronomiya Məlumat mərkəzi tərəfindən verilən bir astronomik kataloq xidməti. VizieR Kataloq Xidmətinin mənşəyi 1993-cü ilədək ESA Avropa Space İnformasiya Sistemi Kataloqu Brauzerindən gəlir. Əvvəlcə Kosmik Elm cəmiyyətinə xidmət etmək üçün nəzərdə tutulan ESIS layihəsi, World Wide Web-i heterojen kataloqlar və məlumatların birbaşa çıxışına imkan verən bir verilənlər bazası kimi qabaqcadan təqdim edir. Strasburq Astronomiya Məlumat mərkəzi illərdir toplamış və astronomik məlumatları yaymışdı, buna görə orijinal ESIS Kataloq Brauzer CDS-də ötürülmüş və saxlanılmışdır. VizieR, 1996-cı ildə qurulduğu gündən etibarən astronomik jurnallarda müntəzəm olaraq nəşr olunan kataloqlanmış məlumatlara daxil olmaq üçün tədqiqatlar aparan astronomlar üçün bir istinad nöqtəsi halına gəldi. Yeni VizieR xidməti, 1997-ci ildə CDS tərəfindən yeniləndi və bu, imkanları və məlumatların həcmini axtarmaq üçün cəmiyyətə daha yaxşı xidmət göstərmək idi. 2012-ci ilin mart ayından etibarən 9800-dən çox kataloqdan ibarətdir. VizieR kataloqu Astrofizika Virtual Rəsədxanasının bir hissəsi kimi indi əsas məlumat mənbəyidir. F. Ochsenbein; P. Bauer; J. Marcout 2000, The VizieR database of astronomical catalogues, Astronomy and Astrophysics Supplement, 143, 23 Arxivləşdirilib 2013-01-12 at Archive.today S.G. Ansari; P. Donzelli; E. Simonsen; F. Ochsenbein; May 1996, Transfer of ESIS to Scientific Institutes, ESA Bulletin No. 86 Ochsenbein, F.; Genova, F.; Egret, D.; Bourekeb, I.; Sadat, R.; Ansari, S. G.; Simonsen, E., 1995, A new research tool to retrieve data from astronomical catalogues and tables, American Astronomical Society, 187th AAS Meeting, #91.03; Bulletin of the American Astronomical Society, Vol.
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Vəzir
Vəzir (ərəb. وزير‎, wazīr sözündən) — müsəlman Şərqinin dövlət və ölkələrində nazirvə ya ən yüksək rütbəli məmur titulu İlk Səfəvi şahının dövründə vəkil və əmir əl-üməra dövlət idarəçiliyi işlərində vəzirdən önəmli idi. Qüdrətli şiə ruhanilərinin işlərinə vəzirin qarışmasına yol verməyən sədrin olması da vəzirin hüquq və vəzifələrini məhdudlaşdırırdı. Səfəvi hökmdarının ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, hicri 906 (1500)-cı ildə, İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. İsmayıl onun mühüm rolunu qeyd edərək ona "Azərbaycanın açarı" adını vermişdi. İki il sonra – hicri 909 (1503–1504)cu ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəy Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Çaldıran vuruşmasına qədər əlimizdə vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu. Biz artıq I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzirin onun ölümündən dərhal sonra edam olunduğu barədə danışmışıq.
Xızır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Kiçik gizir
Kiçik gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kiçik miçman rütbəsidir.
Mehriban Vəzir
Mehriban Vəzir (18 dekabr 1957, Mirbəşir) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == Mehriban Vəzir 18 dekabr 1957-ci il tarixində Tərtər rayonunda doğulmuşdur. 1965–1975-ci illərdə Bakıdakı 161 saylı məktəbdə orta təhsil almış, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildən 1999-cu ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində müxbir, redaktor, şöbə müdiri, aparıcı olaraq çalışmışdır. 1999-dan Sara tv-də, 2003–2007-ci illərdə GünAzTv-də bir sıra proqramların müəllifi olmuşdur. 2000-ci ildən Xəzər Universitetinin jurnalistika fakültəsində Telesenari kursu üzrə mühazirəçi-müəllim kimi çalışmışdır. Yazıçılar Birliyinin üzvüdür. == İctimai fəaliyyəti == "Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi" adlı qeyri-hökumət təşkilatının sədridir. == Kitabları == "Məhbusun Arzuları" Hekayələr toplusu (Bakı, 1998, 230 səhifə) "Elçi Bəy Haqqında" Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Elçi Bəy haqqında xatirələrim.
Vəzir (şahmat)
Vəzir — Şahmat fiquru. Vəzir tutduğu xanadan şaquli, üfüqi və ya diaqonal xanalar üzrə hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə). Oyunda ən güclü fiqur hesab olunur. Avropada və qərb mədəniyyətinin hakim olduğu ölkələrdə kraliça (the queen) adlanır.
Vəzir Allahverdiyev
Vəzir Orucov
Vəzir Orucov (26 dekabr 1956, Xoruzlu, Mirbəşir rayonu – 22 mart 1993, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Laçın rayonu ərazisindən deportasiya olunmuşdu. O, kürd mənşəlidir. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü. 1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır.
Vəzir Sədiyev
Vəzir İsa oğlu Sədiyev (6 iyun 1961, Aşağı Qullar, Marneuli rayonu – 19 fevral 1993, Həsənriz, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirak etmişdi. O, yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdur. 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə cəsur komandir Vəzir Sədiyev qəhrəmancasına həlak oldu. Ailəli idi, bir övladı qalıb.
Vəzir qambiti
Vəzir qambiti — Şahmatda 1. d2-d4 d7-d5 2. c2-c4. gedişləri ilə başlanan debüt. Qambitin ilk təhlilləri gettin əlyazmalarında, həmçinin şahmatçılardan Polerianın, Salvionun və Stammın oyunlarında təhlil edilir.
Xan-vəzir
Xan-vəzir — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyunda beş(7, 9 və s.) nəfər iştirak edir. Hər hansı bir yerdə ovuc boyda bir çala qazılır. Beş(7,9 və s.) xırda daş götürülür. Oyunçular növbə ilə beş addımlıqda dayanıb bu daşları ovucun içində saxlamaqla çalaya atırlar. Əgər daşın üçü(5, 7 və s.) oraya düşərsə, o oyunçu çalanın bir tərəfindən durub xan elan edilir. Daşın ikisi(4, 6 və s.) çalaya düşərsə, həmin oyunçu özünü vəzir elan edir, bir(2, 3 və s.) daşı çalaya düşən oyunçu isə ya xana, yada vəzirə "at" olur. Beləliklə, oyunu gedişində "xan", "vəzir" və onların "atları" məlum olur. Oyun qızışdıqca, yeni daşlar çalaya atıldıqca, oyunçuların ifa etdiyi rollar dəyişilir. Bu zaman xanın hökmü yerinə yetirilir.
Xızır Rəis
Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Xızır Rəis; 1478 və ya 1484 – 4 iyul 1546, Konstantinopol) — Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Sultan Süleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar. Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516–1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər.
Xızır Taxtamışev
Xızır Taxtamışev (17 oktyabr 1943, Ersakon[d]) — Elmlər doktoru, Qaraçay-Çərkəz Respublikasının xalq şairi. 1943-cü il oktyabrın 17-də Stavropol diyarının Çərkəz Muxtar Vilayəti Ersakon kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1967-ci ildə Cənubi Rusiya Dövlət Politexnik Universitetini mühəndis ixtisası ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə əyani aspiranturaya (Milli Nəqliyyat Universiteti) daxil olmuşdur. 1973-cü ildə MNU-də namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə MNU-da doktorluq dissertasiyası müdafiə edir. Onun uzunmüddətli elmi tədqiqatlarının nəticələri Rusiya Federasiyasının və MDB ölkələrinin Dövlət Standartında (ONTP-01-90), Moskva “Akademiya” nəşriyyat mərkəzi tərəfindən dəfələrlə təkrar nəşr olunan dərsliklərdə tətbiq edilmişdir. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Elmi Araşdırma Birliyi ona “Nəqliyyat və texnoloji maşın və komplekslərin istismarı” ixtisası üzrə “Magistr və bakalavrların hazırlanması üçün dərsliklər” nominasiyası üzrə I dərəcəli Diplom təqdim edilmişdir. Elmi və pedaqoji fəaliyyətdə mühüm nailiyyətlərə görə texnika elmləri doktoru, professor Taxtamışev Xızır Mahmudoviç “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” döş nişanı ilə təltif edilib.
Xızır xan
Xızır ( Kıdır, Xıdır, tatar. Хызыр ) - Qızıl Orda xanı (may-iyun 1360 - avqust 1361 ). Təvarih-i quzidə-yi Nüsrət-namə və Utemiş-hacıya görə, o, Şiban oğlu Kadak oğlu Tula-Buki oğlu Manqkutay oğlu idi, buna görə də Şeybani idi. Daha az etibarlı mənbəyə - " Anonim İskəndər "ə görə, o , Orda-Ejen nəslindən olan Ak-Orda xanı Sası-Bukinin oğlu idi. 1359-cu ildə Gülüstanda özünü xan elan etdi. 1360-cı ildə Novruz xanın mülklərinə soxulmuş və Orda zadəganları ilə gizli danışıqlara başlamış, nəticədə Novruz Xızıra təhvil verilmişdir. Xızır Xan Novruzu, arvadını və Novruza sadiq Orda əyanlarını öldürdü. Anonim İskəndərin yazdığına görə, Xızır bir il hökmranlıq etdi. Rusiyanın işlərinə fəal qarışan Xızır Rusiyaya səfirlər göndərdi və Moskva knyazı Dmitri İvanoviçi də çağırdı. Dmitridən başqa, Andrey Konstantinoviç Suzdalski, qardaşı Konstantin Vasilyeviç (Rostov knyazı) və Mixail Yaroslavski ilə birlikdə Xızırın sarayında oldular.
Xızır xoca
Xızır xoca xan — Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1389-1399; Tuğluq Teymur xanın oğlu. Qardaşı İlyas xocanın öldürülməsindən sonra ulusbəyi Əmir Qəmərəddin Duqlat Tuğluq Teymur xanın bütün övladlarının qılıncdan keçirilməsini gərəkli bildi. Əmir Xudadad ulu xanın kiçik oğlu Xızır xocanı qaçırıb, Bədəxşanda gizlətdi. Bəzi qaynaqlara görə Əmir Xudadad onu Moğolustanın xanı elan etdi.Əmir Xudadad əmisi Əmir Qəmərəddin Duqlata qarşı çıxıb, mərkəzi Qaşqara köçürdü.Xanlığı faktiki olaraq Əmir Xudadadın anası Mirək ağa idarə edirdi. 1377-ci ildə Əmir Teymur Qaşqara yürüş etdi. Əmir Xudadad Xızır xoca oğlanı da götürüb qaçdı. Əmir Teymur Mirək ağanı əsir götürüb sarayına döndü. Mirək ağa 1390-cı ilə qədər, yəni vəfatına qədər orda yaşadı. Əmir Teymur 1390-cı ildə Əmir Qəmərəddin Duqlatı döyüşdə məğlub etdi. Əmir Qəmərəddin Duqlat İrtış ətrafına qaçdı.
Baş vəzir
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. == Osmanlıda == Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Xızır Nəbi
Xızır Nəbi bayramı və Xıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı. Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir. == Tarixi == Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.
Elməddin Cəfərov (gizir)
Elnur Rüstəmov (gizir)
Fikrət Məmmədov (gizir)
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Fizik
Fizik — fiziki kainatın bütün maddə və enerjisinin qarşılıqlı əlaqəsini başa düşmək üçün ixtisaslı alim. Fiziklər öz sahələrinin bir çox şöbələrində bütün böyük miqyası əhatə edən təbii hadisələrin geniş sprektrini öyrənirlər. Fiziklərə ümumiyyətlə təbii hadisələrin əsas səbəbləri və ya kökü və adətən riyazi münasibətlərlə öz anlayış çərçivəsi maraqlıdır. "Fizik" ifadəsi Vilyam Uel tərəfindən 1840-cı ildə İnduktiv Elmlər Fəlsəfəsi (ing. The Philosophy of the Inductive Sciences) kitabında yeni ifadə kimi işlədilmişdir. == Fəxri adlar və mükafatlar == Fiziklərin layiq görüldüyü ən yüksək fəxri ad İsveç Kral Elmlər Akademiyası tərəfindən 1901-ci ildən bəri verilən Fizika üzrə Nobel mükafatıdır.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).