Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülzar
Gülzar (Kirman)
Gunnar Nordal
Qunnar Nordal (isv. Gunnar Nordahl; 19 oktyabr 1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur. İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur. 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.
Gülzar (Kirman)
Gülzar (Deh Taziyan, Qəriyət əl Ərəb) — İranın Kirman ostanının Bərdsir şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,131 nəfər və 1,164 ailədən ibarət idi.
Gülzar (Mərənd)
Gülzar (fars. گل زار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (38 ailə).
Gülzar (Təbriz)
Gülzar (fars. گلزار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (18 ailə).
Gülzar Abdullayeva
Abdullayeva Gülzar Rza qızı (1914, Şahsevən[d], Qaryagin qəzası – 1 may 1993, Şahsevən[d], Beyləqan rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1947-ci ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Azərbaycan SSR Ali Sovetinin (IV–V çağırış) deputatı olmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Gülzar Mustafayeva
Gülzar Əliheydər qızı Mustafayeva (1958) — AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya elmlər doktoru. == Həyatı == Gülzar Əliheydər qızı Mustafayeva 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Yaminov Heydər Əliyansar oğlu AZNeft mədənləri idarəsində quyuların yeraltı təmiri ustası olmuşdur. Anası Yaminova Ədilə Əliyansar qızı evdar qadın olmuşdur. Gülzar Əliheydər qızı Mustafayeva 1976-cı ildə Bakı şəhəri 204 saylı orta məktəbi bitirmişdir. 1982–ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1982-ci ildən AMEA Zoologiya İnstitutunun “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin elmi əsasları“ laboratoriyasının laborantı və dissertantı olmuşdur. 1990-ci ildə “Şərqi Azərbaycanın afelinidləri (Hymenoptera, Aphelinidae) və onların faunası, ekologiyası, təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (Bakı) . 2017-ci ildə “Azərbaycanda kənd təsərrüfatı , park-dekorativ bitkilərinə zərər verən bərabərqanadlılar (Homoptera: Coccoidea, Aleurodidea, Aphidoidea), onların parazit və yırtıcıları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == G. Ə. Mustafayeva 1982 - 1985-ci illərdə “Faydalı həşaratların introduksiyası və və akklimatizasiyası “ laboratoriyasında laborant, kiçik elmi işçi, 1990 - 2018-ci illərdə isə “Faydalı cücülərin introduksiyası və bioloji mübarizınin elmi əsasları“ laboratoriyasında böyük elmi işçi vəzifəsində calışmışdır.
Gülzar Qurbanova
Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Gülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olmuşdur. 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun teatr və kino aktyorluğu ixtisası sinifinə qəbul olunur. Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir. == Fəaliyyəti == 1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. Gülzar Qurbanova “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli), “Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib. Kinoda 20-dən çox obraz yaradıb. Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008),“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s.
Gülzar Rzayeva
Rzayeva Gülzar Lətif qızı (13 yanvar 1950, Yevlax) — Ali məhkəmənin hakimi. == Həyatı == Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, mülki məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir. 2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədri olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb. Hal-hazırda Ali Məhkəmənin hakimidir.
Gülzar İbrahimova
İbahimova Gülzar Hidayət qızı (21 dekabr 1958, Aldərə, Meğri rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005). AYB Prezident təqaüdçüsü, Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü, H. Zərdabi mükafatçısı. == Həyatı və yaradıcılığı == Gülzar İbrahimova 1958-ci il 21 dekabrda Zəngəzur mahalının Mehri rayonu Əldərə kəndində müəllim ailəsində anadan olub. 1959-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. (1965–1975) Oktyabr (Yasamal) rayonundakı 13 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə AzXTİ — nin (indiki İqtisadiyyat Universiteti) sənayenin planlaşdırılması fakültəsinin axşam şöbəsinə daxil olub və 1982-ci ildə bitirib. Ailəlidir. 1978-ci ildən 18 il Bakı 1 saylı tikiş fabrikində çalışıb. Həmin fabrikdə əvvəl hesablayıcı-texnik, sonra iqtisadcı-mühəndis, iqtisadcı-hüquqşünas vəzifələrində işləyib. Daha sonra komsomol komitəsinin raykom hüquqlu katibi işləyərək 10000-dən çox gəncə rəhbərlik etmişdir.
Gülzar İmaməliyeva
Gülzar İmaməliyeva (d. 5 dekabr 1907, Qroznı-ö.1997) – həkim-infeksionist, Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim, tibb elmləri doktoru, professor. == Həyatı == İmaməliyeva Gülzar Manaf qızı 5 dekabr 1907-ci ildə Çeçenistanın Qroznı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə tibb elmləri doktoru, 1967-ci ildə isə professor adını qazanmışdır. Gülzar İmaməliyeva 1997-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Gülzar İmaməliyeva Cənubi Qafqazda bruselyoz xəstəliyini öyrənən ilk azərbaycanlı qadın alim olaraq bilinir. O. 1973-cü ildən Azərbaycan Dövlət Tibb İnstutunun infeksion xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. Alim 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Günbar (Üskü)
Günbar (fars. گنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.091 nəfər yaşayır (639 ailə). == Təsərrüfat == Günbar mülayim yay iqlimi ilə məşhurdur. Yaxınlıqdakı şəhərlərdən, xüsusən də Təbrizdən bura çox sayda turist gəlir. İnsanların əsas məşğuliyyəti əkinçilik və bağçılıqdır. Qoz əsas məhsuldur.
Məhəmmədrza Gülzar
Məhəmmədrza Gülzar (21 mart 1977, Tehran) — İranlı gitaraçı və kinoaktyor.Tehranda doğulmuş azərbaycanlı aktyordur.
Qunnar Myurdal
Karl Qunnar Myurdal (ing. Karl Gunnar Myrdal) (6 dekabr 1898, Dalarna, İsveç - 17 may 1987, Danderid, İsveç) — Isveçli iqtisadçı və siyasətçi. 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Qunnar Myurdal 1923-cü ildə Stokholm Universitetinin Hüquq fakultəsindən məzun olur. 1927-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlir. 1933-1947-ci illərdə Stokholm İqtisadiyyat məktəbində professorluq edir. Bu müddətdə onun apardığı tədqiqatlardan Stokholm İqtisadiyyat məktəbi güclü təsirlənir. 1924-cü ildə Alva Myurdal ilə evlənir. Qunnar Myurdal və Alva Myurdal 1934-cü ildə "Əhali Məsələlərindəki Böhranlar" əsərini (ing. Crisis in the Population Question) birlikdə yazmışdılar.
Qunnar Nordal
Qunnar Nordal (isv. Gunnar Nordahl; 19 oktyabr 1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur. İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur. 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.
Qunnar Qarfors
Qunnar Qarfors (d. 29 may 1975, Hammerfest, Norveç) — Norveçli səyyah. Qunnar Qarfors 198 ölkəni ziyarət etmiş ən gənc həvəskar-səyahətçidir. O, bütün səyahətlərini daimi işindən ayrılmadan edə bilmişdir. Belə ki, Qunnar həftə sonları və özünün ödənişli məzuniyyətləri çərçivəsində dünyanı gəzmişdir.
Qunnar Qren
Yuhan Qunnar Qren (isv. Johan Gunnar Gren; 31 oktyabr 1920, Göteborq – 10 noyabr 1991, Göteborq) isveçli futbolçu və məşqçi. O, daha çox Milan və IFK Göteborg komandalarında ki, oyunu ilə tanınır. O, 1940–1950 illərdə Milanın və İsveç milli futbol komandasının hücüm xəttinin əfsanəvi Gre-No-Li üçlüyün hissəsi idi. Qren 1948 ilin Olimpiya Oyunlarının qızıl medalçısıdı və 1958 ilin dünya çempionatında İsveç millisinin heyətində ikinci yeri ala bilmişdi. O, 1946 ildə İsveçin ən yaxşı oyunçusuna verilən Guldbollen mükafatına layiq görülmüşdü. Qren İsveçin ən məşhur futbolçularından sayılır, onun şərəfinə "Gamla Ullevi" stadionun yaxınlığında heykəl qoyulub. Karyerasını 1970 illərdə bitirmişdir. O, 71 yaşının tamam olmasından 10 gün sonra ölmüşdür. Onu Göteborqda, İsveçdə basdırmışdılar.
Rakhi Gülzar
Rakhi Gülzar (15 avqust 1947, Ranaqxat[d]) 15 avqust 1947-ci ildə Hindistanda anadan olub. Əsasən hind dilində olan filmlərdə rol alıb. Təxminən 50 il ərzində 100-ə yaxın filmdə oynayıb. “Ən yaxşı qadın rolu”na görə Hindistanın “Filmfare Awards” milli mükafatının laureatı olub. 16 dəfə “Filmfare” mükafatına namizəd olub və bu onu aktrisalar arasında ən çox mükafata layiq görülən qadın aktrisa kimi tanıdıb. Rakhi “Utancaq”(1971), “Məhəbbət həyatdır” (1976), “Keçmşin kölgəsində” (1977), “Anlayışsızlıq” (1978), “Kölgəli xoşbəxtlik” (1981), “Qan qohumluğu” (1983), “Sevginin gücü” (1984) “Əriyən buludlar” (1985) filmlərində Şaşi Kapurla çəkilib. Onun digər tərəf-müqabili Amitabh Baççan olub. Birlikdə “Məhəbbət həyatdır” (1976), “Taleyin allahı” (1978), “Andlar və vədlər” (1978), “Qisas” (1979), “Qara daş” (1979), “Bir yağışlı gecə” (1981) «Təkrarolunmaz” (1982) filmlərinə çəkiliblər. Rakhi həmçinin “Ram və Lakhan” (1989), “Ölümlə oyun” (1993), “Zalım” (1993), “Karan və Arcun” (1995) və “Sərhəd” (1997) filmlərində də iştirak etmişdir.
Ule Qunnar Sulşer
Ule Qunnar Sulşer (26 fevral 1973[…], Kristiansunn[d]) — Norveçli keçmiş peşəkar futbolçu. Hal hazırda futbol məşqçisi. Karyerası ərzində hücumçu kimi çıxış edib. İngiltərəyə gəlməzdən əvvəl Norveçin "Klausenengen" və "Molde" klublarında oynamışdır. 1996-cı ildə 1.5 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdur. "Körpə üzlü qatil" ləqəbi ilə tanınan futbolçu bu klubun heyətində 366 oyuna çıxmış və 126 qolla yadda qalmışdır. Sonradan oyuna daxil olaraq vurduğu qollara görə "super ehtiyat" ləqəbi ilə də tanınır. UEFA Çempionlar Liqasının 1998/99 mövsümünün finalında Almaniya təmsilçisi "Bayern Münhen"ə qarşı oyunda görüşün əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qol Sulşerin ən məşhur qolu olaraq yaddaşlarda qalmışdır. Məhz həmin qol sayəsində "Mançester Yunayted" tarixində ikinci dəfə bu turnirin qalibi olmuşdu. Sulşer 2007-ci ildə dizindən aldığı zədə nəticəsində peşəkar futbolçu karyerasını bitirdiyini açıqlamışdır.
Gülzar İbrahimova (professor)
Gülzar İbrahimova (tam adı:İbrahimova Gülzar İsaxan qızıAzərbaycan Respublikası) — Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor == Həyatı == 1982-ci ildə Kürdəmir şəhər 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1980-1986-cı illərdə müxtəlif olimpiadalarda (Odessa, Almaata) orta məktəb şagirdləri (fizika, riyaziyyat) və universitet tələbələrin arasında uğur qazanmış, 1982-1987-ci illərdə Tələbə Elmi Cəmiyyətinin sədri və fakültə elmi şurasının üzvü olmuşdur. 2003-cü ildə “Ag-Ga-S (Se, Te) sistemlərində faza tarazlıqları, gümüşün xalkoqallatlarının və xalkotallatlarının termodinamik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən Qadın Problemləri üzrə Dövlət Komitəsi (indiki AQUPDK) ilə əməkdaşlıq edir və qadın məsələləri üzrə elmi araşdırmalar aparmışdır. 2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisə seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsindən namizəd kimi iştirak etmişdir. 2011 -ci ildə 23.00.02. - «Siyasi institutlar, etnosiyasi konfliktologiya, millii və siyasi proseslər» ixtisası üzrə «XIX-XX əsrlərdə Azərbaycanda qadın syasəti» doktorluq dissertasiyası BDU-nun Beynəlxalq münasibətlər fakültəsində yaradılmış birdəfəlik Şurada müdaiə edilmişdir.İlk dəfə olaraq Heydər Əliyevin qadın məsələlərinə münasibətini və Mehriban Əliyevanın coxşaxəli əməlı fəaliyyətini elmi tədqiqata cəlb etmişdir. Müəllif aparılan tədqiqatın nəticələrinə aid “Heydər Əliyev və Azərbaycan Qadını” adlı 17 ç.v. həcmində (Bakı:Adiloğlu, 2007) və “Azərbaycan Qadını:Tarix və Gerçəklik” adlı 31,25 ç.v. həcmində (Bakı: Elm, 2009) 2 monoqrafyanın, “Beynəlxalq münasibətlərin proqnozlaşdırılması” adlı dərsliyin (İstanbul: İksad, 2019), 1 kitabın redaktoru və 1 kitabın tərtibcisi olmaqla yanaşı beynəlxalq münasibətlərə və siyasətə aid 18 tədris-metodik işlərin, fənn proqramlarının və 170-dən çox elmi məqalə və tezisin müəllifidir.
Qundaq-qundaq
Guepar
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Gülnar
Gülnar (türk. Gülnar) — Mersin ilinin ilçəsi.
Gülsar
Gülsar— İranın Əlburz ostanının Savucbulaq şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,013 nəfər və 2,775 ailədən ibarət idi. Gülsar şəhəri,Böyük Seyfabad və Xalisə Seyfabad kəndlərinin birləşməsindən yaranıb.
Hunlar
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Junlar
Junlar (çin. 西戎 "Batılı savaşçı insanlar") — əsasən qədim Çinin batısında və ətrafında yaşamış prototürk xalq. Çin tarixi ənənəsinə görə quyfan, jun, di, hunyü, hiyenyün və hun adları eyni xalqın adlarıdır. Tunc üzərindəki yazılara və yazıların quruluşuna əsaslanan fonetik araşdırmalar və müqayisələr sonucunda çinli tarixçi Van Quovey belə qənaətə gəlib ki, annalistik qaynaqlarda quyfan, hunyü, hiyenyü, hiyenyün, jun, di və hu tayfa adları sonradan hunnu adı ilə tarixə düşən bir və eyni xalqın adlarıdır. Junlar, Şan sülaləsi dövründən (e.ə. 1765-1122) tanınırdılar. == Tarixi == Tibetdən şərqdə iki xalq — qoyunlara çobanlıq edən kyanlar və əkinçiliklə məşğul olan junlar yaşayırdı. Qədim dövrlərdə onlar iki müxtəlif xalq idi, hazırda isə hər ikisinin nəslindən olanları tibetlilər hesab edirlər. Kyanların varisləri olan nqoloklar bu günədək Amdo dağlarında köçəri kimi yaşayırlar, tibetlilər isə bizim eranın əvvəlinə qədər kyanlardan ayrılmış botlardır, onlar junlardan əkinçilik vərdişlərini götürərək Tsanpo (Brahmaputra) vadisinə köçdülər və burada Tibet mədəniyyəti və dövlətinin yaratdılar. Tibetlilərin əcdadı olan junlar da həmçinin çinlilərlə piyada kimi vuruşmuşlar və çox vaxt qələbə qazanmışlar.
Qullar
Qullar (Balakən) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qullar (Dərbənd) - Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Yuxarı Qullar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.