Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nuts
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir. Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Nutt.
Tomas Nattol (ing. Thomas Nuttall, 5 yanvar 1786, Long-Preston — 10 sentyabr 1859, Sent-Helens, Lankaşir, İngiltərə) — İngiltərə botaniki və zooloqu. 1808–1841-ci illərdə ABŞ-də yaşayıb. == Həmçinin bax == == Əsərləri == The genera of North American plants, and a catalogue of the species, to the year 1817. By Thomas Nuttall, Philadelphia: Printed for the author by D. Heartt, 1818 (ing.) Доступно на сайте Botanicus New genera and species of plants, 1840 (ing.) The North American sylva, 1842–1849 (ing.). == Ədəbiyyat == Graustein, Jeannette E. 1967. Thomas Nuttall, Naturalist: Explorations in America, 1808–1841. Harvard Univ. Press, Cambridge, MA (ing.) Richard and Barbara Mearns. Audubon to Xantus — ISBN 0-12-487423-1 (ing.) Francis W. Pennell (1936).
Knute Consqaard
Knute Consqaard (5 dekabr 1992) — Kanadalı xizək yürüşçüsü. Knute Consqaard Kanadanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Knute Consqaard birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 30 km məsafəyə skiatlon yarışlarında iştirak etdi. Consqaard 45:49.7 saniyəlik nəticəsi ilə 68 atlet arasında 62-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Vouter Segers
Vouter Segers (28 mart 1996) — Belçikalı peşəkar kişi BMX velosipedçisi. Vouter Segers Belçikanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Vouter Segers 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.005 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu.
Donald Knut
Donald Ervin Knut (ing. Donald Ervin Knuth; 10 yanvar 1938[…], Miluoki, Viskonsin) — Amerikalı kompüter mütəxəssisi, alim, riyaziyyatçı və Stenford Universitetinin fəxri professorudur. 10 yanvar 1938-ci ildə amerikalı alim, Stenford universitetinin fəxri professoru, texniki mövzularda kitabların mətnlərinin yığılması üçün nəzərdə tutulmuş TeX və METAFONT stolüstü nəşriyyat sistemlərinin müəllifi Donald Ervin Knut (Donald Ervin Knuth) anadan olmuşdur. 1974-cü ildə alqoritmlərin analizi və proqramlaşdırma dillərinin emalı sahəsinə verdiyi töhfəyə görə, xüsusilə də "Proqramlaşdırma sənəti" (The Art of Computer Programming) adlı məşhur kitablar toplusunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Happie Nuts
Happie Nuts (ハピーナッツ, Hapii Natsu) – Yaponiyanın Inforest nəşriyyatı tərəfindən nəşr olunmuş qyaru dəbi jurnalı. 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulmuşdu. Jurnal, xüsusilə, one-qyaru stilinə və tünd dəri rəngi trendinə həsr olunmuşdu. 2004-2016-cı illərdə Tokioda nəşr olunmuşdur. == Tarixi == "Happie Nuts" jurnalının ilk sayı 2004-cü ilin noyabrında nəşr olunmuşdur və əslində yeniyetmə qızlar üçün nəzərdə tutulmuş "Happie" dəb jurnalının davamçısı idi. Jurnalın 2005-ci ilin oktyabrında "Koakuma & Nuts" adlı xüsusi buraxılışı nəşr olunmuşdur. Bu buraxılış böyük maraq cəlb etmiş və "Koakuma Ageha" jurnalına çevrilərək Yaponiyada populyar olmuşdur.2014-cü ildə jurnalın nəşri dayansa da, 2015-ci ilin iyulunda yeni sayları çıxmağa başlamışdır. 2016-cı ilin martında son buraxılışı işıq üzü görmüşdür. == Modellər == Jurnalın ekslüsiv modelləri "Nuts yoldaşı" adlandırılırdı. Ena Matsumoto, Sayoko Ozaki, Akane Satomi, Sayaka Taniquçi, Miyu İşima, Saki Nanba, Eriko Taçiya, Şizuka Takeda, Hiromi, Akane Suda və Nikol Abe kimi şəxslər jurnalın ekslüsiv modelləri olmuşdular.
Knut (ayı)
Knut (Almanca tələffüz: [ˈknuːt] ( dinlə)) (5 dekabr 2006–19 mart 2011) — Berlin zooparkında doğulmuş məşhur ağ ayı. Doğulduğunda anası tərəfindən rədd edilməsi nəticəsində zoopark işçiləri tərəfindən tərbiyə edilmişdir. 30 ildir Berlin zooparkında körpəlik mərhələsini keçərək ən çox yaşaya bilən ilk ağ ayı balası idi. Knut beynəlxalq müzakirə mövzusuna çevrildikdən sonra, zoopark turistik və kommersiya uğurlarına imza atdı. Almaniyanın Bild qəzeti heyvan hüquqları fəalının zooparkda bu heyvanın böyüdülməsini pisləyən bir məqalə yayımlandığı zaman, dünyadakı pərəstişkarları onun tərbiyəsini insanlar tərəfindən dəstəkləmək üçün hərəkətə keçdilər. Uşaqlar zooparkdan kənarda etiraz etdilər və dünyanın hər yerindən rəğbət ifadə edən e-poçtlar göndərildi.Məşhur Knut ayısı, oyuncaqlarda, müxtəlif KİV-lərdə, DVD-lərdə, kitablarda və "Knutmania" adlı bir media fenomeninin mərkəzində olmağı bacardı. Bütün bunların nəticəsi olaraq, 2007-ci ildə Berlin zooparkında ayının gəlirində təxminən 5 milyon avro artım oldu. Zooparkın illik ziyarətçi sayı təxminən 30% artdı, beləliklə 2007-ci il, 163 illik tarixinin ən gəlirli ili olaraq seçildi. Knut ayısı 19 mart 2011-ci ildə, günorta saatlarında, dörd yaşında ikən vəfat etdi.19 mart 2011-ci ildə Knut gözlənilmədən dörd yaşında öldü. Ensefalit xəstəliyindən əziyyət çəkən ayının ölümünə əsas səbəb isə hovuzda boğulması oldu.
Knut Hamsun
Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859[…] – 19 fevral 1952[…]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır. Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü.
Knut Viksel
Yuhan Qüstav Knut Viksel (isv. Johan Gustaf Knut Wicksell; 20 dekabr 1851[…], Mariya-Maqdalena[d] – 3 may 1926[…], Danderyud[d], Stokholm leni[d]) — Avstriya məktəbinin konsepsiyalarını ilk dəfə sintez edən İsveç iqtisadçısı, Stokholm məktəbinin müəllimlərindən biri, Viksell effektinin müəllifi. == Bioqrafiyası == Knut 20 dekabr 1851-ci ildə Stokholmda anadan olmuşdur. Üç bacısı və bir yaş böyük qardaşı Aksel vardı. Atası İohan Viksel iş adamı və emlakçı idi. Knut hər iki valideynini də erkən itirdi: anası Kristina 6 yaşında ikən 1858-ci ildə vəfat etdi, 1861-ci ildə ikinci dəfə evlənən atası, Knut 15 yaşında olarkən 1867-ci ildə qəfildən öldü. 1869-cu ildə riyaziyyat və fizika təhsili almaq üçün Uppsala Universitetinə daxil oldu, 1872-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə aldı və 1885-ci ildə riyaziyyat doktoru, 1895-ci ildə iqtisadiyyat doktoru, 1899-cu ildə hüquq diplomu almışdır. 1873–1874-cü illərdə Uppsala orta məktəbində müəllim işləyir, 1874–1875-ci illərdə fərdi müəllimliklə məşğul olur. 1885-ci ildə Londonu ziyarət etdi və 1887-ci ildə Viksel, Almaniyada və Avstriyada iqtisadiyyat təhsili almaq üçün Lauren Fondundan üç illik qrant aldı. Hüquq dərəcəsi aldıqdan sonra, yalnız 1899-cu ildə, 48 yaşında, Uppsala Universitetinin İqtisadiyyat və Hüquq Bölməsində dosent vəzifəsini ala bildi.
Mart Nutt
Mart Nutt (21 mart 1962, Tallin – 2 iyun 2019) — estoniyalı siyasətçi və tarixçi. == Təhsili == Mart Nutt 1980-ci ildə Tallin Nomme gimnaziyasını bitirdikdən sonra Tartu universitetinə daxil olub. 1985-ci ildə universiteti tarix etnoqrafiya üzrə magistr dərəcəsi ilə bitirib. 1988-ci ildə doktorluq dərəcəsi alıb. 16 dekabr 2011-ci ildə Tallin Politexnik Universitetində " Eston parlamentinin hakimiyyəti, beynəlxalq münasibətlərin formalalaşdırılması və reallaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == 1988-ci ildən 1991-ci ilə qədər Estoniya açıq səma altında muzeyinin elmi rəhbəri olub. 1991-ci ildən 1992-ci ilə qədər o Estoniya Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildən 2004-cü ilə qədər Yaan Tonisson İnstitutunda elmi rəhbər olub. 2011-ci ildə İnsan Hüquqları İnstitutunun idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1989-cu ildə azad gənclər təşkilatı olan "Res Publica"-nın üzvü kimi Respublikaçı Milli Koalisiyanın yaranmasında təşəbbüs göstərənlərdən biri kimi tanınmışdır.
NUTS:TR
= Türkiyədə NUTS bölgələri =
NUTS Avstriyada
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı (AB) tərəfindən hazırlanmış və yalnız Avropa İttifaqı ölkələrini ətraflı şəkildə əhatə edir. NUTS (Nomenclature of Territorial Units for Statistics) – Avstriyanın (AT) kodları üç səviyyəyə malikdir: əsas sosial-iqtisadi regionlar standartla müəyyən edilmiş (NUTS1), Avstriya Respublikasının federal dövlətlərinin qruplarına cavab verir; bu standartla müəyyən edilmiş regional siyasətin tətbiqi üçün əsas bölgələr (Avstriyanın NUTS 2 ərazisi vahidləri) birinci növbənin inzibati ərazi vahidlərinə - Avstriya Respublikasının federativ torpaqlarına; standartla müəyyən edilmiş kiçik rayon və iri şəhərlər (Avstriyanın NUTS 3-nin ərazi vahidləri) birinci növbədə inzibati ərazi vahidləri - Avstriyanın siyasi rayonlarında qruplar və onların hissələri.
NUTS Türkiyədə
= Türkiyədə NUTS bölgələri =
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. == Tərcümeyi-hal == Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Onur Ünlü
Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi. == Karyera == 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. == Tarixi == Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Rüşdü Onur
Rüşdü Onur ( 3 Avqust 1920 Devrək – 2 Dekabr 1942 İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri “Zonquldağ şairləri” olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı “Kəpənəyin Yuxusu” adlı filmə çəkilmişdir. == Həyatı == 3 Avqust 1920 ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933 cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938 ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi.
Sen-Vuar
Sen-Vuar (fr. Saint-Voir) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03263. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 197 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 126 yaşında (15-64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72,2%, 1999-cu ildə 65.6%). Fəal olan 91 nəfərdən 81 nəfər (43 kişi və 38 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi. Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. == Bioqrafiyası == 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır.Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır. Tyerri müsahibələrindən birində Qərbi Berlinə gəldiyi ilk həftədə belə tanış olduğu əksər insanın rəssam olduğunu və ondan da rəssam olduğunu soruşduqda yalandan bunu təsdiq etmək qərarına gəldiyini bildirmişdir.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.
Vitr namazı
Vitr namazı - Vitr namazı təkidlə buyurulmuş sünnədir. Belə ki, Məhəmməd peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namaza rəğbətləndirmiş və təşviq etmişdir. Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevər". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını qılmış və sonra demişdir: "Ey Quran əhli, vitr namazını qılın. Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevir" == Vitr namazının qılınan vaxtı == Vitr namazını İşadan Sübhə qədər olan vaxtda qılmaq olar. Bu namazı gecənin son üçdəbirində qılmaq daha yaxşıdır. Aişə deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını, gecənin ilk, orta və axır vaxtlarında qılardı. Amma həyatının sonunda vitri səhərəyaxın qılardı". Gecənin sonunda oyanacağına əmin olmayan kimsənin, vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin, vitri gecənin son vaxtında qılması daha yaxşıdır.
Yuyçzülyü Vuti
Yuyçzülyü Vuti (v. 444) — Jujan dilindəki adı ilə "Göy xaqan" 429-cu ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. == Hakimiyyəti == 432-ci ildə Şimal Vey sülaləsi ilə sülh imzalayıb imperatorun bacısı Sixay Qunçju ilə evlənmişdi, bacısı isə Toba Taivu ilə evlənmişdi. Bu evlilikdən oğlu Toba Yu doğulmuşdu. Lakin 4 il sonra sülhü pozaraq hücuma keçən xaqan 440-cı ildə Şimal Veyin müttəfiqi Şimal Lianq krallığı ordusuna məğlub olaraq qaçdı. 444-cü ildə Toba Taivunun son yürüşündə məğlub olaraq öldürüldü. Yerinə oğlu Tuxeçjen keçdi.
Üüreg nuur
Üüreq-Nuur (monq. Үүрэг нуур, Üüreg nuur) Monqolustanın qərb hissəsində yerləşən böyük, axarı olmayan, şor göldür. O, Mərkəzi Asiyada Altay dağlarının şimal şərqində, Böyük Göllər Çökəkliyinin şimal-şərq küncündə yerləşir. Göl şəffaf su ilə seçilir və onun 239 kvadrat kilometr sahəsi, 20 km uzunluğu var. Dəniz səviyyəsindən 1425 m yüksəklikdədi və maksimal dərinliyi 42 m. Monqolustanın Uvs aymagına aid olunur və ölkənin turizm yerlərindən biri sayılır.
Üüreq-Nuur
Üüreq-Nuur (monq. Үүрэг нуур, Üüreg nuur) Monqolustanın qərb hissəsində yerləşən böyük, axarı olmayan, şor göldür. O, Mərkəzi Asiyada Altay dağlarının şimal şərqində, Böyük Göllər Çökəkliyinin şimal-şərq küncündə yerləşir. Göl şəffaf su ilə seçilir və onun 239 kvadrat kilometr sahəsi, 20 km uzunluğu var. Dəniz səviyyəsindən 1425 m yüksəklikdədi və maksimal dərinliyi 42 m. Monqolustanın Uvs aymagına aid olunur və ölkənin turizm yerlərindən biri sayılır.