Dayti Milli Parkı

Dayti Milli Parkı (alb. Parku Kombëtar i Malit të Dajtit) ― 1966-cı ildə mərkəzi Albaniyada yaradılmış, 2006-cı ildən bəri 293,84 km² ərazini əhatə edən milli park. Park Adriatik dənizinin 40 kilometr (25 mil), Tirananın isə 26 kilometr (16 mil) şərqində yerləşir.[2] Ərazi Albaniya Qoruq Əraziləri Agentliyi (ing. Albanian Agency of Protected Areas - AKZM) və Tirana Bələdiyyəsi Parklar və İstirahət Agentliyinin (ing. Tirana Municipality Parks and Recreation Agency APR) birlikdə səlahiyyətindədir. Park ekosistembiomüxtəlifliyin fərqliliyi üçün əlverişli şərait yaradan olduqca parçalanmış, kələ-kötür topoqrafiyası ilə seçilir.

Dayti Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi
  • 292,169 km²
  • 24.723,1 ha[1]
Yaradılma tarixi 1966
Yerləşməsi
41°21′57″ şm. e. 19°55′32″ ş. u.HGYO
Ölkə
Dayti Milli Parkı xəritədə
Dayti Milli Parkı
Dayti Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı II kateqoriyaya daxil etmişdir. Park həmçinin Plantlife tərəfindən beynəlxalq əhəmiyyətli Mühüm Bitki Sahəsi (ing. Important Plant Area (IPA)) kimi tanınmışdır.[3]

2019-cu ildə ərazidə yeni turizm məlumat mərkəzi açılmışdır.[4]

Dayti massivi 1,613 metr (5,292 ft) hündürlüyündə dağ silsiləsidir.[5][6] Dağa qalxan alpinistlər buradan Tirana şəhərinə və bölgənin digər dağlarına baxa bilərlər. Bu panoramik mənzərəsinə görə bu yer Tirana balkonu adlandırılmışdır. Tirananın əsas su mənbələrindən biri olan Bovilla gölü də dik qayalar və kanyonla birlikdə ərazinin şimal-şərqində yerləşir. Parkın digər ucunda, bölgədən axan Erzen çayı boyunca çayın əmələ gətirdiyi Skorana dərəsində yerləşən tarixə qədərki Pellumbas mağarası yerləşir. Digər bir təbiət möcüzəsi isə eyniadlı kəndin yaxınlığında yerləşən Şön-Gyergi şəlalələridir.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Daytinin fərqli geologiyası və topoqrafiyası nəticəsində ərazidə fərqli florafauna formalaşmışdır. Parkda bir çox yabani çiçək növünün mövcud olduğu meşələr və dağ landşaftı ilə birlikdə çoxsaylı məməli növü də qorunur. Ərazidə çöl donuzu, Avrasiya qurdu, qırmızı tülkü, Avropa dovşanı, qonur ayı, dələ və Avropa meşə pişiyi yaşayır. Dağın aşağılarındakı flora əsasən mərsinçiyələk kimi bitki və kolluqlardan təşkil olunmuşdur. Palıd ağaclarına 600–1000 m hündürlükləri arasında, fıstıqağcaqayın meşələri və 1000 metrdən yuxarıda yerləşən iynəyarpaqlı meşələrdə rast gəlinir. Qayalıqlardan ibarət daha yüksək hündürlüklər zəif bitki örtüyünə malikdir.

Meşə yanğınları və meşələrin qırılması

[redaktə | mənbəni redaktə et]

2010-cu illərdə meşələrin qırılması dağda böyük bir problem halına gəldi. 2012-ci ilin yayında və 2019-cu ilin yazında[7] Priska zirvəsində baş verən meşə yanğınları nəticəsində 10 hektar meşə ərazisi yanmışdır. 2017-ci ildə isə Daytidə baş verən yanğın meşəyə qismən zərər vermiş və səlahiyyətlilərdən yanğını yalnız helikopterlərin köməyi ilə söndürmələri tələb edilmişdir.[8] Zirvələrdə dəyən zərər çox idi və Tiranadan açıq şəkildə görünə bilərdi.

Meşə yanğınları hər il daha da tez-tez baş verir, günahkarlar isə məhkum edilmir.

Dayti dağından Tirananın panoraması
  1. 1 2 3 Nationally designated areas (CDDA) (ing.).
  2. "Dajti National Park A Recreational Area for Citizens of Tirana, Albania" (PDF). mmv.boku.ac.at (ingilis). səh. 432. 2017-08-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-25.
  3. IUCN, Ümumdünya Təbiəti Mühafizə Fondu, Plantlife. "Important Plant Areas of the south and east Mediterranean region" (PDF). portals.iucn.org (ingilis). səh. 75. 2019-02-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-25.
  4. "Arxivlənmiş surət". 2020-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  5. "Dajti Mountain National Park". akzm.gov.al (ingilis). 2017-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  6. "Figure 1. Dajti National Park (Albania), the study area". researchgate.net (ingilis). 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  7. "Arxivlənmiş surət". 2020-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  8. "Arxivlənmiş surət". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.