Mərzili — Azərbaycan Respublikasının Ağdam rayonunun Mərzili kənd inzibati ərazi dairəsində kənd.[1] 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Mərzili | |
---|---|
39°55′57″ şm. e. 47°03′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Ağdam rayonu |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 262 m |
Saat qurşağı | |
Rusiya İmperiyasının əhali siyahıyalaması nəticəsində hazırlanmış "Qafqaz Təqvimi" adlanan reyestr məlumatlrının 1886-cı ilə aid qeyrlərinə əsasən "Marzulu" kəndi Yelizaverpol Qurbermniyasının Şuşa qəzasında yerləşir, əhalisi 273 evdə yaşayan 1079 nəfər Qafqaz diyarının tatarından (azərbaycanlıdan) ibarətdir və hamısı şiə müsəlmanıdır[2].
Həmin reyestrin 1912-ci ilə aid qeydlərinə görə "Marzulu" kəndi Yelizaverpol Qurbermniyasının Şuşa qəzasında yerləşir, əhalisi 1625 nəfər tatarlardan (Azərbaycanlılardan) ibarətdir[3].
Mərzili kəndində Azərbaycan SSR dövründə Ağdam rayonunun ikinci böyük kolxozu yerləşirdi.
Mərzili kəndi 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.[4] Lakin buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dən olan erməni terrorçusu Monte Melkonyan 708-ci hərbi hissənin 258-ci PDM ekipajlari Şaiq Kəlbiyev[5] və Asəf Mütəllimov tərəfindən öldürülür.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[6] ilə Mərzili kənd sakinlərinin xahişi nəzərə alınaraq, kənd sakinlərinin toplandığı ərazidə Mərzili bələdiyyəsi təşkil edilmişdir.
2004-cü ildə Mərzili Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
2004-2020-ci illər arasında Mərzili bələdiyyəsi Azərbaycan Respublikası ərazisində yeganə bələdiyyə olmuşdur ki, onun ərazisi tam olaraq işğal altındadır, lakin bələdiyyə qərarları və normativ xarakterli aktları qəbul edilmişdir.
Mərzili bələdiyyəsinin birinci Nizamnaməsi 2004-cü ildə, yenisi isə 30.08.2017-ci il tarixində qəbul eidlmişdir[8].
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[9] uyğun olaraq, Mərzili bələdiyyəsi Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. [10] Mərzili kəndi işğal olan zaman mülki şəxslərdən Əli Zeynalov ermənilərlə döyüşərək qəhrəmancasına şəhid oldu. Kənd sakinlərindən Behbudalı Qasımov, Sumbat Qasımov, Süleyman və həyat yoldaşı Qızyetər, Eyvaz, həyat yoldaşı Gülxanım və qızı 4 yaşlı Solmaz ermənilər tərəfindən qətlə yetirildilər.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə” 18.11.2024-cü il tarixli Qanunla[11] təsdiq edilmiş Siyahının "Ağdam rayonu" hissəsində isə Mərzili bələdiyyəsinin adı qeyd olunmayıb.
Mərzili — Ağdam rayonunda kənd adı. Qarabağda yaşamış Mərzili tayfasının adındandır. XIX əsrin sonlarında Mərzəli Kənd icmasında Birinci Mərzili. Mərzili-İsmayıl bəy (indi bu kənd İsmayıl bəyli adlanır) və Mərzili-Cəfərquluağa adlı üç məntəqə vardı. Qarabağda orta XIX əsrdə yaşamış Mərzili elinin oturaqlaşması nəticəsində yaranmış kəndlərdəndir. Bu el 1845-ci ildə cəmi 19 ailədən ibarət idi. Mosul, Goranlı, Molday Rəsullu və Zeynalabdinbəyli köçləri Şirvan xalqı Musfata xana məxsus olmuş, lakin xanlıq ləğv edildikdən sonra Araz sahillərinə köçürülmüşdür. F.Deminskinin yazdığına görə Mərəzəli (Mərzilik) eli 5 qoldan ibarət olmuşdur. Ulu-Şıxlı, Əmirli, Danayerli, Kürə-Çullu və Sofulu sonra el böyüyərək 8 tirədən ibarət idi:Mehterli, Şirvanlı, Bapaxçı, Hacımanlı, Dəlləkli, Novruzlu, Həmzəlilər və Daşdəmirlər.[12]
İşğaldan yeni azad olunan Mərzili kəndinin təxmini 8.000 əhalisi respublikanın müxtəlif bölgələrində məskunlmışdır. Mərzili kəndi Qarabağ uğrunda gedən döyüşlərdə 36 nəfər hərbi 9 nəfər isə mülki şəhid vermişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |