Elşən Fuad oğlu Salayev (8 iyun 1998; Bakı, Azərbaycan — 18 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.
Elşən Salayev | |
---|---|
Elşən Fuad oğlu Salayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Fuad Salayev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Vətən Müharibəsi • Talış döyüşləri |
Təltifləri | 2020 |
Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub.
Salayev Elşən Fuad oğlu 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş,[1] elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub.[2] Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlədə iştirak edərək aktiv tələbəlik həyatı keçirmişdir. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir.
2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir.
Mükəmməl rus və ingilis dillərini bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi.
Elşən Salayev, 2019-cu ildə ali məktəbi bitirmişdir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbiyə böyük marağı olmuşdur.Tərtərdəki N saylı hərbi hissədə vətənə xidmətini davam etdirirdi. Vətən Müharibəsinin başlaması ilə vətənin müdafiəsi üçün döyüşlərə qatılmışdır. Tərtər rayonunun Talış kəndi istiqamətində olan ağır döyüşlərdə iştirak etmişdir. 15 oktyabr tarixindən sonra Elşəndən heç bir xəbər alına bilmirdi. Təxminən 1 ay sonra acı xəbər gəldi. Elşən Salayev Vətən Müharibəsində qəhrəmancasına həlak olmuşdur.[3] 18 noyabr tarixində Bakı şəhərində son mənzilə yola salınmışdır. Elşən, Azərbaycanın tarixini onun keçmişini öyrənərək gələcəyi üçün faydalı gənc olmaq istəyirdi, ancaq onun xəyalları, planları yarımçıq qaldı.