Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
DJI
SZ DJI Technology Co., Ltd. — multikopterlər, mikrokontroller, Pilotsuz uçuş aparatları (PUA) və video avadanlıqları istehsal edən Çin şirkəti. PUA sənayesində qabaqcıl və bazar liderlərindən biridir. Şirkətin mərkəzi Şençjen şəhərində yerləşir. 2018-ci ildə şirkət, "DJI"nin qərargahı yerləşəcək binalar kompleksinin inşasına başlayır. Kompleksin dizaynı ilə, " Foster və Partners" memarlıq bürosu məşğul olur. == Şirkətin tarixi == Şirkətin gələcək məhsullarına qeyri-müəyyən şəkildə və təcrübələr, 2006-cı ildə Honqkonqdakı tələbə yataqxanasında başlayır. Firmanın qurucusu olan (o zaman Honqkonq Elm və Texnologiya Unversitetinin Elektron Mühəndisliyi Fakültəsinin tələbəsi) Van Taonun pilotsuz hava vasitələrinə (PUA) marağı, təxminən 6 min dollar dəyərində olan ilk "prototiplərin" hazırlanmasına səbəb olur. "PUA"nın peyk naviqasiyasından istifadə edərək xəritədə göstərilən marşrut boyunca uçmasına və qalxma nöqtəsinə (XP3.1 WayPoint) qayıtmasına kömək edən ilk serialı nəzarətçi avadanlıqlar 2010-cu ildə buraxılır və çox yüksək qiymətə satışa çıxır. Avadanlığın qiyməti təxminən 10 min dollar olur.
JDK
JDK (Java Development Kit ~ комплект разработчика для Java ~ Java geliştirme araçları ~ Java gəlişdiricisinin alətlər dəsti)-vizual proqramlaşdırma mühitində müxtəlif platformalarda Java-apletlər yaratmaq testləmək və sazlamaq üçün lazım olan vasitələrin təməl dəsti. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jidi
Jidi — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Gəgiran kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Jidi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Jidi kəndinin adı talış dilində "ji" yaşamaq, yaşayış "di" kənd sözlərindən təşkil olunmuşdur. Yəni "yaşayış yeri" deməkdir. Kəndin digər etimoloji izahı onun Köhnə Gəgiran (talışca adı: Kanə Qəqır) kəndindən aşağıda yerləşməsinə görə izah olunaraq "jin" aşağı, "di" kənd sözlərinin birləşərək Jindi və daha sonra indiki halına gələrək Jidi kimi tələffüz edilməsi ilə izah olunur. Qeyd edək ki Jindi adında Lerik rayonunda kənd var. == Tarixi == 1999-cu ilə qədər Gəgiran kəndinin məhəlləsi sayılıb. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran rayon mərkəzindən 43 kilometr məsafədə yerləşir. Qonşu kəndləri Gəgiran, Diryan, Tuado. == Əhalisi == Kəndin əhalisi etnik talışlardan ibarətdir.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. == Haqqında == Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib. Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Onun adı Serafino idi (film, 1974)
== Məzmun == İkinci Dünya müharibəsi illərində İtaliyada faşizmə qarşı mübarizə aparan Beynəlmiləl Müqavimət Hərəkatı briqadasında azərbaycanlılar da iştirak etmiş, igidlik və şücaət göstərmişlər. Bu film vətəndən uzaqlarda hitlerçilərə qarşı vuruşan Tahir İsayev haqqındadır. Döyüş yoldaşları Tahir İsayevi "Serafino" çağırırdılar. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Göstərdiyi igidliklərə görə T.İsayev yeddi İtaliya ordeni ilə təltif olunmuşdur. Onların arasında "Yaşıl məşəl", "Antonio Qramşi" ordenləri, "Qaribaldi ulduzu" vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Olqa Petrova Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Hor adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Horus adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Məlik Adi
Məlik Adi — Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə 1607-ci ildə I Şah Abbasın xüsusi fərmanı ilə Buduq kəndinin sahibi olmuşdur.
Nebti adı
Nebti adı ("ikili hökmdar", "hər ikisinin sahibi" mənasını daşıyır) — Qədim Misirdə hökumdar titulunun beş adından biri. Nebti adı Yuxarı və Aşağı Misirin heraldik ilahələri ilə əlaqəlidir: Nexbet kərkəs timsalında Yuxarı Misirin himayəçisi hesab olunur. Uacet ya Horun gözü, eynəkli ilan - kobra timsalında Aşağı Misirin himayəçisi hesab olunur. Hökumdar titullarının içində bu ad fironun Nil çayı boyu yerləşən hər iki məmləkət (Aşağı və Yuxarı Misir) üzərində tam mütləq haikiyyətə malikliyini göstərir. Bu titul ilk Smerxet sülaləsi dövründən başlayaraq tətbiq olunmağa başlanılmışdır.
Qeyri-adi
Qeyri-adi — nadir halda rast gəlinən, sistemə salınmamış, insanlarda təəccüb doğuran, təkrarlanmayan, ənənələri ya az, ya heç olmayan, tez-tez dəyişilən, rastlaşanda maraq doğuran, istisna, standartdan fərqlənən, qeyri-adiliyi ilə seçilən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.348.
Qızıl adı
Qızıl ad, Qızıl horus ad Qədim Misir fironlarının 5 çar titul adından biri. Qızıl ad titulunun daşıdığı məna hələ də tam şəkildə açıqlanmamışdır. == Yaranması == Güman edilir ki, çar və ya firona günəşlə eyniləşdirmək üçün "Qızıl adı" verirmişlər. Rəmzi boyunbağı üzərində oturmuş şahin quşudur. "Qızıl ad" bir titul kimi III sülalə dövründən başlayaraq firon Coser tərəfindən təsis edilmişdir. Yazılarda üzərində şahin oturmuş boyunbağı təsviri kimi Orta qədim dövrə qədər gəlib çatmışdır. == Bax == Şəxsi ad Taxt-tac adı Hor adı Nebti adı Set adı == Literatur == Hans Bonnet: Goldhorus, in: Lexikon der ägyptischen Religionsgeschichte, Hamburg 2000 ISBN 3-937872-08-6 S. 216f. Wolfgang Helck, Eberhard Otto (Ägyptologe): Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999, ISBN 3-447-04027-0 Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Münchner Ägyptologische Studien, Bd.
Qızılgülün adı
Qızılgülün adı (it. Il nome della rosa — postmodernist roman. Eco nun orta əsrlər və xristianlıq dünyasından bəhs edən əsəri. [1] Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dünyagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mədəniyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 ildən artıq vaxt keçir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mərkəzindədir. Yazıçının Boloniya universitetində professor, filosof, tarixçi olması və Orta əsrlər barədə dərin biliyi romanı uğurlu edən səbəblərdəndir. == Məzmun == Bu roman ədəbi dəyəri inanılmaz dərəcədə yüksək olan detektiv ünsürlərlə dolu tarixi polisiyə romanıdır. Eco hər bir ipucunu , dəlilləri oxucunun əlinə verərək , sanki, bizim hadisələri araşdırmağımızı istəyir. Xristianlıq tarixinin də dərinliklərinə enir , xristianlığın ayrı-ayrı qollarını detallı bir şəkildə oxucuya danışır. Kitabı oxuyaraq xristianlığın hansı qollarının imperatora yaxın , hansının papaya daha yaxın olduğunu görmək olar.
Set adı
Set adı — qədim Misir fironlarına verilən beş titul adından biri olan Hor adının analoqu ya əvəzləyicisi. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir. Peribsenin digər fironlardan fərqli olaraq öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir. Sülalə öncəsi dövrlərdə Set Aşağı Misirin rəmzi hesab olunurdu. Ola bilsin ki, Peribsen Aşağı Misir üsyançılarının başçısı olsun və onun hakimiyyəti bütün Misir ərazisinə şamil edilmirdi.
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. == İstifadə səbəbləri == İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. == Ailə əlaqəsi == Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.
Udi dili
Udi dili — udilərin dili. Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. == Dialektlər == Udin dili iki dialektə — Nic və Vartaşen dialektinə bölünür. Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani). Oktomberi danışıq tərzi çoxda Vartaşen dialektindən fərqlənmir,Belə ki Udinlər Vartaşendən Oktomberiyə 1922 ildə köçüblər Udi dilində 10.000 çox insan danışır. Amma Udi dili yazısız dil kimi tanınır, lakin son zamanlar yazılış formasını yaratmaq üçün işlər görünür. Udi dili yalnız məişətdə istifadə olunur. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən ana dili udin dili olan Azərbaycan vətəndaşlarının sayı 3.795 nəfərdir. == Udi əlifbası == Latın əlifbası əsasında yaradılmış Udi əlifbası 1934-cü ildə Fyodor Ceyrani və Mixail Ceyrani tərəfindən Suxumidə yayımlanmış "Samçi dəs" (Birinci dərs) kitabında tərtib olunmuşdur.
Udi təqvimi
Udi təqvimi (udi. tumargir) — Udilər tərəfindən istifadə olunan təqvim. Qriqorian təqviminə görə hazırlanıb Qafqaz Albaniyası təqvimindən götürülmüşdür. 2013-cü ildən Alban-Udi icması tərəfindən çap olunur və pulsuz paylanır.
İdi Amin
İdi Amin Dada (30 may 1928 və ya ən tezi 1923 və ən geci 1928[…], Kampala, Britaniya imperiyası – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. == Bioqrafiya == === Erkən illər === İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. === Müstəmləkə Britaniya Ordusu === Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
İdi xaqan
İdi xaqan (çin. 也咥可汗, Pinyin: Yěxì Kèhán) — Seyanto tayfa başçısı və xaqanı. Əsl adı İşbara idi. İncu xaqanın babası idi. == Hakimiyyəti == 605-ci ildə Telelər və Seyantolar Taman xaqana üsyan qaldıraraq onu İli çayının sahilinədək qovdular. Telelər özlərinə Kibi Gelenq (契苾歌楞) adlı birini Yivuçen Bağa xaqan (易勿真莫賀可汗) adı ilə böyük xaqan, İşbaranı isə İdi xaqan titulu ilə kiçik xaqan seçdilər. Lakin hər iki xaqan 611-ci ildə Şekuy xaqanın yüksəlişi ilə ona təslim olaraq xaqanlıqdan imtina etdilər.
Soy-adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Soy adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Adi güləbətin
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Adi ilanbalığı
Adi ilanbalığı (lat. Anguilla anguilla) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin angvillər fəsiləsinin angvil cinsinə aid heyvan növü.
Qızlıq adı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.