Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində kənd. Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Uvala
Uvala (rus. увала, ing. ouvala, uvala) — cənubi slavyan adətən layların uzanma istiqamətinə uyğun və ya çat boyu uzanan, hər iki qurtaracağı qapalı olan, muldaya oxşar çökək. Çox vaxt karst qıflarının böyüməsi və öz aralarında birləşməsi nəticəsində yaranır. Belə formalar karst çökəklikləri adlanır.
Avala qülləsi
Avala qülləsi (serb. Авалски торањ) ― Serbiyanın paytaxtı Belqrad şəhərində, Avala dağında yerləşən 204.68 metr (672 ft) hündürlüyündəki teleqüllə. Orijinal qüllənin tikintisi 1965-ci ildə bitrilsə də, 29 aprel 1999-cu ildə NATO-nun Yuqoslaviya bombalaması əsnasında məhv olmuşdur. Qüllənin yenidən qurulmasına 21 dekabr 2006-cı ildə başlanmış və rəsmi olaraq 21 aprel 2010-cu ildə açılmışdır. == Tarix == === Mənşə === Qüllənin inşasına 14 oktyabr 1961-ci ildə başlanıldı və dörd il sonra, 1965-ci ildə tamamlandı. Tikilinin ümumi çəkisi 4 000 tondur. Qüllənin 102–135 metr hendürlükləri arasında qapalı müşahidə göyərtəsi var idi və buraya iki sürətli lift vasitəsilə çıxılırdı. Qüllə bütün dünyada en kəsiyi bərabərtərəfli üçbucaq olan tək qüllə idi. Qülləyə əvvəlcə ağ-qara televiziya yayımı üçün istifadə olunan antena taxılmışdı. 1971-ci ildə antena rəngli televiziya yayımı üçün nəzərdə tutulmuş yenisi ilə əvəz olundu və 31 dekabr 1971-ci ildə Belqrad TV-nin İkinci proqramı rəngli versiyada yayımlanmağa başladı.
Hvala, ne!
Hvala, ne! (azərb. Təşəkkür edirəm, yox!‎) — Sloveniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lea Sirk "Hvala, ne!" mahnısı ilə Sloveniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Sloven dilində səslənən mahnı Lea Sirk və Tomi DeKlerk tərəfindən bəstələnmişdir.
Ovala bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
AVAVA
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Avçala
Avçala (gürc. ავჭალა) — Gürcüstanın paytaxtı Tbilisinin şimal ətrafı, şəhərin Qldani rayonunun bir hissəsidir. 1962-ci ildə Tiflis sərhədlərinə daxil olana qədər qədim tarixə malik kənd olub. Avçala Mtkvarinin sol sahilində, dəniz səviyyəsindən 440 m yüksəklikdə yerləşir. == Toponimkası == Avçala- Tiflis şəhərinin şimalında yer adı. Bir fikrə görə gürcü dilində avi "hirsli", "qəzəbli" və azərbaycanca çala sözlərindən ibarətdir. Əslində isə toponim qədim türk dillərində av — "ov" və çalı- "su sahili meşə, kolluq" sözlərindəndir. Bu mənada həmin söz ilk dəfə Alban tarixində qeyd olunmuşdur.
Duala
Duala (fr. Douala) — Kamerunun ən iri şəhəri və Littoral regionunun mərkəzi.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Nyala
Nyala (lat. Tragelaphus angasii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü. Antilopun bu növünün uzunluğu 140 sm, süysününün hündürlüyü 100 sm-ə qədər olur. Kütləsi 55-125 kq arasında dəyişir. Erkəkləri dişilərindən nəzərəçarpacaq dərəcədə ağır olur. Erkək və dişilər ilk növbədə yunlarının rənginə görə fərqlənirlər. Nisbətən böyük erkəklər boz rəngdə və ucları ağ olan burulmuş buynuzu olur. Dişilər və cavan nyalalar buynuzsuz və rəngləri qırmızımtıl-qəhvəyi rəngdə olur. Bütün fərdlərdə 18 nazik şaquli zolaqlar olur. Erkəklərin nisbətən uzun düz formada bel sütununu örtən yalı var və boğazından aşağı hissələri boyunca yun çəngəsi sallanır.
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Orvala
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Emilio Avila
Eucalyptus ovata
Eucalyptus ovata (lat. Eucalyptus ovata) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus gunnii var. ovata (Labill.) H.Deane & Maiden == Yarımnövləri == Eucalyptus ovata subsp. grandiflora (Maiden) D.Nicolle Eucalyptus ovata subsp.
Eugenia uvalha
Eugenia uvalha (lat. Eugenia uvalha) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Evald Aav
Evald Aav (22 fevral (6 mart) 1900, Revel – 21 mart 1939, Tallin) — Estoniya bəstəkarı və xor dirijoru, Estoniya milli operasının yaradıcılarından biri. == Həyatı == Evald Aav 6 mart 1900-cü ildə Estland quberniyasının (indiki Estoniya) Revel (indiki Tallin) şəhərində anadan olmuşdur. İlk piano və musiqi nəzəriyyəsi dərslərini müvafiq olaraq Helmi Vittola-Mohfeld və Anton Kasemetsdən almışdır. 1926-cı ildə Tallin Konservatoriyasını bitirmişdir. Həvəskar xorlara rəhbərlik etmişdir. 1924–1927-ci illərdə Tallin Hərbi Məktəbinin xor və orkestrinə rəhbərlik etmişdir. 1926–1937-ci illərdə opera müğənnisi İde Loo-Talvari ilə evlənmişdir. 1938-ci ildə Mahnı Festivalında baş xor dirijoru olmuşdur. Eyni zamanda, o, yerli və musiqi jurnallarının müəllifi və redaktoru, Yazıçılar İttifaqının və Estoniya Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Ölümündən bir müddət əvvəl Evald Aav soyuqdəyməyə yoluxmuş, lakin xəstəliyinə baxmayaraq, opera tamaşasında işləməyə davam etmişdir.
Hvasa (müğənni)
An He-cin (kor. 안혜진), 23 iyul 1995, Concu) və ya səhnə adı ilə Hvasa (kor. 화사) – Cənubi Koreyalı müğənni, repçi, mahnı müəllifi, bəstəkar və model. 2014-cü ildə Mamamoo qız qrupunun üzvü olaraq debüt etmişdir. Musiqisinə təsir etmiş ifaçı kimi Beyonse-ni göstərir. Yazı və bəstəkarlıqda iştirak etdiyi "Twit" rəqəmsal sinqlı ilə 2019-cu ilin fevral ayında solo sənətçi kimi debüt etmişdir. 2020-ci ilin mart ayında Hvasa ingilis müğənni Dua Lipa ilə birlikdə Lipanın "Physical" mahnısının remiksi üçün koreyaca sözləri əlavə edib. 2020-ci ilin avqust ayında isə 10 oktyabrda "Don't Touch Me" adlı sinql ilə debüt edən dörd nəfərdən ibarət "Refund Sisters" adlı (kor. 환불 원정대) superqrupun üzvü biri olaraq debüt etmişdir. "Maria" adlı EP-i ilə Hvasa ABŞ iTunes albomları çartında üst sıralarda yer alan ilk koreyalı qadın solo sənətçisi olmuşdur.
Jaba Dvali
Jaba Dvali (gürc. ჯაბა დვალი; 8 fevral 1985, Tbilisi) — keçmiş gürcü futbolçu. == Həyatı == == Karyerası == Jaba Dvali 2004-cü ildə "Dinamo Tbilisi" klubunda peşəkar karyerasına başlayıb. İndiyə kimi Gürcüstanın "Sioni Bolnisi", "Çikura Saçxere", "Olimpi Rustavi", "Zestafoni" və Moldovanın "Daçiya Kişinyov" klubunda oynayıb. 2013–2014 mövsümündə Azərbaycanın "Qarabağ" klubunda oynayıb. 2022-ci ildən karyerasını sonlandırıb.
Jagala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyniadlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. == Ümumi məlumat == Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Jalma (mahnı)
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Lamium orvala
Lamium orvala (lat. Lamium orvala) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Orvala garganica L. === Heterotipik sinonimləri === Lamium grandiflorum Salisb. Lamium pannonicum Scop. Lamium phalacranthera St.-Lag. Lamium wettsteinii Rech.