Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dərzili
Dərzili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İrəm Dərici
İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır. İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir. 2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir.Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır. 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir.Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi.
Fərzili
Fərzili (əvvəlki adı: Fərzəli) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Fərzəli kəndi Fərzili kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin tam adı Kərbəlayı Fərzəli olmuşdur. Yerli əhalinin məlumatına görə, Kərbəlayı Fərzəli həmin kənddə məskunlaşmış maldar ailələrin başçısının adı olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin qışlaq yerində oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərzəlinin adı ilə adlandırılmışdır. Oykonim 1917-ci ildə Fərzili variantında da qeydə alınmışdır. Kəndin adı 2001-ci ildən Fərzili kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Fərzəliçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mərzili
Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev və Asəf Mütəllimov tərəfindən öldürülür. 2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər. Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır.
Hərbiçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Müddətli (əsgər) və müddətsiz (zabit və gizir) xidmət edə bilərlər. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Dəricə
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Asif Mərzili
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı. == Həyatı == Asif Mərzili 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1977-ci ildə Mərzili kənd orta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisad fakültəsinin axşam şöbəsinə qəbul olunub. 1979–1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirb. 1984-cü ildə Neft Kimya Sənayesi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin edilib, 1989-cu ildə nazirliyin "Böyük kimya uğrunda" çoxtirajlı qəzetinin baş redaktoru təyin edilib. 1982–1988-ci illər ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ştatdankənar əməkdaşı olub. 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin orqanı "Respublika" qəzetinə köçürmə yolu ilə müxbir təyin olunub. 1991-ci ildə köçürmə yolu ilə Milli Məclisin orqanı "Həyat" (indiki "Azərbaycan") qəzetinə parlament müxbiri təyin edilib. 1992-ci ildə "Ədalət" qəzetinə baş redaktorun 1 müavini təyin olunub.
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. == Tarixi == "Dənizçi Günü" peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində "Dənizçilər günü"nün qeyd olunması barədə qərar qəbul edilib.
Madrid derbisi
Madrid derbisi (isp. El Derbi Madrileño) — İspaniyanın Madrid şəhərini təmsil edən Real Madrid və Atletiko Madrid klubları arasında oynanan, gərgin rəqabət şəraitində keçirilən futbol matçlarına verilən addır. Bu iki əzəli rəqib arasında baş tutan derbi əvvəllər yalnız İspaniya peşəkar futbol yüksək liqası çərçivəsində idi, lakin artıq son dövrlərdə derbi anlayışı ümumiləşdirilib və iki klub arasında (UEFA Çempionlar Liqası, Kral Kuboku, İspaniya Superkuboku və s. turnirlər) hər matçı əhatə edir. İki klub 2014-cü ildə UEFA Çempionlar Liqasının Finalı üçün Lissabonda qarşılaşdı və bununla ilk dəfə eyni şəhərin iki klubu final matçında oynadı. 2016-cı ildə Milanda keçirilən UEFA Çempionlar Liqasının Finalında Real Madridin iki il əvvəl olduğu kimi qalib gəldiyi ikinci qarşılaşmadan sonra, klublar 2018-ci ildə UEFA Super Kubokunda da qarşılaşdılar. Bu dəfə isə əsas vaxtın heç-heçə bitdiyi qarşılaşmada əlavə vaxtda Atletiko qalib gəldi. == Tarixi == İki klub arasında rəqabət XX əsrin əvvəllərində başladı. İspaniyan paytaxtının ən güclü klubu olan Madrid Futbol Klubu (1902-ci ildə təsis edilib) şəhərin ən yaxşı kiçik klublarının birləşmə və satınalmalarını davam etdirdi. Eyni zamanda Madrid FK rəqabət apardığı klubların ən yaxşı oyunçularını da heyətinə cəlb etdi, bu da Ağlara qarşı mübarizə apara bilməyən klubları sıradan çıxardı.
Milan derbisi
Milan derbisi — İtaliyanın iki nəhəng klubu Milan və İnter klubları arasında olan futbol oyunu. Milan derbisi əsasən İtaliya A Seriyası oyunları, həmçinin futbol üzrə İtaliya kuboku və Avropa Çempionlar Liqası oyunlarında keçirilir. Bəzən derbi İtaliyada "Derby della Madonnina" adlanır. Buna səbəb isə adətən italiyalıların derbi oyunlarını, derbi keçirilən şəhərdə olan bir görməli yer ilə adlandırmasına görədir. Milan şəhərində olan məşhur Milan Kafedralının üzərində yerləşən Müqəddəs Məryəm (Madonnina) heykəlinə görə isə, italiyalılar bu derbini "Derby della Madonnina" adlandırır. Derbinin tarixi 10 yanvar 1909-cu ildən başlayır. İlk oyun Milan klubunun 3–2 hesablı qələbəsi ilə nəticələnib. Oyunlar hal hazırda San Siro stadionunda keçirilir.
Mərzili bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mərzili kəndi
Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev və Asəf Mütəllimov tərəfindən öldürülür. 2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər. Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır.
Mərzili qəsəbəsi

Qafqaz derbisi
Qafqaz derbisi (Neftçi-Ararat)
Sultan Mərzili
Məmmədov Sultan İsgəndər oğlu (Sultan Mərzili) (d.1 iyul, 1948) - şair, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sultan Mərzili 1948-ci il iyulun 1-də Dağlıq Qarabağda anadan olmuşdur. Söy kökü Ağdamın Mərzili kəndindəndir. Orta məktəbi bitirdikdən sonra ADU-nun fizika fakültəsində təhsil almışdır. Təyinatla Dağlıq Qarabağın Əmiranlar kəndinin səkkizillik məktəbində dərs hissə müdiri işləmişdir. Sonra Qaradağlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi, Sumqayıt şəhərində 4 saylı orta məktəbdə müəllim, Moskvada sənaye sahələrində qaynaq texnologiyası laboratoriyasında mühəndis, SSRİ Dövlət Təchizat İdarəsində usta, tikinti idarəsində usta,təhlükəsizlik texnikası üzrə mühəndis, polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı olmuşdur. Sultan Mərzili 1978-ci ildən Moskvada yaşayır. Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlamışdır. Lakin ilk mətbu şeri 1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir.
Tərzili (Urmiya)
Tərzili (fars. طرزلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Ustad dərgisi
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Ötüken Dərgisi
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Əhməd Bərdici
Əhməd Bərdici — fiqh, hədis alimi. Azərbaycanda Əhməd Bərdicinin irsini ilk dəfə tədqiq edən AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, alim vaxtilə Kür çayı sahilində Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuşdur. Əbubəkr Əhməd Harun oğlu Bərdəi Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə -İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazır: Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əl-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir. Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918–995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. ə-Xətib əl-Bağdadi (1002–1071) və Əbu Səd əs-Səmani (1113–1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl.
Birmingem derbisi
Birmingem derbisi (ing. Birmingham Derby) Birmingem şəhərinin iki əsas klubu — "Aston Villa" və "Birmingem Siti" arasında futbol matçlarıdır. İkinci Şəhər Derbisi (ing. Second City derby) kimi də tanınır ki, bu da uzun müddət əhalisinə görə İngiltərənin ikinci şəhəri olan Birmingemin ləqəbinə istinad edir. Bir qayda olaraq, eyni şəhəri təmsil edən "Aston Villa" (ləqəbləri — "Aslanlar") və "Birmingem Siti" (ləqəbləri — "Mavilər") və azarkeşləri bir-birlərinə barışmaz rəqiblər kimi baxırdılar. Yalnız 1988–2002-ci illər arası, 14 il müxtəlif divizionlarda çıxış etdikləri və bir-birləri ilə qarşılaşmadıqları dövr istisna təşkil edir. Bu zaman Birmingem komandalarının əsas rəqibləri Qərbi Midlands bölgəsindəki qonşuları idi: "Aslanlar" üçün "Koventri Siti" ilə oyunlar prinsipial xarakter daşıyırdı, "Mavilər" üçun isə "Volverhampton Vanderers" və "Vest Bromviç Albion" ilə matçlar çox böyük əhəmiyyət kəsb edirdi.
Mustafa Destici
Mustafa Destici (3 fevral 1966, Gəcək[d], Əskişəhər ili[d]) — Türkiyə siyasətçisi və Böyük Birlik Partiyasının (BBP) hazırkı lideri. Ankara Universitetini bitirmişdir. 3 fevral 1966-cı ildə Əskişəhərin Günyüzü rayonunun Gəcək kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Sivrihasarda, liseyi isə Tofiq İləri Anadolu İmam Hatip Liseyində bitirmişdir. 1988-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsindən məzun olmuşdur. 2007-ci ildə dövlət qulluğundan ayrılaraq Böyük Birlik Partiyasında siyasətə başlamışdır. O, 2007-ci ildə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Böyük Birlik Partiyasının qurucusu Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzasına uğrayanda partiyanın təşkilati işlər üzrə sədr müavini olmuşdur. Yazıçıoğlunun ölümünün təsdiqlənməsindən sonra keçirilən IV Fövqəladə Qurultayda baş katib Yalçın Topçunun siyahısından seçilmişdir.
Nerpiçi adası
Nerpiçi adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Bütün adalar qrupu ilə birlikdə 1993-cü ildə yaradılmış Böyük Arktik qoruğunun bir hissəsidir. Arxipelaqın cənub-şərq hissəsində, materik Rusiyadan iki kilometr məsafədə, Minin yarımadası (Leninqrad boğazından qərbdə və cənubda) və Xariton Laptev sahillərində (cənub-şərqdə və şərqdə) yerləşir. Nerpiçinin şimal-qərbində və şimalında Minin skerrisinin digər adaları — Emelyanov adası (1,5 kilometr qərbə), Vxodnıe adaları (3,3 kilometr qərbə), Priqlubnı adası (3,5 km şimal-şərqdə) və şimaldan bir km-dən az məsafədə arxipelaqın ən böyük adası Kolosovıx adası yerləşir. Nerpiçi qeyri-bərabər L formasına malikdir, körfəzlər və burunlarla girintilidir, cənub-şərq hissəsində isə pazşəkilli buxtaya malikdir. Ən böyük zirvəsi şimal-qərbəyerləşir. Stvornoy şimal-qərb burnundan cənub-şərq ucuna qədər uzunluğu 11 kilometr, ən şimaldan ən cənub nöqtəsinə qədər məsafə isə 10 kilometrdir. Eni mərkəzi hissədə 5 kilometrə qədərdir. Adanın çox hissəsini dörd alçaq, zərif təpələr tutur.
Mustafa Dəstici