Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volna adası
Volna adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsindən 50 km məsafədə yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. Volna adası şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 300 m, eni isə 200 metr təşkil edir. Adada yüksəklik yoxdur.
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Vonna
Vonna (fr. Vonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şantiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01457. 2010-cu ildə əhalinin sayı 2790 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15–64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 76,4%, 1999-cu ildə 80,5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Alessandro Volta
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Narodnaya volya
Narodnaya volya (rus. Народная воля; azərb. Xalqın iradəsi‎) — Rusiyada inqilabi xalqçı təşkilatı. 1879-cu ildə "Zemlya i volya"nın parçalanmasından sonra yaranmışdı. Təşkilata İcraiyyə komitəsi (A.D.Mixaylov, A.İ.Jelyabov, S.K.Perovskaya, V.N.Fiqner və b.) başçılıq edirdi. 1879-1885-ci illərdə təşkilat eyniadlı qəzet buraxmışdır. Xalqçı utopik sosializmi mövqeyində qalan narodovolçular siyasi mübarizə yolu ilə mütləqiyyəti devirməyi ən mühüm vəzifə sayırdılar. Lakin onlar bu mübarizəni sosializmlə əlaqələndirə bilməmişdilər. "Narodnaya volya"nın proqramında ümumi seçki hüququ, demokratik azadlıqlar, torpağın xalqa paylanması, əzilən xalqlara öz müqəddəratını təyin etmək hüququ verilməsi və s. tələblər var idi.
Tolna (medye)
Tolna (mac. Tolna megye, alm. Komitat Tolnau‎) — Macarıstanın inzibati ərazi bölgüsü. Macarıstan ərazisində, Dunay çayının qərb sahilində yerləşir. Macarıstanın Şomoq, Feyer, Baç-Kişkun və Baranya medyelərinin sərhədində yerləşir. Medyenin paytaxtı Seksard şəhəridir. Sahəsi 3703 km²-dir. Tolna Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Ərazisinin sahəsi müasir Macarıstandakı Tolna medyesi ilə üst-üstə düşür. Medyenin paytaxtı Seksard şəhəridir.
Tolna (rayon)
Tolna (mac. Tolna ) — Macarıstanın Tolna medyesində yerləşən rayon.
Volqa deltası
Volqa deltası — Avropanın ən böyük çay deltası, dünyada isə 8-ci yeri tutur. Delta mənsəbdə Volqa çayının ən böyük qolu olan Buzan çayından başlayır. Deltada Volqanın 500 irili-xırdalı qolu vardır. Əsas qolları — Buzan, Bəxdəmir, Kazımyak, Köhnə Volqa, Bolda, Axtuba, Kiqaç (Axtuba və Baxdəmir gəmişilik üçün yararlıdır. Xəzər dənizinin səviyyəsinin 130 il ərzində azalması səbəbindən deltanın sahəsi 9 dəfə artmışdır. Delta unikal flora və faunaya mənsubdur. Bu səbəbdən 1919-cu ildə burada Həştərxan qoruğu yaradılmışdır (Hətta ümumdünya irsi siyahısına daxildir). Deltada qolların sayı relyefdən və axından asılı olaraq dəyişir. Qollar əsasən yuxarı və aşağı hissələrdə üstünlük təşkil edir. Kiçik qollar əsasən deltanın dəniz sahillərinə yaxın hissədə çoxalır.
Volqa pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Volqa siyənəyi
Volqa siyənəyi (lat.Alosa kessleri volgensis ) — siyənəkkimilər fəsiləsinin növüdür. Xəzərin hər yerində rast gəlinir. Qışı Cənubi Xəzərdə (Azərbaycan sularında) keçirir, yaz gəldikdə hər iki sahil boyu şimala doğru miqrasiya edir, başlıca olaraq Volqa çayına, az miqdarda isə Ural çayına girir. D III - IV 13 - 15 (14), ümumi sayı 17 - 19 (18), A III 16 – 20 (17.8), ümumi sayı 19 - 23 (20.8), qəlsəmə dişciklərinin sayı 90 - 155 arasında dəyişir. Qəlsəmə dişcikləri nazik və uzun olur. Başı çox böyük və enlidir. Fəqərə sümüklərinin sayı 48 - 54 (51.9) olur. Yetkin fərdlərinin uzunluğu 19 - 39 sm, kütləsi 100 - 600 q arasında dəyişir. Qəlsəmə qapağının gerisində qara ləkə (xal) olur. Keçici balıq olub Xəzərdə yaşayır, çoxalmaq üçün Volqa və Ural çaylarına girirlər.Qidasını xərçəngkimilər və balıqlar təşkil edir.
Volqa sıfı
Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir. Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur.
Volqa tatarları
Volqa tatarları və ya Volqa tatarları — hal-hazırda Rusiya Federasiyasına bağlı muxtar Tatarıstan Respublikasında və Volqa çayı boyunca yerləşmiş olan Kazan və ya Volqa tatarlarına verilən addır. Rusiyanın ruslardan sonra ən çoxsaylı ikinci etnosudurlar. Volqa çayı boyunca yerləşdikləri üçün bu adı almışdırlar. Tatar dilində danışırlar. Dilləri Krım tatar dilinə çox yaxındır. Volqa tatarlarının ataları Volqa-Kama Ön Bulqarları ilə XIII əsrdə Orta Asiyadan bölgəyə gələn Qıpçak Kuma türkləridir. 922-ci ildən əsasən, müsəlmandırlar. Volqa tatarları Kazan tatarları, Mişarlar, Qasım tatarları, Noqrat tatarları, Perm tatarları və Keraşenlər kimi subetnoslara bölünmüşdürlər. Rusiyanın slavyan etnoslarından fərqlənən məxsusi adət-ənənəyə malikdirlər.
Volqa xoruzgülü
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Volqa yedəkçiləri
Volqa yedəkçiləri (rus. Бурлаки на Волге) əsəri 1872-1873-ci illərdə realist rus rəssamı və heykəltaraş İlya Repin tərəfindən çəkilmiş Şəkil çəkmək niyyəti Repində hələ 1869-cu ildə rəssam Konstantin Savitski ilə birlikdə Neva sahillərinə «İov və onun dostları» müsabiqə əsərini çəkməkdən ötrü etüdlər etmək üçün yollandığı zaman oyanmışdı. Orada gördüyü gəmi yedəkçiləri qayğısız cəmiyyət və mənzərəli təbiətlə müqayisədə onda təzadlı duyğular yaratmışdı. Elə o zaman gələcək əsərin ilkin eskizləri çəkilmişdi. Əsərin özü 1873-cü ildə başa çatdırıldı və cəmiyyətdə həyəcanlar tufanının heyranlıqdan qızğın nifrətə qədər bir burulğanının əmələ gəlməsinə səbəb oldu.
Volqa çayı
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Volta qövsü
Volta qövsü və ya elektrik qövsü — güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırıldıqda bu naqillərin ucları arasında yaranan parlaq işıq saçan alov hadisəsidir. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuqdan da istifadə etmək olar. O zaman bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir. Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus alimi Vasili Petrov müşahidə etmiş, 1810‐cu ildə isə eyni ixtiranı ingilis fiziki Devi etmişdir. Onların hər ikisi Volta qövsündən işıqlandırma üçün istifadə etməyin mümkünlüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs lampasını düzəltdi. O, ağac kömüründən olan çubuqları bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk dəfə Paris meydanlarından birini işıqlandırmaq üçün tətbiq etdi.
Tolna medyesi
Tolna (mac. Tolna megye, alm. Komitat Tolnau‎) — Macarıstanın inzibati ərazi bölgüsü. Macarıstan ərazisində, Dunay çayının qərb sahilində yerləşir. Macarıstanın Şomoq, Feyer, Baç-Kişkun və Baranya medyelərinin sərhədində yerləşir. Medyenin paytaxtı Seksard şəhəridir. Sahəsi 3703 km²-dir. == Tarixi == Tolna Macarıstan krallığında mövcud olan inzibati ərazi bölgüsünün adıdır. Ərazisinin sahəsi müasir Macarıstandakı Tolna medyesi ilə üst-üstə düşür. Medyenin paytaxtı Seksard şəhəridir.
Volqa (rəqs)
Volqa rəqsi və ya Xoşbəxtlik rəqsi — Volqa çayı hövzəsində yaşayan xalqlar arasında məşhur olan ənənəvi rəqsdir. Bu rəqs, çoxəsrlik tarixə malikdir və regionun etnik və mədəni müxtəlifliyini əks etdirir. == Tarixi == Volqa rəqsi qədimdən bəri Volqa çayı hövzəsində yaşayan müxtəlif xalqların ənənəvi rəqslərinin birləşməsi kimi formalaşıb. Bu bölgədə rus, tatar, çuvaş, mari və mordvin xalqları tərəfindən öz mədəniyyətlərinə uyğunlaşdırılmışdır. Rəqs əsasən kənd yerlərində bayramlar, toylar və xüsusi dini bayramlarda ifa edilirdi. Tarix boyu bu rəqs regionun sosial və mədəni mərasimlərinin mühüm bir hissəsi olmuşdur. == Musiqi və instrumentlər == Volqa rəqsi ritmik və coşqun musiqi ilə müşayiət olunur. Əsas musiqi alətləri: Balalayka – Rusiya və digər region xalqları üçün xarakterik simli musiqi aləti. Harmoniya – Akordeona bənzəyən və Volqa bölgəsində geniş istifadə olunan alət. Qarmon – Xüsusilə tatar və başqırd xalqları tərəfindən istifadə olunur.
Crisalide (Vola)
Crisalide (Vola) — (azərb. Barama (Uç)‎) San-Marinonun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi. O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi.
Vola qırğını
Vola qırğını (pol. Rzeź Woli) — Polşanın paytaxtı Varşavanın Vola məhəlləsində Waffen-SS və Azərbaycan Legionundakı Axis həmkarları, habelə əksəriyyəti Ruslardan ibarət olan RONA qüvvələri tərəfindən 1944-cü il avqustun 5-dən 12-dək 40,000 ilə 50,000 arasında polyakların sistematik şəkildə qətl edilməsi. Qırğın, Varşava üsyanı başlayandan qısa müddət sonra, üsyanı dayandırmaq üçün Henrix Himmler "hərəkət edən hər şeyi öldür" əmrini verdi. On minlərlə Polşalı və ələ keçirilən Armia Krajowa müqavimət döyüşçüləri Vola boyunca təşkil edilən kütləvi edamlarda nasistlər tərəfindən öldürüldü. Körpələr, uşaqlar və qocalar da daxil olmaqla bütün ailələr tez-tez yerindəcə güllələnirdilər, lakin bəziləri işgəncə və cinsi təcavüzdən sonra öldürülürdü. Nasistlər xəstəxanalarda xəstələri, həmçinin onlara qulluq edən həkim və tibb bacılarını çarpayılarında öldürürdülər. Qırğın sübutlarını məhv etmək üçün Verbrennungskommando ("yanan dəstə") tərəfindən meyitlər yandırılmaq üçün yığılırdı. Əvvəlcə öldürüləcək sağ qalanları tapmaq üçün itlər sərbəst buraxılırdı. Əməliyyata Erich von dem Bax-Zelewski rəhbərlik edirdi, baxmayaraq ki, onun əsas günahkarları Dirlevanger Briqadası və qüvvələri ən qəddar vəhşiliklər edən "RONA" Kaminski Briqadası idi Bax-Zelevskinin özündən tənqidlər çəkdi. Almanlar bu vəhşiliklərin üsyançıların mübarizə əzmini darmadağın edəcəyini və üsyana tez bir zamanda son qoyacağını gözləyirdilər.
Orta Volqa diyarı
Orta Volqa diyarı — RSFSR–in tərkibində, 1929–1936-cı illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Samara şəhəri idi.
Qara Volqa (film)
Filmdə "Pəncəli Aslan"ın (Laləzar Mustafayeva) başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız hesabsız cinayətlərdən və nəhayət hüquq mühafizə orqanları tərəfindən bu cinayətkar qrupun dağıdılmasından danışılır. Film yazıçı Cəmşid Əmirovun eyniadlı romanı əsasında ekranlaşdırılmışdır. Məsləhətçi qismində əsərin müəllifi Cəmşid Əmirovun oğlu, polis podpolkovniki Çingiz Əmirov dəvət edildi. Orfoqrafik: Titrlərdə filmin adı "Qara Volqa" yazılmışdır. Doğrusu "Qara "Volqa"" olmalıdır. Əsərin müəllifi: Cəmşid Əmirov Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Quruluşçu rejissor: Elşən Məmmədov Quruluşçu operator: Sərvər Rəşidoğlu Quruluşçu rəssam: Nizami Bəydəmirov Geyim rəssamı: A.Bəydəmirov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Nadir Əzməmmədov Operator: Elmar Hüseynov Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov Qrim rəssamı: Telman Yunusov Fotoqraf-rəssam: Fərhad Behbudov Rejissor assistenti: Rafiq Orucov, İradə Quliyeva Operator assistenti: N.Nağıyev İnzibatçı: Tərlan Babayev (T.Babayev kimi), Z.Novruzov İşıq ustası: Akif Rəhimov, S.Əmirov Məsləhətçi: Çingiz Əmirov (polis podpolkovniki) Çalır: Səyavuş Kəriminin İdarəsilə İnstrumental Ansambl Redaktor: A.Əliyev Filmin direktoru: Akif Musayev Prodüser: Vidadi Məmmədov Kaskadyor: Əli Məmmədov (titrlərdə yoxdur)) Rasim Balayev — polkovnik Cavanşirov Nəsir Sadıqzadə — "Paxan" Laləzar Mustafayeva — "Pəncəli" Aslan Fuad Poladov — Səlimzadə Nadir Əzməmmədov — Cəfərli Ş.Şıxnəbiyeva — Bayramova Muxtar Maniyev — Kərimov Arzu Ocaqverdiyev — Yaşa Alim Məmmədov — Bürcəli Məfkurə Məhərrəmova — Samirə Nəsibə Eldarova — Klara Naibə Allahverdiyeva — Marqarita Fikrət Məmmədov — sürücü Zərnigar Ağakişiyeva — Solomonovna Vahid Əliyev — serjant Vəliəhd Vəliyev — Məmməd Əlioğlu Tələt Rəhmanov Zilli Namazov — polis işçisi M.Əsgərov Elşən Məmmədov Akif Musayev Süleyman Əhmədov — Əbdülxalıq Bəxtiyar Kərimov Füzuli Məmmədov — sahə müvəkkili N.İsrafilova Fərəc Fərəcov — restoran müdiri Əli Məmmədov Gümrah Rəhimov — polis işçisi Məmmədkamal Kazımov — Səlimzadənin atası Sevinc Əliyeva — "Paxan"ın xidmətçisi Faiq Əliyev — vəzifəli şəxs Eldəniz Rəsulov — Yaşa (Arzu Ocaqverdiyev) (titrlərdə yoxdur) Həsən Məmmədov — "Paxan" (Nəsir Sadıqzadə) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Samirə (Məfkurə Məhərrəmova) (titrlərdə yoxdur) Nuriyyə Əhmədova— Marqarita (Naibə Allahverdiyeva) (titrlərdə yoxdur) İlham Əsgərov — vəzifəli şəxs (Faiq Əliyev) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Əbdülxalıq (Süleyman Əhmədov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — "Pəncəli" Aslan (Laləzar Mustafayeva) (titrlərdə yoxdur) Qorxmaz Əlili — Bürcəli (Alim Məmmədov) (titrlərdə yoxdur) Səidə Quliyeva — Bayramova (Ş.Şıxnəbiyeva) (titrlərdə yoxdur) Əliqulu Səmədov — Cəfərli (Nadir Əzməmmədov) (titrlərdə yoxdur) Sevda Məmmədova — Solomonovna (Zərnigar Ağakişiyeva) (titrlərdə yoxdur) Mustafa Karaçeper — "Dıyarbakır Düzüne" Cənnət Əliyev — "Təbriz" Niyaməddin Musayev — "Neynim" Alla Puqaçeva — "Panama" Azərbaycan Dövlət Yanacaq Komitəsi Bakı Neft Təchizatı Bazası "Qara volqa: Aktyorların bir çoxu niyə filmi "qara ləkə" saydılar?". anl.az/Ekspress. 2007-04-21–23. İstifadə tarixi: 2024-05-16. Kadrarxası: “Qara Volqa”da aktrisa Naibə Allahverdiyeva ilə öpüşən şəxs rejissorun özü olub “Qara Volqa”nın müəllifi nədən qorxmuşdu?!
Volnat-Krik (Arizona)
Volnat-Krik (ing. Walnut Creek) — ABŞ-nin Arizona ştatında Mohave qraflığında qeyri-korporativ icma və siyahıyaalma tərəfindən təyin edilmiş yerdir (CDP). 2020-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 571 nəfər idi.
Kolba
Kolba — şüşə qab kimi tanınan laboratoriya təchizatının kateqoriyasına daxildir. Kolba müxtəlif həcmdə olur. == Kolbalar == Bunzen kolbası - filtrasiya sistemində istifadə edilir. Erlenmeyer kolbası - analitik işlərdə istifadə edilir. Vürs kolbası - yanma reksiyalarında istifadə edilir. Klayzen kolbası - adi təzyiqdə vakuum yanma reksiyalarında istifadə edilir. == Ədəbiyyat == Словарь иностранных слов. М., «Сирин», 1996, с.234 С. И. Ожегов. Словарь русского языка.
Molina
Bakxaris (lat. Baccharis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Baccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Baccharis acutata (Alain) Borhidi Baccharis alamosana S.F.Blake Baccharis alaternoides Kunth Baccharis albida Hook. & Arn. Baccharis × alboffii F.H.Hellw. Baccharis albolanosa A.S.Oliveira & Deble Baccharis aliens Rusby Baccharis alleluia A.S.Oliveira & Deble Baccharis alnifolia Meyen & Walp. ex Meyen & Walp. Baccharis alpestris Gardner Baccharis alpina Kunth Baccharis altimontana G.Heiden & al. Baccharis amambayensis Zardini & Soria Baccharis angusticeps Dusén ex Malme Baccharis angustifolia Michx.
Molla
Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.