Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Ferdinando Qaliani
Ferdinando Qaliani (it. Ferdinando Galiani; 2 dekabr 1728[…], Kieti, Abruttso – 30 oktyabr 1787[…], Neapol) — italiyalı iqtisadçı və Maarifçilik dövrünün yazıçısı. == Bioqrafiyası == İyirmi iki yaşında, ona İtaliyanın hüdudlarından çox kənarda şöhrət qazandıran iki əsər yazdı: birincisi, Neapolitan cəlladının ölümü ilə bağlı bir şeir zarafatı, ikincisi “Pul haqqında” traktatı. Qaliani burada əşyaların dəyəri, vergilər, pul faizləri, borc, bankların təbiəti və mənşəyi, dövlət borcları, məzənnə və sair sualları nəzərdən keçirir. Əşyaların yüksək qiymətinin əhalinin yoxsulluğunun sübutu olduğuna dair fikirləri mübahisələndirir və əksinə bəzi həddindən artıq hallar istisna olmaqla, əşyaların yüksək qiymətinin ölkənin rifahına və sərvətinə işarə etdiyini müdafiə edir. Həm də maraqların tənzimlənməsinin əleyhinə danışır və sikkəyə əmtəə kimi baxmağı tövsiyə edir. Dəyər nəzəriyyəsi marjinal fayda və tələbin qiymət elastikliyində azalma olduğunu göstərən faydalılıqla əlaqəli olaraq nəzərdən keçirilir. 1755-ci ildə Qaliani Amalfidə kanon vəzifəsinə qaldırıldı, 1759-cu ildə ilk olaraq Parisdəki Neapolitan səfirliyinin katibi təyin edildi və ertəsi il səfir kimi fəaliyyətə başladı; tezliklə bu addan imtina etdi, lakin Parisdə qaldı. Burada ensiklopediklər və bir çox görkəmli ictimai xadimlərlə tanış oldu, sonra uzun illər yazışmalarda bulundu. Onun Parisdə nəşr etdirdiyi “Dialogues sur le commerce des bleds” (Rusca tərcümələri P. Cuvillier və M. Dragomirov ), Fransız dilində kitabı onun nüfuzunu artırdı.
Françesko Qabbani
Françesko Qabbani (it. Francesco Gabbani; d. 9 sentyabr 1982, Karrara, İtaliya) — İtaliya müğənnisi və bəstəkarı. O, 2016-cı ildə İtaliyanın Sanremo Musiqi Festivalında iştirakından sonra şöhrət qazanmışdır. 2017-ci ildə isə həmin festivalda qələbə qazanaraq, İtaliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. == Musiqi karyerası == === 2009-2014: Başlanğıc və Greitist Iz === 2009-cu ildə Françesko Qabbani Mira Leon ilə birlikdə "Filodoro" mahnısını ifa etmişdir. 2011-ci ildə ifaçının "Estate" və "Maledetto amore" sinqlları ilk dəfə təqdim edilmişdir. 2013-cü ildə o debüt albomunda yer alacaq "I dischi non si suonano" və "Clandestino" sinqllarını pərəstişkarlarına təqdim etmişdir. Debüt albom2014-cü ilin may ayında işıq üzü görmüşdür. Albom İtaliya albom siyahılarında 59-cu yerədək yüksələ bilmişdir.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Uçurtma qalxanı
Uçurtma qalxanı uçurtma şəklində olan orta əsr qalxanıdır. Uçurtma qalxanı bir çox cəngavər və insanlar tərəfindən qorunmaq üçün istifadə edildi, lakin iki əlli silahlar və daha çox hərəkətlilik üçün imtina edildi. Uçurtma qalxanlarının qalxan formasının səmərəliliyi süvari döyüşü baş verən zaman işə düşdü, bədənin çox hissəsini çiyinlərdən ayaqlara qədər qorumaq üçün faydalıdır və cəngavərə döyüşdə daha çox seçim imkanı verir.
Luici Qalvani
Luici Qalvani (it. Luigi Galvani, 9 sentyabr 1737[…], Boloniya[…] – 4 dekabr 1798[…], Boloniya) — italyan həkimi, anatomist, fizioloq və fizik, elektrofiziologiyanın və elektrikin öyrənilməsinin banilərindən biri, eksperimental elektrofiziologiyanın banisi. O, əzələlərin daralması zamanı elektrik hadisələrini ilk dəfə öyrənmişdir (“heyvan elektriki”). Müxtəlif növ metallar və elektrolitlər təmasda olduqda potensial fərqin yaranmasını kəşf etmişdir. Qalvaninin nəzəri biliklərini praktikada tətbiq edənlərdən biri də onun qardaşı oğlu Covanni Aldini idi. O, əzələlərin daralması zamanı elektrik hadisələri ilə bağlı, daha doğrusu, edam edilmiş cinayətkarların cəsədləri üzərində təcrübələr aparmağa başladı.
Akkani burnu
Akkani burnu — Çukot yarımadası sahillərində yerləşən, Berinq dənizinə daxil olan Meçiqmen buxtası ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukot rayonu ərazisinə daxildir. çuk. Ыкынин sözündən əmələ gəlmişdir. Mənası «soyuq» anlamındadır. Digər versiyaya görə isə «yeddi yurt» mənasını verir. Burun yaxınlığında morj yatağı vardır. == Akkani qəsəbəsi == Burnun şimal-şərqində dəniz məməliləri ovlayanlar tərəfindən salınmış qəsəbə vardı. 1960-ci illərdə burada 150 nəfər yaşayırdı. 1978-ci ildə sakinlər Lorinoya köçürlər.
Buxar qazanı
Buxar qazanı ― istilik enerjisini suya tətbiq edərək buxar yaratmaq üçün istifadə olunan cihaz. Buxar qazanı buxar mənbəyi lazım olan istənilən yerdə istifadə olunur. Onun forma və ölçüsü tətbiqetmə sahəsindən asılıdır: paravoz, lokomobil və buxarla işləyən yol nəqliyyat vasitələri kimi mobil buxar mühərriklərində daha kiçik qazan istifadə olunur; stasionar buxar mühərrikləri, sənaye müəssisələri və elektrik stansiyaları adətən boru kəmərləri ilə istifadə nöqtəsinə birləşdirilmiş daha böyük və ayrı buxar generatoru dəstinə malikdir. Diqqətəlayiq istisna kimi odsuz buxar lokomotivini göstərmək olar, orada buxar lokomotivin qəbuledicisinə (çəninə) ötürülür. == İlkin mühərrikin komponenti == Buxar qazanı əsas hərəkətverici mühərrik kimi baxıldıqda buxar maşınının ayrılmaz hissəsidir. Bununla birlikdə, o, ayrı-ayrılıqda nəzərdən keçirilməlidir, çünki müəyyən dərəcədə müxtəlif növ generatorlar fərqli mühərrik aqreqatlar ilə birləşdirilə bilər. Buxar qazanında yanacaq yandıran və istilik yaradan odluq və ya kürə olur. Yaranan istilik qaynama prosesi zamanı buxar yaratmaq üçün suya ötürülür. Beləcə, qaynar suyun üstündəki təzyiqdən asılı olaraq dəyişən sürətə malik dolğun buxar peydə olur. Qazanın istiliyi nə qədər yüksək olarsa, buxar daha sürətlə çıxar.
Gavani (Miyanə)
Gavani (fars. گاواني‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (9 ailə).
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. == Həyatı == Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.
Soka Qakkai
Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır. Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir. Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür". 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub.
Veysəl Qarani
Veysəl Qərani və ya Üveys Qarani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən - ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof. Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
Abşeron qabanı
Abşeron qabanı (lat. Sus apscheronicus), həmçinin və ya Abşeron donuzu və ya Binəqədi donuzu — müasir Şərqi Cənubi Qafqaz ərazisində orta pleystosen dövründə yaşamış çöl donuzunun nəsli kəsilmiş növü. Qalıqlar Azərbaycanın Binəqədi yaşayış məntəqəsi yaxınlığında dördüncü dövr çöküntülərində aşkar edilmişdir. == Xarakteristikası == Bu növ qaban yeni endemik növə aiddir. Şərqi Asiya zolaqlı donuzlar (Sus vittatus) qrupu ilə çox oxşarlıqlara malik olsa da, bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, bu növ olduqca böyük bullae ossae ilə seçilir. Gözyaşı sümüyünün kvadrata yaxın forması var (uzunluğun eninə nisbəti – 0,75). Abşeron çöl qabanının kəllə sümüyündə alveolun kökündə nisbi qalınlıq göstəricisi (yuxarı-aşağı diametrin ön-arxaya nisbəti) 66,6, digər çöl donuzlarının kəllələrində isə (Sus cristatus, Sus vittatus, Sus scrofa nigripes, Sus scrofa attila) 75 ilə 81,8 arasında dəyişir. Həmçinin, Abşeron qabanının Sus scrofa kəllələrindəki yuxarı köpək dişləri ilə müqayisədə yuxarı köpəyin aşağı səthində daha kəskin və daha aydın uzununa yivlər və qabırğalar vardır. Abşeron qabanının iki alt çənəsindəki dişlər qorunmamışdır.
Bahar qalxanı əməliyyatı
Bahar qalxanı əməliyyatı (türk. Bahar Kalkanı Harekâtı) - 2020-ci ilin fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı başlatdığı hərbi əməliyyat. Rusiya və Türkiyə rəhbərlərinin görüşünün nəticəsində döyüş əməliyyatları ərazisində martın 6-da atəşkəs elan edilmişdir.
Fərat Qalxanı Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.
İsmail Qaani
İsmail Qaani (fars. اسماعیل قاآنی‎; 8 avqust 1957, Məşhəd) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 3 yanvar 2020-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiridir. 1980–1988-ci illər İran-İraq müharibəsi zamanı Qaani 5-ci Nəsr Briqadasına və 21-ci İmam Rza Zirehli Briqadasına rəhbərlik etmişdir. İsmail Qaani 1997-ci ildə Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin təklifi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Yəhya Rəhim Səfəvi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələri komandirinin müavini təyin edildi. Millət vəkili olduğu dönəmdə Qaani 2010-cu ilin oktyabrında Nigeriyada Hizbullah və Qambiya üçün nəzərdə tutulmuş silah tədarükü daxil olmaqla, hərbçilərin qruplarına edilən maliyyə ödənişlərini ələ keçirdi. 27 mart 2012-ci ildə Qaani ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Xüsusi Təyin olunmuş Vətəndaşlar və Qadağan Şəxslər siyahısına əlavə edildi, aktivləri donduruldu və ABŞ qurumları ilə əməliyyatlar aparılması qadağan edildi. İranın Ali Dini Lideri Əli Xamenei general-mayor Qasım Süleymaninin ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında hədəfə alınaraq öldürülməsindən sonra 3 yanvar 2020-ci ildə Qaanini İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Qüds qüvvələrinin komandiri təyin etdi. Qaani ABŞ-nin bölgədəki mövcudluğunu kəskin tənqid etmiş və zaman-zaman ABŞ prezidenti Donald Tramp və Amerika vətəndaşlarına qarşı döyüşçü üslubunda ritorikalarını bildirmişdir. O, 5 iyul 2017-ci ildə şəhidlərin anım mərasimində ABŞ-nin İrana hücum üçün İraq və Əfqanıstana 6 trilyon ABŞ dollarını boş yerə xərclədiyini iddia etmişdir.
Ophrys oestrifera subsp. montis-gargani
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Baltik sipəri və ya Baltik qalxanı