Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qrip
Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
BLRT Grupp
BLRT Grupp — Estoniyanın ən böyük sənaye konsernlərindən biridir. Konsern gəmilərin bütün istismar müddəti boyunca texniki xidmət göstərir və eyni zamanda kompleks metal konstruksiyaların istehsalı, maşınqayırma, metalların emalı və satışı, qazların istehsalı və satışı, metal qırıntılarının işlənməsi, liman xidmətləri və nəqliyyat sahəsində etibarlı bir ortaqdır. BLRT Grupp Estoniyanın ən böyük ixracatçılarından biridir. Konsernin istehsalının yüzdə 84,2-si (2013) ixrac olunur. == Tarix == BLRT Grupp 8 dekabr 2001-ci ildə Baltik Gəmitəmiri Zavodunun bazasında qurulur. O vaxta qədər artıq zavod iri bir konsernə çevrilmişdi. bu səbəbdən şirkətin qurulması Rusiya-Baltik Gəmiqayırma fabrikinin qurulduğu 1912-ci il olaraq götürülür. Qrupun təşkili zamanı bura üç gəmi tərsanəsi və 30-dan çox törəmə müəssisə daxil idi [2]. == Struktur == 2015-ci ildən etibarən BLRT Grupp konserni Estoniya, Latviya, Litva, Ukrayna, Rusiya və Finlandiyada 54 törəmə şirkəti və 3 birgə müəssisəni birləşdirir. == Fəaliyyət göstəriciləri == 2010 — qrupun dövrüyəsi 303,8 milyon avro təşkil etdi.
Donuz qripi
Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. "Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir. "Donuz qripi" donuzlarda bütün il boyu özünü büruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur.
Honkonq qripi
Honkonq qripi (yaxud 1968-ci il qrip pandemiyası) — 1968-1969-cu illərdə baş qaldıran və dünya üzrə 1 milyona yaxın insanın ölümü ilə nəticələnən qrip pandemiyası. Bu qrip Influenza A virusunun H3N2 ştamı tərəfindən yaranır. Bu ştam antigen dəyişikliyi yolu ilə H2N2 ştamından törəmişdir. İlk dəfə Honkonqda aşkar edildiyi üçün pandemiyaya da məhz bu şəhərin adı verilmişdir. == Kliniki məlumat == Bu qripin simptomları 4-5 gün, bəzi simptomlar isə 2 həftəyədək davam edir. Pandemiyanın baş verdiyi 1968-1969-cu illərdə əsasən 65 yaşdan yuxarı şəxslər bu xəstəlikdən vəfat edirdilər. == Virusologiya == 1968-ci ildə virusa qarşı vaksin xəstəliyin ABŞ-da pik həddə çatmasından bir ay sonra yaradılmışdır. Həm H2N2, həm də H3N2 pandemik qrip ştamları quş qripi viruslarının genlərini daşıyır. Yeni alt növlər quş və insan qripi virusları ilə yoluxmuş donuzlarda yaranmış və tezliklə insanlara keçmişdir. == İstinadlar == == Ədəbiyyat == Blakely, Debra E., Mass Mediated Disease: A Case Study Analysis of Three Flu Pandemics and Public Health Policy, Lanham: Lexington Books, 2006, 148–196, ISBN 0-7391-1387-9 .
Quş qripi
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. == Xəstəliyin tarixi == Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80-120 nm-dir, bəzən sapkimi şəkildə 400-800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində büruzə verməyə başlayıb.
İnsan qripi
İnsan qripi o qriplərə deyilir ki Ortomiksoviridə (Orthomyxoviridae) viruslari ilə törənir. Bu qrip insanlar arasında endemikdir. İnsan Qripi virusları üç bölüm olur: A, B və C virusları.Bu viruslar insandan-insana keçerek,yeni öskürük ve asqırıq neticesinde yaranır.
İspan qripi
İspan qripi (isp. gripe española) — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir. Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur.İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. Birinci Dünya Müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdur. Uzun illər sonra açılan toplu məzarlıqlardan götürülmüş nümunələr əsasında virusun insanlar arasında donuz qripi olaraq tanınan H1N1 ilə bənzərlik təşkil etdiyi müəyyənləşmişdir. İlk xəstələrin ABŞ-də 1918-ci ilin əvvəllərində görünməsinə baxmayaraq, qripə "İspan" adı verilmişdir.
Tallinna Kaubamaja Grupp
Tallinna Kaubamaja Grupp — Estoniyanın ən böyük ticarət konserni. Konsernə daxil olan müəssisələrin əksəriyyətinin əsas fəaliyyəti pərakəndə və topdansatış ticarətdir. Konsernin rəsmi ünvanı: Tallinn, Kaubamaya k 1. / Gonsiori k 2. . Konsernin 679.000-dən çox müştərisi olan Partnerkaart loyallıq proqramı Estoniyada ən böyüyüdür. 1996-cı ildə konsernin sələfi olan Tallinna Kaubamaja şirkətinin səhmləri Tallin Fond Birjasında siyahıya alındı. Konsernin əsas şirkəti NG Investeeringud OÜ şirkətidir. == Tarix == Konsernin tarixi 1960-cı ildə Tallin Ticarət Evinin açıldığı vaxtdan başlayır. 1966-cı ildə Tartu Ticarət Evi Estoniya SSRİ-dən çıxdıqdan sonra RAS Tallinna Kaubamaja dövlət səhmdar cəmiyyəti olaraq adlandırılır. 1994-cü ildə səhmdar cəmiyyətə çevrilir, səhmlərin böyük hissəsi E-Investeeringugrupi AS (10.06.2004-cü ildə ləğv edilib) şirkətinə satılıb.
Qrip (film, 1954)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada qrip xəstəliyinin törəmə səbəblərindən, onun profilaktikasından və müalicə üsullarından bəhs edilir.
Donuz qripi epidemiyası (2009)
Donuz qripi və ya H1N1 virusu kimi məlum 2009 il martında Meksikada aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı təhlükə səviyyəsini 4-cü (yəni insandan insana yoluxdurma) dərəcəyə yüksəltmişdir. Azərbaycanda da donuz qripi aşkarlanıb.
Donuz qripi pandemiyası (2009)
Donuz qripi və ya H1N1 virusu kimi məlum 2009 il martında Meksikada aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı təhlükə səviyyəsini 4-cü (yəni insandan insana yoluxdurma) dərəcəyə yüksəltmişdir. Azərbaycanda da donuz qripi aşkarlanıb.
Aqrippa
Aqrippa (yun. Ἀγρίππας) — Qədim Roma dövrünün filosofu, skeptisizmin təmsilmisi, Enesidemusun ardıcıllarından bir. O, təxminən m. I yüzillikdə yaşamışdır. Diogenes Laertiusa görə Aqrippa Enesidemusun 10 troposuna daha beşini əlavə etmişdir. == Troposlar == Hər hansı bir şey haqqında ziddiyyətli fikirlər irəli sürülür. Buna görə də, onlar haqqında qəti bir fikir söyləməkdən çəkinmək lazımdır. Sübutlar silsiləsi sonsuzluğa qədər davam edir. Deməli, hansısa fikri əsaslandırmaq üçün gətirilən sübutun özü də sübut edilməlidir. Sonra bu yeni sübut başqası ilə isbatlanmalıdır.
Crisp
Maykl Duqlas Krisp (ing. Michael Douglas Crisp; 9 fevral 1950) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Maykl Duqlas Krisp toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Chappill, J. A., Wilkins, C. F., Crisp, M. D. (2007). Taxonomic revision of Jacksonia (Leguminosae: Mirbelieae). Australian Systematic Botany 20, 473—623. Crisp, M. D., Cook, L. G. (2007). A congruent molecular signature of vicariance across multiple plant lineages. Molecular Phylogenetics and Evolution 43, 1106—1117. Biffin, E., Harrington, M. G., Crisp, M. D., Craven, L. A., Gadek, P. A. (2007).
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir.Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Krupp
Krupp— Essendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə. Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məhşurlaşıb. Fridrix Krupp AG kimi tanınan ailə biznesi, 20-ci əsrin əvvəllərində Avropada ən böyük şirkət idi. 1999-ci ildə Krupp şirkəti Thyssen AG ilə birləşdi və Thyssenkrupp AG adlı böyük sənaye konqlomeratı formalaşdırdı. == Şirkət haqqında == Fridrix Krupp (1787-1826) 1810-ci ildə Essen şəhərində ilk poladəritmə zavodunu tikdirir və ailə biznesini qurur. Onun “Top Kralı” və ya “Böyük Alfred “kimi tanınan oğlu Alfred polad çarxlar və dəmir yolu şinlərinin ən yaxşı istehsalçısı olmaq üçün yeni texnologiyaya xeyli vasait sərf edir. O, həmçinin mayeləşdirilmiş istixana texnologiyalarına sərmayə yatırır və Almaniya və Fransada çoxlu mina əldə edir. Dövr üçün qeyri-adi olsa da, o, onun işçilərinə maddi yardım göstərib sosial xidmətlərlə, güzəştli mənzil, səhiyyə və pensiya müavinətlərilə təmin edib. Şirkət 1840-cı illərdə xüsusilə Rusiya, Türkiyə və Almaniya orduları üçün polad toplar istehsal etməyə başladı. Qeyri-hərbi sahəyə tələbatın və dövlət subsidiyalarının az olması nəticəsində şirkət silah istehsalı sahəsində daha çox ixtisaslaşıb, belə ki, 1880-ci illərdə silah istehsalı Krupp şirkətinin ümumi məhsulunun 50%-ni təşkil edirdi.
Priap
Priap (yun. Πρίαπος; lat. Priapus) yunan mifologiyasında bolluq, bərəkət, artım (nəsiltörətmə) tanrısı, sürünün, arıların, balıqların və meyvələrin qoruyucusu, Dionisin Afroditadan olan oğlu; Dionisin nimfadan olan oğlu. Roma mifologiyasında o, əcaib, həddən ziyadə inkişaf etmiş, daimi ereksiyalı cinsiyyət üzvünə malik bir kişi cildində təsvir olunur. Qədim Misir mifologiyasında onun oxşarı bolluq, bərəkət tanrısı Osirisdir. Afrodita onu Lampsak yaxınlığında Abarnida adlanan yerdə dünyaya gətirmiş, lakin onun bu ədəbsiz görkəmini görcək dərhal ondan imtina etmişdir. == İstinadlar == == Mənbə == Hans Herter: Priapos. In: Der Kleine Pauly (KlP). Band 4, Stuttgart 1972, Sp. 1130–1131.
Qrimm
Qrims
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. == Həyatı == Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qriyi
Qriyi (fr. Grilly) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01180. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 762 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 499 nəfər arasında (15-64 yaş) 378 nəfər iqtisadi cəhətdən fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.8%, 1999-cu ildə - 72.2%). 378 fəal sakindən 355 nəfər (186 kişi və 169 qadın) işləyir, 23 nəfər işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 51 nəfər digər səbəblərə görə hərəkətsizdir.
GIMP
GIMP (Rastr Qrafikalı Proqram, ing. GNU Image Manipulation Program, GIMP) — rastr qrafikası ilə işləmək üçün proqram; qismən vektor qrafikasını da dəstəkləyir. Layihənin əsası 1995-ci ildə qoyulub və hazırda könüllülər qrupu tərəfindən dəstəklənir. GNU General Public License şərtləri üzrə yayılır. == Rastr qrafikası == Rastr təsvirin əsas, ən xırda elementi nöqtədir. Ekranda təsviri yaradan nöqtələr piksellər adlanır. Rastr təsvirinin hər pikseli məkanda yerləşdirildiyi yeri və rəngi kimi xüsusiyyətləri ilə fərqlənir. Piksellərin sayı çox, ölçüləri az olduqca təsvir daha keyfiyyətli görünür. Rastr təsvirlərin istifadəsində məlumatların böyük həcmi başlıca problemə çevrilir. Jurnal səhifəsi tipli iriölçülü illüstrasiyalarla iş üçün bir neçə Gbayt operativ yaddaşa, sürətli prosessora malik müasir kompüterlər tələb olunur.
GRIN
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Gips
Gips (material) — mükəmməl inşaat materialıdır. Gips (mineral) — mineral.
Grep
grep - mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı - global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.