Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlüon
Qlüon və ya Qluon — Güclü qarşılıqlı təsir- nüvə qüvələrinin daşıyıcı zərrəciyi. Qlüon Eynşteyn - Boze sistematikasının zərrəciyidir. Spini- daxili fırlanma momenti vahidə bərabər olan sahə zərrəciyidir. Qlüon bozonlara aid edilir. Onun təsir sahəsi 10−15 metrdir. Qlüon həm zərrəcik, həm də antizərrəcik xassəsi göstərdiyindən onun tədqiqi çətinlik törədir. == Əlamətləri == Qlüon bir vektor bosondur. Qlüon iki qütbləşmə halına malikdir. Bunun səbəbi düzən dəyişməzliyinin eninə qütbləşməni vacib qılmasıdır. Bu qanun kütləsiz zərrəciklərin işıq sürətilə hərəkət etməsi ilə bağlıdır və işıq sürətində hərəkət edən zərrəciklər üçün qütbləşmə vəziyyəti yalnız hərəkət yönünə dik yəni eninə ola bilər.
Buğra Gülsoy
Behiç Buğra Gülsoy (22 fevral 1982, Ankara) — Türkiyə aktyoru. == Bioqrafiya == 22 fevral 1982-ci ildə anadan olmuşdur. Təhsilini Ankarada tamamlamışdır. 13 yaşında ilk səhnə təcrübəsini yaşamışdır. Şərqi Aralıq Universitetinin memarlıq sahəsindən 2004-cü ildə məzun olan Buğra Gülsoy, Kiprdə olduğu müddətdə Kipr Dövlət Teatrında müxtəlif tamaşalarda rol almış, həm də film rejissorluğu və aktyorluq da etmişdir. Kipr Film Dərnəyinin qurucularından biri olan Gülsoy, eyni zamanda Beynəlxalq Kipr Qısa Fim Festivalının layihə dizaynçısı və direktorudur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Layihəsi çərçivəsində təşkil edilən bir yarışmada filmçilik haqqında təhsil aldı.İlk dəfə 2008-ci ildə Kanal D ekranlarında yayımlanan Hamımız Birimiz Üçün (türk. Hepimiz Birimiz İçin) adlı dizi filmin baş rol ifaçısı olaraq Nazim obrazı ilə Türk tamaşaçılarının qarşısına çıxan aktyor, Hamımız Birimiz Üçündən sonra rejissorluğunu Mahsun Qırmızıgülün etdiyi Günəşi Gördüm (türk. Güneşi Gördüm) filmində Bərat obrazı ilə kinoteartlara addımını atdı. Günəşi Gördümün ardından Atv-də yayımlanan Unudulmaz (türk.
Pyotr Qluxov
Serafim Veçkanov (tam adı: Pyotr Semyanoviç Qluxov, rus. Серафим Емельянович Вечканов; 26 dekabr 1897, İrçe Çarmas[d], Buinsk qəzası[d], Simbirsk quberniyası[d], Rusiya imperiyası – 7 fevral 1979, Maqnitoqorsk, Çelyabinsk vilayəti) — erzyan əsilli SSRİ yazıçısı, Mordoviyanın ilk jurnalistlərindən biri. Mordoviya pedaqoqlarından Makar Yevseyevin bacısı oğlu. == Həyatı == Pyotr Qluxov 26 dekabr 1898-ci ildə Simbirski vilayəti, Buinski qəzası, Malıe Markalı kəndində (indiki Çuvaşıstan Respublikası, Batırevski rayonu) kəndli ailəsində anadan olmuşdur. Beş yaşında ikən atası tif xəstəliyindən həyatını itirir. Anasının qardaşı Makar Yevseyev erkən öyrənməyə maraq göstərən oğlanın təhsilini öz üzərinə götürür. Pyotr Qluxov Kazandakı Müəllimlər Seminariyasının Mordva məktəbində təhsil almağa başlayır. 1916-cı ildə isə Kazan Müəllimlər Seminariyasını bitirir. Bir müddət sonraimperator ordusuna çağrılır. Dörd ay artilleriya qüvvələrində xidmətdən sonra ağır yaralanır.
Çağatay Ulusoy
Çağatay Ulusoy (d. 23 sentyabr, 1990, Türkiyə, İstanbul) — Türk model və aktyorudur. == Həyatı == 1990-cı ildə İstanbul Bakırköydə anadan olub.
Fərəc Ulusoy
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. == Coğrafiyası == Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.