Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir. Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.
Qıç
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
VIP
VİP (ing. VIP, very important person) — Beynəlxalq münasibətlər sistemində “xüsusi əhəmiyyətli şəxs” ifadəsinin ixtisar edilmiş forması; məsələn, ali dövlət vəzifələrindən birini tutan şəxs, ictimai xadim və s. beynəlxalq etiketə görə, bu cür şəxslərin qəbul edilməsinin xüsusi qaydaları nəzərdə tutulur. Məsələn, məşhurlar, dövlət və ya hökumət başçıları, digər siyasətçilər, nüfuzlu-yüksək rütbəli məmurlar, zəngin insanlar və ya hər hansı bir səbəblə xüsusi müalicə alan sosial baxımdan tanınmış şəxslərin adi inslardan fərqli olaraq xüsusi xidmət şəraitində gətirə və aparıla bilərlər. Xüsusi münasibət ümumiyyətlə adi insanlardan fərqlənməyi, daha yüksək səviyyəli rahatlığı və ya xidməti təmin edir.
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
Vıy
Vıy — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Zic
Zic (fars. زيج‎) — günəşin, ayın, ulduzların və planetlərin mövqelərinin astronomik hesablamaları üçün istifadə olunan parametrləri cədvəlləşdirən islam astronomik kitabı. "Zic" adı Pəhləvi dilindəki "zih" terminindən götürülmüşdür. Bu terminin toxuculuqda sapların düzülüşünə aid olduğu güman edilir. Bu da cədvəlləşdirilmiş məlumatlarda sətirlərin və sütunların düzülüşünə köçürülmüşdür. Belə kitablardan bəziləri "qanun" deyilir. Bu söz yunanca "κανών" sözündən əmələ gəlmişdir.
Biç
Bic (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Gran Via
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi. Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var.
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Kəlatə Xic
Kəlatə Xic— İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,335 nəfər və 1,447 ailədən ibarət idi.
Lonq Biç
Lonq Biç (ing. Long Beach) — Sakit Okean'ın sahilində Los-Ancelesin 30 km cənubunda yerləşən, əhalisinə görə ABŞ-nin 38-ci, Kaliforniya ştatının 7-ci böyük şəhəri. Təxminən 500 min əhalisi olan şəhər dünyanın ən böyük limanlarından birinə və inkişaf etmiş neft sənayesinə sahibdir. Şəhərdə Təyyarə və Avtomobil hissələri istehsal edilir. == Coğrafiyası == Lonq-Biç Los-Ancelesin məkəzindən təxminən 30 km uzaqlıqda yerləşir. Ümumi səhəsi 170,7 km², quru sahəsi 130,5 km², su sahəsi isə 40 km²-dir. 1964-cü ildə Təyyarə qəzasında ölmüş kosmonavt Teodor Friman və 1967-ci ildə Apollon 1'də baş verən yanğında ölən 3 kosmonavt Qas Qrissom, Edvard Vayt və Rocer Çaffinin adı verilmiş 4 süni ada mövcuddur.
Luka Bıç
Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri. == Həyat və fəaliyyəti == Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir.
Nic bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Piq-Biç
Piq-Biç (ing. Pig Beach) — Baham adalarında ada. Eksuma adalarının bir hissəsidir. Əhalisi yoxdur. Ada Piq-Aylend, Meycor-Ki, Bir-Meycor və rəsmi olaraq Biq-Meycir-Ki olaraq tanınır. Piq-Biç bir çəkməni xatırladan nizamsız formaya malikdir. Şimaldan cənuba ada 1.8 kilometr (1.1 mil) uzanır, maksimum eni 1.6 kilometr (0.99 mil) çatır, təxmini sahəsi 0,9 km2-dir. Adada kiçik göllər əmələ gətirən üç içməli su mənbəyi var. Ada Cennifer Nolanın "Donuz adasının sirri" adlı uşaq kitabına, həmçinin Sandra Boyntonun mahnısı adaya həsr olunmuşdur.
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır. Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir.
Vid Dyupumirar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
Vin (şəhər)
Vin (vyet. Vinh) — Vyetnamın şimalında şəhər, Nqean vilayətinin paytaxtı. Vyetnamda birinci kateqoriyalı vilayət tabeliyində olan doqquz şəhərdən biridir. Vin keçmişdə bir çox ada malik olmuşdur. Onlar: Kevan, Kevin, Vinzyanq, Vindoanx və Vintxi. 1789-cu ildə şəhər Avropanın təsiri altında sadəcə Vin kimi xatırlanmağa başlamışdır. 5 sentyabr 2008-ci ildə şəhərin statusu ikinci şəhərdən birinci kateqoriyalı şəhərə yüksəldilmişdir. Şəhərin 2009-cu ildəki əhalisi 435,208 nəfər idi.
Við Djúpumýrar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
Boynton-Biç
Boynton-Biç (ing. Boynton Beach) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Delrey-Biç
Delrey-Biç (ing. Delray Beach) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Dirfild-Biç
Dirfild-Biç (ing. Deerfield Beach) — ABŞ-nin Florida ştatının Brauard dairəsində yerləşən şəhər.
Laquna-Biç
Laquna-Biç (ing. Laguna Beach) — ABŞ-nin Kaliforniya ştatının Orinc qraflığında yerləşən şəhər.
Pompano-Biç
Pompano-Biç (ing. Pompano Beach) — ABŞ-nin Florida ştatının Brauard dairəsində yerləşən şəhər.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
ПМА "В-1" və ПМА "В-2" aşqarları