ƏZQƏZA zərf. [ fars. əz və ər. qəza] Qəzadan, təsadüfən, gözlənilmədən, birdən. [Səttar] üz çevirib bir biyabana daban aldı. Əzqəza Xunkar xanımın bunu axtaran adamları da bu düzlə gedirdilər. (Nağıl). Əzqəza Gülbadamın səsini kəndin kənarından bir adam eşidib səslənər: – Ay adam, kimsən? N.Nərimanov.