Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qorodki
Qorodki (rus. Городки; isv. Poppi) — qədim Rusiya xalq idman növü. Qorodki Kareliya, Finlandiya, İsveç, İnqriya, Litva və Estoniyada yayılmışdır. Oyun bir az boulinq, bir az da at nalı oyununa oxşayır. Oyunda əsas məqsəd müxtəlif dizaynlarla qoyulmuş keqlları dəyənəklə yıxmaqdır. Keqllar qorodki (azərb. "şəhərcik"‎), keqlların yerləşdirildiyi zona isə qorod (azərb. "şəhər"‎) adlanır. Skandinaviya və Baltik dillərində oyuna kurnimäng, kriuhka, köllöi, keili və miestučiai kimi adlar verilir.
Norodom Siamoni
Norodom Sihamoni (khm. នរោត្តម សីហមុនី; 14 may 1953[…], Pnompen, Fransa Hind-Çini) - Kambocanın kralıdır.
Norodom Sianuk
Norodom Sianuk(31 oktyabr 1922 — 15 oktyabr 2012) — 1941-ci ildən 1955-ci ilədək, 1960-cı ildən 1970-ci ildək və 1993-cü ildən 2004-cü ilədək Kambocanın Norodom sülaləsindən olan altmışıncı, altmış ikinci və altmış üçüncü kralı.
Qorodkov quşarmudu
Qorodkov quşarmudu (lat. Sorbus gorodkovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Antoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Ayris Mördok
Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[…], Dublin – 8 fevral 1999[…], Oksford, Birləşmiş Krallıq) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib. Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şer toplusu kitablarının müəllifidir. == Həyatı == Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Daff Qordon
Lyusi Ledi Kristiana Daff Qordon (ing. Lucy, Lady Duff-Gordon; 13 iyun 1863[…], London – 20 aprel 1935[…]) - Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Dmitri Qordon
Dmitri Qordon (ukr. Дмитро Ілліч Гордон) — Ukrayna jurnalisti və televiziya aparıcısı.
Entoni Qordon
Entoni Maykl Qordon (d. 24 fevral 2001, Liverpul, Mersisayd, İngiltərə, Böyük Britaniya) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Everton klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Everton === Qordon on bir yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. Qordon öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 88-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.
Kayde Qordon
Kayde Şin Qordon (5 oktyabr 2004, Derbi, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Liverpul" klubunda cinah hücumçusu kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Erkən illəri == Qordon Derbi şəhərində anadan olmuşdur. == Klub karyerası == Qordon 2013-cü ildə 9 yaşı olarkən "Derbi Kaunti" akademiyasına qəbul olmuşdur. O, karyerasında debütünü 29 dekabr 2020-ci ildə "Birminhem Siti" klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.5 fevral 2021-ci ildə Qordon "Liverpul" klubuna transfer olmuşdur. "Derbi Kaunti" klubuna 1 milyon sterlinq civarında bildirilən və əlavələri ilə birlikdə 3 milyon sterlinqə qədər yüksələn transfer məbləği ödənilmişdir. O, klub ilə debütünü 21 sentyabr 2021-ci ildə "Norviç Siti" klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. Həmin görüşdə klub rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 16 yaş 11 ay 16 günlüyündə meydana çıxan Qordon "Liverpul" klubu tarixində oyuna çıxan ən gənc beşinci futbolçu olmuşdur. == Milli karyerası == Qordon bir müddət İngiltərə U-16 millisində çıxış etmişdir.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Qordon Alport
Qordon Alport (11 noyabr 1897 - 9 oktyabr 1967) — Amerika psixoloqu. == İstinadlar == == Xarici keçidlər == Allports classic paper on autonomy of motives at Classics in the History of Psychology page.
Qordon Banşaft
Qordon Banşaft (9 may 1909[…], Buffalo, Nyu-York ştatı – 6 avqust 1990[…], Nyu-York, Nyu-York ştatı) — yəhudi əsilli ABŞ memarı. == Həyatı == Qordon Banşaft 1909-cu ildə Nyu-York ştatının Buffalo şəhərində anadan oldu və liseyi də eyni şəhərdə tamamladı. Memarlıqtəhsilini isə Massaçusets Texnologiya İnstitutunda aldı. Qordon Banşaft Myes Van Der Roh və Le Karbusyerdən təsirlənən Modernist memardır. Ən tanınmış əsəri "Lever Brothers" sabun firması üçün tikdirdiyi "Lever" binasıdır. 1954-cü ildə tikilən onu işi olan Hannover Trast Branç Bankı II Dünya müharibəsindən sonra bir ABŞ-nin qərbində tikilən ilk şəffaf tikili olmuşdur. Memarlıq karyerasının ilk illərində Edvard Durel ilə işləyən Banşaft sonra SAM şirkətinin rəhbərlərindən biri kimi işləməyə davam etdi. Qordon Banşaftın karyerası boyunca tikdirdiyi yeganə ev ailəsi üçün hazırladığı və 210 m² sahəyə malik "Travertin Evi" olmuşdur. Ölümündən sonra ev Müasir İncəsənət Muzeyinə bağışlansa da, muzey daha sonra evi Marta Stevarta satdı.Qordon Banşaft 1950-ci illərdə ABŞ Xarici İşlər Nazirliyinə Almaniyadakı səfirliklərin dizaynı üçün kömək etmişdir. 1988-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
Qordon Benks
Qordon Benks (ing. Gordon Banks; 30 dekabr 1937, Şeffild, Yorkşir[d] – 12 fevral 2019, Stok-on-Trent, Qərbi Mildlend[d]) — keçmiş ingilis futbolçu, qapıçı, 1966-cı il dünya çempionu. Eləcə də 1962 və 1970-ci illərdəki dünya çempionatında iştirak etmişdir. Futbol Tarixi və Statistikası Beynəlxalq Federasiyasının dünyadakı futbol mütəxəssisləri arasında keçirdiyi referendumun nəticələrinə əsasən o xx əsrin ən yaxşı qapıçıları arasında Lev Yaşindən sonra ikinci yeri tutmuşdur.Onun "Stouk" komandasına keçməsindən ötrü 25 min funt verilmişdi. Bu komandanın kapitanı olmuşdu. İngiltərə yığma komandasının heyətində 62 oyun keçirib. FİFA Dünya Kuboku 1966 və FİFA Dünya Kuboku 1970-in iştirakçısı olmuşdur.
Qordon Braun
Ceyms Qordon Braun qısaca Qordon Braun (20 fevral 1951[…], Qiffnok) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri və İşçi Partiyasının ümumi başçısıdır. 1997 ilə 2007 illəri arasında Toni Bleyerin hökumətində Maliyyə Nazirliyi etmişdir.
Qordon Meyson
Qordon Meyson (d. 13 iyun 1999) — Böyük Britaniyalı üzgüçü. Qordon Meyson Böyük Britaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Qordon Meyson birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 54:01.0 saniyəlik nəticə ilə 42-ci yeri tutdu və yarışı başa vurdu.
Qordon Mur
Qordon Mur (ing. Gordon Earle Moore; 3 yanvar 1929, San-Fransisko, Kaliforniya – 24 mart 2023, Havay) — "İntel" korporasiyasının rəhbəri. == Həyatı == Qordon Mur 3 yanvar 1929-cu ildə ABŞ, Kaliforniyada anadan olmuşdur. == Tədqiqatlar == Sequoia Liseyindəki son orta məktəb illərində kimya və riyaziyyata olan həvəsi yarandı. Tam elmlərə olan sevgisi ilə motivasiya edilən Gordon, Kaliforniyadakı San Jose Dövlət Universitetində təhsil almağa başladı. O zaman həyat yoldaşı Betty Irene Whitaker ilə tanış oldu. 1950-ci ildə Berkeley Universitetinə (Kaliforniya) daxil oldu və oradan kimya ixtisası ilə bitirdi. O zaman 21 yaşında idi. Xüsusi təhsilini davam etdirdi və 1954-cü ildə Kaliforniya Texnologiya İnstitutundan (Caltech) Fizika və Kimya doktoru dərəcəsi aldı. Daha sonra, gənc tədqiqatçı, Maryland, Laureldəki Johns Hopkins Universiteti tərəfindən işə götürüldü; Orada Tətbiqi Fizika Laboratoriyasının texniki qrupuna qoşulur.
Qordon Olport
Qordon Olport (11 noyabr 1897-ci il - 9 oktyabr 1967-ci il) - ABŞ psixoloqu. == Həyatı == ABŞ-də, İndiana ştatının Montezuma şəhərində doğulub. == Fikirləri == Şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. == Mənbə == Ümumi psixologiya.
Qordon Ramzi
Qordon Ceyms Ramzi (ing. Gordon James Ramsay Jr.) — Britaniyalı aşpaz, restoranlar sahibi və televiziya aparıcısı və prodüsseri. Onun restoranları ümumilikdə 16 Michelin ulduza layiq görülüb. == Həyatı == 1966-cı ilin noyabrın 8-də Constoun şəhərində anadan olub. 5 yaşından Straford şəhərində böyüyürdü. Qordon ailədəki dörd uşağından ikincidir. Böyük bacısı, Dayan, kiçik qardaşı Ronni və kiçik bacısı İvonn var. Qordon sözlərinə görə, Ronni azyaşlı olarkən, heroin saxladığına görə azadlıqdan məhrum olunub. Onun atası Qordon Ceyms 1997-ci ildə həlak olmuş. Fərqli vaxtlarda atası hovuz idarəçisi, qaynaqçı və satıcı işləyirdi, bacısı İvonna ilə anası Helen (qızlıqda Kosqrov) tibb bacıları idilər.
Qordon Straxan
Qordon Devid Straxan (9 fevral 1957, Edinburq) — keçmiș Şotlandiya futbol məşqçisi və oyunçusu.
Qordon Friman
Qordon Friman — Half — Life seriyasının əsas personajıdır. Massaçusets Texnologiya İnstitutu (MIT) tərəfindən ona verilən nəzəri fizika üzrə fəlsəfə doktoru dərəcəsinə (elmlər namizədinin qərb ekvivalenti) malikdir. Black Mesa Tədqiqat Mərkəzində nəzəri fizik kimi çalışarkən o, alimlər İsaak Kleiner , Eli Vans və Arnold Maqnussonla birlikdə anomal materiallar üzərində eksperimentdə iştirak edib. Təcrübə zamanı nasazlıq baş verdi ki, bu da Zen paralel dünyasına ölçülərarası bir qapı açdı və orada yaşayan canlıların Yerə hücumunun başlanğıcını qeyd etdi . == Haqqında == Qordon Friman Vaşinqton ştatının Sietl şəhərində anadan olub . Kiçik yaşlarından o, kvant mexanikası və nisbilik nəzəriyyəsi ilə maraqlanırdı ; Onun bütləri Eynşteyn , Hawking və Feynman idi . 1990-cı illərin sonlarında İnsbruk Universitetində qonaq tələbə kimi Qordon Eksperimental Fizika İnstitutu tərəfindən aparılan erkən teleportasiya təcrübələrində iştirak etdi. O vaxtdan bəri teleportasiyanın praktik tətbiqi gənc fizikin həvəsinə çevrildi. 1999-cu ildə Friman Massaçusets Texnologiya İnstitutu tərəfindən fəlsəfə doktoru (PhD) dərəcəsinə layiq görülmüşdür . İnsbruk Universitetində akademik tədqiqatlarda iştirak edərkən, Qordon inkişaf tempinin ləng olması və kifayət qədər maliyyə olmaması səbəbindən məyus oldu.
Eddi Qordo
Eddi Qordo (ing. Eddy Gordo) — Tekken video oyun seriyasındakı personaj. == Haqqında == === Tekken 3 === Eddi Braziliyanın ən zəngin ailələrindən birində anadan olub. Uşaqlıqdan bilirdi ki, böyüyəndə atasının işini idarə edəcək. Bir gün məktəbdən evə qayıdan Eddi atasını ölümcül vəziyyətdə tapır. Ölüm ayağında olan atanın deyə bildiyi son şey oğlunun günahı öz üzərinə götürməsini xahiş etməsi oldu. Törətmədiyi bir qətlə görə həbsxanada olarkən Eddi böyük gücə malik köhnə kamera yoldaşına diqqət edirdi. Məlum olub ki, bu adam Braziliya döyüş sənəti olan kapoeyra ilə məşğul olub . Eddi onun tələbəsi oldu və 8 il ərzində kapoeyra üzrə yüksək məharət əldə etdi.Qəhrəman həbsdən çıxandan sonra atasının qatillərini tapmağa qərar verir. Amma bunun üçün pul lazım idi.
Cozef Qordon-Levitt
Cozef Qordon-Levitt (17 fevral 1981[…], Los-Anceles, Kaliforniya) — amerikalı aktyor. "Yayın 500 günü" və "50 50-yə" filmindəki performansına görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. O, HitRecord media şirkətinin təsisçisidir. == Həyatı == Qordon-Levitt 1981-ci ildə aşkenazi yəhudisi əsilli aktivist-fəal bir ailədə dünyaya gəlib, valideynlərinin sol dünyagörüşü və feminist baxışları səbəbiylə həm atasının (Levitt) həm də anasının (Qordon) soyadını daşımaqdadır. Hələ uşaq yaşlarından aktyorluğa başlayıb, 2000-ci illərin əvvəllərində aktyorluğa təhsili üçün ara verib ancaq sonra təhsilini yarıda buraxaraq aktyorluğa qayıdıb. Mysterious Skin, Yayın 500 Günü, Brick, The Lookout, 50 50-yə kimi əsasən indie filmlərlə populyarlaşsa da Linkoln, Başlanğıc, The Dark Knight Rises, C.İ. Co: Kobranın yüksəlişi, Gəzinti kimi Hollivud filmlərində də yer alıb. Hazırda dünyada ən populyar gənc aktyorlardan biri hesab edilən Qordon-Levitt, 2010-cu ildə onlayn vebsayt HitRECords-un əsasını qoydu. Portal, gənc və tanınmamış yazıçılar, rəssamlar, rejissorlar, şairlər və s. bütün növ sənətkarların azad şəkildə öz sənətlərini yaymaları, tanış olmaları və tanınmaları üçün nəzərdə tutulub. Aktyorun özü də gənc sənətkarlara yaxın dəstək olur, qısa filmlərin çəkilməsinə, və gənc yazarların əsərlərinin çap edilməsinə yaxın kömək göstərir.