Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
GIGN
GIGN (fransızca: Groupe d'intervention de la Gendarmerie nationale) Fransa Milli Jandarmeriyasının xüsusi təyinatlılardan ibarət elit dəstəsidir. Bu dəstə indiyə qədər bir çox xüsusi əməliyyatlarda uğurla iştirak etmişdir. GIGN 1974-cü ildə baş verən Münxen qətliamından sonra yaradılmışdır. Təşkilatın baş qərargahı Paris şəhəri yaxınlığında Versal-Satoridə yerləşir. Əməliyyatların çox hissəsinin Fransa daxilində keçirilməsinə baxmayaraq, Fransa Silahlı Qüvvələrinin tərkib hissəsi kimi dünyanın istənilən yerində əməliyyat keçirə bilər. GIGN üzvləri indiyə qədər müxtəlif yerlərdə 1800-dən çox əməliyyatda iştirak etməklə, həmçinin 600-dən çox girov xilas etməklə dünyada terrorizmə qarşı mübarizə aparan ən təcrübəli birliklərdən hesab olunur. == Vəzifələri == Anti-terror əməliyyatları; Girovların xilas edilməsi; Silahlı şəxslərin zərərsizləşdirilməsi; Məhbus üsyanlarının qarşısının alınması; Cinayətkar və terroristlərin izlənilməsi; Hərbi xüsusi əməliyyatlar; Rəsmi dövlət nümayəndələrinin mühafizəsi; Müharibə baş verən ölkədə səfirliyin mühafizə olunması; Təlim.
GIMP
GIMP (Rastr Qrafikalı Proqram, ing. GNU Image Manipulation Program, GIMP) — rastr qrafikası ilə işləmək üçün proqram; qismən vektor qrafikasını da dəstəkləyir. Layihənin əsası 1995-ci ildə qoyulub və hazırda könüllülər qrupu tərəfindən dəstəklənir. GNU General Public License şərtləri üzrə yayılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Girn
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Himn
Himn — dövlət rəmzlərindən biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var. Azərbaycanın da 1991-ci ildən müstəqil olduğu vaxtdan himni var. Onun sözləri Əhməd Cavadın Musiqisi isə Üzeyir Hacıbəylinindir. Qeyd etmək lazımdır ki bizim himn 1918-ci ildə yaradılıb.
Gim
Գ, գ (Səslənməsi: gim, erm. գիմ) — erməni əlifbasının üçüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Azadlığa himn
"Azadlığa himn" (yun. Ύμνος εις την Ελευθερίαν) — 1823-ci ildə Dionisios Solomos tərəfindən bəstələnən, 158 bənddən ibarət olan poema. 1865-ci ildə ilk iki bənd Yunanıstan himni kimi elan olunmuşdur. Həm də Kipr Respublikası himni kimi istifadə olunur. Yunanıstan dövlət himni — "Azadlığa himn", 158 bənddən ibarətdir. Onlardan ancaq ilk 18 bənd dövlət himni kimi qəbul olunub. Rəsmi tədbirlərdə isə 4 bənd oxunur.
Maitre Qims
Maître Gims Fransız bəstəkarı və repçisi. O 1986-cı il mayın 6-da Kinşasada (Konqo Demokratik Respublikasında) musiqiçi ailəsində anadan olmuşdur. Atası Papa Wemba qurupunda oxumuşdur. Qardaşı isə Sexion d'Assault qurupunun üzvu olmuşdur. 2004 ildə islam dinini qəbul edib. Evli, 4 uşağın atasıdır. Ən yaxşı mahnısı "bella"-dır.
Qion Nankay
Qion Nankay (祇園 南海, 1676, Edo[d] – 26 oktyabr 1751) – Yaponiya şairi, xəttatı və bucinqa rəsm sənətinin pionerlərindən biri. Qion Yu əsl adıdır. Kii hanında (indiki Vakayama prefekturası) yaşayan bir konfusiçi alimin və həkimin ilk oğlu kimi dünyaya gəlmişdir. Uşaq olanda atası ilə birlikdə Edo şəhərinə gedib Kinoşita Cunandan konfusiçiliyi və Çin poeziyasını öyrənmişdir. Tezliklə Çin dilində şeirlər yazan şair və xəttat kimi tanınmışdır. 1697-ci ildə Kiiyə qayıdaraq hanın rəsmi konfusiçi alimi olmuşdur. 1700-cü ildə qeyri-müəyyən cinayətə görə kiçik bir kənddə dustaq edilmişdir. 10 il sonra bağışlanılmış və Koreya diplomatik nümayəndəliyinin qəbulunda iştirak etməyə dəvət edilmişdir. 1713-cü ildə açılmış yeni məktəbin professoru təyin olunmuşdur. Nankayın spesifik rəsm müəllimi olmamış, öz-özünə təhsil vermişdir.
Van Qian
Van Qian (23 aprel 1993) — Çinli xizək yürüşçüsü. Van Qian Çini 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Van Qian birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 30 km məsafəyə skiatlon yarışlarında iştirak etdi. Qian 47:03.8 saniyəlik nəticəsi ilə 68 atlet arasında 64-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
İnternasional (himn)
İnternasional (fransızca: L'Internationale, rusca: Интернационал) — beynəlxalq proletar himni, kommunist partiyalarının, sosialistlərin və anarxistlərin himni. RSFSR-in, SSRİ-nin, Uzaq Şərq Respublikasının, Ukrayna SSR-nin, Belarusiya SSR-nin, Çin Sovet Respublikasının və Zaqafqaziya SFSR-nin rəsmi himni idi. 1918–1944-cü illər arasında Sovet İttifaqının dövlət himni olmuşdur. Musiqi həm də Sovet İttifaqı Kommunist Partiyasının rəsmi himnidir.
Ed Qin
Eduard Teodor Qin (ing. Edward Theodore Gein) (27 avqust 1906 – 26 iyul 1984) — amerikalı qatil, cəsəd oğrusu və nekrofil. Cinayətləri bir çox filmə ilham mənbəsi olmuşdur: Psixo (1960), Benzin mişarı ilə Texas qırğını (1974) və Quzuların səssizliyi (1991) ən tanınan nümunələrdir. == Bioqrafiya == Ed Qin dörd nəfərlik bir ailədə böyüyür: alkoqolik bir ata, dominant və qatı dindar bir ana və böyül qardaşı Henri. Anasınln özünə olan təsiri çox böyükdür. Atası və qardaşından sonra 1945-də anası da vəfat edəndə Ed dünyada tək başına qalır. Bu yalnızlıq insanların onsuz da qəribə baxdıı Qini əməlli-başlı dəliliyə itələyir. Mərhum anasını təkrardan dirildə bilmək üçün anatomiya elmini öyrənməyə başlayır və qəbirlərdən oğurladığı cəsədlər üzərində öyrəndiklərini tətbiq etməyə başlayır. Özünü xüsusiləə cəlb edən, öz sehri altına alan qadın bədənidir. Anasını diriltməyi bacara bilmədiyini anlayanda anasının yaşında bir qadınln cəsədinin dərisini soymağa qərar verir və bəzən bu dərini (anasının köhnə paltarıyla birlikdə) paltar kimi geyinir.
Gin Tama
Gin Tama (銀魂, Gintama, azərb. Gümüş ruh‎) və ya Gintama — Hideaki Soraçi tərəfindən istehsal olunmuş və 8 dekabr 2003-cü ildən Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunan manqa seriyası. Hadisələr Amanto adlı yadplanetlilər tərəfindən işğal edilmiş Edo dövrü Yaponiyasından bəhs edir. Hekayə samuray Qintoki Sakata və onun dostları Şinpaçi Şimura və Kaquranın baxış bucağından nəql olunur. Onlar pul qazanmaq üçün "Yorozuya" adlı "hər şeylə məşğul olan" müəssisə açıblar. Manqa seriyası əsasında əvvəlcə Sunrise studiyası tərəfindən OVA seriyası çəkilmiş və 2005-ci ildə Jump Festa 2006 Anime Tour tədbirində nümayiş etdirilmişdir. Daha sonra 201 seriyalıq anime serialı adaptasiyası çəkilmiş və 4 fevral 2006-cı ildən 25 mart 2010-cu ilə kimi TV Tokyo vasitəsilə yayımlanmışdır. "Gintama '​" adlı sikvel anime serialı Yaponiyada 4 aprel 2011-ci ildən 26 mart 2012-ci ilə kimi nümayiş etdirilmiş, 4 oktyabr 2012-ci ildən 28 mart 2013-cü ilə kimi isə "Gintama': Enchousen" adlı başqa bir anime serialı yayımlanmışdır. Növbəti anime serialı "Gintama°" 8 aprel 2015-ci ildən 30 mart 2016-cı ilə kimi göstərilmişdir. İki anime filmi çəkilmişdir.
Gian Lorenzo Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. == Həyatı == Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Gim (alban hərfi)
𐔲 (səslənməsi: /g/; transkripsiyası: G, g) — Alban əlifbasının üçüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Զիմ (Zim) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "gim" olmalıdır, erməni müəllif isə Զ və Գ hərflərini səhv salmışdır. Erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf gürcü əlifbasındakı Ⴂ hərfinin modifikasiya edilmiş formasıdır. Bu düşüncə Georgi Klimov və Voroşil Qukasyan tərəfindən də dəstəklənmişdir. Alban əlifbasında [g] səsinin qarşılığı kimi işlənilib.
Dien Bien Fu döyüşü
Dien Bien Fu döyüşü Dien Bien Fu (fr. Bataille de Diên Biên Phu; vyet. Chiến dịch Điện Biên Phủ) döyüşü Fransa İttifaqının Fransa uzaq şərq ekspedisiya korpusu və Vyetnam kommunist inqilabçıları arasında həlledici qarşıdurma olan birinci Hindçin Müharibəsi idi. Müharibə 1954-cü ilin mart-may ayları arasında baş verdi və Hindçinin gələcəyi üçün bir çox millətlər arasında Cenevrədə aparılan danışıqlara təsir göstərən hərtərəfli Fransa məğlubiyyətinə səbəb oldu. Fransa səhv qərarlar qəbul edərək Vyetnamın şimal-qərbindəki təpələrinin dərinliyində Dien Bien Fuda əsgərləri yerləşdirmək üçün əməliyyat başlatdı. Əməliyyatın məqsədi Laos Krallığına qonşu olan Vyetnam sərhəd xətlərini kəsmək və Vyetnamı sarsıtmaq üçün böyük bir qarşıdurma yaratmaq idi. Plan Fransanın hava mövqeyini bərpa etmək idi və Vyetnamın aviasiya əleyhinə imkanlarının olmaması inancına əsaslanırdı.
ARMN
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Firn
Firn (alm. Frin- keçənilki, köhnə‎) — qar sərhəddindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, gecə isə donması nəticəsində əmələ gələn buz kristalları (ölçüsü 5–10 mm-ə qədər). Firn tədricən sıxlaşır, bərkiyir və buzlaq buzuna çevrilir. == Firn hövzəsi == Firn hövzəsi bərk atmosfer çöküntülərinin gəliri buxarlanmaya və əriməyə sərf edilən miqdardan üstün olduğu, qar sərhəddindən yuxarıda yerləşən sahədir. Firn hövzəsinə buzlağın qidalanma sahəsi də deyilir.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Qaan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Qain
Qain və ya Qayin — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Qainat şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 32,474 nəfər və 8,492 ailədən ibarət idi.
Qami
Qami (erm. Քամի; azərb. Külək‎) — Ermənistanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sevak Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Mahnı ifaçı Sevak Xanağyan və eyni zamanda Anna Danielyan və Viktoriya Maloyan tərəfindən bəstələnmişdir.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Amin
Amin bu mənaları ifadə edə bilər:
Damn
Damn (orijinal adı: DAMN.) — ABŞ repçisi Kendrik Lamarın dördüncü studiya albomu. 14 aprel 2017-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.
Gama
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq "vulgare" kimi təqdim edilmişdir. Sonralar 1708–1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə "matircaria" adı vermişdir. Matircaria latın sözü olub "balalıq" və "uşaqlıq", "mater" isə "ana" mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də "uşaqlığı" müalicə edirmişlər. Bitkinin növ adı isə "rectuta"dır (recutitus — hamar, çılpaq sözlərindən götürülmüşdür). Qədim romalılar isə bitkiyə "chamaemelon" adı vermişlər.