Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dobşina
Dobşina (alm. Dobschau‎, mac. Dobsina, lat. Dobsinium) — SlovakiyaDakı Slovak Filiz Dağları, Koşisenin şimal-qərbindəki Slana çayında qəsəbə. Karpatlarda Revuska Vrçovina ilə Volovske Vrçi arasında yerləşir və Hniles çayının suladığı Stratena vadisinin cənubundadır və hər yanda dağlarla əhatə olunur. Vadidəki və kənd torpaqlarına aid olan məşhur Dobşinska Buz mağarası (1870-ci ildə tapıldı). Ən köhnə yazılı isnad yeri 1326-cı ildə, Etnik Alman mədənçilik mütəxəssislərinin burada yerləşdiklərini ifadə edir. Şəhər, 1417-ci ildə bir qəsəbə nizamnaməsi aldı və Karpat Alman azlıqları və dağ-mədəninin (qızıl, gümüş, nikel, dəmir, kobalt, mis, civə və s.) və keçmişdə dəmir emalının mərkəzi olmuşdur. Ətrafında müxtəlif materiallardan hazırlanmış mədənlər vardır, bunların bəziləri çox antikdir. XVIII əsrə qədər, Dobşina az-çox bir Alman anklavı idi, lakin möhkəm bir Macarlaşmadan sonra, Alman cəmiyyəti gücünün bir hissəsini itirdi, halbuki hələ qəsəbədəki dominant etnik qrup idi.
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Robinia
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yayılması, Şimali Amerika və Şimali Meksikada bitir.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Flora Brovina
Flora Brovina (alb. Flora Brovina; 30 sentyabr 1949) — Kosovo-alban jurnalisti, şair və ictimai xadim. 30 sentyabr 1949-cu ildə Kosovoda anadan olmuşdur. Onun ilir Brovin adlı bir qardaşı vardır. Priştinadakı Tibb İnstitutunu bitirdikdən sonra pediatriya ixtisası üzrə Zaqrebdə təhsilini davam etdirir. Kosovaya qayıdan Flora, gündəlik Rilindja qəzetində jurnalist olaraq işə başlayır. Sonra Priştina xəstəxanasında pediatr kimi işə düzəlir. 1990-cı illərdə siyasi vəziyyət kəskinləşəndə Brovina hadisələrə biganə qalmayaraq zorakılıq aktları haqqında məlumat toplamağa başlayır, humanitar fəaliyyətlə məşğul olur və yetimlərin psixoloji reabilitasiya mərkəzinə rəhbərlik edərək uşaqlara yardım təşkil edir. Kosovo müharibəsi əsnasında, 20 aprel 1999-cu ildə Brovina maskalı şəxslər tərəfindən qaçırılaraq naməlum bir yerə aparılır. Beləliklə NATO qüvvələri paytaxt Priştinanı alanda və Serbiya qoşunları ölkədən çıxarkən əsirlikdə olur.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Nina Doroşina
Nina Doroşina (3 dekabr 1934 – 21 aprel 2018, Moskva) — aktrisa.
Robinia altagana
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Robinia boyntonii
Robinia boyntonii (lat. Robinia boyntonii) — yalançı akasiya cinsinə aid bitki növü.
Robinia caragana
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Robinia elliottii
Robinia elliottii (lat. Robinia elliottii) — yalançı akasiya cinsinə aid bitki növü.
Robinia frutescens
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Robinia hartwegii
Robinia hartwegii (lat. Robinia hartwegii) — yalançı akasiya cinsinə aid bitki növü.
Robinia hispida
Robinia hispida (lat. Robinia hispida) — yalançı akasiya cinsinə aid bitki növü. Şimali Amerika, Virciniya, Kentukkidən Gürcüstan və Alabamaya qədər olan ərazilərdə bitir. Hündürlüyü 5 metrə çatan, kürəvari çətirə malik, hər tərəfə çoxlu kök pöhrələri verən koldur. Ləçəklərindən başqa bitkinin bütün hissələri sərt, bir qədər uzun, qırmızımtıl-palıdı rəngdə tükcüklərlə örtülüdür. Budaqları tikansız, sarımtıl-qonur, ikiillik budaqları isə qırmızımtıl-qəhvəyi rəngdədir. Yarpaqları parlaq yaşıl rəngli, təklələkvari, 7-13 yarpaqcıqdan ibarət olub, 15-23 sm uzunluqdadır. Yarpaqcıqları dairəvi-ellips formalı, 2-5 sm uzunluqda, 1,5-3,5 sm enindədir. Qısa saplaqlıdır. Çiçəkləri çox gözəl quruluşlu, çəhrayı və ya qırmızımtıl-çəhrayı rəngdə olub, qoxusuz.
Robinia kelseyi
Robinia kelseyi (lat. Robinia kelseyi) — yalançı akasiya cinsinə aid bitki növü.
Robinia luxurians
Robinia luxurians (lat. Robinia luxurians) — yalançı akasiya cinsinə aid bitki növü.
Robinia nana
Robinia nana (lat. Robinia nana) — yalançı akasiya cinsinə aid bitki növü.
Robinia neomexicana
Robinia neomexicana (lat. Robinia neomexicana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü. Yabanı halda Şimali Amerikanın cənubunda yayılmışdır. 3–6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7–9 sm uzunluğunda, 3–4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16–25 mm uzunluğunda, 10–15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4–7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir.
Robinia pseudoacacia
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü. Robinia Pseudoacacia və ya digər adıyla Yalançı akasiya invaziv növ olub,ana vətəni Kanadadır.Normal şəraitdə 12-30 metr hündürlüyə və 0.61–1.22 m diametr ölçüsünə qədər böyüyə bilən ağacdır.Bəzi yaşlı növlər isə 51 metr hündürlüyə və 1,6 m diametr ölşüsünə qədər böyüyə bilir..Əsasən iqlimi sərin və ya isti olan ərazilərdə rast gəlinir.İnvaziv növ olduğundan bir çox ölkələrdə geniş yayılmışdır. Azərbaycanda Botanika bağında rast gəlinən növdür.Dekoratif bitki kimi istifadəsi genişdir. Hal-hazırda müalicə məqsədi ilə istifadəsi həyata keçirilmir. Robinia Pseudoacacia üçün xüsusi qoruma fəaliyyəti həyata keçirilməsədə hal-hazırda bir çox qorunan ərazilərdə rast gəlinir. Lakin Robinianın toxumları yığılmalı və ex-situ şəraitində çoxaldıla bilmə ehtimalına uyğun olaraq qorunmalıdır. Robinia Pseudoacacia Təbiət Xidmətləri ( Nature Serve ) tərəfindən qlobal miqyaslı təhlükəsiz növ olaraq qiymətləndirilmişdır.İUCN tərəfindən isə ən az təhlukə altında olan növ ( Least Concern ( LC ) ) kimi qiymətləndirilmişdir. Şimаli Аmеrikаdа yаyılmışdır. Hündürlüyü 20 m-ə çatan çətirli аğаcdır.
Robinia viscosa
Robinia viscosa (lat. Robinia viscosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü. Şimаli Аmеrikа, Şimаli Kаrоlinаdаn Аlаbаmаyа qədər оlаn ərаzilərdə və Аllеqаn dаğlаrındа bitir. Hündürlüyü 6-10 m-ə qədər, cаvаn budаqlаrı, yаrpаqlаrı, mеyvələri, pаxlаsı yаpışqаnlı, vəzili tükcüklərlə örtülü, еnli çətirli аğаcdır. Yаrpаqlаrı təklələkvаri оlub, 20 sm-ə qədər uzunluqdа, 11-25 ədəd uzunsov-yumru və yа yumurtаvаri yаrpаqcıqlаrdаn ibаrətdir. Yаrpаqcığın uzunluğu 2-5 sm, еni 1-2 sm-dir. Yаrpаqаltlıqlаrı qısа, uzunluğu 4-5 mm оlаn bizvаrı tikаnlаrа çеvrilmiş, bəzən yаrpаqаltlığı yоxdur. Çiçəkləri çəhrаyı, iri, dikdurаn sаlxımlаrdа tоplаnmışdır. Mаy-iyun аylаrındа çiçəkləyir. Pаxlаsı yаpışqаn ifrаz еdən tükcüklərlə örtülüdür.
Yuliya Drunina
Yuliya Drunina (rus. Друнина, Юлия Владимировна; 10 may 1924[…], Moskva – 20 noyabr 1991) — Sovet şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar İttifaqının və RSFSR Yazıçılar Birliyinin katibi, SSRİ xalq deputatı. 1924-cü il 10 may tarixində Moskvada anadan olmuşdur. Atası - Vladimir Pavloviç Drunin (1879-1942) tarixçi və pedaqoq, anası - Matilda Borisovna Drunina (1900-1983), kitabxanada işləmiş və musiqi dərsləri vermişdir. 11 yaşında şeir yazmağa başladı, 1930-cu ildə keçirilən bir şeir müsabiqəsində qalib gəldi və şeiri qəzetdə nəşr olundu. Yuliya 1941-ci ilin payızında Moskvaya döndü, lakin tezliklə atası ilə birlikdə Mülki evakuasiya çərçivəsində Sibirə yola düşdü. O, Moskvadan ayrılmaq istəmirdi və müharibənin əvvəlində insult keçirmiş xəstə atasına görə evakuasiya olunmağa razılaşdı. 1942-ci ilin əvvəllərində atası vəfat etdikdən sonra Yuliya Rusiyanın uzaq şərqindəki Xabarovsk şəhərinə getdi, orada Aviasiya texnikaları məktəbinə yazıldı, lakin ön cəbhədə döyüşmək istədiyi üçün tibb bacısı kurslarını bitirmə sertifikatını tələsik aldı və bir neçə gün içərisində 2-ci Belarusiya cəbhəsinin sanitar şöbəsinə müraciət etdi.) Cəbhəyə gəldikdən sonra Yuliya Drunina 218-ci piyada diviziyasının 667-ci piyada alayına təyin edildi. Tibbi təlimatçı Zinaida Samsonova ilə (27 yanvar 1944-cü ildə vəfat etdi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü) eyni alayda vuruşdu, Drunina ən ürəkdən gələn şeirlərindən biri olan "Zinka" şeirini ona həsr etdi. 1943-cü ildə Drunina ağır yaralanır mərmi parçası onun boynunun sol hissəsini zədələyir.
Yuliya Zlobina
Yuliya Sergeyevna Zlobina (rus. Юлия Сергеевна Злобина) — Rus əsilli Azərbaycan konkisürəndir. Qış Universiada Oyunlarında Azərbaycanın ilk mükafatçısıdır. Azərbaycan Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarında təmsil etmişdir. Yuliya Zlobina 28 iyun 1989-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kirov şəhərində anadan olmuşdur. Yuliya Zlobina ilk uğurlarını Aleksey Sitnikov ilə birgə Rusiya bayrağı altında qazansada daha sonraki illərdə Azərbaycan vətəndaşlığını qəbul edərək bu ölkə üçün uğurlar qazanmağa başladı. O Azərbaycanı 2014 Qış Olimpiya Oyunlarında təmsil etid. Yuliya xanım Qısa Proqramda 58.15 xal qazandı və finala adladı. Finalda isə 90.48 xal toplayan Yuliya xanım komanda yoldaşı Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarını 12-ci yerdə başa vurdu. 2013-cü ildə bu cütlük qüvvəsini Qış Universiada Oyunlarında sınadı.
Larisa Dolina
Larisa Aleksandrovna Dо́lina (qızlıq soyadı Kudelman, ilk evliliyində Mionçinskaya; 10 sentyabr 1955, Bakı) — Sovet və Rus estrada və caz müğənnisi, aktrisa ; Rusiya Federasiyasının xalq artisti (1998) . Üç dəfə milli rus musiqi mükafatı "Ovasiya" (1994, 1996, 1997). Vahid Rusiya partiyasının üzvü. Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Azərbaycan SSR-in paytaxtı - Bakı şəhərində yəhudi ailəsində anadan olumuşdur. Atası - Aleksandr Markusoviç Kudelman, anası - Qalina İzrailevna Kudelman (qızlıqda Dolina). Üç yaşında valideynləri ilə birlikdə onların doğma şəhərinə - Odessaya köçmüşdür. Altı yaşında Odessa uşaq musiqi məktəbinə daxil oldu və onu 1970-ci ildə violonçel sinfi üzrə bitirmişdir. Odessada orta məktəbi ekstern kimi bitirmişdir . Müğənninin musiqi karyerası 1971-ci ildə "Biz odessitik" estrada orkestrində başladı. Daha sonra Konstantin Orbelyan rəhbərliyi ilə "Ermənistan Dövlət Estrada Orkestri" və Polad Bülbül oğlu rəhbərliyi altında "Azərbaycan Dövlət Estrada Ansamblı" kimi musiqi qrupların solisti olmuşdur .
Romina Pauer
Romina Pauer (2 oktyabr 1951[…], Los-Anceles, Kaliforniya) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı,aparıcı. Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir. Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı.O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır,Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər , müxtəlif dillərdə bir çox albomları çıxdı.Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu.Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib.Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir.
Mariya Dolina
Mariya İvanovna Dolina (ukr. Марія Іванівна Доліна, rus. Мария Ивановна Долина; 18 dekabr 1922, Omsk vilayəti – 3 mart 2010, Kiyev) — qadınlardan ibarət 125-ci mühafizəçi borbardmançı aviasiya alayında pilot və eskadron komandirinin müavini olub. İkinci Dünya Müharibəsi illərində ilk növbədə 1-ci Baltik cəbhəsində fəallıq göstərmiş, 18 avqust 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Sibirin Omsk vilayətinin Şarovka kəndində anadan olan Dolina Ukrayna kəndlilərinin böyük qızı idi. Onun doqquz bacısı var idi. 1934-cü ildə Mariyanın atası Rusiya vətəndaş müharibəsində ayağını itirdikdən sonra ailə yenidən Ukraynaya köçmüşdü. Atasının vəziyyətinə görə Dolina bütün ailəni dolandırmalı olmuş, məktəbi tərk edərək fabrikdə işləməyə başlamışdır. Anasının müqavimətinə baxmayaraq, Mariya uçuş klubunda məşq edərək 1940-cı ildə Xerson Uçuş Məktəbini bitirmiş, bundan sonra Engels adına Hərbi Uçuş Məktəbinə daxil olmuşdur. O, 22 iyun 1941-ci ildə Almaniyanın işğalından əvvəl Dnepropetrovsk və Nikolayevdə uçuş klublarında təlimatçı vəzifəsində çalışıb.