Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qreta Qarbo
Qreta Qarbo (ing. Greta Garbo, doğum adıQreta Lovisa Qustafsson (isv. Greta Lovisa Gustafsson; 18 sentyabr 1905[…], Katarina[d], Stokholm leni[d] – 15 aprel 1990[…], Nyu-York, ABŞ) — İsveç və Amerika aktrisası. 1954-cü ildə kinonun inkişafındakı müstəsna xidmətinə görə fəxri Oskar mükafatı aldı. Qreta Qarbo 18 sentyabr 1905-ci ildə Stokholmda anadan olub. Karl və Anna Qustafsson ailəsində üçüncü uşaq idi. 1920-ci ildə qızın çox yaxın olduğu atası vərəmdən vəfat etmişdir. Qreta məktəbdən ayrılıb işə getməyə məcbur oldu. İlk pulunu bir bərbər salonunda kömək edərək qazandı, daha sonra Stokholm univermağında işlədi, qəzetlərdə reklam çəkdirdi. İlk dəfə işlədiyi böyük mağazanın reklam çarxlarına çəkilərək kamera qarşısına keçdi.
Qreta Saloume
Qreta Saloume Stefansdottir (isl. Greta Salóme Stefánsdóttir; d. 11 noyabr 1986, Mosfedlsbayr, İslandiya) — İslandiya müğənnisi, bəstəkarı və İslandiya simfonik orkestrının skripkaçısı. O, Younsi ilə duet şəklində ifa etdiyi "Never Forget" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil etmiş və final mərhələsində İslandiyaya 20-ci yeri qazandırmışdır. Saloume növbəti dəfə solo ifaçı olaraq İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Hear Them Calling" mahnısı ilə təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. 2012-ci ilin noyabr ayında Qreta Saloumenin In the Silence adlı debüt albomu işıq üzü görmüşdür. Albomda onun Avroviziya 2012 mahnısının ingilis və island dilində ("Mundu Eftir Mér") olan versiyaları da yer almışdır. 2016-cı ildə ifaçının "Raddirnar" mahnısı İslandiyanın Avroviziya 2016 üçün keçirdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Həmin mahnı ilə seçim turunun finalına vəsiqə qazanan Saloume finalda mahnının ingilis dilində olan versiyasını ("Hear Them Calling") ifa etmişdir. Nəticədə isə qalib gələrək, ikinci dəfə ölkəsini Avroviziyada təmsil etmək fürsətini qazanmışdır.
Qreta Stivenson
Qreta Stivenson (ing. Greta B. Stevenson Cone; 10 iyun 1911, Oklend – 18 dekabr 1990, London) — Yeni Zelandiya mikoloqu. Qreta Stivenson mikologiya üzrə ixtisaslaşmışdır. Collybia stevensoniae E.Horak, 1971, nom. nov. [syn. Gymnopus readii (G.Stev.) J.L.Mata, 2006] Entoloma stevensoniae E.Horak, 1980, nom. nov. Hygrocybe stevensoniae T.W.May & A.E.Wood, 1995, nom. nov.
Qreta Tunberq
Qreta Tunberq (isv. Greta Thunberg; 3 yanvar 2003[…], Stokholm) — İsveç iqlim fəalı. Təbiət mühafizəçisi 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib. Qreta Tintin Eleonora Ernman Tunberq 2003-cü ildə İsveçdə doğulub. Onun anası opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir. Aktivistin babası da sənət adamıdır, Olof Tunberq aktyor və rejissordur. İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi "İqlim üçün məktəb tətili"dir. Qreta Tunberq 2018-ci ildə cümə günləri məktəbə getməyəcəyini bəyan etməklə dünyada məşhurlaşıb. Bu yolla o, iqlim dəyişikliyi və ekologiya problemlərinə diqqət çəkmək istəyib.
Qreta Qerviq
Qreta Selesta Qerviq (4 avqust 1983, Sakramento) — amerikalı aktrisa, ssenarist və rejissor. İstehsal etdiyi müstəqil filmlərlə tanınıb. Time jurnalı onu 2018-ci ilin "ən nüfuzlu 100 insanı" siyahısında göstərib. Onun rejissoru olduğu "Balaca qadınlar" və "Parəbüzən" filmləri "Oskar" mükafatına namizəd göstərilib. Qerviqin 2023-cü ildə çəkdiyi "Barbi" filmi dünya miqyasında 1 milyard dollardan çox gəlir əldə etmişdir. Qerviq ilk olaraq karyerasına Co Svanberq ilə "Hannah Takes the Stairs" və "Nights and Weekends" kimi filmlərdə əməkdaşlıq edərək başlamışdır. O, partneri Noa Baumbax ilə bir sıra filmdə birlikdə çalışıb. Bunlara "Greenberg", ona "Qızıl Qlobus" mükafatı nominasiyası qazandıran "Frensis Ha", "Mistress America" və "White Noise" daxildir.
Qreta Salome & Yonsi
Qreta Saloume Stefansdottir (isl. Greta Salóme Stefánsdóttir; d. 11 noyabr 1986, Mosfedlsbayr, İslandiya) — İslandiya müğənnisi, bəstəkarı və İslandiya simfonik orkestrının skripkaçısı. O, Younsi ilə duet şəklində ifa etdiyi "Never Forget" mahnısı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil etmiş və final mərhələsində İslandiyaya 20-ci yeri qazandırmışdır. Saloume növbəti dəfə solo ifaçı olaraq İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Hear Them Calling" mahnısı ilə təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. 2012-ci ilin noyabr ayında Qreta Saloumenin In the Silence adlı debüt albomu işıq üzü görmüşdür. Albomda onun Avroviziya 2012 mahnısının ingilis və island dilində ("Mundu Eftir Mér") olan versiyaları da yer almışdır. 2016-cı ildə ifaçının "Raddirnar" mahnısı İslandiyanın Avroviziya 2016 üçün keçirdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Həmin mahnı ilə seçim turunun finalına vəsiqə qazanan Saloume finalda mahnının ingilis dilində olan versiyasını ("Hear Them Calling") ifa etmişdir. Nəticədə isə qalib gələrək, ikinci dəfə ölkəsini Avroviziyada təmsil etmək fürsətini qazanmışdır.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Areva
"Areva" — Fransa şirkəti; nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
Breea
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Qerla
Qerla (rum. Gherla; mac. Szamosújvár; alm. Neuschloss‎) - Rumıniyanın Kluj judetsində yerləşən bələdiyyə. O, Kluj-Napokadan 45 km aralıda Someşul Mik çayı üzərində yerləşir. Əhalisi 20 203 nəfərdir. 2011-ci ildə Rumıniyada siyahıalmasına görə şəhərdə yaşayan 20 203 nəfər əhalinin milli tərkibi belədir: 15,994 (79.2%) Rumın 3,419 (16.9%) Macar 718 (3.6%) Qaraçı 72 (0.4%) 16 alman daxil olmaqla, digərləri.
Qremi
Kaxetiya çarlığı — Kaxetiya ərazisində 1465-ci ildə yaradılmış feodal dövlət olmuşdur. XV əsirdən Qremi Kaxetiya krallığnın mərkəzi idi. Qremi məbədi 1565-ci ildə Kaxeti kralı tərəfindən inşa edilmişdir. Məbədin ətrafındakı hasarlar eyni zamanda qala idi. Təhlükə zamanı krallar daşlarla düzəldilmiş gizli çıxışdan istifadə edirdilər. Burda üç mərtəbəli saray və ətrafında qülləli hasarlar var idi. Məbədin yanında kral rezidensiyası var. Kral rezidensiyasında isə kral sarayları, fantan, qüllə hamam və s. tikililər yerləşirdi. Qremidə ticarət küçəsi fəaliyyət göstərmişdir.
Qrenaş
Qrenaş (ing. Grenache) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Dünyada geniş yayılan ikinci üzüm növü. Bu üzüm növü quraqlıq və həddindən artıq isti olan yerlərdə yetişdirilir.
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Terja
Terja (fr. Terjat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03280. 2008-ci ildə əhalinin sayı 218 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 136 nəfərin (15-64 yaş arasında) 105 nəfəri iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77,2%, 1999-cu ildə 70.0%). Fəal olan 105 nəfərdən 103 nəfər (57 kişi və 46 qadın) işləyir, 2 nəfər işsizdir (1 kişi və 1 qadın). 31 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Trema
Trema (lat. Trema) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Gerra
Gerra (q.yun. Γέρρα, Gérrha) — Şərqi Ərəbistanda, İran körfəzinin qərb tərəfində qədim şəhər. == Təsviri == Strabon şəhəri "qapıları, divarları, damları rənglərlə dolu olan böyük evləri bir yana, ailə qızılı, düz [Qəvaim] üçbucaqları və içki şüşələri kimi qızıl və gümüşdən hazırlanmış bəzəkli alətlər, qızıl, gümüş və müqəddəs daşlar"ı varmış kimi təsvir edir. == Mənşəyi == Strabon sakinləri ərəblər kimi təsvir etmişdir. O, qeyd etmişdir ki, "ticarətləri sayəsində gerralılar ərəblərin ən zəngini olmuşdular". Digər mənbələr sakinlərin həqiqətən də ərəb olduqları ilə razılaşır. Yunanıstanda tapılan petroqliflərin Gerradan olan "Tərm əl-Lat" (Əl-Latın qulluqçusu) adlı bir adam tərəfindən göndərildiyi aşkar edilmişdir.
Ganja
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Beja
Beja (port. Beja) — Portuqaliyada şəhər. == Tarixi == Bu gün Beja adını daşıyan və Portuqaliyanın aşağı Aləntejo bölgəsində, Lissabonun cənubi-şərqində olan Beja şəhərinin tarixi çox əskilərə getməkdədir. Romalılar dövrindəki adı Pax Juiia olub İslam fəthindən sonra bu ad müsəlmanlar tərəfindən Bacə şəklinə çevrilmişdir. Bacə fəth edildikdən sonra Əndülüsün əsgəri mərkəzlərindən biri halına gətirildi və Tarik bin Ziyad buraya Misirli əsgərləri yerləşdirdi. Əndülüs Əməvi hökmdarı I Əbdürrəhman zamanında Ala bin Mugis, Abbasi xəlifəsi Mənsurla iş birliyi yaradaraq Bacədə bir üsyan başlatdıysa da, Karmunədə (Carmona) Əbdürrəhmana yenilərək öldürüldü (146/7631 və Bacəyə də Fələstinli əsgərlər yerləşdirildi. Tarixi boyunca bir çox qarışıqlığa səhnə olan Bacə 844-cü ildə dənizdən gələn vikinqlərin hücumuna uğradı. Daha sonra məhəlli liderlər mərkəzi yönətimə qarşı çıxmağa başladılar və bölgənin önəmli ailələrindən Tayfurilər bir müddət burada hökmran oldular. Şəhər 1040-cı ildə İşbiliyədə (Sevilla) hökm sürən Abbadilərin əlinə keçdi. 1161-ci ildə Portuqaliyalılar tərəfindən zəbt edilən Bacəyə ardından Müvahhidlər hakim olduysa da (1171) qısa bir müddət sonra şəhər təkrar və son dəfə Portuqaliyalilərin əlinə keçdi.
Fornebu Arena
Telenor Arena — Norveçin Berum şəhərində yerləşən stadion. Şimali Avropanın da ən böyük stadionudur. Telenor Arena futbol matçları üçün 15.000, konsertlər üçün isə 25. 000 tamaşaçı tutur. Avroviziya 2010 müsabiqəsinin keçiriləcəyi bu arena 2009-cu ilin fevralında istifadəyə verilib. == Avroviziya == 2010 Avroviziya Mahnı Müsabiqəsi Osloda yerləşən Telenor Arenada keçiriləcək. Müsabiqəni işıqlandırmaq üçün Osloya gələcək media mənsubları üçün də Telenor Arenada mətbuat konfranslarının keçirilməsi üçün zal, eləcə də media mənsubları üçün iş otağı da təşkil olunacaq.
Green Baku
Green Day
Green Day – ABŞ punk rok qrupu. == İnkişaf tarixi == Green Day 1986-cı ildə uşaqlıq yoldaşı olan Billi Co Armstonq (gitara, vokal) , Mike Dirnt (bas) və Tre Cool (baraban) tərəfindən 1986-cı ildə "Sweet Children" adı altında Kaliforniyada quruldu. 1989-cu ildə qrup "1,000 Hours" adlı ilk EPlərini çıxardıqdan sonra 1990-cı ildə "Smooth Out Slappy Hour" adlı albomlarını bazara sürdü. Əsas səs gətirən albomları 1992-ci ildə çıxardıqları ikinci albom "Kerplunk!" ilə oldu və qrup Amerikada underground radiolarda bir nömrəyə yüksəldi. 1994-cü ilə gəlindiyində "Dookie" albomuyla yükləlişləri fərqli bir təcil qazandı. Albomda iştirak edən "Longview" parçası siyahılarda yüksəlməyə başladı və bir müddət sonra Top 40 siyahısının zirvəsində iştirak etdi. Daha sonra parçanın videosuyla MTV Video Musiqi Mükafatlarında 3 budaqda namizəd göstərildi. "Dookie" iki dənə platin val mükafatı al/götürərkən qrup, Rolling Stone jurnalının etdiyi ən yaxşı yeni qrup sıralamasında ən çox səs ver birinci oldu. Bu albomda iştirak edən "When I Come Around" adlı parça 1995-ci ildə Top 10 siyahılarında 1 nömrəyə yüksəldi. Eyni il Green Day "Dookie" albomuyla "Ən Yaxşı Alternativ Musiqi Performansı" kateqoriyasında Grammy Mükafatı al/götürdü.
Green card
Qrin kart (ing. Green card) — ABŞ-da daimi yaşayış icazəsi əldə etmək üçün verilən sənəddir. Bu kart ABŞ-da qanuni olaraq işləmək və yaşamaq hüququ verir. Qrin Kart sahibləri ABŞ vətəndaşları kimi bir çox hüquq və imtiyazlara malikdirlər, lakin bəzi fərqlər mövcuddur, məsələn, seçki hüququ yoxdur. == Tarixi == Qrin Kart sistemi 1940-cı illərdə ABŞ hökuməti tərəfindən tətbiq edilmişdir. İlk dəfə İkinci Dünya Müharibəsindən sonra, xarici işçilərin ABŞ-a köçürülməsi və ölkənin iqtisadi gücünün artırılması məqsədilə yaradılmışdır. 1990-cı ildə ABŞ-da Qrin Kart lotereya sistemi tətbiq olundu ki, bu da daha çox insanın bu imkandan yararlanmasına şərait yaratdı. == Faydaları == Qrin Kart sahibləri bir sıra hüquq və üstünlüklərə malikdirlər: ABŞ-da yaşamaq və işləmək hüququ: Qrin Kart sahibinə ABŞ-da daimi yaşamaq və işləmək hüququ verilir. Ailə birləşdirilməsi: Qrin Kart sahibləri yaxın ailə üzvlərini ABŞ-a gətirə bilərlər. ABŞ vətəndaşı olmaq imkanı: 5 il müddətində Qrin Kart sahibi olduqdan sonra ABŞ vətəndaşı olmaq üçün müraciət etmək mümkündür.
Kazan Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. == Ümumi baxış == Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.