GİZİLTİLİ
GİZİR₁
OBASTAN VİKİ
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Anar Nağıyev (gizir)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Aqşin Quliyev (gizir)
Aqşin Mehdi oğlu Quliyev (9 iyun 1992, Goranboy – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Quliyev 1992-ci il iyunun 9-da Goranboy şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aslan Hüseynov (gizir)
Aslan Malik oğlu Hüseynov (6 oktyabr 1985, Mirbəşir rayonu – 30 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aslan Hüseynov 1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aslan Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azad Kərimov (gizir)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Babək Aslanov (gizir)
Babək Sakit oğlu Aslanov (15 noyabr 1994, Tovuz rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Aslanov 1994-cü il noyabrın 15-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub. 2001-2012-ci illərdə A. Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Babək Aslanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri olan Babək Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Aslanov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Aslanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavanşir Əhmədov (gizir)
Cavanşir Əhmədov (12 noyabr 1999, Bakı – 15 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. == Həyatı == Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinfinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitirərək, hərbi xidmətə yollanır. == Hərbi xidməti == Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Hadrutun azad edilməsində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində həlak olmuşdur.
Cavid Məmmədov (gizir)
Cavid İlham oğlu Məmmədov (18 oktyabr 1990, Yeniabad, Şamxor rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Məmmədov 1990-cı il oktyabrın 18-də Şəmkir rayonunun Yeniabad kəndində anadan olub. Onun qardaşı — Çingiz Məmmədov da, İkinci Qarabağ müharibəsində şəhid olub. Ailəli idi. Elcan adında oğlu və Damla adında qızı yadigar qaldı. == Hərbi xidməti == Cavid Məmmədov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Cavid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Məmmədov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ceyhun Abbasov (gizir)
Ceyhun Natiq oğlu Abbasov (8 fevral 1986, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Abbasov 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taborunun Komandiri idi. Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.
Ceyhun İsmayılov (gizir)
Ceyhun Abbas oğlu İsmayılov (30 dekabr 1985, Kirovabad – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun İsmayılov 1985-ci il dekabrın 30-da Gəncə şəhərində anadan olub. 1993-2004-cü illərdə Gəncə şəhərində 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Ceyhun İsmayılov 2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən "gizir" hərbi rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun İsmayılov oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Elməddin Cəfərov (gizir)
Elməddin Hümbət oğlu Cəfərov (21 sentyabr 1987, Şorabad, Xızı rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb. === Ailəsi === Ailəli idi, 2 övladı var: Cəfərzadə Sevgi Elməddin qızı (29. sentyabr 2013); Cəfərzadə Hümbət Elməddin oğlu (26. sentyabr 2015); == Hərbi xidməti == 2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və Gəncə şəhəri "N" saylı hərbi hissədə xidmət etmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq "Gizir" hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə verilmişdir və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan "Vətən Müharibəsi"ndə iştirak etmişdir. == Şəhidlik zirvəsi == Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub.
Elnur Rüstəmov (gizir)
Elçin Əliyev (gizir)
Elçin Rasim oğlu Əliyev (4 mart 1994, Mingəçevir – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Əliyev 4 mart 1994–cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-ci ildə 1-ci sinifi Qax rayon Qaşqaçay tam orta məktəbində, 11-ci sinifi 2011-ci ildə Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbdə bitirmişdir. === Ailəsi === Ailə üzvləri - ata,ana, 2 bacı və 2 qardaş olublar. Subay idi. == Hərbi xidməti == 2012-2013-cü illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmət keçmişdir. Bu illər ərzində hərbi komandanlıq və şəxsi heyət adından təşəkkürnamə almışdır. 27 oktyabr 2014–cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə Gizir Hazırlıq Kursuna Döyüş Maşın (BMP-2 (yüngül zirehli texnika)) Komandiri – Manqa Komandiri ixtisası üzrə qəbul olunmuşdur. Daha sonra 29 yanvar 2015–ci ildə kursu bitirmiş və Hərbçi olaraq xidmətini davam etdirmək üçün Mingəçevir şəhər N saylı Hərbi Hissə Komandirinin sərəncamına göndərilmiş, Hərbi hissənin 1-ci Taborunda Döyüş Maşın Komandiri vəzifəsində xidmət etməyə başlamışdır. 2017-2019–cu illər ərzində Ağdam rayon N saylı Hərbi Hissəsində eyni vəzifədə çalışmış və daha sonra təyinatı yenidən Mingəçevir şəhərinin Hərbi Hissəsinə verilmişdir.
Elşad Məmmədov (gizir)
Elşad Əvəz oğlu Məmmədov (2 iyul 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əslən Ağdamın Mərzili kəndindən olan Elşad Məmmədov 1990-cı il iyulun 2-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. == Hərbi xidməti == Elşad Məmmədov 2010-cu ildə hərbi xidməti başa vurduqdan sonra Murov zirvəsinə təyin olunur və 6 il MAXE olaraq arxa cəbhədə xidmət edir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun giziri olan Elşad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşad Məmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Emin Məmmədov (gizir)
Emin Vətən oğlu Məmmədov (15 avqust 1992, Beyləqan rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Məmmədov 1992-ci il avqustun 15-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunin Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Məmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Kiçik gizir
Kiçik gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kiçik miçman rütbəsidir.
Emil Əhmədov (gizir)
Emil Bahadur oğlu Əhmədov (26 noyabr 1983; Bakı, Azərbaycan SSR — 31 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Əhmədov 26 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonu 20 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra aşbazlıq məktəbini bitirmişdir. Onun atası Bahadur Əhmədov Birinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Həqiqi hərbi xidmətini Gəncədə yerləşən hərbi hissələrdən birində başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) tankçı peşəsi üzrə çavuş kursunda iştirak edib. Hərbi təhsilin ardınca üç illik müqavilə ilə çavuş kimi xidmət edib. Sonra isə nümunəvi xidmətinə görə müqaviləsi uzadılaraq TTM-də gizir kursuna göndərilib. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilib. === Aprel döyüşlərində iştirakı === 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun giziri olan Emil Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrutın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Faiq Həsənov (gizir)
Faiq Hüseyn oğlu Həsənov (28 iyul 1990, Bakı – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub. Hüseyn Həsənov və Yeganə Həsənovanın qurduğu ailənin böyük övladı idi. Onun iki bacısı, bir qardaşı var. Faiq paytaxtın Səbail rayonunda yerləşən Osman Mirzəyev adına 190 saylı tam orta məktəbi bitirib. Həmin məktəbdə, yaşadığı məhəllədə, birgə məşq etdiyi və yarışdığı idmançılar arasında keyfiyyətlərinə görə özünə şəxsi hörmət qazanmışdır. Yeniyetməlik yaşlarından idmana həvəslə yanaşıb, fiziki hazırlığına daim diqqət yetirib. Yunan-Roma güləşi üzrə Bakı şəhəri birinciliyi uğrunda yarışlarda qalib yerləri tutub. Bununla yanaşı "Şahin " hərbi-idman oyunlarında da iştirak edərək, müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb.2008–2012-ci illərdə Faiq Mingəçevir Politexnik İnstitutunda (hazırda Mingəçevir Dövlət Universiteti) ali təhsil alıb. Burada iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnib.
Faiq Qasımov (gizir)
Faiq Mayıl oğlu Qasımov (27 noyabr 1983; Beyləqan rayonu, Azərbaycan SSR — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Qasımov 1983-cü il noyabrın 27-də Beyləqan rayonunun Bolsulu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Faiq Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Qasımov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fikrət Məmmədov (gizir)
Hüseyn Abbasov (gizir)
Hüseyn Əlizadə oğlu Abbasov (13 fevral 1993; Hacıqabul, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Abbasov 1993-cü il fevralın 13-də Hacıqabul şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Abbasov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Məmmədov (gizir)
Kənan Hüseyn oğlu Məmmədov (17 iyul 1993; Ağdaş rayonu, Azərbaycan — 28 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Məmmədov 1993-cü il iyulun 17-də Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Məmmədov sentyabrın 28-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim Məmmədov (gizir)
Kərim Namil oğlu Məmmədov (5 aprel 1989; Gəncə, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Məmmədov 1989-cü il aprelin 5-də Gəncə şəhərində anadan olub. 1995-2007-ci illərdə Gəncə şəhərində İ. Məmmədov adına liseydə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Kərim Məmmədov 2007-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Kərim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kərim Məmmədov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Rüfət Əliyev (gizir)
Rüfət Füzuli oğlu Əliyev (6 dekabr 1992, Bakı – 7 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010–2014-cü illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. Nişanlı idi. == Hərbi xidməti == Rüfət universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan Rüfət əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub. Öz arzusu ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli rayonu, Hadrut, Cəbrayıl rayonu, Xudafərin, Zəngilan rayonu istiqamətlərində döyüşlərdə iştirak edib. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənd istiqamətində həlak olmuşdur.
Amin Novruzov (kiçik gizir)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Məmmədov (kiçik gizir)
Anar Zəhəddin oğlu Məmmədov (25 oktyabr 1992, Saatlı rayonu – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Məmmədov 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Quliyev (kiçik gizir)
Aqşin Dilavər oğlu Quliyev (12 dekabr 1996, Çiçəkli, Sabirabad rayonu – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Quliyev 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Sabirabad rayonunun Çiçəkli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Məmmədov (baş gizir)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cavanşir Əhmədov (gizir, 1999)
Cavanşir Əhmədov (12 noyabr 1999, Bakı – 15 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. == Həyatı == Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildə Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2005-ci ildə həmin qəsəbədə yerləşən orta məktəbin 1-ci sinfinə daxil olur. 2016-cı ildə orta məktəbi bitirərək, Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitirərək, hərbi xidmətə yollanır. == Hərbi xidməti == Müharibə başlayan ilk gündən O, yoldaşları ilə bir yerdə ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Hadrutun azad edilməsində də iştirak edən Cavanşir, 15 oktyabr tarixində həlak olmuşdur.
Daşqın Rzalı (kiçik gizir)
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmir Məmmədov (baş gizir)
Elmir Nadir oğlu Məmmədov (5 oktyabr 1988; Göytəpə, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. == Hərbi xidməti == Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur Rüstəmov (baş gizir)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elnur İbrahimov (kiçik gizir)
Elnur Dönməz oğlu İbrahimov (29 avqust 1998; Qaradağ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Əhmədov (kiçik gizir)
Şəhid XTQ mənsubu kiçik gizir Elçin Rasim oğlu avqustun 15-i Nişan mərasimi baş tutmalı idi. Kiçik gizir Elçin 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Elçin Əhmədov doğulduğu Qax şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Mərasimin sonunda yaylım atəşi açılıb və kiçik gizir Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırılıb. Elçin Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Значение слова в других словарях