Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d]) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. == İstinadlar == == Xarici keçidlər == "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Morone
Amerika lavrakları (lat. Morone) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar Şimali Amerika ərazisində yayılmışdır. Zolaqlı lavraklar 1965-ci ildən Krasnodar diyarının sularında qeydə alınmışdır. Onlara Kuban çayında rastlamaq mümkündür.
Corvus corone
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Dorota Rabçevska
Dorota Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Megatriorchis doriae
Megatriorchis doriae (lat. Megatriorchis doriae) — megatriorchis cinsinə aid heyvan növü.
Morone saxatilis
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Dorji Banzarov
Dorji Banzarov (təx. 1822, Kutetyev ulusu, Selenga çöl duması, Zabaykal vilayəti, indiki Cidin rayonu Buryatiya – 1855, İrkutsk) — ilk buryat alimi. == Həyatı == Dorji Banzarov əslən buryat-kazaklardandır. 1822-ci ildə anadan olmuşdu. Atası təqaüdə çıxmış kazak əllibaşısı Banzar Borxonov idi.1833-cü ildə Ataman-Nikolayev məktəbini bitirmişdi.1835-ci ilin sentyabr ayına kimi hərbi məktəbi tamamlamışdı. Hərbi məktəbi bitirdikdən sonra Kazan gimnaziyasına göndərilmişdi. 25 yanvar 1836-cı ildə gimnaziyanın 1-ci sinifinə qəbul olmuşdu. İyun 1842-ci ildə gimnaziyanı qızıl medalla bitirmişdi.Sentyabr 1842-ci ildə Kazan Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdu.Monqolşünaslığın banilərindən biri Osip Kovalevskinin tələbəsi olmuşdu. Dorji Banzarov iyun 1846-cı ildə universiteti bitirmişdi. Universitetdə monqol, kalmık, mancur, sanskrit və türk dillərini öyrənmişdi.
Dorçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Drone metal
Drone metal — (digər adı ilə drone doom, vəya power ambient) üslubu doom metalın alt növlərindən biridir. Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur.Təmsilciləri Sunn O))), Earth və Boris (qrup) qruplarıdır.
Dörte Şiltz
Dörte Şiltz (21 dekabr 1976) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Dörte Şiltz Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Jorje Amadu
Jorje Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912[…] – 6 avqust 2001[…], Salvador, Baiya) — Braziliya yazıçısı, ictimai-siyasi xadimi, modernist məktəbin nümayəndəsi. == Həyatı == Jorje Amadu 1912-ci il avqustun 10-da Brazilyanın Baiya ştatının İtabuna qəsəbəsində, xırda kakao plantatorunun ailəsində dünyaya gəlmişdir. Braziliya Kommunist Partiyasının aparıcı simalarından biri kimi tanınmış, 1956-cı ildə Braziliya Milli Konqresinə deputat seçilsə də, iki il sonra ölkədə Kommunist partiyasının fəaliyyəti qadağan edildiyindən sürgün edilmişdir. XX əsrin 30-cu illərində kommunist partiyasının rəhbərlik etdiyi milli azadlıq alyansının mübarizəsində iştirak etmişdir. 1948-52-ci illər arası o, Fransa və Çexoslovakiyada yaşamağa məcbur olmuş, həmin illərdə Jorje Amadu Şərqi və Qərbi Avropa, eləcə də Asiya və Afrika ölkələrinə səyahət etmişdir. P. Pikasso, P. Elyuar, P. Neruda kimi mədəniyyət xadimləri ilə görüşən və 1952-ci ildən sonra, vətənə qayıdan Amadu ömrünü yaradıcılığa həsr etmişdir. Dünya Sülh Şurasının üzvü olan Jorje Amadu 1951-ci ildə "Beynəlxalq Stalin Sülh" mükafatına, 1984-cü ildə isə Fransanın "Fəxri Legion" ordeninə layiq görülmüşdür. == Yaradıcılığı == Jorje Amadu yaradıcılığa 14 yaşından başlamış, 1931-ci ildən isə mətbuatda öz imzası ilə tanınmışdır. İlk romanı "Karnaval ölkəsi"dir (1931).
Dorde Krstic
Dorde Krstic (serb. Ђорђе Крстић; 19 aprel 1851[…] – 30 oktyabr 1907, Belqrad) — Serb realist rəssamı, müəllimi və akademiki. == Bioqrafiya == Dorde Krstic Münhen Rəssamlıq Akademiyasını bitirib (1873-1883). 1883-cü ilə qədər ilk əsərlərini alman realizminin təsiri altında yaratmışdır. Serbiyaya qayıdan Krstic realist rəsm janrını daha dolğun janrla dəyişir. Dorde Krstic Serbiyanın ətrafında gəzərək memarlıq abidələrinin, xalq həyatının səhnələrinin, serb təbiətinin tipik guşələrinin eskizlərini çəkir. Dorde Krsticin əsərləri təbiətin diqqətlə öyrənilməsi (“Anatomist”, 1880, “Balıqçı daxmasının qapıları” – hər ikisi Milli Muzeydə, Belqrad), romantik həyəcan xüsusiyyətləri ilə səciyyələnir. Rəssamın sonrakı əsərlərində (“Baba-Kai qəsəbəsi”, 1907, Milli Muzey, Belqrad) canlı dinamika və miqyas təzəliyi onun plener rəssamlığı prinsiplərinə yanaşmasından xəbər verir. O, tarixi janrda portretlər, rəsmlər çəkib. Portret və janr kompozisiyalarında romantizm və realizm xüsusiyyətlərini birləşdirib.
Doroti Kroufut Hockin
Doroti Meri Kroufut-Hockin- (ing. Dorothy Mary Crowfoot Hodgkin, Dorothy Hodgkin; 12 may 1910 il , Qahirə, Misir – 29 iyul 1994 il ingilis kimyaçısı və biokimyaçısıdır . Kimya üzrə Nobel mükafatı laureatı (1964) ("X-şüalarından istifadə edərək bioloji aktiv maddələrin strukturlarının müəyyən edilməsinə görə"). London Kral Cəmiyyətinin üzvü (1947-ci ildən), SSRİ Elmlər Akademiyasının xarici üzvü (1976 il). == Ailə və uşaqlığı == Doroti Meri Kroufut-Hockin 12 may 1910-cu ildə Qahirədə Misir Təhsil Xidmətinin filoloqu və arxeoloqu Con Kroufut (1873–1959) və Qreys Meri (1877–1957) ailəsində anadan olmuşdur. Ana — Qreys Meri (Molli), (Hud), əri ilə birlikdə Misirdə kənd məktəblərinin təşkilinə kömək etdi, onunla bir çox ekspedisiyalara getdi. Onun müxtəlif maraqları var idi; xüsusilə, xeyriyyəçilikdən əlavə, o, botanika ilə məşğul olurdu və Sudanın florasının böyük kolleksiyalarını toplamışdı, bir çox botanika rəsmləri çəkmişdi ki, indi bu rəsmlər Kral Botanika Bağlarında yerləşir Kyu (Kew). Bundan əlavə, o, toxuculuğu da sevirdi və qədim toxuculuq üzrə beynəlxalq ekspert idi. Doroti uşaqlığının əvvəlini Misirdə keçirdi, Birinci Dünya Müharibəsi başlayana qədər hər il İngiltərəyə yalnız bir neçə aylıq gedirdi. 1918-ci ildə valideynləri Xartuma (Sudan) köçdülər və orada dördüncü qızları Diana doğuldu.
Jorje Karluş Fonseka
Jorje Karluş di Almeyda Fonseka port. Jorge Carlos de Almeida Fonseca; 20 oktyabr 1950, Mindelu[d], Barlaventu adaları[d]) — Kabo-Verde siyasətçisi, hüquqşünas və 2011-ci ildən etibarən Kabo-Verde Prezidenti. == Həyatı == Jorje Fonseka Praya və Mindeluda ibtidai və orta təhsili, Portuqaliyanın Lissabon şəhərində isə ali təhsilini tamamladı. Lissabon Universiteti Hüquq Fakültəsində hüquqşünaslıq üzrə magistr dərəcəsini bitirmişdir. 26 mart 1989-cu ildə Kabo-Verdenin Birinci xanımı Ligiya Arkanjela Lyubrinu Dias Fonseka ilə evləndi. == Fəaliyyəti == 1975–1977-ci illərdə Kabo-Verdedə Mühacirət üzrə Baş direktor və 1977–1979-cu illərdə Kabo-Verde Xarici İşlər Nazirliyinin Baş katibi olmuşdur.1982–1990-cı illərdə Lissabon Universiteti Hüquq Fakültəsində müəllim köməkçisi olmuş, 1987-ci ildə Lissabon Ədli Tibb İnstitutuna Cinayət hüququ üzrə professor təyin edilmişdir. 1991 və 1993-cü illərdə Xarici İşlər Naziri kimi çalışmış, daha sonra 2001-ci il seçkilərində prezidentliyə namizəd olaraq uğursuz qaldı. 2011-ci ilin avqust ayında yenidən prezidentliyə namizədliyini verdi. Səslərin 38%-i toplayaraq birinci turda qalib gəldi, ikinci turda Afrika Kabo-Verde İstiqlal Partiyası tərəfindən dəstəklənən namizəd Manuel İnosensio Souza ilə qarşılaşdı və qalib gəldi. 9 sentyabr 2011-ci ildə Prezident vəzifəsinə başladı və Kabo-Verdenin dördüncü Prezidenti oldu.
Qustav Dore
Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar. == Erkən həyatı == Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi. Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır. 1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir.
Roje Pyantoni
Roje Pyantoni (fr. Roger Piantoni; 26 dekabr 1931[…] – 26 may 2018[…], Nansi) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. == Həyatı == Pyantoni gənclik illərini La-Muryer şəhərində keçirmiş və yerli klub olan "Pyenn"in şərəfini qorumuşdur. MeydanDA göstərdiyi oyuna görə onu milli komandaya dəvət etmişdilər. Fransa-Bolqarıstan oyunu zamanı o, ayağından zədə aldı və bu, onun gələcək karyerasına böyük zərər verdi. == İdman karyerası == "Nansi", "Reyms" və "Nitsa" kimi klubların şərəfini qorumuşdur. Fransa millisində keçirdiyi 37 oyuna 18 qol vurmuşdur. 50-60-cı illərdə ən yaxşı hücumçulardan biri idi.
Doroti Meri Kroufut-Hodjkin
Doroti Meri Kroufut-Hodjkin- (ing. Dorothy Mary Crowfoot Hodgkin, Dorothy Hodgkin; 12 may 1910[…], Qahirə, Misir – 29 iyul 1994[…]) ingilis kimyaçısı və biokimyaçısıdır. Kimya üzrə Nobel mükafatı laureatı (1964) ("X-şüalarından istifadə edərək bioloji aktiv maddələrin strukturlarının müəyyən edilməsinə görə"). London Kral Cəmiyyətinin üzvü (1947-ci ildən), SSRİ Elmlər Akademiyasının xarici üzvü (1976). == Ailə və uşaqlığı == Doroti Meri Kroufut-Hodjkin 12 may 1910-cu ildə Qahirədə Misir Təhsil Xidmətinin filoloqu və arxeoloqu Con Kroufut (1873–1959) və Qreys Meri (1877–1957) ailəsində anadan olmuşdur. Ana — Qreys Meri (Molli), (Hud), əri ilə birlikdə Misirdə kənd məktəblərinin təşkilinə kömək etdi, onunla bir çox ekspedisiyalara getdi. Onun müxtəlif maraqları var idi; xüsusilə, xeyriyyəçilikdən əlavə, o, botanika ilə məşğul olurdu və Sudanın florasının böyük kolleksiyalarını toplamışdı, bir çox botanika rəsmləri çəkmişdi ki, indi bu rəsmlər Kral Botanika Bağlarında yerləşir Kyu (Kew). Bundan əlavə, o, toxuculuğu da sevirdi və qədim toxuculuq üzrə beynəlxalq ekspert idi. Doroti uşaqlığının əvvəlini Misirdə keçirdi, Birinci Dünya Müharibəsi başlayana qədər hər il İngiltərəyə yalnız bir neçə aylıq gedirdi. 1918-ci ildə valideynləri Xartuma (Sudan) köçdülər və orada dördüncü qızları Diana doğuldu.
Roje Marten dü Qar
Roje Marten dü Qar (fr. Roger Martin du Gard; 23 mart 1881[…], Nöyi-sür-Sen – 22 avqust 1958[…]) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı lauretaı (1937). == Həyatı == Fransız yazıçısı Roje Marten dü Qar Paris yaxınlığındakı Nöyi-sür-Sen qəsəbəsində, nəsil şəcərəsi ilkin orta əsrlərə gedib çıxan aristokrat ailəsində doğulmuşdu. Bədii yaradıcılığa meyli məktəb illərindən başlamışdı. Valideynləri on bir yaşında ikən Marten dü Qarı Ekol Fenelon adlı katolik liseyinə göndərmişdilər. Burada o fransız neoatomizminin liderlərindən olan Marsel Eberin təsiri altına düşmüşdü. Bu təlimin tərəfdarları müasir elmi və fəlsəfi fikrin inkişafı müstəvisində kilsə ehkamlarına yenidən baxılmasının tərəfdarı kimi çıxış edir və fərqli baxışlarına görə küfrdə təqsirləndirilirdilər. Marten dü Qar bir müddət sonra katolisizmdən uzaqlaşsa da, Marsel Eberlə əlaqələrini kəsməmişdi. Aristokrat gənc təhsilinə çox başısoyuq yanaşdığından atası onu professor Lui Mellerionun yanına göndərməyə məcbur olmuşdu. Burada rastlaşdığı intellektual mühit və aramsız mütaliə tələbi gənc Martində zəhmətə məhəbbət hissi və özünün dediyi kimi, "tədqiqatçılıq damarı" üzə çıxarmışdı.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.