Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Erkən qazanılan şöhrət (1984-1998) === Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Uvala
Uvala - (rus. увала, ing. ouvala, uvala) /cənubi slav­yan/-adətən layların uzanma isti­qamətinə uyğun və ya çat boyu uzanan, hər iki qurtaracağı qapalı olan, muldaya oxşar çökək. Çox vaxt karst qıflarının böyüməsi və öz aralarında birləşməsi nəticəsində yaranır. Belə formalar karst çö­kəklikləri adlanır.
Avala qülləsi
Avala qülləsi (serb. Авалски торањ) ― Serbiyanın paytaxtı Belqrad şəhərində, Avala dağında yerləşən 204.68 metr (672 ft) hündürlüyündəki teleqüllə. Orijinal qüllənin tikintisi 1965-ci ildə bitrilsə də, 29 aprel 1999-cu ildə NATO-nun Yuqoslaviya bombalaması əsnasında məhv olmuşdur. Qüllənin yenidən qurulmasına 21 dekabr 2006-cı ildə başlanmış və rəsmi olaraq 21 aprel 2010-cu ildə açılmışdır. == Tarix == === Mənşə === Qüllənin inşasına 14 oktyabr 1961-ci ildə başlanıldı və dörd il sonra, 1965-ci ildə tamamlandı. Tikilinin ümumi çəkisi 4 000 tondur. Qüllənin 102–135 metr hendürlükləri arasında qapalı müşahidə göyərtəsi var idi və buraya iki sürətli lift vasitəsilə çıxılırdı. Qüllə bütün dünyada en kəsiyi bərabərtərəfli üçbucaq olan tək qüllə idi. Qülləyə əvvəlcə ağ-qara televiziya yayımı üçün istifadə olunan antena taxılmışdı. 1971-ci ildə antena rəngli televiziya yayımı üçün nəzərdə tutulmuş yenisi ilə əvəz olundu və 31 dekabr 1971-ci ildə Belqrad TV-nin İkinci proqramı rəngli versiyada yayımlanmağa başladı.Yüksək riski olan layihə heç bir işçi xəsarəti və ya ölüm hala olmadan başa çatdı və bu, bu böyüklüyündəki bir layihə üçün qeyri-adi idi.
Hvala, ne!
Hvala, ne! (azərb. Təşəkkür edirəm, yox!‎) — Sloveniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Lea Sirk "Hvala, ne!" mahnısı ilə Sloveniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Sloven dilində səslənən mahnı Lea Sirk və Tomi DeKlerk tərəfindən bəstələnmişdir.
Ovala bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır."Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.
AVAVA
AVAVA — yayın son ayındakı ay işığının olduğu gecələrdə insanların əllərini ağızlarına aparıb çalarkən çıxardıqları səs. Bu hərəkətə "avava çalmaq" deyilir. Sonay gecələrində avava çalmaq yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir.Ava, avaz sözləri bu səsdən törənibdir. == İstinadlar == == Həmçinin bax == AVAVA (roman), Nasir Mənzuri Qaraçuxa (roman), Nasir Mənzuri.
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Avçala
Avçala Tiflis şəhərinin şimalında yer adı. == Toponimkası == Avçala- Tiflis şəhərinin şimalında yer adı. Bir fikrə görə gürcü dilində avi "hirsli", "qəzəbli" və azərbaycanca çala sözlərindən ibarətdir. Əslində isə toponim qədim türk dillərində av - "ov" və çalı- "su sahili meşə, kolluq" sözlərindəndir. Bu mənada həmin söz ilk dəfə Alban tarixində qeyd olunmuşdur.
Duala
Duala (fr. Douala) — Kamerunun ən iri şəhəri və Littoral regionunun mərkəzi.
Koala
Koala (lat. Phascolarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin koalalar fəsiləsinə aid heyvan cinsi.
Nyala
Nyala (lat. Tragelaphus angasii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü. Antilopun bu növünün uzunluğu 140 sm, süysününün hündürlüyü 100 sm-ə qədər olur. Kütləsi 55-125 kq arasında dəyişir. Erkəkləri dişilərindən nəzərəçarpacaq dərəcədə ağır olur. Erkək və dişilər ilk növbədə yunlarının rənginə görə fərqlənirlər. Nisbətən böyük erkəklər boz rəngdə və ucları ağ olan burulmuş buynuzu olur. Dişilər və cavan nyalalar buynuzsuz və rəngləri qırmızımtıl-qəhvəyi rəngdə olur. Bütün fərdlərdə 18 nazik şaquli zolaqlar olur. Erkəklərin nisbətən uzun düz formada bel sütununu örtən yalı var və boğazından aşağı hissələri boyunca yun çəngəsi sallanır.
Scala
Scala - obyekt - funksional və skript proqramlaşdırma dilidir. Scala funksional proqramlaşdırmanı tam dəstəkləyir. Scala mənbə kodu java bayt koduna çevrilir və bu da Java virtual maşın tərəfindən çağrılır. Java kitabxanaları birbaşa Scalada istifadə oluna bilər və ya əksinə Scala kitabxanaları Javada istifadə oluna bilər.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
AVAVA (roman)
Avava romanı Azərbaycan türkcəsində yazılmış, yazarı isə Nasir Mənzuri dir. Bu roman ilk dəfə 2005-ci ildə Tehranda çap olunub. Romanın adı Sonay gecələrində çağırış səsi olan “AVAVA”-dan alınıbdır. == Həmçinin bax == AVAVA Qaraçuxa (roman), Nasir Mənzuri. Qaraçuxa Sonay == qaynaq == ədəbiyyat qəzetində səxavət sahil'dən AVAVA haqında yazılan bir məqalə.
Aegilops ovata
Aegilops neglecta (lat. Aegilops neglecta) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü.
Akemi İvata
Akemi İvata (d. 19 yanvar 1954) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Alburnus avola
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).
Avaça (vulkan)
Avaça (rus. Авача) — Rusiyanın Kamçatka yarımadasının cənubunda, Petropavlovsk-Kamçatski şəhərindən şimalda vulkan. Hündürlüyü 2,741 metr olan vulkan son 230 ildə 12 dəfə püskürmüşdür. Həmişə tüstülənir. == İstinadlar == == Əlavə ədəbiyyat == Авачинская сопка // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Брайцева О. А., Базанова Л. И., Мелекесцев И. В., Сулержицкий Л. Д. Крупнейшие голоценовые извержения вулкана Авачинский на Камчатке (этап 7250-3700 лет назад) // Вулканология и сейсмология, 1998.
Avaça körfəzi
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Avila vilayəti
== Ərazisi == Avila vilayətinin ərazisi 8 048 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Avila vilayəti ərazisinə görə 24-cü yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Avila vilayətinin əhalisi 168 826 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Ayumi İvata
Ayumi İvata (7 fevral 1993) — Yaponiyalı oxatan. Ayumi İvata Yaponiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Ayumi İvata birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 31-ci yeri tutdu və 1/64 finala vəsiqə qazandı. Ayumi İvata 1/64 final mərhələsində İranın nümayəndəsi Ebrahim Rəncbər ilə üz-üzə gəldi. Həmin görüşdə Ayumi İvata rəqibinə 5:6 hesabı ilə uduzdu.