Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. == Tarixi == Vivo 2009-cu ildə Çində yaradılıb.Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. == Fəaliyyəti == 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır. Bu da şirkətin qlobal smartfon istehsalçıları sıralamasında 5-ci yeri tutmasına səbəb olur.Şirkət 2017-ci ilin ikinci rübünün sonundada bazardakı mövqeyini qoruyur.Forbes- nəşrinin qeyd etdiyi kimi "Vivo"nun Avropa və ABŞ "smartfon bazarı"nda praktiki olaraq heç bir iştirakı yoxdur, lakin Çin ağıllı telefon bazarı o qədər genişdir ki, "Vivo"nun burada ilk üçlükdə olması, onu dünyanın aparıcı istehsalçılarından birinə çevirir.Vivo hazırda 4 fabrikə sahibdir, bunlardan 2-si Çindədir.
Vinod Mehra
Vinod Mehra (13 fevral 1945, Amritsar, Britaniya Hindistanı – 30 oktyabr 1990, Bombey) 13 fevral 1945–ci ildə Amritsaredə anadan olub. Vinod kinoda uşaqkən 1958-ci ildə “Raagni” filmində debüt edib. Aktyor kimi 1971-ci ildə filmlərə çəkilməyə başlayıb. 20 il ərzində 100-dən artıq filmə çəkilib. Filmlərin əksəriyyətində baş rol ona həvalə edilib. Mehra Amitabh Baççan, Sanciv Kuçar, Rajeş Xanna, Dharmendra kimi aktyorlarla tərəf-müqabili olub. Rekha, Mouşmi Çatterci, Yoqita Bali, Şabana Azmi, Bindiya Qosvami kimi aktrisalarla çəkilib. Bir çox filmlərə çəkilməyinə baxmayaraq yalnız Amar Prem, Nagin, Jаni Dushman, Khuddar filmləri ona dünya şöhrəti gətirib. Anurodh (1977), Amardeep (1979) və Bemisaal (1982) filmlərinə görə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Filmfare mükafatı qazanıb. Ölümündən sonra 1990-cı ildə ekranlara çıxan “Üç hiddətli kişi” filminin rejissoru və prodüseri olub.
Vinod Xanna
Vinod Xanna (6 oktyabr 1946, Pişəvər, Britaniya Hindistanı – 27 aprel 2017, Mumbay) məşhur hind aktyoru və rejissoru olmuşdur. 1968-ci ildə başladığı aktyorluq karyerası 2017-ci ildəki vəfatına qədər davam etmişdir. O karyerası ərzində bir çox filmlərdə həm rol almışdır, həm də bir çox filmlərdə prodüserlik və rejissorluq etmişdir.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == CD1 == == CD2 == == DVD == == Mənbə == En Vivo - Genius.
İn vivo
İn vivo — ölü bir orqanizmdən, canlı orqanizmin və ya bir orqanizmin tamamının varlığını göstərmək üçün istifadə edilən söz. Biologiyada, in vitro təcrübələri orqan, hüceyrə, protein və ya biomolekullar üzərində tətbiq edilir, lakin tərsinə in vivo tədqiqatı bütün bir orqanizmin üzərində aparılır.
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/ , ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Zavod
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden — Braziliya müğənni İveti Sanqalu və nəğməkar şair, New York Madison Square Garden yaşayır qeydə tərəfindən on birinci albom edir.
Diod
Yarımkeçirici diod (yun. δις - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selen və germanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir. == Əsas funksiyaları == Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.
Viqo
Viqo- İspaniyada, Qalisiya muxtar regionunda yerləşən şəhər və bələdiyyə. Viqo, Pontevedra əyalətinin və bütün bölgənin ən sıx məskunlaşdığı, eyni zamanda əyalət paytaxtı statusu olmayan ölkənin ən böyük bələdiyyəsidir. Sahəsi 109.06 km2 olan şəhərin əhalisi 2016-ci ilə olan rəqəmlə 198.537 nəfərdir.
Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
İPod
iPod (azərb. ay-pod‎) — Apple şirkəti tərəfindən hazırlanmış portativ media oxuducularının ticarət nişanıdır. Verilənlərin saxlanılması üçün iPod-da sərt disk və ya fləş yaddaş istifadə edilir. Brendin debütü 21 oktyabr 2001-ci il tarixində baş verib. 5 sentyabr 2007-ci il tarixinə olan məlumata əsasən, bütün dünya üzrə 110 milyondan çox iPod pleyeri satılmışdır. İndiki zamanadək iPod bir neçə seriyadan olan məhsullar istehsal etmişdir:iPod classic,iPod touch və iPod nano. Həmçinin bura ekranı olmayan iPod shuffle modelini də əlavə etmək olar.
Antonov (zavod)
Antonov zavodu — Kiyevdə yerləşən Ukrayna aviasiya sənayesi dövlət müəssisəsi. Hal-hazırda Antonov ASTC im-ə bağlıdır. O. K. Antonov adına ASTC Dövlət Müəssisəsinin filialı adlandırılır. == Tarix == === 1920—1991 === 12 saylı Dövlət Aviasiya Zavodu (QAZ-12) 1920-ci il sentyabrın 9-da Hərbi Sənaye Şurasının 15178 saylı qərarı ilə kiçik təmir sexləri əsasında qurulmuşdur. Zavodun ilk direktoru və əslində onun təşkilatçısı professor V.Bobrov olmuşdur. İlk illərdə zavodun əsas fəaliyyəti istismarda olan xarici istehsallı təyyarələrin təmiri və onlar üçün ehtiyat hissələrinin istehsalı olur. 1923-cü ildə zavodda K. Kalinin rəhbərlik etdiyi konstruktor bürosu qurulur. 1925-ci ildə zavod 4 yerlik sərnişin təyyarəsi K-1 olan orijinal dizaynlı ilk təyyarənin istehsalını mənimsəyir. Bundan əlavə, zavod planerlər və hidroplanerlər istehsal edir, 1931-ci ildə avtojirlərin istehsalına da yiyələnir. 1932-1934-cü illərdə zavod yüksək sürətli altı oturacaqlı XAI-1 sərnişin təyyarəsini inkişaf etdirir (istehsal 1934-cü ildə mənimsənilir).
Coko Vidodo
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir. == Fəaliyyəti == Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır.14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir. Prezident seçkiləri 9 iyul 2014-cü ildə başlamışdır.
Divok Oriqi
Divok Okot Oriqi (18 aprel 1995[…], Ostende[d], Flamand regionu[d]) — Belçikalı peşəkar futbolçu, İtaliyanın "Milan" klubunda və Belçika milli komandasında hücumçu kimi çıxış edir. == Klub karyerası == Oriqi futbolçu karyerasına "Lill"də başlayıb və 2013-cü ildə peşəkar karyerasında ilk qolunu vurub. Bir il yarım sonra futbolçunu, İngiltərə Premyer Liqa klubu "Liverpul" 10 milyon funt-sterlinq qarşılığında transfer edib və onu 2014–15 mövsümu üçün yenidən "Lill"ə icarəyə verir. Zədələrə görə "Liverpul"da möhkəmlənə bilmir və bir müddət və Almaniyanın "Volfsburg" klubunda da bir il icarədə olur. Oriqi 2018–19 mövsümündə kluba müxtəlif mühüm töhfələr verir və 2019 Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı geri dönüşdə iki qol vurur. O, həmçinin növbəti mövsümdə 2019–20 Premyer Liqasını qazanan "Liverpul"un son 30 il ərzində ilk liqa titulunu qazanan heyətində olur. "Liverpul"da 8 il keçirdikdən sonra, 2022-ci ilin yay transfer pəncərəsində daimi müqavilə ilə İtaliyanın "Milan" klubuna qoşulur.
Fransua Viyon
Fransua Viyon (tələffüzü [fʁɑ̃swa vijɔ̃] 1 aprel 1431, Paris – 1463, Fransa krallığı) — XV əsrdə yaşamış fransız şair. Orta əsrlər Fransasının ən məşhur şairlərindən biridir.Müasir Fransa şeirinin qurucusu hesab olunur. == Həyatı == Fransua Viyon 1431-ci ildə Parisdə dünyaya gəlmişdir. Bəzi mənbələrdə bu il 1432 kimi qeyd olunur. Viyonun əsl adı François de Montcorbier və ya François des Logesdır.Bu iki adın hər biri onun haqqındakı rəsmi sənədlərdə əks olunub. ==== Təhsil həyatı ==== Bakalavr təhsilinə 1449-cu ildə Paris Universitetində,maqistr təhsilinə isə 1552-ci ildə başlamışdır. == Əsərləri == Əsas əsəri Grand Testament (1461) adlı avtobiyoqrafik şeiridir. Eşq, uğursuzluq, ölüm mövzularına şeirləri mövcuddur.
Kirov zavod
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Livon dili
Livon dili və ya Liv dili (latış. līvõ kēļ‎ və ya latış. rāndakēļ‎) Ural dillərinin Fin filialına məxsusdur.Fevral 2009-cu ildə son bu dil anadili olan şəxs vəfat edərək , demək olar ki ölü dildir.Eston dili ilə sıx bağlıdır. == Ümumi ifadələr == Salam! – Tēriņtš! Nuş olsun! - Jõvvõ sīemnaigõ! Səhəriniz xeyir! - Jõvā ūomõg! / Jõvvõ ūomõgt!
Rişod Sobirov
Rişod Sobirov (uzb. Rishod Rashidovich Sobirov; d. 11 sentyabr 1986; Buxara, Özbəkistan) — Özbək cüdoçu, iki qat Dünya Çempionu (2010, 2011), üç qat Olimpiya üçüncüsü (2008, 2012, 2016). == Karyerası == Sobirov 2008 Pekin, 2012 London, 2016 Rioda ölkəsini təmsil etdi. Pekində 60 kq kişilər mübarizəsində, Hollandiyalı Raben Hauks ilə bərabər bürünc medala sahib oldu. Özbək idmançının peşəkarlığı çəkiyə görə London və Rioda dəyişmədi. Sobriov Londonda 60 kq, Rioda 66 kq qarşılaşmalarında bürünc medal qazandı. == İstinadlar == == Mənbə == Письмо от Ирины Михайловны// Контимост, г. Урумчи, КНР, 2003 г.,№ 6, с.10. Дубинина Л. Ирина Дубовицкая: «Сталинабадская симфония» — исторический роман.// Вечерний Душанбе, 2014 г., 11 сентября.
Siqurni Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/ , ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Vikos dərəsi
Vikos (kanyon) dərəsi (yun. Φαράγγι του Βίκου) — Yunanıstanın Pind dağları ərazisində yerləşən dərə. Vikos dərəsi ölkənin şimal şərqində, Yaniya nomundadır. Tumfi dağının cənum yamacında yerləşən dərənin uzunluğu 20 km, dərinliyi 450–1600 m, eni isə 400 metrdən 3-4 metrə qədər daralır.. Vikos Ginnesin Rekordlar Kitabına dünyanən ən dərin dərəsi kimi düşüb.. Dərə kanyondan bəzi cəhətlərinə görə fərqlənir, məsələn : en və uzunluq nisbəti.. == Yerləşməsi == Dərə Vikos-Aoos milli parkının mərkəzi hissəsində, Zaqori vilayətində yerləşir. Öz başlanğıcını Monodendri və Kukuli qəsəbələrindən götürür və Vikos rayonu ərazisində bitir.. Dərə daxilində kiçik çaylar var ki, sonda dərə boyu axan Voydomatis çayına birlışirlər. İl boyu ancaq bu çayda su olur..
Vitold Qombroviç
Vitold Qombroviç(pol. Witold Gombrowicz; 4 avqust 1904, Opatuv ətrafında Maloşitsa kəndi, Polşa — 24 iyul 1969, Vans, Fransa) — Polşa yazıçısı. == Həyatı == Witold Gombrowicz elə bir yazıçıdır ki, xaricdə onun əsərlərini şedevr sayırlar, amma vətəni Polşada hələ də düz-əməlli tanınmır. Əlbəttə həm də ona görə ki, ömrünün böyük hissəsini xaricdə yaşayıb. Bir müddət Polşada əsərlərinin çapına qadağa qoyulub, bir müddət isə bunu özü istəməyib. Onun əsərləri əsasında Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə tamaşalar hazırlanıb, kitabları 30-dan çox dilə çevrilib. Bəs niyə Polşa kimi demokratik ölkədə onun yaradıcılığına maraq böyük deyil? Gombrowicz öz azadlığını, müstəqilliyini heç bir xalqın, cəmiyyətin, sosial qrupun maraqlarına qurban verməyən bir yazıçıdır. Onun əsərlərində polyakların öz ənənələri, tarixlərinə hədsiz bağlanmaları, Polşa mədəniyyəti, Polşa cəmiyyətinin müxtəlif təbəqələri sərt tənqidə, sarkazma məruz qalır. "Qanun" nəşriyyatının Azərbaycan dilində çap etdiyi "Ferdidurka" romanı da Gombrowicz-in belə amansız əsərlərindəndir.
Vitold Rostropoviç
Vitold Rostropoviç (rus. Витольд Ростропович; 22 aprel 1856, Varşava quberniyası, Rusiya imperiyası — 25 sentyabr 1913, Voronej, Rusiya imperiyası) — pianoçu, pedaqoq, bəstəkar, naşir və fortepiano üçün pedaqoji pyeslər toplusunun tərtibçisi. Violonçelist Leopold Rostropoviçin atası, violonçelist Mstislav Rostropoviçin babası. == Həyatı == Vitold 1870-ci ildə Leypsiqə köçür və orada mühəndis işini öyrənir. Eyni zamanda konservatoriyanın professorları Reyneke və Yadassonun rəhbərliyi altında musiqi təhsili alır. Musiqiyə olan hədsiz məhəbbət onu təmamilə özünə cəlb edir və artıq 1870-ci illərin axırlarında Vitold Rostropoviç Voronejda müəllim kimi fəaliyyət göstərməyə başlayır. 1880-ci ilin sentyabr ayında Voronej oğlanlar gimnaziyasında fortepiano üzrə müəllim işləyir. 16 il gimnaziyada müəllimlik fəaliyyət göstərən Rostropoviçin rəhbərliyi altında çoxlu gənc istedadlar təhsil almışlar.1880-ci illərin əvvəllərində Voronejda musiqi həyatının canlandığı bir zamanda musiqiçilərin qastrol səfərləri, gecə konsertləri, şəxsi məktəblərin açılması bütün qüvvə və həvəslə işləyən yerli insanlardan güc tələb edirdi. Belə ki, 1883-cü ildə "Rus musiqi cəmiyyəti" şöbəsinin Voronejda yaradılmasında zəhməti olanlar sırasında xüsusilə pianoçu Vitold Rostropoviçin də böyük rolu olmuşdur. 1880-ci illərin ortalarından başlayaraq Rostropoviç musiqi əsərlərinin müəllifi və redaktoru kimi məşhurlaşır.
Vitold Zqlenitski
Vitold Zqlenitski (pol. Witold Zglenicki; 6 yanvar 1850 – 3 iyul 1904, Bakı) — Azərbaycan polyaklarından olan məşhur mesenat. == Həyatı == 1850-ci ildə Polşanın Mazoviya vilayətində kübar ailəsində anadan olmuşdur. 1875-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib əvvəl Polşada, daha sonra isə Riqada işləmişdir. Vitold Zqlenitski 1891-ci ildə Bakıya köçmüş və ömrünün sonuna qədər burada fəaliyyət göstərmişdir. Zqlenitskinin təşəbbüsü ilə, Bakıda su kanalının tikintisinə başlanılmışdır. Bununla şəhərdə yoluxucu xəstəlikər sürətlə azalmağa başlamışdır. Vitold Zqlenitski təhsil sahəsinə də böyük önəm vermişdir. O, elmi kitabxananın büdcəsinə 1000 rubl pul vəsaiti köçürmüşdür. Vitold Zqlenitski 1904-cü ildə şəkərli diabet xəstəliyindən vəfat etmişdir.