Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Anna Vissi
Anna Vissi - Yunan müğənni == Həyatı == Anna Vissi 20 dekabr 1957-ci ildə anadan olub. == Haqqında == İsraildə keçirilən 1980-ci idəki Avroviziya Mahnı Müsabiqəsində Anna Vissi və Epikouri "Autostop" ("Ωτοστόπ") adlı mahnını ifa etmişlər, 30 xal olmaqla 13-cü yeri tutublar. Böyük Britaniyada keçirilən 1982-ci ilin Avroviziya Mahnı Müsabiqəsində Anna Vissi "Tənha Sevgi" ("Mono I Agapi" (Μόνο η αγάπη)) adlı mahnını ifa etmiş və 85 xalla 5-ci yeri tutmuşdur.
Viski
Viski (gel dilindən uisge beatha - hərfi mənada həyat suyu) həcmcə 40-50% spirtdən ibarət tünd alkoqollu içki, Böyük Britaniya və ABŞ-də çox işlədilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s. ilə qarışdırılır. == Şotland viskisi == Şotland viskisi yüksək keyfiyyəti və qiyməti ilə daima seçilmişdir, xüsusən özünəməxsus dadı, qoxusu və qədim ənənələri vardır. Dünyada ən bahalı və qədim viskilərdən biri Mortlach 70 hesab olunur. Bu viski Gordon & MacPhail kompaniyası tərəfindən hazırlanmışdır, qiyməti isə tam 15,2 min dollar sayılır. == Mortlach 70 viskisi == Mortlach 70 viskisi 1938 – ci ildən etibarən hazırlanmağa başlanılmışdır, bir neçə on illər keçməsinə baxmayaraq hələ indiyə kimi öz zəngin qoxusunu və dadını itirməmişdir. Hazırlanma zamanı viskinin tərkibinə əncir və üzüm qatışdırılır. Şotland viskisini dadmış və onun dəyərindən məlumatı olan hər bir kəs bilməlidir ki, Mortlach 70 viskisi necə orijinal və dəyərlidir.
Viziy
Viziy (fr. Vizille) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38562. Kommunanın 2012-ci il üçün əhalisi 7647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 268 до 1016 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina.Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.
Georgi Vitsin
Georgi Mixayloviç Vitsin (rus. Георгий Михайлович Вицин; d. 18 aprel 1917-ci il, Terioki, Vıborq quberniyası, Böyük Finlandiya knyazlığı, Rusiya imperiyası — v. 22 oktyabr 2001-ci il, Moskva, Rusiya) — Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artisti (1977), SSRİ xalq artisti (1990). == Həyatı == Georgi Vitsin 18 aprel 1917-ci ildə (aktyorun doğum tarixi və yeri bu günə qədər dəqiq deyil) o zaman Rusiya imperiyasına aid olan Böyük Finlandiya knyazlığında anadan olmuşdur. 1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-ci ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir. Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Moşe Nissim
Moşe Nissim (ivr. ‏משה נסים‏‎; 10 aprel 1935, Qüds) — İsrailli siyasətçi, vitse-baş nazir. == Haqqında == Moşe Nissim Fələstində anadan olub. Qüds Yəhudi Universitetində hüquq təhsili almış və milli xidməti müddətində İsrail Müdafiə Qüvvələrində ədliyyə məmuru vəzifəsində çalışmışdır. 1955–1973-cü illərdə İsrailin Sefardi Baş Rabbi vəzifəsini icra edən Rabbi İshaq Nissimin oğludur.
Vısokiy adası
Vısokiy adası (Rusiya)
İnqrid Visser
İnqrid Visser (nid. Ingrid Visser; 4 iyun 1977, Quda, Cənubi Hollandiya – 27 may 2013, Mursiya, Mursiya) — Niderland voleybolçusu. == Həyatı == İnqrid Visser 4 iyun 1977-ci ildə Niderlandın Quda şəhərində (Cənubi Hollandiya) anadan olub. İnqrid voleybolçu karyerasına 1984-cü ildə "Nesselande" komandasında başlayıb. O, mərkəz blokçusu mövqeyində çıxış edirdi. 1994-cü ilin oktyabr ayında Niderland yığma komandasında debüt edib, bir il sonra isə Avropa çempionatında qızıl medal qazanıb. 1996-cı il Atlanta Olimpiadasının iştirakçısıdır. 2007-ci ildə Avropa çempionatının gümüş medalını, 2009-cu ildə isə Dünya Qran-prisinin qızıl medalını qazanıb. Ümumilikdə Visser Niderland yığmasında 514 oyun keçirib ki, bu da rekord göstəricidir. O, eyni zamanda komandanın kapitanı idi.2013-cü ilin mayında İnqrid və onun sevgilisi Lodeviyk Severeyn İspaniyada itkin düşüblər.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. == Tarixçə == 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır.1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı.Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. == İstehsal texnikası və xüsusiyyətləri == İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir. Texniki məsələlərdə Şotlandiya və Amerika avadanlıqlarından geniş istifadə olunmuşdur. Viskinin yetkinlik müddəti 5 il olaraq təyin olunmuşdur.
Lisiy adası
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir. == Tarix == Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
Missi Payl
Endre Key "Missi" Payl (ing. Andrea Kay "Missi" Pyle; 16 noyabr 1972, Hyuston) — amerikalı aktrisa və müğənni. Əsasən Çarli və şokolad fabriki (2005) və Evdə tək 4 (2002) filmləri ilə tanınır. == Həyatı == Missi Payl 16 noyabr 1972-ci ildə Texas ştatının Hyuston şəhərində Linda və Frenk ailəsinin ən kiçik qızı olaraq dünyaya gəlmişdir. O, Tennesi ştatının Memfis şəhərindıə böyümüşdür. Debbi və Culiya adlı iki böyük bacısı, Sem və Paul adlı iki böyük qardaşı və Qordon adlı ögey qardaşı, Meredit adlı ögey bacısı var.[mənbə göstərin] Payl Cənubi Karolina İncəsənət Universitetinə qəbul olub 1995-ci ildə məzun olmuşdur. == Şəxsi həyatı == Payı 2000-ci ildən 2005-ci ilə qədər Antoni Sekr ilə evli olmuşdur. Payl 12 sentyabr 2008-ci ildə təbiətşünas Keyzi Enderson ilə evlənmişdir. Payl 2013-cü ildə ayrıldıqlarını təsdiqlədi. Onun bu evlilikdən bir qızı var.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. == Həyatı == Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulmuşdur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Oleq Veşiy
Oleq (Oleq Veşiy Veşiy-gələcəyi görən; qəd-rus Ольгъ; ən geci 879, İsveç – 912, Kiyev) — Varyaq. Novqorod və Kiyev Knyazı. Qədim rus dövlətinin yaradıcısı kimi tanınır. == Bioqrafiya == Oleq haqqında iki bioqrafik məlumat var. Bioqrafiyanın yalnız biri "Müvəqqəti illər hekayəsi" bizim günlərimizə gəlib çatıb. Hekayəyə əsasən Oleq Kiyev Rus Knyazlığını yaradan Rüriklə eyni tayfadan olublar. Bəzi məlumatlara görə Rurik Oleqin yoldaşının əri idi. 879-cu ildə Rürikın ölümündən sonra Rürikın oğlu olan İqorun hələ körpə olduğuna görə Oleq Novqorodda knyazlıq etməyə başlayır. == İstinadlar == == Xarici keçidlər == İlk novoqorod hekayəsi — М.-L.: "SSRİ elmlər akademiyası nəşriyyatı", 1950. — 659 səh.
Sato İssay
Sato İssay (佐藤一斎, 14 noyabr 1772 – 19 oktyabr 1859, Edo[d]) – Edo dövrünün Yaponiyasında yaşamış konfutsiçi alim. == Həyatı == Sato İssay 1772-ci ildə İvakura hanının yüksək rütbəli xidmətçi ailəsində doğulmuşdur. Sato daymyonun oğlu olan Matsudayra Tayranın müşayiətçisi təyin olunmuşdu. Daha sonra Matsudayra şoqunluğun rəsmi konfutçi alimləri kimi xidmət göstərən Hayaşi ailəsinə övladlıq olaraq verilmiş və Hayaşi Cussay adını götürmüşdür.Sato 1791-ci ildə Osakaya gedərək Nakay Çikuzanla, daha sonra isə Kiotoya gedərək Minaqava Kienlə təhsil almışdır. 1793-cü ildə Edo şəhərinə gedərək Cussay ilə birlikdə oxumuşdur. 1805-ci ildə şoqunluğun konfutsiçi məktəbi olan və Cussayın başçılıq etdiyi Şoheykonun baş müəllimi təyin edilmişdir. Cussayın 1841-ci ildəki ölümündən sonra Sato məktəbin professoru vəzifəsinə yüksəlmiş və tez-tez şoqunluğa məsləhətlər vermək üçün çağırılmışdır.Satonun 3000-ə yaxın tələbəsi olmuşdur. Onların arasında bir neçə daymyo və Ohaşi Totsuan, Sakuma Şozan və Vatanabe Kazan kimi alimlər olmuşdur. Şoqunluğun rəsmi alimi olduğu üçün konfutsiçiliyin Çju Si məktəbini tədris etməyə məcbur edilmişdir, lakin amma o, daha intuitiv olan Van Yanmin məktəbinə meyl etmişdir. Əsərləri içərisində ən tanınmışı alimliyindən və həyatından bəhs edən esselər topusu olan "Qenşi şiroku" əsəridir.
Sissi Karicnano
Sissi Karicnano (d. 11 avqust 1987; Pinerolo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Sissi Karicnano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sissi Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Visay adaları
Visay adaları (taqal Visayas, ing. Visayas) — Filippin arxipelaqı aid üç adalar qrupundan biridir. Qrupun şimalında Luzon adaları, cənubunda isə Mindanao adaları yerləşir. == Coğrafiyası == Arxipelaqın əsas adaları: Bohol Sebu Leyte Neqros Panay SamarPalavan adası isə Luzon adaları ilə Visay adaları arasında mübahisə predmetidir. Belə ki onun hansı arxipelaqa aid olması dəqiq deyil. == Əhalisi == Adalarda əsasən visay xalqı yaşayır. Onlar visay dilində danışır. 2010-ci il sıyahıya almasına görə adalarda 18 003 940 nəfər yaşayır. == İnzibati bölgü == Visay adaları üç regiona, hər region isə bir necə vilayətə bölünür.
Visim qoruğu
«Visim Biosfer Qoruğu ("Visim Dövlət Təbiət Biosfer Qoruğu")» - Rusiya Federasiyasının Sverdlovsk vilayəti ərazisində yerləşən dövlət təbii biosfer qoruğu. == Tarixi == Qoruq 1946-cı ildə 56,4 min hektar ərazidə "Visim" adı altında qurulmuşdur. Qoruq 1951-ci ildə ləğv edilir. 6 iyul 1971-ci ildə keçmiş ərazinin bir hissəsində, 9,5 min hektar ərazidə müasir Visim qoruğu adı altında yenidən bərpa edilir. Qoruğun yenidən qurulması zamanı bəzi həvəskarlar yazıçı Dimitri Mamin-Sibiryakın şərəfinə "Maminski" adlandırılması təklifini irəli sürür. 1973-cü ildə qoruğun ərazisi 13,5 min hektara çatdırılır, əlavə olaraq 66,1 min hektar ərazisi olan qoruyucu zona da ayrılır. 2001-ci ildə bufer zonası səbəbindən ehtiyat sahəsi 33,5 min hektara çatdırılır. Xüsusilə bir biosfer poliqonunun qurulması üçün 7750 hektar ərazi ayrılmış, qoruq biosfer qoruğu statusu almışdır. Tampon zonanın sahəsi hazırda 46,1 min hektardır. Visim qoruğunun mühafizə zonası daxilində təbii abidələr müəyyən edilmişdir: "Starik-Kamen", "Kameşek", "Notixa çayı üzərindəki Kedrovnik", "Böyük Qalaşki kəndi yaxınlığındakı ibtidai meşə", "Sülem çayı üzərində çıxıntılar", "Şaytanskoye bataqlığı" == Ərazinin ümumi xüsusiyyətləri == Qoruq mülayim kontinental iqlim ilə xarakterizə olunur.
Yuxma Mişşi
Yuxma Mişşi (çuvaş Юхма Мишши, 10 aprel 1936, Suqut kəndi, Batırevsk rayonu, Çuvaş Respublikası) — Çuvaş şairi, nasiri, dramaturqu, tərcüməçisi və pedaqoqu, Çuvaş Respublikasının Xalq yazıçısı (1993). == Həyatı == Yuxma Mişşi (Mixail Nikolayeviç İlin) 10 aprel 1936-cı ildə Çuvaş Respublikasının, Batırevsk rayonu, Suqut kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmiş, daha sonra I. Y.Yakovlev adına Çuvaş Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. O, həmçinin A.V.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunun Ali teatr kurslarını bitirmişdir. Yuxma Mişşi müxtəlif dövrlərdə Çuvaş Respublikası Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi, 6 saylı Çeboksarı orta məktəbində müəllim, Çuvaş Respublikası Nazirlər Sovetində müfəttiş, Çuvaş Kitab Nəşriyyat Evinin redaktoru və "Vuçax" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. XX yüzilliyin 50-ci illərdən başlayaraq doğulduğu bölgədə yayınlanan "Avangard" qəzetində nəşr olunmağa başlamışdır. 1993-cü ildə ədəbi yaradıcılıq sahəsində qazandığı uğurlara görə Çuvaş Respublikasının Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. == Yaradıcılığı == Yuxma Mişşi bir çox tarixi roman və hekayələrin, əfsanə və hekayələr toplusunun, esse, dram və şeir kitablarının müəllifi kimi tanınır. Onun həmçinin qədim və orta əsrlər tarixi, çuvaş xalqlarının folkloru və mifologiyasına dair tədqiqatları vardır. Yuxma Mişşinin əsərləri dünyanın müxtəlif dillərində nəşr edilmişdir.
İssay Şur
İssay Şur (29 dekabr 1875 (10 yanvar 1876), Mogilyov, Mogilyov quberniyası[d], Rusiya imperiyası – 10 yanvar 1941, Tel-Əviv, Britaniya Fələstini[d]) — həyatının çox hissəsini Almaniyada keçirmiş riyaziyyatçı. Belarusiyanın Mogilyov şəhərində doğulub. Təhsilini Berlində alıb. Nəzəri fizika sahəsi ilə yaxından maraqlanıb. Riyaziyyatda "Ədədlər nəzəriyyəsi" isə onun əsas çalışdığı sahələrdəndir. Adına məşhur Şur lemması vardır. Şur 1941-ci il, 10 yanvar tarixində Tel-Əviv şəhərində vəfat etmişdir, burada, Trumpeldor qəbirstanlığında dəfn olunmuşdur.
İssey Miyake
İssey Miyake (三宅 一生, Miyake İssey, 22 aprel 1938, Hiroşima – 5 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Hazırladığı büzməli geyimlərə görə "Büzmələrin kralı" ləqəbi ilə tanınmışdır. 1980-ci illərdə Yaponiyanın moda gücünün simvollarından biri olmuşdur. == Həyatı == İssey Miyake 22 avqust 1938-ci ildə Yaponiyanın Hiroşima şəhərində doğulmuşdur. 1945-ci ildə Hiroşimaya atom bombasının atıldığı an sinifdə idi, lakin bu hadisədən sağ qurtula bilmişdir.Miyake rəqqas və ya atlet olmaq istəsə də, bacısının dəb jurnallarını oxuduqdan sonra dəb dizayneri olmaq qərarına gəlmişdir. Tokio şəhərində yerləşən Tama İncəsənət Universitetində qrafik dizaynerlik təhsili aldıqdan sonra paltar dizaynını öyrənmək üçün 1965-ci ildə Parisə getmişdir.5 avqust 2022-ci ildə qaraciyər xərçəngindən ölmüşdür. == Karyerası == Miyake moda karyerasına 1966-cı ildə başlamışdır. O, Parisdə Qi Laroş, Ceffri Biin və Yuber de Jivenşi kimi dəb dizaynerləri ilə işləmişdir. 1970-ci ildə Tokioya qayıdaraq Miyake dizayn studiyasını qurmuşdur. 1973-cü ildə Paris dəb şousunda ilk kolleksiyasını nümayiş etdirmişdir.