Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrina
İrina — ad.
Karlos Kirina
Karlos Lozada Kirino (14 yanvar 1910 - 20 may 1999) filippinli tarixçi, yazıçı, bioqraf, hüquqşünas və jurnalist idi. Tarixi ədəbiyyat sahəsində xalq rəssamı. == Bioqrafiyası == Filippin Respublikasının altıncı prezidenti Elpidio Kirinonun qardaşı oğlu. Əlavə hüquq təhsili alıb və 1940-cı ildə Filippin Vəkillər Kollegiyasına qəbul olub. İkinci Dünya Müharibəsi veteranı, Batanda Uzaq Şərqdə (USAFFE) ABŞ Ordusu ilə döyüşüb. Yaponlara əsir düşüb. Batan yarımadasındakı Ölüm yürüşünün iştirakçısı olmuşdur. Karlos qaçıb Filippin partizan hərəkatına qoşulmağı bacardı. Müharibə bitdikdən sonra Ticarət Nazirliyində işləyib. 1961-ci ildə Milli Kitabxananın direktoru vəzifəsinə təyin olunub.
Viola vicina
Viola reichenbachiana (lat. Viola reichenbachiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola silvatica subsp. reichenbachiana (Jord. ex Boreau) Syme Viola silvatica proles reichenbachiana (Jord. ex Boreau) Samp. Viola silvatica var. reichenbachiana (Jord. ex Boreau) Crép. Viola sylvestris subsp.
İrina Anastasiadi
İrina Anastasiadi — Yazıçı, tərcüməçi və publisist 1968-ci ildə Tbilisidə anadan olub. Gürcüstanda "Xarici dillər" institutunu bitirib. 1993-cü ildə Yunanıstana miqrasiya edib. Hal-hazırda Sankt-Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin "Δρυίδες" (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir. Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabın müəllifidir. İrina Anastasiadinin "Günorta" hekayəsini Səid Əliyev tərcümə etmişdir.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İrina Bekeşkina
İrina Bekeşkina (ukr. Ірина Ериківна Бекешкіна; 4 fevral 1952, İvdel, Sverdlovsk vilayəti – 20 mart 2020, Kiyev) – Ukraynalı sosioloq, siyasi və seçki sosiologiyası sahəsində mütəxəssis. 2010-cu ildən 2020-ci ilə qədər Demokratik Təşəbbüslər Vəqfinin direktoru idi. Ukrayna cəmiyyəti və siyasətinin öyrənilməsi sahəsində ixtisaslaşmışdı. Həm də tez-tez media şərhçisi və siyasət müdafiəçisi kimi çıxış edirdi. Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəlsəfə fakültəsini və Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə doktoru olmuşdur. "Fəlsəfi Düşüncə" jurnalının elmi redaktoru, Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildən Ukrayna Milli Elmlər Akademiyası Sosiologiya İnstitutunun elmi işçisidir. 1996-cı ildən Demokratik Təşəbbüslər Fondunun direktor müavini, 2001-ci ildən isə elmi məsləhətçisidir.
İrina Melnikova
İrina Nikolayevna Melnikova (ukr. Ірина Миколаївна Мельникова; 24 oktyabr 1918, Mena[d], Çerniqov quberniyası[d] – 3 noyabr 2010, Kiyev) — Ukrayna tarixçisi. O, Slovakiya və Çexiya tarixi, bohemistika üzrə mütəxəssis olmuşdur. Tarix elmləri doktoru olan Melnikova Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü idi. İrina Nikolayevna Melnikova 1918-ci ildə indiki Ukraynanın Mena şəhərində anadan olmuşdur. O, 1940-cı ildə Kiyev Universitetini bitirmişdir. Melnikova İkinci Dünya müharibəsi zamanı Almaniya–SSRİ hərbi münaqişəsinin başlaması ilə Qazaxıstanın Çimkənd şəhərinə təxliyə edilmişdir. O, məcburi olaraq mühacirətdə olmuş, 1941–1942-ci illərdə Cənubi Qazaxıstan Vıçtel İnstitutunda tarix fənnini tədris etməyə başlamışdır. Melnikova Qızılorda şəhərində yerləşən Birləşmiş Ukrayna Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. O, 1946-cı ildə Kiyevdə "1725–1740-cı illərdə Rusiya hökumətinin Ukraynaya qarşı siyasəti" (elmi rəhbər Andrey Vvedenski) dissertasiyasını müdafiə etmiş, lakin bundan sonra ukraynaşünaslıqdan ayrılmış, tədqiqatlarını bohemistika və qərbi slavyanşünaslığa həsr etmişdir..
İrina Tsilık
İrina Andreyevna Tsilık (ukr. Іри́на Андрі́ївна Ці́лик; 18 noyabr 1982, Kiyev) — Ukraynalı kinorejissor, yazıçı, nasir, bir çox mahnı sözləri, poetik və nəsr əsərlərinin müəllifi. Ukraynanın əməkdar artisti (2020), Ukrayna Ukrayna PEN klubunun üzvü. “Yer sanki naringi kimi, mavi” sənədli filminə görə ən yaxşı rejissor nominasiyasında Amerika Sandens Film Festivalının (2020) qalibidir. İrina Tsilık Kiyevdə anadan olub. 2004-cü ildə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini fərqlənmə diplomu ilə bitirib. O, film istehsalı sahəsində rejissor kimi çalışır. O, bir neçə şeir, nəsr toplularının və uşaq nəşrlərinin müəllifidir. Çoxsaylı ədəbi festivalların və mədəni tədbirlərin ("Poesiefestival Berlin-2017", "Vyana Book Fair-2017", "Leipzig Book Fair-2017", "Frankfurt Book Fair-2016", "Lyrik für Alle" (Babelsprex konfransı, Salzburq) iştirakçısı , 2016), "Meridian Czernowitz" (2015-2016), Vilnüs Kitab Sərgisi - 2016 "Müəlliflərin Oxumaları Aylığı" (Çexiya, Slovakiya, 2016), "Vilenitsa mükafatı" (Sloveniya, 2008) və s.). Fərdi əsərlər alman, ingilis, polyak, fransız, isveç, çex, litva, rumın və katalan dillərinə tərcümə edilmişdir.
İrina Fliqe
İrina Anatoliyevna Fliqe (rus. Ирина Анатольевна Флиге; 25 yanvar 1960, Leninqrad) — Sovet və Rusiya hüquq müdafiəçisi, repressiyalar tarixinin tədqiqatçısı, uzun müddət Sankt-Peterburq Memorial Araşdırmalar Mərkəzinin direktoru (2002-ci ildən). İrina Anatoliyevna Fliqe 25 yanvar 1960-cı ildə Leninqradda anadan olub. 1977-ci ildə məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinə daxil olub. Bir il sonra Gəmiqayırma İnstitutuna daxil olanda oranı tərk edib, lakin sonradan orda da tədrisə başlamayıb. 1976-1979-cu illərdə “Sol müxalifət” marksist gənclər qrupunun üzvü olub. 1978-ci ildə İrina Venyamin İofe ilə tanış olub. 1978-ci ildə dissident Andrey Reznikovla nigaha girib. 1981-ci ildə İrina Flieqe ikinci övladına hamilə olarkən Leninqrad Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. İrina Flieqe 1988-ci ildə universiteti bitirib, rəsmi olaraq dördüncü və beşinci övladına qulluq etmək üçün iki akademik məzuniyyət götürmək məcburiyyətində qalıb.
İrina Vilde
İrina Vilde (ukr. Іри́на Ві́льде əsl adı Darina Dmitryevna Makaqon ukr. Дарина Дмитрівна Макогон; 5 may 1907, Çernovtsı, Avstriya-Macarıstan – 30 oktyabr 1982, Lvov, Ukrayna SSR, SSRİ) — UNESCO tərəfindən XX əsrin və II minilliyin məşhur adamları siyahısına daxil edilmiş Ukrayna sovet yazıçısı. İrina Vilde 1907-ci il mayın 5-də Çernovtsıdə müəllim, şair və yazıçı Dmitri Makoqonun ailəsində anadan olub. Vilde bir il Çernivtsi şəhərinin gimnaziyasında təhsil alıb. 1923-cü ildə ailəsi ilə birlikdə Stanislavov (indiki İvano-Frankivsk) şəhərinə köçüb. Orada atası müəllim işləməyə davam edib. Stanislavda ailə şəhərin ən böyük küçələrindən birinin - Vovçinetskanın yaxınlığında yerləşən Potiçnı küçəsində yaşayırdı. İrina burda yerli gimnaziyada oxuyub. Vilde Lvov Universitetinin humanitar fakültəsini bitirdikdən sonra (1928-1933) Kolomyada müəllim, sonra isə “Qadınların taleyi” (ukr.
İrina Yasina
İrina Yevgeniyevna Yasina (rus. Ири́на Евге́ньевна Я́сина; 18 may 1964, Moskva) — iqtisadçı, publisist, hüquq müdafiəçisi, 2008-2011-ci illərdə Rusiya Prezident yanında Vətəndaş Cəmiyyəti İnstitutlarının İnkişafı və İnsan Hüquqları Şurasının üzvü. O, əlillərin hüquqlarını müdafiə edən çıxışları ilə tanınır. Rusiya Yəhudi Konqresinin ictimai şurasının üzvüdür. Mixail Xodorkovskinin yaratdığı fondun direktoru, Açıq Rusiya Fondunun proqramlar direktoru, Regional Jurnalistika Klubunun rəhbəri, Rusiya Mərkəzi Bankının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Liberal Missiya Fondunun vitse-prezidenti, "2008-ci il Komitə"sinin üzvü olub. İrina Yevgeniyevna Yasina 18 may 1964-cü ildə Rusiyanın məşhur iqtisadçısı Yevgeni Yasinin ailəsində anadan olub. Atası Yevgeni Yasin (1934-2023), Rusiyanın İqtisadiyyat Naziri olub. Anası Yasina (Fedulova) Lidiya Alekseyevna (1939-2012) evdar qadın idi. Ana tərəfdən babası - Böyük Vətən müharibəsi iştirakçısı Aleksey Stepanoviç Fedulov (1906-1942)almanlara əsir düşmüş, əsirlikdə həlak olmuş və Bergen-Belzen əsir düşərgəsində dəfn edilmişdir. O, ateist ailədə böyüyüb.
İrina Taqunova
İrina Mixaylovna Taqunova (rus. Ирина Михайловна Тагунова; ) — Rusiya filoloqu, myanmaşünas. == Həyatı == Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir (1958). 1958–1973-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dil şöbəsində işləmişdir. 1963-cü ildə "Birma dili" monoqrafiyasının müəlliflərindən biri olmuşdur (məsul redaktor V. M. Solntsev). O, xüsusilə, Birma postpozisiyalarının öyrənilməsi ilə məşğul idi.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
İrina Bilık
İrina Bilık (d. 6 aprel 1970, Kiyev, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2008). «Кувала зозуля» (1990) «Я розкажу» (1994) «Nova» (1995) «Так просто» (1996) «Фарби» (1998) «Ома» (2000) «Biłyk» (2002) «Країна» (2003) «Любовь.
İrina Bliznova
İrina Bliznova (6 oktyabr 1986, Krasnodar) — Rusiyanı təmsil edən həndbolçu. İrina Bliznova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra İrina Bliznova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. İrina Bliznova Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.
İrina Borodavko
İrina Borodavko (d. 4 noyabr 1979) — Qazaxıstanı təmsil edən su poloçusu. İrina Borodavko, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
İrina Dzyuba
İrina Dzyuba (16 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. İrina Dzyuba Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
İrina Jukova
İrina Jukova (22 noyabr 1974, Çerkasi) - Ukraynalı karyerasını başa vurmuş voleybolçu. 1974-cü il təvəllüdlü və 178 sm boyu olan İrina Jukova ölkəsinin yığmasının da şərəfini qoruyur. Ukraynalı voleybolçu Avropa kubokunda mübarizəyə ilk dəfə "Ximvolokno Çerkası"nin heyətində "ayaq basıb". O, daha sonra "Modena" (2001-2003), "Foppapedretti" (2003-2005), "Kruq Çerkası" (2006-2007), və "Zariçye-Odinçeva" (2007-2009) klublarının heyətində qitənin müxtəlif kubok yarışlarının iştirakçısı olub. 4 dəfə Çempionlar Liqasının "Dördlər finalı"nda qüvvəsini sınayan Jukova "Berqamo" və "Modena"nın heyətində Çempionlar Liqasının qızıl medalını qazanıb. Bundan əlavə, bir dəfə fəxri kürsünün ikinci pilləsinə yüksəlib və 1 dəfə dördüncü olub. O, həmçinin Rusiya, İtaliya və 5 qat Ukrayna çempionudur. 2010-cu ilin mayında Rabitə Bakı klubu ilə müqavilə bağlayıb.
İrina Karavayeva
İrina Vladimirovna Karavayeva (18 may 1975, Krasnodar) — Rusiyanı təmsil edən batut gimnastı. İrina Karavayeva, 2000, 2004 və 2008-ci illərdə Rusiyanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında qızıl medal qazanan İrina Karavayeva, həmdə Dünya Çempionatlarında 12 qızıl, 6 gümüş və 1 bürünc medala sahib olub. İrina Karavayeva, 2000-ci ildə Rusiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karavayeva, 38.90 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu. İrina Karavayeva növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Karavayeva, 39.90 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı. İrina Karavayeva sonuncu, üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Karavayeva, 36.20 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
İrina Kindzerskaya
İrina Kindzerskaya (13 iyun 1991, Kamenets-Podolski, Xmelnitski vilayəti) — Ukrayna əsilli Azərbaycanlı cüdoçu. İrina Kindzerskaya, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb. İrina Kindzerskayanın birinci turniri 12-22 mayda baş tutan IV İslam Həmrəyliyi Oyunları oldu. Qrup mərhələsinin birinci görüşündə İrina Kindzerskaya Əlcəzair nümayəndəsi Sonya Asselah ilə üz-üzə gəldi. Həmin görüşdə İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə İrina Kindzerskaya Toqo cüdoçusu Essohanam Noelin Koro ilə üz-üzə gəldi. Bu görüşdə də İrina Kindzerskaya rəqibi üzərində ipponla qələbə qazandı. Bununla da İrina Kindzerskaya qrup mərhələsini birinci pillədə başa vurdu və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Türkiyə nümayəndəsi Kayra Sayit oldu. Həmin görüşdə İrina Kindzerskaya rəqibinə ipponla məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurdu.
İrina Klimenko
İrina Kotova
İrina Kotova (17 noyabr 1976, Minsk) — Belorus rəssam. 1996–2002-ci illərdə Minsk şəhərinin Belarus Dövlət Rəssamlıq Akademiyasının Qrafika şöbəsində təhsil almışdır. 2003–2007-ci illərdə Parisdə təhsil almışdır.2007-2009-cu illərdə Sorbonna Tədqiqat İnstitutunda Parisdə, İncəsənət tarixi kafedrasında təhsil almışdır. 2005 -Amerika Birləşmiş Ştatlarının Pravoslav Kilsəsinin dəstəyi ilə 2006 - Belarusun Fransadakı səfirliyi, Paris 2010-2011 - Belarus Respublikasının Milli İncəsənət Muzeyi, Minsk 2011 - Belarusiya Dövlət İncəsənət Akademiyası, Minsk 2012 - Rusiya Elm və Mədəniyyət Mərkəzi, Paris 2013-2014 - Parisdə Orthodoxie.com saytının qalereyası 2014- Milli Tarix-Mədəniyyət Muzeyi 2013-2014 - Parisdə Rusiyanın Dünya Qalereyası 1991 - Kızılay Muzeyində, Moskva, Rusiya 1995-1996 - Çernobıl Qurbanlarının Kanada Fondu, Kanada tərəfindən təşkil edilən beynəlxalq sərgi 2000 - "Мастак і кніга" respublika sərgisi, Belarusun Minsk şəhərindəki incəsənət sarayı 2000 - Belarusiya Dövlət Rəssamlıq Akademiyası, Minsk 2003 - Beynəlxalq "Alberobello Arte Edition 2003" sərgisi, Alberobello, İtaliya 2003 - 3-cü Beynəlxalq İncəsənət Salonu,Fransa 2004 - 4-cü Beynəlxalq İncəsənət Salonu,Fransa 2006 - 5-ci Beynəlxalq İncəsənət Salonu, Fransa 2006 - Belarusun Fransadakı səfirliyi, Paris 2006 - Respublika Gənclər Sərgisi, Minsk şəhərindəki Sənət Sarayı, Belarus 2009 - Beynəlxalq sərgi, Belarus Respublika Sarayının, Minsk, Belarus 2011 - Belarus Respublikasının Milli Kitabxanası 10 yanvar 2014-cü ildə Parisdə John XXIII-nin konsert salonunda Fransanın məşhur yazıçısı Kristof Levallois və Belarusiya mənşəli bəstəkar Kirill Zaborovla birgə yaradılmış interaktiv ədəbi və müəllif ifasında "Momentin əbədiyyəti" adlı ilk təqdimat yaradılıb. İrina Kotova kitabın yeni ingilis dilində versiyasını nümayiş etdirdi (2010-cu ildə Londonda nəşr olunan Motovilov ilə Serov Seraphim söhbətində) 2009 - Belarus rəsmisi İrina Kotovanın yaradıcılığı Parisdəki Fransız İncəsənət Tarixi Milli İnstitutunda Fransız yazıçısı və publisist Kristof Levalloisin hesabatında təqdim edildi. 2010 - Belarus Respublikasının Milli İncəsənət Muzeyində İrina Kotovanın sərgisinin açılışından bir hesabat Belarus 1 kanalının çıxışı üçün hazırlanmışdır. 2014 - Martın 1-də Belarusiyalı rəssam İrina Kotovanın işinə həsr olunmuş proqram İnternetdə yayımlandı. 2010 - İrina Kotovanın əsərlərindən ibarət albomu Üç dildə yazıçı Kristof Levallois ilə birgə Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Belarus Respublikasının Fransadakı səfirliyi və Fransanın Belarusdakı səfirliyi və Belarus Rəssamlar Birliyinin iştirakı ilə hazırlanmış və nəşr olunmuşdur.
İrina Krivko
İrina Valerevna Krivko (belar. Ірына Валер’еўна Крыўко; 30 iyul 1991, Senno[d], Vitebsk vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarında estafetdə çempion. İrina Krivko Vitebsk vilayətinin Senno şəhərində anadan olub. Beşinci sinifdə oxuyunda keçmiş biatlonçu, bədən tərbiyəsi müəllimi Valentina Gordetskanın diqqətini çəkmişdir.İrinanı idman məktəbinin məşqçisi Valeri Mixayloviç Lektorova göstərdilər. Tezliklə kiçik qardaşı Viktor da biatlonçu oldu. 2018-ci ildə Belarusiya millisinin servis işçisi Artyom Leşçenko ilə evləndi. 2009-cu ildə beynəlxalq yarışlarda debüt etdi və Kanadada Kenmor qəsəbəsində keçirilən yeniyetmələrin dünya çempionatında fərdi yarışda dördüncü yeri tutdu. Kanadalı biatlonçu Yolen Odduya təxminən 10 saniyə məğlub oldu. Sprintdə 14-cü, təqibdə isə səkkizinci oldu.
İrina Kupçenko
İrina Petrovna Kupçenko (rus. Ирина Петровна Купченко; 1 mart 1948, Vyana) — sovet rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1989). İrina Kupçenko 29 fevral 1948-ci ildə Vyanada anadan olub. Kiyev Universitetinin xarici dillər fakültəsində (1965–1966), B. Şuşkin adına Teatr Texnikumunda (1970) təhsil alıb. 1969-cu ildən Rusiyada filmlərə çəkilir. İndiyə qədər 50-ə yaxın filmə çəkilib. Y. Vaxtanqov adına Akademik Teatrın aktrisasıdır. Lenin komsomolu mükafatı (1981), "Nika" mükafatı (1987), Rusiya Dövlət mükafatı (2001), XI Beynəlxalq Kinofestivalın (Monreal, Kanada, 1987) ən yaxşı aktirsa nominasiyasının laureatıdır. Özgə ömür (film, 1987) Nakəs (film, 1991) Кино: Энциклопедический словарь / Гл. ред.
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Cairina
Müşk ördəyi (lat. Cairina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cirinq
Cirona
Girona (rəsmi olaraq və kat: Girona; isp: Gerona) — İspaniyanın Kataloniya muxtariyyətində şəhər. Barselona şəhərindən təxminən 100 km məsafədə yerləşən şəhərin 2018-ci il məlumatlarına əsasən yüz mindən artıq əhalisi mövcuddur. Girona, katalon əsilli insanların ən sıx yaşadığı şəhərlərdən biridir.
Fırtına
Tufan (və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. == Tarix == === Heredota əsasən şəhərin salınması === Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Lirika
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Marina
Marina — qadın adı. Latın adı Mariusun formalarından biri olan Marinusun qadın versiyasıdır. Mariusun mənası Roma müharibə tanrısı Marsla və ya latınca erkək mənasını verən "maris" sözü ilə əlaqələndirilə bilər. O, həmçinin sonralar latınca "dəniz" mənasını verən marinus sözü ilə əlaqələndirilir. Bir çox Avropa dillərində, eləcə də Yapon dilində rast gəlinir.
Mirinda
Mirinda- 1959-cu ildə İspaniyada hazırlanmış portağal dadlı qazlı içki. Adı esperanto dilində 'heyranedici" mənasını verir. Fantanın əsas rəqibi hesab edilir. Digər rəqibləri Britvikin Tanqo və Dr. Pepper şirkətinin Sunkist içkiləridir. Mirindanın müxtəlif meyvə tamlı variantları mövcuddur. Bunlara portağal, sitrus, qreypfrut, alma, çiyələk, moruq, ananas, nar, banan, limon, hibiskus, quarana, naringi, armud, qarpız, üzüm meyvə tamları daxildir. Mirinda ilk dəfə 1958-ci ildə İspaniyada tanıdılıb, istehsalına isə 1960-cı ildən başlanılıb. İçki qısa müddət ərzində bütün İspaniyaya və Avropaya yayıldı. 1970-ci ildən isə PepsiCo şirkətinin tərkibinə qatıldı.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Piringa
Qardeniya (lat. Gardenia) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.