XIDIRNƏBİ
XIZIRALI
OBASTAN VİKİ
Xızır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Xızır Rəis
Xeyrəddin Barbarossa (Barbaros Xeyrəddin Paşa və ya Xızır Xeyrəddin Paşa; eyni zamanda paşa və admiral rütbələri alanadək Xızır Rəis; 1478 və ya 1484 – 4 iyul 1546, Konstantinopol) — Osmanlı tarixinin ən məşhur dənizçilərindən biri və admiral, Osmanlı dövlətinin paşa rütbəsi almış ilk dəniz komandanı. Əsl adı Yaquboğlu Xızır olsa da, Sultan Sultan Süleyman Qanuni ona dövlət və İslam qarşısındakı xidmətlərinə görə "dinin xeyirlisi" mənasını daşıyan Xeyr-əd-din adını vermişdi. Avropalıların Xeyrəddin paşanın böyük qardaşı, məşhur dənizçi Oruc Rəisə qırmızı saqqalına görə verdikləri və italyan dilindən "qırmızı saqqal" kimi tərcümə olunan Barbarossa ləqəbi onun vəfatından sonra Xeyrəddin paşaya da aid edildi. Bu səbəbdən qərb tarixçiləri onları ayırmaq üçün müvafiq olaraq I və II Barbarossa paşa adlandırırlar. 1512-ci ildə onlar Tunis sultanı Məhəmmədlə anlaşaraq Tunisdəki Xalkül-Vaad (La Qaletta) limanını istifadə etməyə başladılar. Xızır ve Oruc qardaşları 1516-cı ildə ələ keçirdikləri yüklü bir gəmini hədiyyə olaraq Piri Rəis himayəsində Osmanlı padşahı Yavuz Sultan Səlimə göndərdilər. Cavab olaraq Yavuz Sultan Səlim də onlara verdiyi dəstəyin ifadəsi kimi hədiyyələr yolladı. Oruc Rəis və Xızır Rəisin böyük qardaşları olan İshaqın da onlara qatılmasından sonra 1516–1517-ci illərdə ispanlara qarşı müharibələrdə iştirak etdilər və Tənəs, Tlemsən və Oran şəhərlərini ələ keçirərək Əlcəzairi tutdular. Oruc Rəis Əlcəzair hökmdarı elan edildi. İspanlar 1518-ci ildə Əlcəzairi geri almaq üçün ərəblərlə birləşərək hücuma keçdilər.
Xızır Taxtamışev
Xızır Taxtamışev (17 oktyabr 1943, Ersakon[d]) — Elmlər doktoru, Qaraçay-Çərkəz Respublikasının xalq şairi. 1943-cü il oktyabrın 17-də Stavropol diyarının Çərkəz Muxtar Vilayəti Ersakon kəndində anadan olmuşdur. == Elmi və pedaqoji tərcümeyi-halı == 1962-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1967-ci ildə Cənubi Rusiya Dövlət Politexnik Universitetini mühəndis ixtisası ilə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə əyani aspiranturaya (Milli Nəqliyyat Universiteti) daxil olmuşdur. 1973-cü ildə MNU-də namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə MNU-da doktorluq dissertasiyası müdafiə edir. Onun uzunmüddətli elmi tədqiqatlarının nəticələri Rusiya Federasiyasının və MDB ölkələrinin Dövlət Standartında (ONTP-01-90), Moskva “Akademiya” nəşriyyat mərkəzi tərəfindən dəfələrlə təkrar nəşr olunan dərsliklərdə tətbiq edilmişdir. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Elmi Araşdırma Birliyi ona “Nəqliyyat və texnoloji maşın və komplekslərin istismarı” ixtisası üzrə “Magistr və bakalavrların hazırlanması üçün dərsliklər” nominasiyası üzrə I dərəcəli Diplom təqdim edilmişdir. Elmi və pedaqoji fəaliyyətdə mühüm nailiyyətlərə görə texnika elmləri doktoru, professor Taxtamışev Xızır Mahmudoviç “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” döş nişanı ilə təltif edilib.
Xızır xan
Xızır ( Kıdır, Xıdır, tatar. Хызыр ) - Qızıl Orda xanı (may-iyun 1360 - avqust 1361 ). Təvarih-i quzidə-yi Nüsrət-namə və Utemiş-hacıya görə, o, Şiban oğlu Kadak oğlu Tula-Buki oğlu Manqkutay oğlu idi, buna görə də Şeybani idi. Daha az etibarlı mənbəyə - " Anonim İskəndər "ə görə, o , Orda-Ejen nəslindən olan Ak-Orda xanı Sası-Bukinin oğlu idi.1359-cu ildə Gülüstanda özünü xan elan etdi. 1360-cı ildə Novruz xanın mülklərinə soxulmuş və Orda zadəganları ilə gizli danışıqlara başlamış, nəticədə Novruz Xızıra təhvil verilmişdir. Xızır Xan Novruzu, arvadını və Novruza sadiq Orda əyanlarını öldürdü. Anonim İskəndərin yazdığına görə, Xızır bir il hökmranlıq etdi.Rusiyanın işlərinə fəal qarışan Xızır Rusiyaya səfirlər göndərdi və Moskva knyazı Dmitri İvanoviçi də çağırdı. Dmitridən başqa, Andrey Konstantinoviç Suzdalski, qardaşı Konstantin Vasilyeviç (Rostov knyazı) və Mixail Yaroslavski ilə birlikdə Xızırın sarayında oldular. O, geniş ərazini idarə edirdi (bunu onun Gülüstanda, Saray Bərkə, Xarəzm və Azovda buraxdığı sikkələr sübut edir). Xanlığın idarəsində o, möhkəm nizam-intizamı qorumağa çalışırdı.Görülən bir sıra tədbirlərə baxmayaraq, kiçik oğlu Kutluyla olan ara qarışıqlığını cilovlaya bilməyib böyük oğlu Timur Xocanın təşkil etdiyi sui-qəsd nəticəsində öldürüldü.
Xızır xoca
Xızır xoca xan— Moğolustan hakimi, Cığatay xanı, hakimiyyət illəri 1389-1399; Tuğluq Teymur xanın oğlu. == Həyatı == Qardaşı İlyas xocanın öldürülməsindən sonra ulusbəyi Əmir Qəmərəddin Duqlat Tuğluq Teymur xanın bütün övladlarının qılıncdan keçirilməsini gərəkli bildi. Əmir Xudadad ulu xanın kiçik oğlu Xızır xocanı qaçırıb, Bədəxşanda gizlətdi. Bəzi qaynaqlara görə Əmir Xudadad onu Moğolustanın xanı elan etdi.Əmir Xudadad əmisi Əmir Qəmərəddin Duqlata qarşı çıxıb, mərkəzi Qaşqara köçürdü.Xanlığı faktiki olaraq Əmir Xudadadın anası Mirək ağa idarə edirdi. 1377-ci ildə Əmir Teymur Qaşqara yürüş etdi. Əmir Xudadad Xızır xoca oğlanı da götürüb qaçdı. Əmir Teymur Mirək ağanı əsir götürüb sarayına döndü. Mirək ağa 1390-cı ilə qədər, yəni vəfatına qədər orda yaşadı. Əmir Teymur 1390-cı ildə Əmir Qəmərəddin Duqlatı döyüşdə məğlub etdi. Əmir Qəmərəddin Duqlat İrtış ətrafına qaçdı.
Qara Xızır (Piranşəhr)
Qara Xızır (fars. قره خضر‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Qara Xızır (Piranşəhər)
Qara Xızır (fars. قره خضر‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Əhalisini kürdlər təşkil edir.
Xızır Nəbi bayramı
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir. Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardı. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır. Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır.
Xızır xan Qaraxani
Xızır bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1080. ildə qardaşı Şəmsmülk Nəsr xanın ölümündən sonra hakimiyyətə gəlmiş. Hakimiyyəti illərində Xızır əl-xaqan və əl-muazzam sultan adı ilə pul zərb etdirmişdir.
Xızırabad
Xızırabad — İranın Yəzd ostanının Səduq şəhristanının Xızırabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 216 nəfər və 61 ailədən ibarət idi.
Xızırabad (Urmiya)
Xızırabad (fars. خضراباد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (63 ailə).
Xızıri Dəşt Bəyaz
Xızıri Dəşt Bəyaz — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Nimbeluk bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,930 nəfər və 1,385ailədən ibarət idi.
Xızırkəndi (Əhər)
Xızırkəndi (fars. خضركندي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Xızırlı
Xızırlı — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,746 nəfər və 848 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Xızırlı (Çaldıran)
Xızırlı (fars. خضرلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (93 ailə).
Xızırlı (Şot)
Xızırlı (fars. خضرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xızırlı (Şövt)
Xızırlı (fars. خضرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xızırqışlaq (Maku)
Xızırqışlaq (fars. ‎خزرقشلاق‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (60 ailə).
Xızırçoban (Mahnişan)
Xızırçoban (fars. خضرچوپان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (52 ailə).
Xızırabad (Mahnişan)
Xızırabad (fars. خضراباد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (21 ailə). İnsanların ana dili Azərbaycan türkcəsidir. Kənd əhalisinin əksəriyyəti 1980-1990-cı illərdə Zəncanın və ya Tehranın ətrafındakı digər şəhərlərə köç edib.
Xızırabad (dəqiqləşdirmə)
Xızırabad — İranın Yəzd ostanının Səduq şəhristanının Xızırabad bəxşində şəhər və bu bəxşin mərkəzi.

Значение слова в других словарях

европеи́ст коагули́рование натруси́ть номинати́в подпира́ть репрографи́ческий сахариметр трепа́ч харассмент эх-ва́ лиа́на недотро́га незва́ный сигаре́та astrometry crucible dew-claw mensal violin-maker автомат ленточка мечтательница окопный песец чертополох