Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Burhan Qalyun
Burhan Qalyun (ərəb. برهان غليون‎, 1945) — Suriya-Fransa sosioloqu, politoloq və ictimai xadimi. 2011-ci ilin avqustundan Suriya Milli Şurasının sədri. == Əsərləri == Burhan Ghalioun, Manifeste pour la démocratie, Beyrouth, Dar Ibn Ruch, 1978 Burhan Ghalioun, Le malaise arabe, l’etat contre la nation, Paris, La Découverte, " Cahiers Libres ", 1991, ISBN 978-2707120489 Burhan Ghalioun, Islam et politique, Paris, La Découverte, 1997, ISBN 978-2707127143 Burhan GHALIOUN, Nevine ABDEL MOEIM MOSSAAD, Henry LAURENS, Eric ROULEAU, Nicolas SARKIS, Nawaf SALAM (dir.), Le Moyen Orient à l'épreuve de l’Irak, Paris, Actes Sud, 2005, ISBN 978-2-7427-5249-2. == Xarici keçidlər == Burhan Qalyunun bloqu Burhan Qalyunun Twitterdə akkauntu.
Vladislav Qalkin
Vladislav Borisoviç Qalkin (rus. Владисла́в Бори́сович Га́лкин; 25 dekabr 1971, Moskva – 25 fevral 2010, Moskva), əsl soyadı Suxaçov — rus aktyoru, Rusiyanın əməkdar artisti (2009). Boris Qalkin(atalığı) və Yelena Demidovanın oğludur. Kinoda 9 yaşında olarkən Stanislav Qovoruxinin “Tom Soyer və Heklberri Finnin macəraları” filmi ilə debüt edib. O, “72 metr” və “Voroşilov atıcısı” filmləri ilə məşhurlaşıb və bir neçə seriala da çəkilib. V. Qalkin 2009-cu ildə Rusiyanın əməkdar artisti adına layiq görülüb. 2010-cu ildə 38 yaşlı Vladislav Qalkin Moskva şəhərindəki mənzilində qəflətən vəfat edib. Məlumatlara görə, ölümün ilkin səbəbi kimi kəskin ürək çatışmazlığı göstərilir. Aktyot Troyekur qəbiristanlığında Semyon Farada, Yuri Stepanov və İqor Starıginin yanında dəfn edilmişdir. == Filmoqrafiya == 1981 — Tom Soyer və Heklberri Finnin macəraları — Heklberri Finn 1984 — Bu mənfur Sidorov — Аlyoşa Sidorov 1984 — Qeydiyyatsız yük — kiçik qardaş 1986 — Qızıl zəncir — Sendi Prüel 1987 — Oğul (film) — «Xuliqan» 1988 — Aborigen — Borka Xromov 1992 — Oyun 1997 — Noxud üstundə oturan Şahzadə — sürücü Vladik 1999 — Voroşılov atıcısı — Sahə müvəkkili Alekseyev 2000 — 44-cü ilin avqustunda… — Baş leytenant Tamantsev (Film "İlin kəşfi" nominasiyası üzrə "Nika" kinomükafatına layiq görülmüşdür).