Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Dayti Milli Parkı
Dayti Milli Parkı (alb. Parku Kombëtar i Malit të Dajtit) ― 1966-cı ildə mərkəzi Albaniyada yaradılmış, 2006-cı ildən bəri 293,84 km² ərazini əhatə edən milli park. Park Adriatik dənizinin 40 kilometr (25 mil), Tirananın isə 26 kilometr (16 mil) şərqində yerləşir. Ərazi Albaniya Qoruq Əraziləri Agentliyi (ing. Albanian Agency of Protected Areas - AKZM) və Tirana Bələdiyyəsi Parklar və İstirahət Agentliyinin (ing. Tirana Municipality Parks and Recreation Agency APR) birlikdə səlahiyyətindədir. Park ekosistem və biomüxtəlifliyin fərqliliyi üçün əlverişli şərait yaradan olduqca parçalanmış, kələ-kötür topoqrafiyası ilə seçilir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı II kateqoriyaya daxil etmişdir. Park həmçinin Plantlife tərəfindən beynəlxalq əhəmiyyətli Mühüm Bitki Sahəsi (ing. Important Plant Area (IPA)) kimi tanınmışdır.
Dayki
Dayki — Yaponiya adı. Dayki Niva — Yaponiya futbolçusu. Dayki İvamasa — Yaponiya futbolçusu. Dayki Takamatsu — keçmiş Yaponiya futbolçusu. Dayki Sakamoto — Dayki Kamikava — Yaponiya cüdoçusu.
Dhoti
Dhoti (hind. धोती, dhotīIAST) — Cənubi və Cənub-Şərqi Asiyada, xüsusən də Hindistanda yayılan ənənəvi kişi geyim növü. Bu ayaqları və kalçaları ətrafına bükülmüş 2-5 m uzunluğunda parça düzbucaqlı bir zolaqdır. Adətən, ağ və ya bir rəngli bir parça istifadə olunur, bəzən kənarında bir bəzək ilə bəzədilir. Geyindikdə, dar şort və ya qısa haram şalvarlara bənzəyir. Hindistanın cənubunda və Pəncabda dhoti ənənəvi olaraq yubka-şum şəklində geyildi. Dhotinin uzunluğu kasta ayrılığının əlaməti ola bilər: ali kastaların üzvləri, bir qayda olaraq, uzun dhoti, aşağı qala nümayəndələrinin işləməyə daha uyğun olanları daha qısa idi. Cənubi Hindistanda dhotinin istifadəsi də geniş yayılmışdır. Tamil Nadu əyalətində veshi kimi tanınır və sadəcə beldə qıvrılır. Dhoti geyinməyin bu üsulu Kerala və Karnatakada da adi haldır.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Dortnı
Dortnı (hal-hazırda: Antaraşat erm. Անտառաշատ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması. Qafan şəhərindən 7 km şimalda yerləşən kənd 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Adı == Toponim qıpçaq mənşəli «durt» (>dort) etnonimi əsasında yaranmışdır. F.Kırzıoğluya görə, 1588-cı ildə qışı Gəncə sancağında, yayı Zəngəzurda keçirən bir el «dördnu» adlanırdı. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə dəyişdirilərək Antaraşat (erm. Անտառաշատ) edilib.
Doydu
Doydu - türk və altay mifologiyalarında nəhəng Ölüm Balığı. Toydu Balıq olaraq da bilinir. Yeraltındaki böyük dənizdə yaşadığına inanılan əfsanəvi nəhəng balıq. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynatınca zəlzələlər olur, tufanlar qopar. Ker Balıq da deyilir. Adı Abra və Yutpa ilə birlikdə xatırlanar. == Etimologiya == (Doy/Toy) kökündən törəmişdir.
Döyüş
Döyüş — bir-biri ilə münaqişədə olan ya müharibə vəziyyətində olan iki tərəf arasında baş verən irimiqyaslı hərbi əməliyyatlara deyilir. Döyüşün adı əsasən hərbin baş verdiyi ərazinin adından götürülür. Döyüş müharibənin gedişatında xüsusi çəkiyə malik olub, onun taleyini tam həll etmiş olur. Qədim Dünyada, Orta Əsrlərdə və yeni Tarixdə döyüş konkret bir məkanda, açıq bir yerdə, dənizdə, donmuş göl üzərində baş verir və bir neçə gündən artıq davam etmirdi. Müasir dövrdə döyüş geniş bir coğrafiyada baş verir və aylarla davam edə bilir.
Koyçi
Koyçi — ad. Koyçi Tanaka — 2002-ci ildə kimya üzrə Nobel mükafatçısı. Koyçi Oita — keçmiş Yaponiya futbolçusu. Koyçi Haşiratani — keçmiş Yaponiya futbolçusu.
Leyti
Leyti — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.Bakı-Quba yolunun 132 kilometrliyində, Gəndov kəndindən 6 km qərbdə Lətərsən dağının döşündə yerləşir. Şimaldan Pirəmsən, cənubdan Ləcədi kəndi ilə həmsərhəddir. Kənddə 1 ibtidai məktəb var. Kəndin tarixi çox qədimdir Bunu kəndin şimal və cənubunda yerləşən qəbiristanlıqlar sübut edir. Buradakı məzarlar üzərində ərəbcə yazılan yazıları oxumaq üçün xüsusi mütəxəssislər lazımdır. "Leyti" sözünün etimologiyası məlum deyil. == Əhalisi == Kəndin əhalisi 140 nəfər təşkil edir.
Aleksandra Kotti
Aleksandra Kotti (d. 13 noyabr 1988) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Aleksandra Kotti, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Aleksandra Kotti, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Böyük Keyti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Cek Dorsi
Cek Dorsi (ing. Jack Patrick Dorsey; 19 noyabr 1976[…], Sent-Luis, Missuri, ABŞ) — proqram təminatı arxitektoru, biznesmen; "Twitter"in ideya müəllifi və yaradıcılarından biri. == Həyatı == Cek Dorsi 19 noyabr 1976-cı ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. O, Sent-Luisdə Bishop DuBourg High School məktəbində orta təhsil alıb. Cek tennis, rəsm çəkmək və incəsənət tarixinə maraq göstərib, məktəb qəzeti üçün yazıb və kompüter klubunda iştirak edib. Yeniyetmə olaraq, o, kompüterləri xoşlayıb və IBM-in ilk versiyalarından birini öyrənərək saatlarla kompüterin qarşısında oturub. Dostları Cekin yeniyetməlik dövründən danışarkən onu sakit oğlan kimi təsvir edirlər. Onun danışığında pəltəklik olub və buna görə də susmağa üstünlük verib. Gənc Dorsi bunun öhdəsindən gələ bilib. Həkimlərin köməyi ilə sağalmağa ümidini itirib, o, qəsdən natiqlik məharəti üzrə məktəb yarışlarında iştirak etməyə başlayıb.
Ceyson Dolli
Ceyson Skot Dolli (5 iyul 1991, Los-Anceles, Kaliforniya) — Amerika aktyoru, müğənnisi, musiqiçisi. Ən məşhur rolu Uğurlar, Çarli! filmindəki Picey Dankan roludur.
Dasti Sprinqfild
Dasti Sprinqfild (ing. Dusty Springfield, əsl adı Meri İzobel Ketrin Bernadett O’Brayen; 16 aprel 1939 — 2 mart 1999) — ingilis pop musiqi müğənnisi. 1960-cı illərdə müvəffəqiyyətli bir dövr keçirən Springfield 1980-lərin sonlarında da müvəffəqiyyətli bir "geri dönüş" ilə özündən söz etdirmişdir. == Həyatı == === Fəaliyyəti === İlk sinqlı I Only Want to Be With You həm ABŞ-də, həm də İngiltərədə müvəffəqiyyətli oldu. Bunu bir çox single və albom izlədi. Bunlardan bir neçəsi Stay awhile, I Just Dont Know What to Do With Myself və Losing You. Ardından özü üçün yazılan The Look of Love gəldi və bu mahnı Bond filmində istifadə edildiyi üçün Akademiya Mükafatı namizədi oldu. 1964-cü ildə zamanının ən böyük solo müğənnisi oldu. 1966-cı ildə, ən böyük çıxışını You Dont Have to Say You Love Me (1966) ilə etdi. O il nəşr olunan bütün siyahılarda xüsusilə yer alan bu mahnı, müğənninin karierinin ən üst nöqtəsi idi.
Dayki Kamikava
Dayki Kamikava (yap. 安倍 晋三 7 aprel 1989 Yamaquçi, Yaponiya) — 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Yaponiya cüdoçusu. Kamikava 2010-cu ilin sentyabrında Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutmuş dünya çempionatında qızıl medal əldə edib. O, mütləq çəki dərəcəsinin finalında Fransa təmsilçisi Teddi Rineri məğlub edib.
Dayki Niva
Dayki Niva (16 yanvar 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli futbol komandasının heyətində 2 oyun keçirib.
Dayki Sakamoto
Dayki Sakamoto (坂元大希, Sakamoto, Daiki, 15 aprel 1996-cı ildə Saqa prefekturasında anadan olub) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. == Klub statistikası == 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Dayki Takamatsu
Dayki Takamatsu (d. 8 sentyabr 1981) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Dayki İvamasa
Dayki İvamasa (d. 30 yanvar 1982) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Deyli Blind
Deyli Blind (d. 9 mart 1990, Amsterdam, Niderland) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Niderland milli yığmasında müdafiəçi və yarımmüdafiəçi mövqeyində çıxış edən holland futbolçu. == Həyatı == Ayaks klubunun keçmiş futbolçusu və Niderland milli yığmasının futbolçusu və baş məşqçisi olmuş Danni Blindin oğludur. Ayaks klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra əsas komandaya yüksəlmiş, Qroningen klubunda bir il icarə əsasında çıxış etdikdən sonra isə əsas heyət üzvünə çevrilmiş və klubu ilə dörd dəfə Erediviziya çempionu olmuşdur. 2014-cü ilin sentyabr ayında 13.8 milyon funt-sterlinq qarşılığında İngiltərə təmsilçisi Mançester Yunayted klubuna transfer olmuşdur. 2013-cü ildən bəri milli komandanın əsas heyət üzvlərindən biri hesab olunur. 2014 FİFA Dünya Kubokunda bürünc medal qazanan Niderland milli yığmasının heyətində Deyli Blind də olmuşdur.
Deysi Kori
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993, Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı. == Şahmat karyerası == Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16, 2011-ci ildə isə U20 kateqoriyasında) və iki gümüş (2009-cu ildə U20, 2010-cu ildə isə U18 kateqoriyasında). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20). 2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub. 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub. Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib: 2010-cu ildə Antakyada ilk turda ukraynalı Mariya Muzıçuka uduzub; 2012-ci ildə Xantı-Mansidə ilk turda rusiyalı Anna Uşeninaya uduzub; 2015-ci ildə Soçidə ilk turda çinli Ley Tintszeyə uduzub; 2017-ci ildə Tehranda ilk turda rusiyalı Alina Kaşlinskaya uduzub; 2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır. Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016).
Deyvi Çeyz
Deyvi Elizabet Çeyz qızlıq soyadı: Çeyz-Şvaller (ing. Daveigh Elizabeth Chase; 24 iyul 1990) — ABŞ aktrisası, fotomodeli və müğənnisi.
Deyzi Şah
Deyzi Şah (ing. Daisy Shah, hind. (dev.) डेज़ी शाह) — Hindistanlı model, rəqqasə və aktrisa. 25 avqust 1984–cü ildə Hindistanın Maharaştra ştatında, Bombay (hazırda Mumbay) şəhərində, qucaratlı ailədə anadan olmuşdur.
Dobri Dobrev
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı. Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir. == Erkən həyatı == Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub. Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina uşaqları təkbaşına böyütməli olub. Dobrev gəncliyini və məktəb illərini xatırlamır. == Yetkin həyatı == Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib.