Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bonkey
Bonkey (盆景, azərb. podnos mənzərəsi‎) – Yaponiya miniatür mənzərə sənəti. Bonkey 3 ölçülü mənzərələrin müvəqqəti və ya daimi miniatür təsviridir. Bu zaman əsasən daş, qum, sement kimi materiallardan istifadə olunur. Bonsay və saykey kimi digər yapon sənət növlərindən fərqli olaraq bonkeydə canlı element istifadə olunur. Bonsay canlı ağaclar, saykey isə canlı ağac və digər tərəvəzləri özündə ehtiva edir. == Haqqında == Podnos üzərində qumla müstəvi şəkilli mənzərələr yaratmaq sənəti olan bonsekidən fərqli olaraq bonkey mənzərələrin 3 ölçülü təsviridir və bəzən daimi saxlanıla bilər. Bonkeydə çox vaxt quru materiallardan istifadə olunsa da, axan su və dəniz kənarı mənzərələri də təsvir olunur, bunun üçün müxtəlif rəngli çınqıl və qumlardan istifadə olunur. Bəzən bonkeydə insanların, tikililərin, körpüləri və digər elementlərin miniatür fiqurları da öz əksini tapır. Bonkeyin əsas məqsədi nümayiş üçün estetik görünüşlü miniatür mənzərələr əldə etməkdir.
Qonaiv
Qonaiv (fr. Les Gonaïves, h.kreol Gonayiv) — Haitinin şimalında yerləşən şəhər, Artibonit departamentinin inzibati mərkəzi. == Tarixi == Qonaiv şəhəri adətən “Müstəqil şəhəri” adlandırırlar ona görə ki burada 1 yanvar 1804-cü ildə Jan-Jak Dessalin Haitinin mütəqilliyini elan etmişdir. Həm də, Qonaivdə 2004-cü ilin fevral ayında baş nazir Aristidiyə qarşı başlayan bir qiyamın istefası ilə nəticələndi. == Əhalisi == 2013-ci ilə görə əhalinin sayı 160824 nəfərdir.
Zonkey
Zebroid (ya da zedonk, zorse, zebr qatırı, zonkey, və zebmule) dişi zebr ilə erkək atın cütləşməsindən meydana gələn hibrid canlıya verilen addır. Qatırlar kimi zonkeylər də əksər hallarda qısırdır. == Fiziki xüsusiyyətləri == Zonkeylər daha çox zebr olmayan valideyninin xüsusiyyətlərini və zebrnın zolaqlarını daşıyır. Zolaqlar bütün bədəni əhatə etmir, boyun və ya ayaqlar kimi nayihələrlə sərhədlənə bilir. Zebr-eşşək hibridlərində zolaqlar qarın və bel nayihələri ilə məhdudlaşır.
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Covanni Qronki
Covanni Qronki (10 sentyabr 1887[…], Pontedera kommunası[d], Toskana – 17 oktyabr 1978[…], Roma) — İtaliyanın üçüncü prezindenti (11 may 1955 – 11 may 1962). Xristian-Demokrat partiyasını təmsil edib.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Tonkin körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Беседнов Л. М. Рыбы Тонкинского залива.
Tonkin stiraksı
Tonkin stiraksı (lat. Styrax tonkinensis) — stiraks cinsinə aid bitki növü.
Qonkur mükafatı
Qonkur mükafatı (fr. Prix Goncourt) — ən yaxşı roman üçün Qonkur qardaşlarının adını daşıyan Fransanın ən nüfuzlu ədəbi mükafatı. 1903-cü ildən etibarən hər il Qonkur akademiyası üzvlərinin səsverməsi əsasında Parisdəki "Druan" (Drouant) restoranında təşkil edilən xüsusi şam yeməyi zamanı təqdim edilir. Mükafatın məbləği simvolikdir (hazırda on avro), lakin bir qayda olaraq, mükafatın verilməsi qalib romanın satışını əhəmiyyətli dərəcədə artırır və onun müəllifini fransız ədəbiyyatında ön sıralara çıxarır. Qonkur akademiyasına ildə 60 frank nominal qonorar alan Fransanın ən məşhur on yazıçısı daxildir. Akademiyanın hər bir üzvü yalnız bir səsə malikdir və yalnız bir kitaba səs verə bilər. Səslər bərabər olduqda, sədrin səsinin verildiyi əsərə üstünlük verilir. Müxtəlif dövrlərdə Qonkur akademiyasının üzvləri yazıçılar Alfons Dode, Jül Renar, böyük Roni, Filip Eria, Erve Bazen, Lui Araqon və başqaları olmuşlar. Qonkur mükafatının əsasnaməsinə görə, bu mükafat müəllifə ömür boyu yalnız bir dəfə verilə bilər. Yeganə istisna yazıçı Romen Qaridir.
Arşil Qorki
Arşil Qorki (ing. Arshile Gorky, erm. Արշիլ Գորկի; 15 aprel 1904[…] – 21 iyul 1948[…]) və ya Vostanik Manuk Adoyan (erm. Ոստանիկ Մանուկ Ատոյան ) - erməni əsilli amerikalı rəssam.
Maksim Qorki
Maksim Qorki (rus. Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus. Алексей Максимович Пешков; 16 (28) mart 1868[…], Nijni Novqorod[…] – 18 iyun 1936[…], Moskva), SSRİ — rus və sovet yazıçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar.
Qenki Haraquçi
Qenki Haraquçi (d. 9 may 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Qonio Apsar
Qonio Apsar (gürc. გონიოს ციხე, əvvəllər Apsare və ya Asparunt adlanmışdır) — Gürcüstanda tarix-memarlıq muzeyi; Batumidən 15 km cənubda yerləşən qədim abidələrdən biri; qədim şəhər-qala. == Tarixi == Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər-qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olmuşdur.Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır.1994-cü ildən muzey kimi fəaliyyət göstərir. Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılmışdır.Muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır. == Şəkilləri == == İstinadlar == == Xarici keçidlər == Kakhidze, Emzar, Recent Archaeological Finds in Apsarus Arxivləşdirilib 2008-04-02 at the Wayback Machine. Third International Congress on Black Sea Antiquities, 2005. (ing.) Pictures of Gonio castle (ing.) Kakhidze, E. Apsaros: A Roman Fort in Southwestern Georgia // In: Meetings of Cultures in the Black Sea Region: Between Conflict and Coexistence.
Qorki (Belarus)
Qorki (belar. Горкі) — Belarusda şəhər. Mogilyov vilayətinə daxil olan Qorki rayonunun inzibati mərkəzi. 1 yanvar 2016-cı il tarixinə olan hesablamalara əsasən, şəhər əhalisinin sayı 33,830 nəfər hesablanmışdır.
Qorki parkı
Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri. Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümumrusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir.2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır. == Tarixçəsi == Mədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir. Çay boyunca 120 hektarlıq ərazini əhatə edən keçmiş Dövlət Xəstəxanasının yerində tikilmişir.
Qorki vilayəti
Nijni Novqorod vilayəti (rus. Нижегородская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Vael Qonim
Google" korporasiyasının Yaxın Şərq bölməsinin top-meneceri Vael Qonim İran müxalifətinə müraciət edib. İran müxalifətçiləri fevralın 14-də Tehranda etiraz yürüşünə çıxmağa hazırlaşırlar. "İranlılara məsləhət görərdim ki, vaxtılə biz onlardan öyrəndimiyiz təki, indi də onlar bizdən öyrənsinlər. Xalq istəyəndə hər şeyə nail ola bilər. Məqsədlərimizə inanırıqsa, birləşmişiksə, istənilən arzularımızı gerçəkləşdirə bilərik", - Qonim deyib. O, etiraf edib ki, Misir prezidenti Hüsni Mübarəkə qarşı kütləvi xalq etirazlarını hər vasitə ilə genişləndirməyə çalışıb. İki həftə həbsxanada olan Qonim Misir ictimaiyyətinin tələblərindən sonra azad edilib və xalq hərəkatının liderlərindən birinə çevrilib. Müşahidəçilər hesab edirlər ki, prezident Hüsni Mübarəkin istefasından sonra yaradılacaq keçid hökumətində Qonim nazir postu ala bilər. Vael Qonim isə siyasətçi olmayacağını, inqilab başa çatandan sonra işinə qayıdacağını deyib.
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). == Bioqrafiyası == Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Tonkin körfəzi olayı
Tonkin körfəzi olayı (vyet. Sự kiện Vịnh Bắc Bộ; ing. Gulf of Tonkin incident) və ya USS Maddox olayı (ing. USS Maddox incident) — ABŞ-ni Vyetnam müharibəsinə cəlb edən beynəlxalq hərbi qarşıdurma. Qarşıdurma iki toqquşmadan ibarət idi: biri həqiqi, o biri isə iddia olan uydurma. == Mənşə == Birinci Hindçin müharibəsinin sonunda, Fransa ilə Vyetnamlılar arasında olan əleyhdarlığına son qoymaq üçün Cenevrə konfransı (1954) yığılıb. ABŞ da onda iştrak edib, fəqət, Cenevrə akkordlarını (1954) imzalamağdan imtina etmişdi. 1961-ci ildə Cənubi Vyetnamın prezidenti, No Din Diem, əhalisinin bəzi hissələrdən, o cümlədən onun katolik tərəfdarlarının hakimiyyətinə qarşı olan buddistlər tərəfindən narzılıqlarnan üzləşib.1963-cü ildə Cənubi Vyetnam hökumətinə qarşı buddist etirazları artıq beynəlxalq diqqəti cəlb edib. Bu il ABŞ-nin regionda kommunizm cilovlaması planı üçün pis il idi. Vyetkon (və ya Cənubi Vyetnamım Azadolma Milli Cəbhəsi) üzvlərinin sayı artırdı, korrupsiya problemləri olan Cənubi Vyetnam hərbi qüvvələri isə ona qarşı qeyri-effektiv idi.1964-cü ilin iyulunda Şimali Vyetnama kəşfiyyat qrupları daxil edən Cənubi Vyetnamın təxribatçı dəstələri ilə aviadesant və Şimali Vyetnamın buna cavablarına görə Şimali Vyetnamın məhəlli suların boyunca vəziyyət qaynar hala yaxın idi.
Maksim Qorki (Arxangel)
Maksim Qorki (başq. Максим Горький, rus. Максим Горький) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 21 km.
Maksim Qorki (dəqiqləşdirmə)
Maksim Qorki — Rusiya şairi. Maksim Qorki (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd.
Qorki Avtomobil Zavodu
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qorki parkı (Taqanroq)
Qorki parkı ― Rusiyanın Taqanroq şəhərində bələdiyyəyə aid mədəniyyət və istirahət parkı. == Tarixi == 30 iyun 1806-cı ildə Taqanroq valisi baron Baltazar von Kampenqauzenmim əmri ilə Taqanroqun "Kimya bağı" və "botanika bağı" üçün ilk ağaclar əkildi. 1825-ci ildə Rusiya imperatoru I Aleksandr və imperatriça Elizabet Alesseyevna şəhərdə olduqları müddətdə tez-tez bağda gəzintiyə çıxdılar. Gənclik illərində və Taqanroq ziyarətlərində tez-tez bağa baş çəkən Anton Çexov bacısı Mariya Çexova yazdığı məktubların birində yazırdı: "Bağda idim. Musiqi səslənirdi. Bağ möhtəşəmdir". 1895-ci ildə Avropa standartlarına uyğun planlaşdırımış yeni bağın layihəsi təsdiq edildi. 1903-cü ildə parkın əsas girişinin qarşısında I Pyotrun abidəsi qoyuldu. 1924-cü ildə I Pyotr abidəsi sökülərək götürüldü. 1932-ci ildə bağ mədəniyyət və istirahət parkına çevrildi və 1934-cü ildə Maksim Qorkinin şərəfinə Qorki parkı adlandırıldı.