Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Halo
Halo (mahnı)
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor.SoyadAfife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Qalo
Halə (q.yun. ἅλως — dairə, disk; eləcə də aura, nimb, oreol) — Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsidir. == Yaranma fizikası == Atmosferin yuxarı qatlarındakı buludlar kiçik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürlər toplusuna halə deyilir. Tez-tez səmanın üzünü yüngül lələkvari buludlar örtdükdə Günəşin ətrafında işıqlı halqa əmələ gəlir. Onun Günəşə yönəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günəşdən uzaq olan xarici kənar daha bozumtul olub səmanın fonunda zəif mavi rəngə çalır. Az-az hallarda Günəşi bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqdə paralel olmaqla Günəşdən keçir. Bu vaxt Günəşdən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər əmələ gəlir.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Alo
Alo — adətən, danışıq vaxtı telefon dəstəyi ələ götürüldükdə söylənilən ilk söz. == Yaranması == Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir. "Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı.
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Burque-Jalyo
Burquen-Jalyö (fr. Bourgoin-Jallieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38053. Kommunanın 2007-ci il üçün əhalisi 23759 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 382 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Qardaşlaşmış şəxslər == Rehau (alm.
Burquen-Jalyo
Burquen-Jalyö (fr. Bourgoin-Jallieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38053. Kommunanın 2007-ci il üçün əhalisi 23759 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 382 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Qardaşlaşmış şəxslər == Rehau (alm.
Frida Kalo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Halo (mahnı)
Halo — Amerikan müğənnisi Beyonce'nin üçüncü studio albomu I Am... Sasha Fierce albomuna daxil olan mahnısı.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy, Qərbi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran tarixçisi və professor. == Həyatı == 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. == Fəaliyyəti == Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir.Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. == Əsərləri == Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) == Mükafatları == Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.
Jalə Qədimova
Jalə Həmid qızı Qədimova (7 iyul 1954, Gəncə şəhəri)— pedaqojika elmləri doktoru, professor. ADPU-nun "Musiqi və onun tədrisi texnologiyası" kafedrasının professoru == Həyatı == Jalə qədimova 1954-cü ildə iyulun 7-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə "Fərqlənmə diplomu" ilə Gəncə Musiqi Texnikumunu, 1977-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Ailəlidir, bir oğlu və bir qızı var. == Fəaliyyəti == 1994-cü ildə "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (1300.01) — Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb. 2007-ci ildə "Müasir dövrdə Azərbaycanda musiqi tədrisi və tərbiyyəsinin problemləri və onların həlli yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək (5804.01) — Ümumi pedqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqoji elmləri doktoru adına layiq görülmüşdür. 2011-ci ildən pedqaogika üzrə elmlər doktoru, professorudur.Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. "Musiqi alətləri" kafedrasında konsertmeyster, müəllim baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1998–2016-cı illərdə "Musiqi fənləri və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsini icra etmişdir. İşlədiyi müddət ərzində pedaqogika üzrə beş fəlsəfə doktoru yetişdirmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu.Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı. 1943-cü ildə professor Rodenvaltın yanında "Kunstgeschichtliche Untersuchung der Opferhandlung auf römischen Münzen" adlı doktorluq tezisi ilə doktorluğu tamamlayaraq Türkiyəyə döndü.
Jalə Əhmədova
Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, hüquq elmləri magistri. == Həyatı == Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 158 saylı orta məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb.Ehtiyatda olan zabitdir. === Ailəsi === Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır. Ailəlidir, 2 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2018-ci ildən "Vinq Çun" Döyüş Sənəti Federasiyasının təsisçilərindən biri və vitse-prezidenti olub..
Jalə Əliyeva
Jalə Əliyeva (5 oktyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Həyatı == Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.
Jolo adası
Jolo — Filippinin cənub-qərbində yerləşən vulkanik mənşəli ada. Mindanao və Borneo (Kalimantan) adaları arasında yerləşən Sulu arxipelağına daxildir. Adanın ərazisi 869 km², əhalisi təqribən 447,7 min nəfərdir. Adanın əsas şəhəri, eləcə də Sulu əyalətinin inzibati mərkəzi Jolo şəhəridir.
Salo adası
Salo adası (fin salo) — Ladoqa gölünün şərq sahillərində, inzibati baxımından Kareliya Respublikasının Olones rayonu ərazisində yerləşir. == Tarixi == Salo adası bir zamanlar Ladoqada quldurluq edən quldur Ondrusun və dəstəsinin iqamətgahı olmuşdur. Adaya bitişik olan buxta Ondrusovski adlandırılır. Quldur sonradan tövbə etdi və adasının qarşısındakı Andrusovski monastırında rahib oldu.
Sen-Malo
Sen-Malo (fr. Saint-Malo) – Fransanın şimal-qərbində yerləşən şəhər. Eyniadlı rayonun mərkəzidir.
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Alo (Aryej)
Alo (fr. Alos) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sen-Jiron kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09008. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 123 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 71 yaşda (15-64 yaş arasında) 50 nəfər iqtisadi cəhətdən fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,4%, 1999-cu ildə 62.5%). Fəal olan 50 nəfərdən 42 nəfəri (26 kişi və 16 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) idi. 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Alö (kommuna)
Alö (fr. Aleu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Massa kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09005. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 91 yaşında (15–64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi — 65,9%, 1999-cu ildə 63,3%). Fəal olan 60 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 12 nəfəri işsizdir (6 kişi və 6 qadın). 31 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 10 nəfər — təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Filipp Alo
Filipp Alo (fr. Philippe Alliot; 27 iyul 1953) 1984–1990 və 1993-1994-cü illərdə Formula 1 yarışçısı olub. O, RAM, Ligier, Larrousse və McLaren komandasında yarışıb. == Bioqrafiya == Politologiya elmini öyrənərək, o, idman sahəsində karyerasına gec başlamışdır. 21 yaşında Motul yarış məktəbinə daxil olur. Burada təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Politologiya elmindən imtina etdi. 1976-cı ildə, Formula Renault yarışına qatıldı və 1978-ci ildə BP Racing komandasında çempionluq qazandı. 1979-cu ildə o, Fransa Formula 3-ə qatıldı. İlk yarışında üçüncü yeri qazandı və sonradan Avropa Formula 3-ə qatıldı. 1983-cü ildə Formula 2-ə qatıldı və heç bir yer qazanmadı.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Palo-Alto (film, 2013)
Palo-Alto (ing. Palo Alto) — Cia Koppolanın rejissorluğu ilə 2014-cü ildə çəkilmiş dram filmi. Ceyms Frankonun 2010-cu ildə yazdığı eyniadlı hekayə əsasında çəkilmişdir. Filmdə Emma Roberts, Cek Kilmer, Ceyms Franko, Net Vulff və Zoi Levin rol alıb. Film Kaliforniyada yaşayan üç gəncin həyatından bəhs edir. == Rollarda == Emma Roberts — April Ceyms Franko — Mr.