Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Gözotu
Çatılotu (lat. Euphrasia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Tolosu
Tolosu xaqan - Uyğurların beşinci xaqanıdır. Onun dövründə Çindən asılılıq və üsyanlar artmağa başladı. Cəmi bir il hakimiyyətdə qalan Tolosu həyat yoldaşı E tərəfindən zəhərləndi. Yerinə oğlu Aço gəldi.
Yolotu
Qırxbuğum (lat. Polygonum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 15–40 sm olan birillik ot bitkisidir. Gövdələri düz və ya açılmışdır. Yarpaqları enli lansetvari, gövdədən bitənlər daha iridir. Çiçəklərinin rəngi yaşıl, qıraqları isə ağ, çəhrayı və ya al qırmızıdır, meyvəsi üç tərəfli ovalvaridir. May-oktyabr (dekabr) aylarında çiçəkləyir və meyvə verir. Qırxbuğum boreal coğrafi tipinin qolarktik sinfinə aiddir. Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda qırxbuğum Abşeron, Qobustan, Diabar, Lənkəran Muğanı, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
"Qodonu gözləyərkən"
Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi. İkipərdəli tragikomediyadır. Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur. == Məzmun == === Birinci pərdə === Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir. Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur. Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur. Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır. Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır. Estraqon da Müqəddəs Torpaqları təsvir edir. Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər.
Daniil Qorovux
Daniil İqoreviç Qorovux (rus. Даниил Игоревич Горовых; 3 yanvar 1997-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Qorovux öz peşəkar karyerasında debütünü 27 iyul 2017-ci ildə Veles Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Znamya Truda Orexovo-Zuyevo klubuna qarşı oyunda etmişdir.
Göyova körfəzi
Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir. Əsas limanlar Bodrum (Türkiyə) və Kos (Yunanıstan). == Görməli yerləri == === Kleopatra çimərliyi === Kleopatranın çimərliyi Sedir və ya Sehir adasında yerləşir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Bu adada Kleopatra çimərliyi adlı qumu unikal quruluşda və kiçik incilərə bənzəyən çimərlik vardır. Qum bu sahə üçün tamamilə xarakterik deyil və mənşəyi məlum deyildir. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur.
Kiçik qovotu
Qodonu gözləyərkən
Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi. İkipərdəli tragikomediyadır. Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur. Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir. Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur. Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur. Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır. Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır. Estraqon da Müqəddəs Torpaqları təsvir edir. Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər.
Qokoku məbədi
Qokoku məbədi (護国寺, Qokoku-ci, azərb. "Ölkənin mühafizəsi məbədi"‎) – Yaponiyanın Tokio şəhərinin Bunkyo rayonunda yerləşən buddist məbədi. Buddizmin Şinqon sektasının Buzan qoluna aiddir. Məbəd 1681-ci ildə şoqun Tokuqava Tsunayoşinin sifarişi ilə keşiş Ryoken tərəfindən qurulmuşdur. Tsunayoşi və onun anası Keyşo İn bu məbədin himayəçiləri olmuşdurlar. Hazırda Əhəmiyyətli mədəni mülk statusu daşıyan əsas zal 1698-ci ildə tikilmişdir. Məbədin qəbiristanlığında Edo dövründə yaşamış 40-dan çox konfutsiçi alimin qəbri yerləşir. Məbədin Tokuqava şoqunluğu ilə sıx əlaqələri olduğu üçün burada tez-tez şoqunluğun adından ibadətlər yerinə yetirilmişdir. Məbəd bodhisattva Kannona həsr olunmuşdur. Kodansha Encyclopedia of Japan (ingiliscə).
Qotoku Sakay
Qotoku Sakay (d. 14 mart 1991) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Su polosu
Su polosu və ya vaterpolo - su idmanı oyunu. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Və hər bir hissədə hər iki komanda rəqib qapısından top keçirməyə çalışırlar. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan təşkil olunur. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su polosu bir qayda olaraq dərin ( adətən 1.8m. ) hovuzlarda oynanılır və bu oyunu oynayanlar xeyli dözümlülüyə malik olmalıdır.
Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini. Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu. Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu. Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.
Alina Qorlova
Alina Eduardivna Qorlova (ukr. Алі́на Едуа́рдівна Го́рлова;1992, Zaporojya, Ukrayna) — sənədli filmlər üzrə ixtisaslaşan ukraynalı kinorejissor, rejissor və ssenarist. O, 2017-ci ildə Ukrayna Kino Akademiyasına qəbul edilib və 2021-ci ildə Ukrayna Respublikasının əməkdar artisti adına layiq görülüb. == Təhsili == Qorlova 2008–2012-ci illərdə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində təhsil alıb. == Filmoqrafiya == 2012: Buludlarda ilk addım 2014: Nənə 2016: Холодний Яр. Інтро 2017: Görünməz batalyon, sənədli film, İrina Tsilık və Svetlana Lişçinska ilə birgə ərsəyə gətirilmiş ekran işi 2018: Aşkar işarələr yoxdur, sənədli film (Ptax Janq tərəfindən hazırlanmışdır) 2020: Bu yağış heç vaxt dayanmayacaq, sənədli film == Tanınması == 2013 – Barnaulda "Kino-lisey" IV Beynəlxalq Müəllif Kinoları festivalı: ən yaxşı hekayəyə görə Gümüş Jan-Lak "Sözün Gücü" mükafatını qazanıb. 2018 – "Görünən işarələr yoxdur" filmi "DOK Leypziq Beynəlxalq Sənədli Filmlər" festivalında MDR-Mitteldeutscher Rundfunk kanalının münsiflər heyəti tərəfindən "Görkəmli Şərqi Avropa Filmi" mükafatına layiq görülüb. 2020 – Prodüser Maksim Nakoneçnyi və rejissor Alina Qorlovanın "Bu yağış heç vaxt dayanmayacaq" filmi Florensiyada dei Popoli festivalında Ən Yaxşı Uzunmetrajlı Film mükafatını qazandı. 2021 — "Bu yağış heç vaxt dayanmayacaq" filmi 66-cı Cork Beynəlxalq Film festivalında, İrlandiyada Ən Yaxşı Sənədli Film mükafatını qazandı.
Dino Ndlovu
Dino Ndlovu (15 fevral 1990) — Cənubi Afrikalı futbolçu. Türkiyə 1-ci Liqasında "Sakaryaspor"un və Cənubi Afrika milli futbol komandasının heyətində çıxış edir. == Klub karyerası == === Qarabağ === ==== 2016–2017 mövsümü ==== Ndlovu mövsümü 15 qol ilə bitirdi. Futbolçu "Qarabağ" ilə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qalibi oldu. ==== 2017–2018 mövsümü ==== ===== UEFA Çempionlar Liqası ===== Dino yeni mövsümdəki ilk matçına UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin birinci oyununda "Samtredia" qarşısında çıxdı. CAR-lı futbolçu "Qarabağ"ın 5–0 hesabı ilə qalib gəldiyi oyunda 37-ci və 45-ci (P) dəqiqələrdə 2 qol atdı. Digər qolu isə daha yadda qalan oldu. UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin ikinci oyununda "Şerif"ə qarşı keçirilən oyunda ilk qolu atan Dino yazılan tarixin baş rolundakı futbolçulardan biri oldu. "Qarabağ" rəqibinə 2–1 hesabı ilə qalib gəldi. Pley-off mərhələsinə yüksələn "Qarabağ"ın rəqibi Danimarkanın "Kopenhagen" klubu oldu.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Naş qolos
Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).
Robert Solou
Robert Solou (ing. Robert Solow) (23 avqust 1924, Bruklin, Nyu-York ştatı – 21 dekabr 2023, Leksinqton[d], Massaçusets) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür. Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində yəhudi ailəsində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi. Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiya və antropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı. 1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali Afrika və Siciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi. 1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Yunan alovu
Yunan alovu (Yunan odu, Bizans alovu, Bizans odu, Roma odu, Roma alovu, Qrejua, Qrejua alovu, Qrejua odu, Rum alovu, Rum odu, Vəhşi od, Vəhşi alov, Maye alov, Maye od) — isti kömür, kükürd və qır qarışığından hazırlanmış olan bu silahdan ilk dəfə Peloponnes müharibəsi zamanı istifadə edilmişdir. Sonralar eramızın 660-cı illərində yunan odu qır, qatran, kükürd, naftalin, əhəng və kalium nitrat ilə zənginləşdirilmişdir. Ona su əlavə olunduqca alovu artırdı. Eramızın VII əsrində onun effektiv təsirini inkişaf etdirmək və artırmaq işi Suriyalı bir mühacir olan Heliopollu Kallinik tərəfindən həyata keçirilmişdir. Farslar Yunanıstanı işğal edərkən baş tutmuş olan dəniz döyüşü zamanı ilk dəfə istifadə edilmişdir. Öz dövrünün güclü ordularından biri hesab edilən fars ordusu gəmilərinin yanmasının qarşısını ala bilməmişdir. Həm quruda, həm də suda asanlıqla yanmaq qabiliyyəti var. Onun üstünə su töküldükdə sönmür, əksinə, alovu artır. Dəniz müharibələrində gəmilərin keçməsinin qarşısını almaq məqsədi ilə onlardan istifadə olunmuşdur. Bu yanğına məruz qalan bütün insanlar ölümə məhkumdurlar, çünki bu alovu söndürmək mümkün deyildir.
Göllü-guşəli xalçaları
Göllü-guşəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qollu-budaqlı sarılıqotu
Qollu-budaqlı sarılıqotu (lat. Erysimum diffusum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü. İkiillik ot bitkisi olub, hündürlüyü 80 sm olub, bozumtul qısa sıx tükcükləri vardır. Gövdəsi bir və ya bir neçə olub, budaqlanandır. İnkişafının birinci ilində yalnız kökətrafı çətir əmələ gətirir. Çətir yarpaqları uzunsov daralmış saplaqdan ibarət olub, kiçik dişciklidir. İnkişafının ikinci ilində çoxlu qısa və nazik, tədricən azalan gövdələri üzərində xətti-neştərşəkilli və ya xətti, qısasaplaqlı və bütövkənarlı yarpaqları olur. Sonluqda yerləşən çiçəkləri oldaqca uzun fırçadan, kiçik, düz, sərbəst ləçəkləri, dördölçülü limonu-sarı rənglidir. Meyvələri uzun və nazik, uzunluğu 4 sm, olub, ağımtıl tükcüklərdən ibarətdər. Toxumları kiçik, kürəni-qonur rənglidir.
Qollu-çiçi xalçaları
Qollu-çiçi və ya Qollu xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Bu xalçalar ilk dəfə Qarabağda toxunub. Sonradan Qobustanın Nabur və Qubanın Dərəçiçi kəndlərində də bu tip xalçaları toxumağa başlayıblar. Bu xalçaların toxunması buradan da Qubanın digər bölgələrinə yayılıb. Hazırda Azərbaycandan başqa bu xalçalar Dağıstanda və Türkmənistanda da toxunur. Bu kompozisiya rəngarəngliyi və gözəlliyi ilə Yaxın və Orta Şərqdə, sonralar isə daha geniş miqyasda şöhrət qazanıb. Bəzi sənətşünaslar bu xalçaları "Şirvani" və "Dağıstan" adlandırırlar. Bu xalçaya Qarabağdan olan ustalar "Maşın", Şirvanda olanlar isə "Qollu" və ya "Qollu göl" adı veriblər. Çiçidən olan xalça toxucuları isə bu xalçalara "Qollu çiçi" və ya "İsbigülçiçi" deyirlər. 1775–1800-cü illərdə Azərbaycan xalçaçılıq məktəbində yaranan bu kompozisiya konstruksiya və bəzək elementləri ilə seçilir.