Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Yelkən
Yelkən — külək gücündən yararlanaraq geniş sahə oluşduracaq şəkildə yan yana dikilən və qayığın dirəyinə uyğun şəkildə taxılaraq onu hərəkət etdirən parça və ya şəritlərin hamısıdır. Bernoullinin prinsipinə görə külək istiqamətinin yelkənin üzərindəki yükünə bağlı olaraq, yelkənin bir tərəfində digərindən daha çox hava təzyiqi oluşur. Bu təzyiq fərqi qaldırma gücü yaradaraq yelkəni düşük təzyiqin olduğu tərəfə itələyir. Onurğa (vəya borda mərkəzi) yelkən üzərindəki bu yanal gücü yelkən qayığının yana yataraq irəli doğru hərəkətinə dönüşdürür. Bernoulli dənkləmi işlədilərək tapılan təzyiq fərqi, qayığa sərf olunan itkinin bir hissəsini oluşdurur. Əsil itki, momentumun qorunumu sayəsində əmələ gəlir. Külək hərəkət halındakı hava molekullarından əmələ gəlir. Bu molekullar sahib olduqları sürət və kütlə sayəsində müəyyən bir momentum ilə yelkənə çırparlar. Yelkənin qabağından girən külək, arxa tərəfindən çıxarkən momentumunun bir hissəsini qayığa yelkən vasitəsi ilə çatdırır və sürəti yavaşladır. Qayıq özü ağırlığı səviyyəsində qazandığı bu momentumu hərəkətə çevirir.
Elven
Elven və ya Elvan — xristian müqəddəs. Kornuoll və Bretan regionunda ehtiram edilir. Agioqrafik material onun İrlandiyadan Kornuolla Breaka və digər altı nəfərlə birlikdə gəldiyini iddia edir. Kornuolldakı Sitni kilsəsində Elvenə həsr olunmuş Portleven kilsəsi XIII əsrdən 1549-cu ilə qədər mövcud olmuşdur.
Ellen Artur
Ellen Artur (ing. Ellen Lewis Herndon Arthur; 30 avqust 1837[…], Kalpeper[d], Virciniya – 12 yanvar 1880[…], Albani) - ABŞ Prezidenti Çester Arturun həyat yoldaşı.
Ellen Barkin
Ellen Barkin (ing. Ellen Rona Barkin; d. 16 aprel 1954, Bronks, Nyu-York) — Emmi mükafatı almış Qızıl Qlobus mükafatına namizəd olmuş ABŞ aktrisası. Kimyəvi maddə satan ata və xəstəxana idarəçisi olan ananın övladı olan Barkin, yəhudi ailəsində anadan olmuşdur. Barkin, Manhetten liseyinin "Səhnə Sənətləri Fakültəsi"ndə təhsil almışdır. Daha sonra "Hunter Kolleci"ndə tarix və teatr təhsili alan sənətkar, antik tarix mövzusunda peşəkarlaşmaq istəyərkən aktyorluq təhsili almağa başlamışdır.
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Ellen Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == Həyatı == Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. == Karyerası == Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Ellen buzlağı
Ellen buzlağı — Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Anderson dağı, 4111 zirvəsinin şərq yamacını əmələ gətirir. Sentinel dağlarının mərkəzində yerləşmişdir. Buzlağın ilk xəritəsi Amerika Birləşmiş Ştatların Geoloji xəritəsində tərtib edilmişdir. Hərbi dəniz qüvvələrinin 1957-59-cu illərdə havada çəkdikləri fotolar ABŞ Podpolkovniki Çiçeron C. Ellen tərəfindən Antarktida Adları Məşvərət Komitəsinə təqdim olunmuşdur. Buzlaq da hava əməliyyatlarının bir çoxunda komandada olan, Cənub Qütbü Stansiyanın hərbi hava qüvvələrinin Ellenin adını daşıyır. == Yerləşməsi == Ellen buzlağı 78°13′ c. e. 84°30′ q. u.
Eltən Qədimbəyli
Eltən İdris oğlu Qədimbəyli (7 yanvar 1979, Sədərək, İliç rayonu) — Qafqaz TV-nin direktoru, azərbaycanlı rejissor, yazar, tv menecmenti, yapımcı, [["Çölçü" Milli Mədəni İrsin inkişafı birliyinin rəhbəri . Eltən Törəçi bir televiziyaçı kimi, son 20 ildə 3 fərqli televizyanın icraçı direktoru olub. Qurduğu və əmək verdiyi televiziyalar sektorda böyük uğurlara imza atıb, müxtəlif ödüllərə layiq görülüb. Onun direktoru olduğu Cənub televizyasının açılışında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev televiziyada görülən işləri yüksək qiymətləndirib. == Həyatı == Eltən İdris oğlu Qədimbəyli 7 yanvar 1979-cu ildə Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan MR Sədərək rayonu 1 saylı orta məktəb almışdır. 1992–1995-ci illərdə təhsilini Bakı şəhərində, Kimya-biologiya təmayüllü liseydə davam etdirib. 1995–1999-cu illədrdə ADMİU teatr-kino fakültəsini dram rejissorluğu ixtisası üzrə başa vurduqdan sonra, 2010-cu ildə təhsilini K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universitetinin ekran incəsənəti fakültəsində televiziya rejissorluğu ixtisası üzrə davam etdirib. 2011-ci ildə isə K. Karpenko adına Kiev Dövlət Kino, Televiziya və Teatr Universiteti kinoşünaslıq fakültəsinin aspiranturasında təhsil alıb. Bir neçə filmin və televiziya layihələrinin müəllifidir.
Elşən Cəfərli
Elşən Dünyamalıyev
Elşən Dəmirli
Elşən Hacıbabayev
Elşən Hacıbabayev (tam adı: Elşən Atababa oğlu Hacıbabayev; 29 mart 1980, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Elşən Atabala oğlu Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olmuşdur. 1998-ci ildə Bakı Mədəni Maarif texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Dram və kino aktyorudur. Film, reklam və kliplərdə çəkilmişdir. Evlidir.
Elşən Hacızadə
Hacızadə Elşən Mahmud oğlu (9 avqust 1961, Siyəzən) — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Menecment Akademiyasının akademiki, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü. == Həyatı == 1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur. 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır. 1982–1997-ci illərdə Azərbaycanın yanacaq-enerji kompleksində (ARDNŞ-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, "Azəriqaz" QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1997–2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Struktur dəyişiklikləri" sektorunun müdiri, "Makroiqtisadi inkişaf və iqtisadi artım" şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası"nın müdiri, "Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi"nin direktoru, "Magistr Hazırlığı Mərkəzi"nin direktor müavini) tutmuşdur. 2010–2018-ci illərdə "Azərbaycanın vergi jurnalı"nın baş redaktoru olmuşdur. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəridir. "ENECO" (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur. 2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (IAS-HE AS) Azərbaycan bölməsinin birinci vitse-prezidentidir.
Elşən Hüseynov
Elşən İbrahim oğlu Hüseynov (30 may 1976, Qıraqlı, Saatlı rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 30 iyun 1976-cı il Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur. 1983-cü ildə burada məktəbə getmiş, 1993-cü ildə burada məktəbi bitirmişdir. 1994-cü ildə Milli Orduya çağırılmışdır. == Döyüşlərdə iştirakı == Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin komandanlığı ilə silahlı dəstə zərərsizləşdirildi. 13-17 mart hadisələri zamanı Elşəndə silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edirdi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə, birliyimiz naminə öz əziz canlarından keçdilər. Bunlardan biri də Hüseynov Elşən oldu... == Ailəsi == Atası Hüseynov İbrahim Kərəm oğlu 10 yanvar 1930-cu ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur. Anası Hüseynova Arifə Zeyniş qızı 21 mart 1938-ci ildə Saatlı rayonu Qıraqlı kəndində anadan olmuşdur.
Elşən Həmidov
Elşən Həmzəyev
Elşən Həmzəyev (azərb. Elşən Həmzəyev‎; d. 1972, Astara) — Azərbaycanlı deputat. == Həyatı == === Təhsili === 1972-ci ildə Astara rayonunda doğulan Elşən Həmzəyev Astara şeher 3 nömrəli orta məktəbini bitirib və Rusiya Sankt-Peterburq şəhərinə gedib. Elşən Həmzəyev əvvəlcə M.A.Bonç-Brueviç adına Sankt-Peterburq Dövlət Telekommunkasiya Universitetini bitirib, daha sonra isə ikinci təhsilini (DİN Universitetinde) alaraq hüquqşünas ixtisasına yiyələnmişdir. == Fəaliyyəti == 30 ildir Rusiyada yaşayan Elşən Həmzəyev 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan "Savalan" şirkətlər qrupunun rəhbəridir. 14 sentyabr 2014-cü ildə Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən Sankt-Peterburq şəhər dumasına deputat seçilib. 550 min əhalisi olan rayonda seçicilərin 34,47 faizinin səsini alan Elşən Həmzəyev erməni rəqibi Serqey Minasyana asanlıqla qalib gəlib. Elşən Həmzəyev həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq şəhərində səlahiyyətli nümayəndəsidir. 10 sentyabr 2019-cu ildə Rusiya Federasiyasının bütün regionlarında keçirilmiş seçkilərdə Sankt-Peterburqun İvanov dairəsindən namizədliyini irəli sürən və "Vahid Rusiya" partiyasının üzvü olan Elşən Həmzəyev Sankt-Peterburq şəhər dumasına deputat seçilib.
Elşən Həşimov
Həşimov Elşən Qiyas oğlu (2 noyabr 1970, Boladı, Lənkəran rayonu) — milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). "Milli təhlükəsizlik və hərbi elmlər" jurnalının baş redaktoru. == Həyatı == Həşimov Elşən Qiyas oğlu 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. 1994–1995-ci illərdə Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişdir. 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetinin əyani adyunkturasında təhsil almaqla xidmətini davam etdirmişdir. 1998–1999-cu illərdə Xarkov Hərbi Universitetinin "Raket silahları və texnoloji qurğular" kafedrasında "assistent" vəzifəsində, 1999–2000-ci illərdə "müəllim" vəzifəsində xidmət etmişdir. 12.01.2000-ci il tarixindən öz xahişimlə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 2000–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi, 2003–2007-ci illərdə Mexanika kafedrası rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2007–2013-cü illərdə Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişdir. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində.
Elşən Kərimov
Elşən Mansurov
Elşən Mansurov (Elşən Məmməd oğlu Mansurov; 30 dekabr 1962, Sumqayıt) — Azərbaycan musiqiçisi, kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Elşən Mansurov 30 dekabr 1962-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonundandır.Konservatoriyada təhsil alıb (1985–1990). 2000-ci ildən Konservatoriyada kamança sənətinin sirlərini öyrədir. Bir müddət Alim Qasımovu müşayiət edib (1989–1997). E.Mansurov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur. 1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur. Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s.
Elşən Mehbalıyev
Elşən Musayev
Elşən Məmmədhənifə oğlu Musayev (11 avqust 1979, Vartaşen) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin V, VI və VII çağırış deputatı (2015-ci ildən), Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri. == Həyatı == 1979-cu il avqustun 11-də Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, ingilis və alman dillərini bilir. 2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləmiş, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışmışdır. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir. 2015 və 2020-ci ildə 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, İtaliya, Qətər, Malayziya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Erken-Şaxar
Erken-Şaxar (abq. Эркин-ШахӀар, kab.-çərk. Эркен-Шахер, Эркен-Щыхьэр, Эркен-Щэхьэр, qaraç.-balk. Эркин-Шахар, noq. Эркин-Шахар ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Noqay rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiyası == Qəsəbə Noqay rayonunun şərq hissəsində, Kuban çayının sol sahilində, Kiçik Zelençuk çayının ona töküldüyü yerdən bir qədər yuxarıda yerləışir. Çerkesskdən 18–20 km şimal-qərbdə və Nevinnomıssk şəhərindən 31 km cənubda yerləşir. Qəsəbədə Nevinnomısskaya stansiyası vardır. Bu stansiya Nevinnomıssk-Cequta yolu üzərində yerləşir.
Erkən Bahar
Erkən bahar – Polyak yazıçı Stefan Zermoskinin məşhur əsəri. Mövzusu Bakı şəhərində cərəyan edir.
Erkən Xristianlıq
Erkən Xristianlıq — Xristianlığın yaranmasından (I yüzilliyin 30-cu illərindən) Nikea Ekumen məclisinə qədər (325 il) davam edən dövr. == Xristianlığın yaranması, yayılması və dövlət dininə çevrilməsi == Xristian dünyagörüşü və mədəniyyətinin yaranması dünya tarixində olan ən önəmli hadisələrdən biri olmuşdur. Fələstin torpaqlarında yaranan bu dinin ilk azsaylı ardıcılları, qədim yəhudi ənənəsi çərçivəsində, yeni təfəkkürün əsas müddəalarını ifadə etdilər. Gələcəkdə bu təlim, bir neçə əsr ərzində Roma imperiyasının böyük xalq kütlələrini əhatə edərək, rəsmi dövlət dini statusunu almışdır. Roma mühitində inkişaf etmiş xristian dünyagörüşü, təkcə yəhudi ənənələri ilə məhdudlaşmayıb, müxtəlif dini-fəlsəfi təlimlərin təsiri altında düşmüşdü. Xristian dininin rəsmi doktrinası bir neçə əsr ərzində tədricən, mürəkkəb tarixi hadisələr şəraitində formalaşmışdı. Lakin bundan sonra daxili ziddiyətlərin kəskinləşməsi nəticəsində orada müxtəlif dini təriqətlər və cərəyanlar fəaliyyət göstərmişdir. Sonda, bu ziddiyətlər Xristianlığın parçalanması ilə nəticələnmişdir. Lakin, bütün bu ziddiyətli məqamlara baxmayaraq bu din dünya dininə çevrilmişdir. Yeni dinin yayılması ilk olaraq Roma hakimiyyəti tərəfindən birmənalı qarşılanmamışdır.