Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
Halo
Halo (mahnı)
Qalo
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Valf
Valf — cihaz. Onunla (qazlar, mayelər, bərkilmiş mayelər, duru məhlullar) axını, yönünü bağlanıb açılmasınan tənzim və idarə etmək olar. Adətən, axıcı təzyiqinin mühüm əhəmiyyət kəsb etdiyi sistemlərdə təzyiqin yüksəlməsi halında sistemdən kənara axıcı azad edərək təzyiqi salan və ya təcili bir vəziyyətdə axıcı əlaqəni kəsən təhlükəsiz vasitədir. Hidravlik sistemlərdə xüsusən təyyarələrdə olduğu kimi tək bir hidravlik sistemlə müxtəlif nəzarətlər idarə edilən hidravlik sistemlerde- şərtə bağlı olaraq hidravlik təzyiqin hansı idarəyə çatdıracağı da valfler vasitəsilə müəyyən olunur.
Vals
Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır. Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir. XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur. Vals qısa vaxt ərzində Iohann Ştraussun musiqisinin təsiri ilə Viyanada və 1822-ci ildə etibarəndə İngiltərədə geniş yayılmışdır, Aristokrasiyanın bəyənməsi ilə baloların imtina edilməz əyləncəsinə çevrilrişdir. Günümüzdə vals "Viyana valsı" və "Modern vals" olmaqla iki fərqli kateqoriyadan və ritmdə dünya rəqs literaturadında yer almaqdadır.
Vaqo
Vaqo — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Toponimi == Toponim talış dilindəki vaqo sözündən olub "ağac kömürü hazırlamaq üçün çala" deməkdir. == Tanınmış şəxslər == Orxan Abbasov (alim) (1980–) — fəlsəfə doktoru, dosent. === Şəhidləri === Məhərrəm Abiyev (1973–1993). Zülfü Ağayev (1977–2020).
Alo
Alo — adətən, danışıq vaxtı telefon dəstəyi ələ götürüldükdə söylənilən ilk söz. == Yaranması == Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir. "Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. == Təsnifatı == eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
Asta vals
Asta vals (ing. Slow Waltz, alm. Langsamer Walzer) - 3/4-taktlı bal və turnir rəqsidir. Asta vals klassik standart rəqs sayılır. Bu rəqs təxminən dəqiqədə 30 takt icra etməklə ifa olunur. == Tarixçəsi == 1870-ci ildə ABŞ-də Vyana valsının asta forması kimi Boston adı ilə yaranmışdır. Vyana valsına xarakterik olan hərəkətlərə malik olub lakin asta templə ifası ilə fərqlənir. 1920-ci ildən isə İngiltərədə "Asta vals" adı ilə məşhurlaşmışdır. Onu "İngilis valsı" da adlandırırlar. Bəzi mənbələrdə onun Lender (alm.
Frida Kalo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Halo (mahnı)
Halo — Amerikan müğənnisi Beyonce'nin üçüncü studio albomu I Am... Sasha Fierce albomuna daxil olan mahnısı.
Salo adası
Salo adası (fin salo) — Ladoqa gölünün şərq sahillərində, inzibati baxımından Kareliya Respublikasının Olones rayonu ərazisində yerləşir. == Tarixi == Salo adası bir zamanlar Ladoqada quldurluq edən quldur Ondrusun və dəstəsinin iqamətgahı olmuşdur. Adaya bitişik olan buxta Ondrusovski adlandırılır. Quldur sonradan tövbə etdi və adasının qarşısındakı Andrusovski monastırında rahib oldu.
Sen-Malo
Sen-Malo (fr. Saint-Malo) – Fransanın şimal-qərbində yerləşən şəhər. Eyniadlı rayonun mərkəzidir.
VALL-İ
VALL-İ (ing. WALL-E) — "Pixar" studiyası tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2008-ci il istehsalı elmi-fantastik, romatik animasiya filmi. Endrü Stentonun rejissorluğu və Cim Morrisin prodüserliyi ilə çəkilmiş filmin ssenari müəllifi Stenton və Cim Rerdondur. Filmdə 2805-ci ildə yaşayış üçün yararsız, kimsəsiz Yer kürəsində zibilləri təmizləmək üçün tərk edilmiş VALL-İ adlı tənha robotdan bəhs edilir. O, Aksiom ulduz gəmisindən göndərilən İV adlı robota aşiq olur. "VALL-İ" filmi çox az dialoqlara malikdir və filmdəki xeyli sayda personaj ünsiyyət qurmaq üçün bədən dilindən və ya robotik səslərdən istifadə edir. Filmdə insanın dünyaya verdiyi zərər, ətraf mühitin çirklənməsi, pis həyat tərzi və s. bir sıra mesajlar verilir. "VALL-İ" filminin büdcəsi o dövrdə bir animasiya filmi üçün rekord qıran məbləğdə idi, film 180 milyon dollar büdcə ilə çəkilmişdi. "Pixar" ənənəsinə sadiq qalaraq filmi "Presto" adlı qısametrajlı filmlə yanaşı yayımlandı.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Vale Tudo
Vale Tudo — 1920-ci ildə Braziliyada yaranıb. === Tarixi === Mənası Portuqaliya dilində -"vali tudu",İngilis dilindən tərcümədə-"hər şey gedir" deməkdir.Müasir qarışıq hərbi döyüş sənəti kimi populyar olmuş Vale Tudo tək mübarizlik,silahsız özünü müadfiə məqsədi ilə yaradılmışdır.XXI-əsrdə dünyada keçirilən Qaydasız Döyüş yarışlarında(UFC,MMA,Pro FC) Vale Tudonun texnikalarında çox istifadə edilir.1990-cı ildən başlanılaraq Vale Tudo üzrə dünya çempionatıda keçirilir.
Vall dili
Valli dili — Kelt dillərindən biridir. Bu dil əsas Böyük Britaniyada Uelsdə və Argentinanın Çubut ərazisində yayılmışdır. 2006-cı ilin siyahı alınmasına görə dunyada bu dilin daşıyıcısı 750.000 nəfərdən çoxdur. Uelsdə şimalı və cənubi Valli dilinin dialektləri vardır. == Ədəbiyyat == Arwyn Watkins T. Welsh // Ball, MJ, Fife, J (ed.) The Celtic Languages. London, N. Y., 1993 King G. A Comprehensive Grammar of Modern Welsh. London, N.Y., 1994 Morris-Jones J. An Elementary Welsh Grammar. Oxford, 1931. Morris-Jones J. A Welsh Grammar. Historical and Comparative.
Vano Zodelava
Vano Zodelava (gürc.
Vaqo bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vaso Sanakoyev
Vaso Sanakoyev (oset. Санахъоты Уасо; 15 yanvar 1901, Tiflis – 1978, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, şairi və dramaturqu. == Bioqrafiyası == 15 yanvar 1901-ci ildə Tiflisdə anadan olmuşdur. 8 yaşında ikən atasını itirir. Anası tərəfindən böyüdülür. Ailənin çətin maddi vəziyyəti səbəbindən əmək fəaliyyətinə erkən, yetkinlik illərində başlamışdır. Dülgərlik emalatxanasında və daha sonra Tiflisdəki Vaxnyanski mexaniki zavodunun alət sexində şagird kimi işə düzəlir. 1916-cı ildə tətildə iştirak edir və bu səbəbdən fabrikdən qovulur. 1918-ci ildə kənd təsərrüfatı işləri ilə məşğul olduğu Siqnaxski rayonunun Kexviani kəndinə köçür. 1921-ci ildə XI Qızıl Ordunun 179-cu Piyada Alayına könüllü olaraq qəbul olunur.
Vato Arveladze
Vato Arveladze (4 mart 1998) — gürcüstanlı futbolçu. == Karyerası == === Neftçi === 8 avqust 2022-ci ildə "Neftçi" ilə 1+1 illik müqavilə imzaladı. "Neftçi" də ilk matçına 14 avqust 2022-ci ildə keçirilən Neftçi-Kəpəz matçının 75-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 5–2 hesablı qələbəsi ilə başa çatıb. 22 iyun 2023-cü ildə "Neftçi" Vato Arveladze ilə yolları ayırdığını açıqladı.
Əl-Vali
Əl-Vali (ər. الوالي) — Allahın adlarından biri.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Kennet Vals
Kennet Nil Wals (ing. Kenneth Neal Waltz; 8 iyun 1924, Ann-Arbor, Miçiqan – 12 may 2013, Vaşinqton) — ABŞ politoloqu. O, həm Kaliforniya, Berkli və Kolumbiya Universitetlərində fakültənin üzvü, həm də bir beynəlxalq münasibətlər sahəsində ən görkəmli alimlərdəndir. Vals həm İkinci Dünya müharibəsi, həm də Koreya müharibəsi veteranı olmuşdur. Vals beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizmin və ya struktural realizmin ilkin yaradıcılarından biri hesab olunur. O, sonralar müdafiə neorealizmi məktəbi ilə əlaqələndirilmişdir. Valsın nəzəriyyələri beynəlxalq münasibətlər sahəsində geniş müzakirə edilmişdir. Onun 1979-cu ildə yazdığı "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabı ABŞ universitetlərində Beynəlxalq Münasibətlər üzrə magistr hazırlığında ən çox tapşırılan kitabdır. == Dissertasiya mükafatı == Kennet Vals Dissertasiya mükafatı Amerika Siyasi Elmlər Assosiasiyası tərəfindən beynəlxalq təhlükəsizlik və silahlara nəzarətin öyrənilməsi üzrə ən yaxşı müdafiə olunmuş dissertasiyaya verilən illik mükafatdır. Ölkənin hər yerindən gələn tələbələrə sənədlərini dörd üzvdən ibarət komitəyə təqdim etməyə icazə verilir.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Palo-Alto (film, 2013)
Palo-Alto (ing. Palo Alto) — Cia Koppolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş dram filmi. Ceyms Frankonun 2010-cu ildə yazdığı eyniadlı hekayə əsasında çəkilmişdir. Filmdə Emma Roberts, Cek Kilmer, Ceyms Franko, Net Vulff və Zoi Levin rol alıb. Film Kaliforniyada yaşayan üç gəncin həyatından bəhs edir. == Rollarda == Emma Roberts — April Ceyms Franko — Mr. B Jack Kilmer — Teddy Nat Wolff — Fred Zoe Levin — Emily Val Kilmer — Stewart Keegan Allen — Archie "Skull" Margaret Qualley — Raquel Chris Messina — Mitch Claudia Levy — Shauna Olivia Crocicchia — Chrissy Micah Nelson — Michael Sandra Seacat — Tanya == İstinadlar == == Xarici keçidlər == Palo-Alto — Internet Movie Database saytında.