Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Creation Club
Creation Club (azərb. "Yaradılış Klubu"‎) — "Bethesda Game Studios" tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" videooyunları üçün dizayn edilmiş mikroödəniş sistemi. Sistem ilk dəfə olaraq, 28 avqust 2017-ci il tarixində "Fallout 4" üçün buraxılmışdır. "Creation Club" "Bethesda"nın dəstəyi ilə fanlar tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" üçün yaradılan modları ehtiva edir. İstehsalçılar modlara böyük diqqət ayırırdı, bunun səbəbi "Creation Club"dakı modların ödənişli olması idi. "Creation Club"dakı modlar digər modlardan fərqli olaraq çox keyfiyyətlidir. == Qəbul == "Creation Club" oyunçular tərəfindən mənfi rəy almışdır. "Bethesda" eyni sistemi "The Elder Scrolls V: Skyrim"ə gətirmək istəyəndə oyunçular bu fikrə qarşı çıxmış, nəticədə layihə dayanmışdı. Oyunçuların bu fikri "ödənişli modlar" adlandırmasına baxmayaraq "Bethesda" adminstrasiyası bu sözlərin səhv olduğunu deyir və modları "məcburi olmayan, ancaq keyfiyyətli oyun əşyaları" olaraq qələmə verir. Buna baxmayaraq, erkən tənqidçilər həmin modların eyni dərəcədə keyfiyyətli versiyaların pulsuz şəkildə mövcud olduğunu vurğulamışdır.
Eriksson-Qlob
Aviçi Arena — İsveçin Stokholm şəhərində yerləşən çoxməqsədli bağlı arena. 16,000 tamaşaçı tutumuna malikdir. Aviçi Arena dünyanın ən böyük yarım kürə binasıdır və inşaatı iki il çəkib. Arenanın şəkli İsveç Günəş sistemindəki Günəşi təmsil edir. Eyni zamanda Günəş sistemində yer alan Günəşin Dünya üzərindəki ən büyük ölçülü modeli ünvanınada sahibdir. Arenanın tikilməsinə 10 sentyabr 1986-cı il tarixində başlanılıb, 19 fevral 1989-cu il tarixində arena açılıb. İsveçin ən böyük mahnı müsabiqəsi olan (eyni zamanda ölkənin Avroviziya Mahnı Müsabiqəsinə seçim turu olaraq keçirdiyi) Melodifestivalenin finallarına 1989 və 2002-ci ildən 2012-ci ilədək Aviçi Arenada keçirilib. Həmçinin Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə ev sahibliyi etmişdir. Eyni zamanda Aviçi Arenada müxtəlif zamanlarda bir çox dünya ulduzlarının (Cennifer Lopes, Selin Dion, Britni Spirs, Rihanna, Mayli Sayrus, Keti Perri, Lady Gaga, Ariana Qrande və b.) konsertləridə keçirilmişdir. Aviçi Arena 10 may, 12 may və 14 may tarixlərində 2016 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir.
Fight Club
Döyüş Klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş Klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş Klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Gluk’oZa
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. == Həyatı == Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. == Şəxsi həyatı == Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə "soyuq çay" kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Kəşfül-qülub
Kəşfül-qülub — Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.
Luiza Qlük
Luiza Qlük (ing. Louise Glück; 22 aprel 1943, Nyu-York, Nyu-York ştatı – 13 oktyabr 2023, Kembric, Massaçusets) — amerikalı şairə və esseist. 2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. == Həyatı == Amerikalı şairə Luiza Qlük 1943-cü il aprelin 22-də ABŞ-nin Nyu-York ştatında Avstriya-Macarıstan əsilli yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvü olub. 1971-ci ildə Vermontdakı Goddard Kollecində poeziya professoru oldu. O, kollec həmkarı J. Dranow ilə görüşməyə başladı, 1973-cü ildə bir oğlu oldu. 1984-cü ildə Massaçusetsdəki Williams Kollecində ingilis dili kafedrasında baş müəllim oldu. Daha sonra o, Stanford, Boston və Ayova universitetlərində qonaq professor olub. == İstinadlar == == Xarici keçidlər == Louise Glück Online resources from the Library of Congress (ing.) Louise Glück Papers.
Qleb Abakumov
Qleb Arsentiyeviç Abakumov (rus. Гле́б Арсе́нтьевич Абаку́мов; 30 sentyabr 1937, Yadrin[d] – 29 avqust 2019, Nijni Novqorod) — SSRİ və Rusiya kimyaçısı. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987-ci ildən), Rusiya Elmlər Akademiyasının akademiki (2000-ci ildən) olmuşdur. 1962-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru (1976), professor (1980), Nijni Novqorod Dövlət Universitetinin Kimya fakültəsində (1962–1964), SSRİ Elmlər Akademiyasının polimerlərin stabilləşdirilməsi laboratoriyasında (1964–1968), SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunda (1968–1988) işləmişdir. Rusiya Elmlər Akademiyasının Q. A. Razuvayev adına Metal Üzvi Kimya İnstitutunun direktoru, 2016–2019-cu illərdə institutun elmi direktoru olmuşdur. Nijni Novqorod şəhərində yerləşən Buqrovski qəbiristanlığında dəfn edildi. Rusiya və beynəlxalq elmi jurnallarda 350-yə yaxın nəşrin müəllifidir. SSRİ Dövlət Mükafatı (1985) "Dostluq" ordeni (1999) Абакумов Глеб Арсентьевич. Информационная система «Архивы Российской академии наук».
Qleb Strijenov
Qleb Aleksandroviç Strijenov (rus. Глеб Александрович Стриженов; 21 iyul 1925, Voronej, SSRİ – 4 oktyabr 1985, Moskva) — SSRİ aktyoru, əməkdar artist. (1974) Oleq Strijenovun qardaşı olan Qleb Rusiyanın Voronej şəhərində, 1923-cü ildə dünyaya gəlmişdir.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır. 2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Winx club
Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmidir. Yaradıcı şirkəti isə Reynbou S.p.A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur. Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır.Pəri heyvanı elısdır. Piksisi Loketdir.
Yuri Qolub
Yuri Aleksandroviç Qolub (belar. Юрый Голуб; doğulub 16 aprel 1996-cı il, Qlusk, Mogilyov vilayəti, Belarus) — Belaruslu paralimpiyaçı, biatlonçu və xizək sürən. Phençhan 2018 Paralimpiya oyunlarının dörd qat mükafatçısı, dünya çempionatının bürünc mükafatçısı (2017). Yuri Qolubun görmə qabiliyyəti yoxdur. Altı yaşından xizək sürməyə başlamış. 2016-cı ildə Vuokattidə xizək sürmə üzrə Dünya Kubokunda çıxış edərək Belarus milli komandasında debüt etdi. 2017-ci ildən əlilliyi olan insanların xizək sürmək üzrə dünya çempionatlarına start verildi. Finsterauda keçirilən çempionat zamanı 10 km sərbəst xizək sürmə yarışında bürünc medal qazandı. O, həmçinin klassik üslubda 20 km yarışda dördüncü, estafet yarışında beşinci, sərbəst stil sprintində yeddinci və 7.5 km biatlon yarışında səkkizinci oldu. 2018-ci ilin mart ayında Cənubi Koreyanın Phençhanda şəhərində Paralimpiya Oyunlarında çıxış edərək debüt etdi.
Əcaibül-qülub
Əcaibül-qülub - Seyid Yəhya Bakuvinin böyük sufilərin sözlərindən topladığı əsərdir. Əsərdə məşhur sufi Bəyazid Bistaminin qəlbin əhvalı,Yəhya ibn Muazın məqamat və hallarından bəhs edən sözləri ilə Abdulla Ənsarinin bəzi sözləri nəql edilmişdir. Əsər fars dilindədir. Yeganə məlum nüsxəsi İstanbul Universiteti Mərkəz Kiatbxanası,FY.(956-HE.8194)-də saxlanılır.
Soft Club
Soft Club (rus. СофтКлаб) — Rusiyada, MDB ölkələrində və Şərqi Avropada videooyunların istehsalı, lokallaşdırılması, yayımlanması və distrübusiyası ilə məşğul olan ən böyük Rusiya şirkəti. "PC", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4", "Xbox 360, "Xbox One, "PS Vita, "PlayStation Portable və "Wii"də oyunların rəsmi rus versiyalarını dərc edir. 2014-cü ilin sonunda SoftClub MDB bazarının təxminən 80%-nə sahib idi. "1C" şirkəti ilə əməkdaşlıq edir.
Yelena Qolub
Yelena Yevgenyevna Qolub (ukr. Олена Євгенівна Голуб; 25 dekabr 1951, Kiyev) — Ukrayna müasir incəsənət rəssamı, elektroqrafiki və sənətşünası. O, Ukrayna Milli Rəssamlar İttifaqının (2003-cü ildən), Macarıstan Elektroqrafik Rəssamlar Assosiasiyasının (2019-cu ildən) üzvüdür. Qolub Yeni Ukrayna dalğasının nümayəndəsidir. Müasir incəsənətə dair 100-dən çox nəşrin müəllifidir. O, vizual incəsənətdə ekspressivliyin ifadəli və qrotesk formalarına, zehni konstruksiyaların bir növü olan kompozisiyalarda obyektlərin paradoksal qarşı-qarşıya qoyulmasına meyil edir. Bir çox milli və beynəlxalq incəsənət layihələrinin kuratoru və iştirakçısıdır. Onun əsərləri Almaniya, Niderland, Belçika, Cənubi Koreya, Polşa, Avstriya, Macarıstan və s. ölkələrdə nümayiş etdirilmişdir. Onun sənət əsərləri ilə muzeylərə Ukrayna Milli İncəsənət Muzeyi və Macarıstandakı Pannonhalma Arçabbi Muzeyi daxildir.
Qleb Panfilov
Qleb Anatolyeviç Panfilov (rus. Глеб Анатольевич Панфилов; 21 may 1934, Maqnitoqorsk, Çelyabinsk vilayəti – 26 avqust 2023, Moskva) — Rusiya və Sovet rejissoru və ssenaristi. Qleb Panfilov 21 may 1934-cü ildə Maqnitoqorskda doğulub. 1957-ci ildə Ural Politexnik İnstitutunun kimya fakültəsini bitirir. 1961-ci ildə Sverdlovsk televiziyasında çalışmağa başlayır. 1960–1963-cü illərdə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda operatorluq fakültəsində qiyabi təhsil alır, sonra isə rejissorluq şöbəsində əyani təhsilə keçir. 1966-cı ildə Lenfilmdə çalışmağa başlayaraq, orada 1967-ci ildə "В огне брода нет" (Yanğında keçid yoxdur) adlı ilk bədii filmini çəkir. 1970-ci ildə "Начало" (Başlanğıc) filmini çəkir. Filmin çəkilişləri zamanı Panfilov aktrisa İnna Çurikova ilə ailə həyatı qurur. O vaxtdan bəri o, onun ilham pərisinə çevrilir.
Fırtına (fan-klub)
"Fırtına" fan-klubu – Xəzər-Lənkəran klubunun azarkeşlərini özündə birləşdirən klub. Azərbaycanda ilk müstəqil fan-klub olan "Fırtına" fan-klubu 16- iyulAzərbaycanda 2005-ciilk ilmüstəqil tarixindəfan təsis edilmişdir. Fan-klub 16 iyul 2005-ci il tarixində təsis edilmişdir. == Ümumi məlumat == Bu fan-klubun yaranma məqsədi sevimli komandaları Xəzər-Lənkərana layiqli dəstək olmaq və ümumən azarkeş mədəniyyətini Avropa səviyyəsinə qaldırmaq olub. Qarşıda hələ çox işlər görməli olmağımıza baxmayaraq keçilən yola baxsaq məqsədimizə qismən nail olduğumuzu görərik. Belə ki, Bakı şəhərində 200-ə qədər və əsasən Lənkəran olmaqla bölgələrimizdə 100-dən artıq üzvü var. Online olaraq bizimlə yol gedənlərin isə yer kürəsinin hər bir guşəsindən olduqlrını görmək olar. Qardaş Türkiyədən, Rusiyadan, Yaponiyadan, Misirdən, ABŞ -dan, Belçikadan, Rumıniyadan, İspaniyadan və s. bizə qoşulanlar vardır. Əbədi olaraq könül verdiyimiz klubumuzla yanaşı Millimizə, avrokuboklarda iştirak edən klublarımıza da avropa oyunlarında göstərdiyimiz yüksək səviyyəli dəstəklə seçilmişik.
Qolub-Tyoryur-Arıta
Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: İlin-Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 3 metrdir.
Salavat Yulayev (klub)
«Salavat Yulayev» (başq. «Салауат Юлаев») — Başqırdıstan, Ufa şəhərinin peşəkar buzüstü hokkey klubu. Qitə hokkey liqası iştirakçısı. İki qat Rusiya çempionu (2007/08, 2010/11), Qaqarin Kubokunun sahibi (2010/2011), iki qat Açılış Kuboku sahibi (2008/2009, 2011/2012), və Qitə Kubok çempionu (2009/2010). 1960-cı ilin oktyabrında Ufa Cihazqayırma Zavodunun rəhbərliyinin göstərişi ilə Salavat Yulayev İdman Klubunda hokkey bölməsi yaradıldı. 1961-ci ilin fevral ayında Salavat Yulayev adına SK-nin hokkey komandası Sverdlovskda keçirilən zona yarışlarında ilk oyununu keçirdi. 1961/1962 mövsümündən əvvəl Çelyabinsk şəhərindən məşqçisi Vladimir Ştyrkov, eləcə də Çelyabinsk və Nijni Novqorod komandalarından oyunçular dəvət edildi. Komandadakı 19 oyunçudan 8-i, 1961-ci ildə fəaliiyəti dayandırılmış 1960/1961 mövsümündə SSRİ-nin «B» çempionatında iştirak edən Ufa klubu «Trud»un keçmiş hokkeyçiləri idi. 25 noyabr 1961-ci ildə Salavat Yulayev Çelyabinskdə SSRİ çempionatının «B» dəstəsində debüt etdi, "Metallurg" a məğlub oldu - 1: 3. İlk beynəlxalq matçları isə Salavat Yulaev 30 və 31 dekabr 1961-ci ildə Ufada Almaniya Demokratik Respublikasından olan «Bismutla» oynadı və hər ikisində qalib gəldi - 5: 3 və 5: 4.
Yaxt-klub (Taqanroq)
Yaxt-klub — Taqanroq şəhərində, Taqanroq körfəzi sahilimdə inşa edilmiş tikili. Adres:Taqanroq şəhəri, Portavaya keçəsi, ev 1–2. Taqanroq yaxt-klub 1908-ci ildə Kommersiya klubunda təşkil edilmişdir. Elə onun ilk idarəçiliyidə buradan həyata keçirilmişdir. Yaxt-klub üçün ilk bina XIX əsrin üçüncü yarısında taxtadan inşa edilmişdi. Bina "Rus gəmiçilik və ticarət cəmiyyətinin" imkanları daxilində inşa edilmişdur. Yaxt-klubun yaxınlığında cəmiyyətin agentliyi yerləşirdi. Taxta tikili özünəməxsus görünüşə malik olaraq qüllə və eyvanlara sahib idi. Eyvanlara pilləkənlərlə qalxmaq mümkün idi. Binada restoran və bilyard zalı mövcud idi.
Nou Neym Klub
Nou Neym Klub (ing. No Names Club) və ya Nou Neym Kilbörn (ing. No Names Kilburn) — Londonun Kilbörn rayonunda yerləşən həvəskar keçmiş İngiltərə futbol klubu. Klubun oyun meydançası pis şəraitdə olduğu üçün onlara "Palçıqçılar" (ing. Mudlarks) ləqəbi verildi. Klubun qeydə alınan ilk matçları 1863-cü ilin yanvar və aprel aylarında "Barns" klubu üzərində qələbə ilə başa çatan oyunlar idi. Klub 26 oktyabr 1863-cü ildə İngilətərə Futbol Assosiasiyasının 11 qurucu üzvlərdən biri idi və klubu İFA-nın ilk prezidenti seçilən klubun kapitanı Artur Pember təmsil edirdi. "N. N" İFA-nın qurucularından biri kimi müəyyən reputasiyaya sahib olsa da və 1866-cı ildə yalnız Assosiyasiyanın qanunları ilə oynayan 3 klubdan biri olsa da klub heç vaxt elit klublardan biri sayılmırdı və 1868-ci ildə Artur Pemberin mühacirətindən sonra kluba maraq azaldı. 1869–70 mövsümündə klub tez-tez yeni kapitan Tebbutt iştirak etmədən oynamaq məcburiyyətində qalırdı və klubun 5 fevral 1870-ci ildə "Apton Park" klubuna qarşı keçirdiyi və məğlubiyyətlə başa çatan son qeydə alınmış matçı zamanı yalnız yeddi oyunçusu oynamağa gəlmişdir. Klub həmin ay İngiltərə Futbol Assosiasiyasının illik yığıncağına nümayəndə heyətini göndərmiş və 3 mart 1870-ci ildə "N. N"-nin iki oyunçusu İngiltərə ilə Şotlandiya arasında keçirilən ilk təmsilçi oyunda iştirak etmişdi, lakin sonradan dərc edilmiş matç siyahılarında klubun hər-hansı fəaliyyəti barədə bəhs olunmur və klub adına hər-hansısa əlavə nəticələr mövcud deyil.
Atlanta Millionaires Club
Atlanta Millionaires Club — ABŞ müğənnisi Fey Vebsterin üçüncü studiya albomu. 24 may 2019-cu ildə Secretly Canadian tərəfindən buraxılıb.