Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DOSAAF
DOSAAF (rus. Добровольное общество содействия армии, авиации и флоту (ДОСААФ)) və ya OADKYC (azərb. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎) — könüllüləri ölkənin müdafiə və milli təhlükəsizliyinin möhkəmlənməsinə təşviq etmək məqsədilə yaradılmış ictimai dərnək. Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım (rus. ОСОАВИАХИМ) Cəmiyyətin əsası 1927-ci ildə qoyulmuşdu. SSRİ Nazirlər Kabinetinin 1948-ci il 16 yanvar tarixli qətnaməsi ilə Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım Cəmiyyəti ləğv olundu və onun əsasında üç müstəqil könüllü cəmiyyət təşkil olundu: Orduya Yardım Könüllü Cəmiyyəti (Dosarm), Donanmaya Yardım Könüllü Cəmiyyəti (Dosflot), Aviasiyaya Yardım Könüllü Cəmiyyəti (Dosav). SSRİ Dosflot Cəmiyyəti hərbi-dəniz işinin təbliğatı, üzvlər və əhali arasında dəniz biliklərinin yayılması, SSRİ hərbi-dəniz qüvvələri ehtiyatına daxil olan mükəlləfiyyətlilərin hazırlanması və ixtisasların təkmilləşdirilməsi, hərbi-dəniz idmanı və dəniz modelçiliyinin inkişafı məqsədilə təşkil olunmuşdur. SSRİ Dosflot üzrə 1949-cu il 24 fevral tarixli, 3/c saylı əmri ilə Azərbaycanın ilk kontr-admiralı Cəlil Cavadov Azərbaycan SSR Dosflot cəmiyyəti respublika komitəsi sədr müavini təyin olundu. 1949-cu il iyulun 18-də Azərbaycan Dosflota “Bakı fəhləsi” (“Bakinskiy raboçiy”), “Sovet Dağıstanı” (“Sovetskiy Daqestan”), “Markin” dəniz kanoner gəmiləri verilmişdir. Azərbaycan Dosflot cəmiyyəti geniş fəaliyyətə başladı: iri müəssisələrdə motorçular, sükançılar, üzgüçü, qayıq starşinaları dərnəkləri, həmçinin hərbi-dəniz işinin əsasları üzrə dərnəklər təşkil olundu.
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən adətən ABŞ dolları nəzərdə tutulur. 1 dollar 100 sentə bərabərdir.
Domlar
Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; ərəb. دومي‎دومي‎‎ / ALA-LC: Dūmī , دومري / Dūmrī ; Misir Ərəbcəsi: هناجره‎‎ Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu. Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir. Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir. Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar. Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur. Ümumi əhalisi təxminən 2.2 milyondur.
Dosent
Dosent (lat. docere – öyrətmək) — ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə. Dosent vəzifəsi ali məktəblərdə ən azı 5 il çalışmış, elmi təcrübəsi olan şəxslərə verilir. O həm də elmi-tədqiqat müəssisələrində (məsələn Akademiya sistemində) elmi ad kimi verilə bilər. Dosent elmi adı ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Böyük pedaqoji təcrübəyə malik mütəxəssislərə elmi dərəcə olmadan da dosent adı verilə bilər.
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Fosfat
Fosfat turşusu ( P O 4 − 3 {\displaystyle PO_{4}^{-3}} ) — qeyri-üzvi, kimyəvi və fosforlu turşudur. Fosfat turşusu və fosfat biokimya və ekologiya üçün cox mühimdir. Fosfat kənd təsərrüfatı və sənaye üçün çox əhəmiyyətli kimyəvi məhsuldur. Fosfat bərk şəraitli yüksək temperaturda firofosfatdan (Xörək duzu) da kondensasiya oluna bilər. Bütün hüceyrələri zülal olan fosfalar əlavə və aradan qaldırılması metabolik olan proseslərin tənzimləməsində əsas strategiyadır. Fosforlaşma və defosforlaşmanın enerji saxlanmasında və yaşayış sistemlərinin azad olunmasında əhəmiyyətli yolları var. Fosfat və ya ortofosfat ionu PO4 −3 üç protonun H+çıxarılması ilə fosfor turşusundan əmələ gəlir. Bir və ya iki protonun çıxarılması, sırasıyla dihidrogen fosfat ionu H2PO4− və hidrogen fosfat ionu HPO4−2 ionunu verir. Bu adlar ammonium dihidrogen fosfat və trisodium fosfat kimi anionların duzları üçün də istifadə olunur. Üzvi kimyada fosfat və ya ortofosfat bir orqanofosfattır, PO şəklində ortofosfor turşusunun mürəkkəb efiridir.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
DSLAM
Digital subscriber line access multiplexer və ya qısaca DSLAM — çox vaxt telefon stansiyalarında yerləşən və çoxsaylı müştəri rəqəmsal abunəçi xətti (DSL) interfeyslərini multipleksləşdirmə üsullarından istifadə edərək yüksək sürətli rəqəmsal rabitə kanalına birləşdirən şəbəkə cihazı. Onun kabel interneti (DOCSIS) analoqu CMTS-dir. DSLAM avadanlığı bir çox modem portlarından məlumatları toplayır, onların səs və məlumat trafikini multipleksləmə vasitəsilə bir mürəkkəb kompozit "siqnalda" birləşdirir. Cihazın arxitekturasından və quraşdırılmasından asılı olaraq, DSLAM öz ATM, Frame Relay və/və ya İP şəbəkəsi, PTM-TC protokol toplusundan istifadə edən IP-DSLAM üzərindən DSL xətlərini birləşdirir. Daha sonra birləşmiş trafik 10 Gbit/s-ə qədər sürətdə NSP adlanan giriş şəbəkəsi vasitəsilə telekommunikasiya şirkətinin magistral sviçə yönəldilir. DSLAM şəbəkə sviçi kimi fəaliyyət göstərir, çünki onun funksionallığı OSI modelinin ikinci qatındadır. Buna görə də, o çoxlu IP şəbəkələri arasında yalnız ISP cihazları və son istifadəçi əlaqə nöqtələri arasındakı trafikin istiqamətini dəyişdirə bilməz. DSLAM trafiki BRAS-a (broadband remote access server) yönləndirilir, burada son istifadəçi trafiki daha sonra ISP şəbəkəsi vasitəsilə İnternetə yönləndirilir. Qoşulduğu DSLAM ilə yaxşı əlaqə quran Customer-premises equipment (CPE) təkmilləşdirilmiş telefon səsi və məlumat xətti siqnalizasiya xüsusiyyətlərindən, onun dəstəklədiyi bant genişliyinə nəzarət və kompensasiya imkanlarından istifadə edə bilər. DSLAM telefon stansiyasında yerləşə və ya yerləşməyə bilər.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Dost Dosta Tən Gərək (2007)
Film siçanla pişiyin macəralarından bəhs edir Filmin ərsəyə gəlməsi üçün 20000 şəkil çəkilmişdir.
Diyen (dövlət)
Diyen, Dyan (çin. Hant; vyet. Điền quốc, Den, Ten və ya Tien) - e.ə. IV—e.ə. II əsrlərdə indiki Quyçjou, Sıçuan və Yunnan əyalətlərinin Tunsin, Kunmin, Siçan, Dali qəzalarında, Çin Xalq Respublikası hüdudlarında mövcud olmuş dövləti qurum. Dövlət Diyen və ya Kunmin gölünün yerləşdiyi yaylada mövcud olmuş. Diyenlilər öz ölülərini qəbrlərdə basdırmışdılar. Diyen dili ehtimal olunur ki, tibet-birma dillərindən biri olmuş. Çin mənbələrində sinan-i və mimo kimi məlum olan, bir sıra tədqiqatçı tərəfindən müasir itszuların əcdadı hesab edilən eyniadlı qrup, yaxud tayfa ittifaqı tərəfindən yaradılmışdır. Çin tarixi əsərlərində Diyeni Çu çarlığının hökmdarı Vey-vanın [e.ə.
Dojlar sarayı
Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır. Saray gümanki 1309–1424 illəri arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir. Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.
Dollar (ABŞ)
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Dollar (astana)
Dollar astanası (başq. ҡыҫыҡ) — Katun çayının Manjerok kəndi ərazisindən keçək hissəsində yerləşir. Çayın axdığı bu hissədə suyun dərin olmasına baxmayaraq astanalar böyük dalğalar əmələ gətirir. Astananın sahilində düşərgə və tualet olmasınsa baxmayaraq bunlar pulludur. Dəfələrlə astanada Rusiyanın fristayl üzrə kubok yarışları keçirilmişdir.
Dollar (dəqiqləşdirmə)
Valyutalar
Dollar diplomatiyası
Vilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-nin təcavüzkar siyasəti daha da gücləndi. Taftın prezidentliyi dövründə ABŞ-in Kubaya olan münasibəti qismən dəyişdi. Bu suyasət iki xüsusiyyətlə – prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələnirdi. Vilyam Taft tərəfindən işlənib hazırlanmış "önləyici siyasət' Kuba, Karib hövzəsi və Mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi. Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ıda yeni formaların axtarışına vadar edirdi ki, bunların içində ən sivilizasiyalı metod Taftın "dollar diplomatiyası" idi. İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi. Çünki heç də bütün hallarda "böyük dəyənək" siyasəti ABŞ-yə müsbət imic qazandırmamışdı. Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi-siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi. 1911-1912-ci illərdə çox ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar, Milli bankın bütün səhmlərinin 51 faizi üzərində Amerika bankirlərinin nəzarəti, maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu, eləcə də, Amerika piyadalarının ölkədəki mövcudiyyəti – bütün bunlar ölkəni ABŞ-dən asılı vəziyyətə salır və Amerika sənayeçiləri və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı. "Dollar diplomatiyası" çox ağır şərtlərlə borc əməliyyatları, ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri-bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama, Santo-Dominqo və Nikaraquaya deyil, həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi.
Dövlət (Platon)
"Dövlət" (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-cı ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi). Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır.
Dövlət (dəqiqləşdirmə)
Dövlət (Platon) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. Dövlət (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd.
Dövlət (Əbyəlil)
Dövlət kəndi (başq. Дәүләт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askorovo): 12 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqporsk stansiyası): 35 km. Совет муниципальных образований Республики Башкортостан.
Dövlət Baxçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.
Dövlət Bağçalı
Dövlət Baxçalı (1 yanvar 1948, Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri. Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi. İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb.