Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoza (film, 1995)
Qoza — 1995-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. Koza filmi rejissorun debüt filmidi. 20 dəqiqəlik film “Kann festivalı”nın da qısa filmləri arasında nominant olub. Nuri ilk filmdəcə tərzi ilə diqqətləri cəmlədi. Kamera səssiz olduğundan, səs filmə sonradan əlavə olunub. Filmdə əsas rolları Nurinin ata və anası ifa edib. Film simvolikalarla zəngindi. Bir növ insan düşüncəsi ilə uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq ilk baxışdan qarmaqarışıq bir film yaranıb. Nuri Bilge Ceylan'ın resmi sitesinde Koza Arxivləşdirilib 2009-02-25 at the Wayback Machine.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Byoza
Byoza (fr. Biozat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 566 nəfər (15-64 yaş) arasında 409 nəfər iqtisadi cəhətdən, 157 hərəkətsiz (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə bu 68.3%) idi. Fəal olan 409 nəfərdən 371 nəfəri (199 kişi və 172 qadın), 38 nəfəri işsizdir (14 kişi və 24 qadın). 157 hərəkətsiz 40 nəfər arasında şagird və ya tələbə, 72 nəfər təqaüdçü, 45 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
ELIZA
ELIZA – 1964-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunda (MIT) Cozef Veyzenbaum (Joseph Weizenbaum) tərəfindən yazılmış məşhur kompüter proqramı. Aktiv dinləmə texnikası əsasında işləyən proqram psixoterapevt ilə dialoqu təqlid (parodiya) edirdi. Proqram Bernard Şou’nun “Piqmalion” pyesinin qəhrəmanı Eliza Dulitl’ın şərəfinə adlandırılıb (pyesin qəhrəmanına “ali sinif insanların” dilində danışmaq öyrədilirdi). Proqram çox zaman, sadəcə, istifadəçinin fikirlərini başqa şəkildə ifadə edirdi. Məsələn, “Mənim başım ağrıyır” – “Niyə deyirsiniz ki, başınız ağrıyır?”, yaxud “Atamın məndən xoşu gəlmir” cümləsinə Eliza “ata” sözünü əsas götürərək, “Ailənizdə daha kimin sizdən xoşu gəlmir?” kimi reaksiya verirdi.
Ebola
Ebola virusu — keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virus. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir . Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb. == Tarixi == Ebola faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib.
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Eloiza
Eloiza Arjantöy (Fransız:Héloïse d’Argenteuil; 1101[…], Paris, Fransa krallığı – 15 may 1164) — fransız rahibə, yazıçı, alim və baş rahibə idi. Pyer Abelar ilə aşnabazlıq və yazışma üçün ən yaxşı bilinir. == Qalereya == == Mənbə == Betty Radice (trans.), The Letters of Abelard and Heloise (Harmondsworth: Penguin, 1974), p. 287 == Həmçinin bax == Pyer Abelar == Xarici keçidlər == Abelar və Eloiza məktubları About.com məqaləsi İstinadlarla Abelar və Eloizanın qısa tarixi.
Epoxa
Epoxa (yun. έποχή — «dayanacaq») — təbiətdə, cəmiyyətdə, elmdə, incəsənətdə və s. sahələrdə mühüm fərqləndirici xüsusiyyətləri ilə səciyyələnən müəyyən dövr; inkişafda keyfiyyətcə yeni dövr. Tarixdə bu dövr dən az bir vaxtdır; məsələn, İntibah dövrü. Epoxial (lat. epoche – «duracaq») – dövr təşkil edən, çox mühüm, çox əhəmiyyətli, çox böyük. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eqoizm
Eqoizm (lat. ego - mən) — insanın cəmiyyətə və digər insanlara münasibəti baxışından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət. Eqoist insan öz davranışında yalnız özünün mənafeyini əsas tutur, cəmiyyətin və ətrafdakıların mənafeyi ilə hesablaşmır. Eqoizm fərdiyyətçiliyin təzahür formalarından biridir. Eqoizm xüsusi mülkiyyətçilik münasibətləri üçün daha səciyyəvidir. Əxlaqi keyfiyyət kimi eqoizm bəşəriyyətin əxlaqi şüuru tarixində adətən mənfi qiymətləndirilmiş, lakin mübarizə dövründə hər bir fərdin xoşbəxtliyə səy göstərmə hüququnun əsaslandırılmasında müəyyən rol oynamışdır.
Eqzos
Səsboğucu – Daxili yanma mühərrikində yanan qazın xaric edilməsinə kömək edən qurğunun adıdır. Mühərrik işləyən zaman yaranan artıq qazlar bu qurğunun köməyi ilə çölə çıxarılır. Mühərrikin səsboğucu hissəsindən son çıxışa qədər çoxsaylı susdurucularla gurultu minimuma endirilərək səssiz bir qaz çıxarılmasına şərait yaradılır.
Etoşa
Etoşa (ing. Etosha pan) — Namibiyanın şimalında, quruyan göl. Nama dilindən tərcümədə «Böyük boş məkan» anlamını verir. Şoranlığın uzunluğu 130 km, eni 50 km, sahəsi 4800 km² təşkil edir. Etoşa 1065 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Şoranlıq Kalaxari səhrasının şimal-qərbindəki axarsız çökəklikdədir. Yağışlar mövsümündə onun bir hissəsi su ilə dolur. Əvvəllər isə Kuene çayı gölü su ilə doldururdu. Tədricən iqlim quraqlaşmış və çayın axarı Atlantik okeana istiqamətlənmişdir. Avropalılar Etoşa ilə 1851=-ci ildə tanış olurlar.
Qəzza
Qəzzə və ya Qəzza — Fələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzzə bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur. Qəzzədəki insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü. Romalılar və daha sonra Bizanslılar altında, Qəzzə və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlıların şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzzə sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi.
Peqoma
Peqoma (fr. Peqoma) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 11,28 km², əhalisi 6235 nəfərdir (2006) artım tendensiyası ilə: 7285 nəfər (2012), əhalinin sıxlığı 645,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 7047 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 7285 nəfər.
Iboza
Tetradenia (lat. Tetradenia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Iboza N.E.Br.
Egena
Klerodendrum (lat. Clerodendrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Boza
Boza — Mərkəzi Asiya mənşəli darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Mərkəzi Asiya, Balkanlar, Türkiyə, Qafqaz və Şimali Afrikada hazırlanır. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Boza ən qədim türk mənşəli içkilərdəndir.:77:46 Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir.
Elza
Elza — Qadın adı. Elza Seyidcahan — Azərbaycan bəstəkarı; müğənni. Elza Salahova — kimya elmləri doktoru. Elza Triole — Rus əsilli fransız yazıçısı. Elza Səmədova — Xəzər Universiteti Təhsil fakültəsinin dekanı.
Qoca
Qoca — ad, təxəllüs. Qoca Səmədov — Qoca Yasamalski — Qoca Sənan Paşa — Fikrət Qoca — Yaşayış məntəqələri Qoca (Tikantəpə) — Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Qozo
Gozo (malta Għawdex (Audeş), ing. Gozo (Qozo), it. Gozo (Qodzo), q.yun. Γαῦδον, lat. Gaudus) ― Malta Respublikasının və Malta arxipelaqının ikinci böyük adası. Cənub-şərqindəki Malta adasına 5,25 km uzaqlıqdadır. Uzunluğu 14,5 km, eni 7,2 km olan adanın sahəsi 67 km²-dir. Ən əhəmiyyətli şəhəri əvvəllər Rabat olaraq bilinən Viktoriyadır. Əhalisi 31 053 nəfərdir (2005).
Qoşa
Qoşa — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Kəndin belə adlandırılması onun coğrafi mövqeyi ilə əlaqədardır. Kənd qarşı-qarşıya duran iki təpədə yerləşməsinə görə belə adlandırılmış­dır. Bir sıra tədqiqatlara əsasən, toponimi­yada qoşa say mənasını daşıyaraq, "iki" deməkdir. Onun işlənməsi coğrafi obyektin səciyyəsinin konkretləşməsinə xidmət edir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağlıq ərazidə yerləşir. Kənd əhalisi əsasən maldarlıqla və kartofçuluqla məşğul olur. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Qoşa kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Qəza
Qəza (rus. уе́зд) — 1.Orta əsrlərdə Osmanlı imperiyasında qazının olduğu inzibati ərazi – ilçə, qəza adlanırdı. 2.XIX əsrdə rusca "uyezd" sözünün qarşılığı kim azərbaycan dilində işlənməyə başladı. Vaxtilə bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilmiş və hal-hazırda da bəzi ölkələrin inzibati ərazi bölgüsündə tətbiq edilən inzibati ərazi vahidi (adətən, 1-ci və 2-ci dərəcəli olur); Orta əsrlər Rusiyasında torpaq sahəsi. Rusiya imperiyasında 1775-ci ildən inzibati ərazi bölgüsündə tətbiq edilmiş 2-ci dərəcəli inzibati ərazi vahidi (rus. уе́зд). Quberniyaların, yaxud vilayətlərin əraziləri inzibati cəhətdən qəzalara bölünürdü. RSFSR və SSRİ dövründə - 1929-cu ildə, həyata keçirilmiş inzibati islahatlar nəticəsində, inzibati bölgüdə qəza inzibati vahidindən tamamilə imtina edilmişdir. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimalının Rusiya işğalı dövründə, 1840-cı ildən, bu ərazi nzibati cəhətdən 2-ci dərəcəli qəzalara bölünürdü. Estoniya, Latviya, Moldaviya və Adayev qəzasında isə inzibati bölgüdə qəza inzibati vahidindən 1940-cı ildən imtina edilmişdir.
Əqda
Əqda - İranın Yəzd ostanının Ərdəkan şəhristanının Əqda bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,583 nəfər və 432 ailədən ibarət idi.
Giza
Giza piramidaları ― Qədim dünyanın yeddi möcüzəsindən qalmış tək abidə, Misirin Cizə platosunda yerləşən piramida kompleksi
Eliza Kazanova
Eliza Kazanova (26 noyabr 1973, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Kazanova, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Eliza Kazanova, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Eliza Keyrolo
Eliza Keyrolo (d. 6 mart 1991) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Keyrolo, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.