Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Aceria erinea
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Erida (mifologiya)
Erida (yun. Ἔρις mübahisə, mübarizə) yunan mifologiyasında mübahisə ilahəsi, ilk kosmoqonik güvvə: gecə ilahəsi Niksin qızı, Xaosun qız nəvəsi, bəzən Aresin bacısı kimi təqdim olunur. Aclıqın, döyüşün, qətlin, mübahisənin, haqsızlığın və əməyin anası. Hesioda görə iki cür: biri araqarışdıran, müharibələr törədən, digəri isə insanlarda əmək rəqabəti yaradan Erida mövcuddur. O, döyüşçüləri coşdurur və ehtiraslaşdırı . == Troya müharibəsi səbəbkarı == Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması, onu əldə etmək üçün Hera, Afina (mifologiya) və Afrodita arsında qızğın mübahisəyə səbəb olur.
Erida planeti
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Erina Yamane
Erina Yamane (d. 20 dekabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Erida (cırtdan planet)
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Berinia
Tayaotu, çibançiçəyi, barkhauziya (lat. Crepis) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == == Növləri == Laləyarpaq tayaotu, laləyarpaq çibançiçəyi, laləyarpaq barkhauziya (Barkhausia rhoeadifolia Bieb.)(= Crepis rhoeadifolia Bieb.) Crepis achyrophoroides Vatke Crepis aculeata (DC.) Boiss. Crepis acuminata Nutt. Crepis aitchisonii Boiss. Crepis alaica Krasch. Crepis albescens Kuvaev & L.S.Demidova Crepis albida Vill. Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp.
Brınza
Brınza pendiri (azərb. Ağ pendir) – Ağ rəngli duzlu pendir növu. Hazrılanmasında inək, camış, qoyun və keçi südlərindən, bəzən isə onların qarışığından istifadə edilir. Əsasən Şərqi Avropa, Qafqaz və Balkan xalqları arasında yayılıb. Azərbaycanda ağ pendir kimi tanınır. == Tarixi == İlk dəfə bu söz, 1370-ci ildə Xorvatiyanın Dubrovnika portunda qeydə alınıb. Qeyddə pendirin adı "Vlaha pendiri" olan "Brençe" kimi keçir. Daha sonra 1470-ci ilə aid mənbələrdə Macarıstan Krallığı və 1527-ci ilə aid sənədlərdə Polşanın Podhale əyalətində bu pendirdən bəhs edilir. Daha sonrakı dövrlərdə isə Slovakiya və digər Aropa ölkələrində bu pendir barədə məlumatlara rast gəlmək olar. == Xüsusiyyəti == Brınza ağ rəngli, bəzən az sarıya çalan rəngi olan pendirdir.
Eridan
Eridan bürcü (lat. Eridanus, Eri — müasir 88 bürclərdən biridir. Eridan bürcü öz formasına görə qədimdən indiki Nil cayı ilə eyniləşdirilir. Ancaq bir çox alim Eridanın Şimali İtaliyadakı Po çayının əvvəlki adı olduğunu fərz edillər. Eridan göy üzündə ən böyük sahəni örtən bürcdür. Göyün Cənub yarımkürəsindədir.
Erinus
Erinus (lat. Erinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erinus alpinus L. Erinus thiabaudii Jahand.
Merida
Merida (İspaniya)
Mirinda
Mirinda- 1959-cu ildə İspaniyada hazırlanmış portağal dadlı qazlı içki. Adı esperanto dilində 'heyranedici" mənasını verir. Fantanın əsas rəqibi hesab edilir. Digər rəqibləri Britvikin Tanqo və Dr. Pepper şirkətinin Sunkist içkiləridir. Mirindanın müxtəlif meyvə tamlı variantları mövcuddur. Bunlara portağal, sitrus, qreypfrut, alma, çiyələk, moruq, ananas, nar, banan, limon, hibiskus, quarana, naringi, armud, qarpız, üzüm meyvə tamları daxildir. == Tarixi == Mirinda ilk dəfə 1958-ci ildə İspaniyada tanıdılıb, istehsalına isə 1960-cı ildən başlanılıb. İçki qısa müddət ərzində bütün İspaniyaya və Avropaya yayıldı. 1970-ci ildən isə PepsiCo şirkətinin tərkibinə qatıldı.
Nerinqa
Nerinqa (lit. Neringa) — Litvada kurort şəhəri. == Preyla == Kəndin əsasını 1843-cü ildə qumla örtülmüş Nauyeyi Naqlyay kəndinin sakinləri qoyub. Kəndin adı çox güman ki, Latviyanın Preylyay şəhəri ilə bağlıdır. Ola bilsin ki, bu latış dilində "çağırılmamış qonaq" və ya "parçanın birləşdirilməsi üçün iki çarpazlaşdırılmış mil" mənasını verən, Preylis soyadından törəmə olan şəxsi toponimdir. Preyla Preyla körfəzinin yanında, şimaldan Ojku raqas və cənubdan Majasis Preylos raqas burunları arasında yerləşir. Bulvikio burnu Preylanı Nidadan ayırır. Əsas küçə Kurşsk körfəzi boyunca keçir, orada XIX – XX əsrin əvvəlinin salamat qalmış evləri yerləşir. Ən məşhur qum təpələri: Preyla (53 м), Vetsekruq (67 м), Karvayçyay (59 м).
Triada
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya == Banda qrupları == Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) == Xarici keçidlər == Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.
Tringa
İlbizcüllüt (lat. Tringa) — tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda İlbizcüllüt cinsinə 6 növ daxildir: Qara ilbizcüllüt (Tringa ochropus Linn., 1758) Fiyu ilbizcüllüt (Tringa glareola Linn., 1758) Böyük ilbizcüllüt (Tringa nebularia Ginn., 1767) Otluq ilbizcüllütü (Tringa totanus Linn., 1758) Bülbülü ilbizcüllüt (Tringa erythropus Pall., 1764) Çay ilbizcüllütü (Tringa stagnatilis Bechs., 1803) == Həmçinin bax == Sahil daşçevirəni Adi caydaqcüllütSağsağanı alacüllütQara ilbizcüllütFiyu ilbizcüllüt == Xarici keçidlər == Green Sandpiper (Tringa ochropus) == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Ərinti
Ərinti ya Xəlitə - Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir. Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda bərk məhlullar alınır. Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır.
Morinda
Morinda (lat. Morinda) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Erica
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
Ərinc
Ərinc — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.