ƏDƏD
ƏDİB
OBASTAN VİKİ
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti (آذربایجان شاعر و ادیبلر جمعیتی) — İranda ədəbi təşkilat. == Tarixi == Azərbaycan Şair və Ədiblər Cəmiyyəti 1946-cı ilin əvvəllində Təbrizdə "Şairlər məclisi" əsasında təsis edilmiş, həmin ilin dekabrınadək fəaliyyət göstərmişdir. Cəmiyyətə İran Azərbaycanı milli azadlıq hərəkatında, yəni Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edən, yaxud ona rəğbət bəsləyən şair və yazıçılar qəbul olunurdu. Əli Fitrət, Balaş Azəroğlu, M. Etimad, İbrahim Zakir, Əli Tudə, Mədinə Gülgün, Mir Mehdi Çavuşi və başqaları onun fəal üzvləri idilər. Şeir, nəsr, dramaturgiya, tənqid, gənc qələmlər bölmələri var idi. İran Azərbaycanının Zəncan, Ərdəbil, Urmiyə və sair şəhərlərində şöbələri təşkil edilmişdir. Cəmiyyət "Günəş" adlı jurnal buraxırdı.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. == Yaradılması == 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. == Fəaliyyəti == İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Mehrimah Sultan Külliyəsi (Ədirnəqapı)
Mehrimah Sultan Külliyəsi — İstanbulun Ədirnəqapı səmtində XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın yeganə qızı olan Mehrimah Sultan tərəfindən inşa etdirilən külliyə məscid, 2 hamam, mədrəsə, məktəb, çeşmə, türbə və çoxlu sayda dükandan ibarətdir. Memar Sinan tərəfindən inşa olunan külliyənin tikintisi 1566-cı ildə başa çatmışdır. Mehrimah Sultan Külliyəsi bir çox xüsusiyyətlərinə görə daha sadə görünümə sahibdir. 37 m hündürlükdə günbəz üç tağ üzərində, hər tərəfində iki sütun, sağ və solda üç qübbə yerləşir. Mehrab və minbər daş işlərindən düzəldilib. 20 metr diametri və 37 metr hündürlüyündə günbəz ilə örtülmüş dini quruluşun ən maraqlı hissələri günəş işığından maksimum dərəcədə yararlanmaq üçün yerləşdirilmiş vitraj şüşələri olan mərmər minbərdır. Böyük həyət qapısından dik pilləkənlərlə məscidə çatanda, sağdakı mədrəsələr və 7 qübbəli 8 mərmər qranit sütunlu son iclas yeri var. Bulaq bağda, minarə isə sağdadır. Hamam küçənin yanındadır.
Mihrimah Sultan Külliyəsi (Ədirnəqapı)
Mehrimah Sultan Külliyəsi — İstanbulun Ədirnəqapı səmtində XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın yeganə qızı olan Mehrimah Sultan tərəfindən inşa etdirilən külliyə məscid, 2 hamam, mədrəsə, məktəb, çeşmə, türbə və çoxlu sayda dükandan ibarətdir. Memar Sinan tərəfindən inşa olunan külliyənin tikintisi 1566-cı ildə başa çatmışdır. Mehrimah Sultan Külliyəsi bir çox xüsusiyyətlərinə görə daha sadə görünümə sahibdir. 37 m hündürlükdə günbəz üç tağ üzərində, hər tərəfində iki sütun, sağ və solda üç qübbə yerləşir. Mehrab və minbər daş işlərindən düzəldilib. 20 metr diametri və 37 metr hündürlüyündə günbəz ilə örtülmüş dini quruluşun ən maraqlı hissələri günəş işığından maksimum dərəcədə yararlanmaq üçün yerləşdirilmiş vitraj şüşələri olan mərmər minbərdır. Böyük həyət qapısından dik pilləkənlərlə məscidə çatanda, sağdakı mədrəsələr və 7 qübbəli 8 mərmər qranit sütunlu son iclas yeri var. Bulaq bağda, minarə isə sağdadır. Hamam küçənin yanındadır.
Mirzə Məhəmməd bəy Ədilbəyov
Ədilbəyov Mirzə Məhəmməd bəy Molla Allahverdi bəy oğlu (1808-?)-pedaqoq, ruhani == Həyatı == Məhəmməd bəy Molla Allahverdi bəy oğlu 1808-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Ibtidai təhsilini atasından almışdı. Sоnra mədrəsədə охumuşdu. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşayırdı. Mirzə Məhəmməd bəy Şuşa qəza məktəbində şəriətdən, türk və fars dillərindən dərs dеmişdi. Qubеrniya katibi, kоllеc assеsоru mülki çinlərini almışdı. Mirzə Məhəmməd bəy 1875-ci ildə Cümə (Ibrahimхəlilхan) məscidinin aхundu vəzifəsini icra еtmişdi. == Ailəsi == Mirzə Məhəmməd bəyin Mеhdiqulu bəy, Allahvеrdi bəy, Əli bəy, Mustafa bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Nurəddin Ədiloğlu
Nurəddin Ədiloğlu (Nurəddin Ədil oğlu Muğanlı; 1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) == Həyatı == Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" adlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. 1999–2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995–2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.
Sokollu Mehmed Paşa külliyəsi (Ədirnə)
Sokollu Mehmed Paşa Külliyəsi — Ədirnədə XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, xanəgah, karvansara, imarət, qoşa hamam, körpü, məktəb və çeşmədən ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyə Sokollu Mehmed Paşanın gənc yaşda vəfat etdiyi oğlu Qurd Qasım Paşanın şərəfinə 1576-1577 tarixlərində inşa edilmişdir. == Mənbə == Abdurrahman Hibrî Efendi, Menâsik-i Mesâlik (haz. Sevim İlgürel, TED, sy. 6 [1975] içinde), s. 114; Evliya Çelebi, Seyahatnâme, III, 479; Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 512; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 200, 202, 232; Jale Nejdet Erzen, Mimar Sinan Dönemi Cami Cepheleri, Ankara 1981, s. 18, 64, 102-103; Mustafa Cezar, Tipik Yapılariyle Osmanlı Şehirciliğinde Çarşı ve Klasik Dönem İmar Sistemi, İstanbul 1985, s.
Səid Ədilov
Səid Həsən oğlu Ədilov (5 noyabr 1994; Bərdə rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Ədilov 5 noyabr 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Səid Ədilov 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səid Ədilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Ədilov 2 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalidə Ədib Adıvar
Xalidə Ədib Adıvar (osman. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Çeşmə Ədinə (Bicar)
Çeşmə Ədinə (fars. چشمه آدينه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (84 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Şirvani Ədilli
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı. == Həyatı == 17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Yaradıcılığı == Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub. Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub.
Ədil İsgəndərov
Adil İsgəndərov (tam adı: Adil Rza bəy oğlu İsgəndərov; 5 may 1910, Yelizavetpol – 18 sentyabr 1978, Bakı) — Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq artisti (1959), Azərbaycan SSR Ali Sovetinin 4-cü (1955–1959) və 5-ci çağırış (1959–1962) deputatı. == Həyatı == Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar.
Ədilə Hüseynzadə
Ədilə Hacıağa qızı Hüseynzadə (29 aprel 1916 – 20 iyul 2005) — bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). == Həyatı == Ədilə Hüseynzadə 29 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. O, altı yaşından Yeddiillik musiqi məktəbində professor İ.S.Aysberqin sinfində fortepiano ilə məşğul olmağa başlamışdır. Dəqiq elmlərə marağı nəticəsində əvvəlcə 1929-1932-ci illərdə N.Nərimanov adına Sənayə Texnikumunda, sonra isə imtahansız Azərbaycan Dövlət Neft və Sənayə Universitetində təhsil almışdır. Hər iki təhsil ocağını əla qiymətlərlə başa vuran Ədilə Hüseynzadə mühəndis-texnoloq peşəsinə yiyələnmişdir. == Yaradıcılığı == Ədilə Hacıağa qızı Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə musiqi aləminə gəlir. O, 1942-ci ildə Üzeyir Hacıbəylinin yanına gələrək müğənnilik sənətinə yiyələnmək istədiyini bildirən Ədilə Hüseynzadə bundan sonra Bakı Musiqi Akademiyasının Vokal şöbəsinə qəbul olaraq Üzeyir bəydən dərs alır. Metsosoprana səsinə malik Hüseynzadə Ədilə vokal dərslərini SSRİ Xalq artisti Bülbülün sinfində alır. Daha sonra professor Bülbül tələbəsinin əsərlərinin ilk ifaçılarından biri olur. 1945-ci ildə ekranlaşdırılmış "Arşın mal alan" filmində Asyanın vokal partiyası Üzeyir Hacıbəyli tərəfindən Ədil Hüseynzadəyə həvalə olunur və ifası Üzeyir Hacıbəyli tərəfindən müsbət qiymətləndirilir.
Ədilə Namazova
Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Ədilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. == Həyatı == Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Ədilə Əflaki
Nəzərli Ədilə Osmanqızı (1954-cü il, 4 iyul Bakı) — xanəndə,Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Ədilə Əflaki – Nəzərli 4 iyul 1954-cü ildə Bakı şəhərində, Bakının kiçik milyonçusu olan, eyni zamanda ADOBT-nın Üzeyir Hacıbəyli orkestrinin aparıcı solisti olmuş, tanınmış korifey musiqişünas Ələkbərbəy Cavad oğlu Nəzərlinin ailəsində anadan olmuşdur. Əslən Qərbi Azərbaycandandır. Ata soyadının İrəvanda, Axta rayonunun Mərmərə kəndində, ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamlarda – soyqırım nəticəsində ata tərəfindən qətlə yetirilən baba, nənə - doğmalarının, erməni daşnakları tərəfindən ümumilikdə - 6 ailəsinin tamamilə məhv edilməsinə istinadən şəhid ailəsi varisidir.(İşgəncə ilə qətlə yetirilən doğmalarının cəsədlərini taxıl quyularına tökmüşdülər). 1941-1945-ci illər Böyük Vətən Müharibəsi əlili Osman Alı oğlunun övladıdır. Ali təhsillidir, ADMİU-ni bitirmişdir. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından səhnə fəaliyətinə başlayaraq, uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam teatrının solisti olmuşdur. == Qarabağ müharibəsində iştirakı == Ədilə Əflaki I Qarabağ müharibəsinin iştirakçısıdır. 1990-cı ildən Azərbaycanın torpaq ərazi bütövlüyü uğrunda cəbhə bölgələrində, qaynar nöqtələrdə, incəsənətdən ilk könüllü olaraq, müntəzəm xidmətlərinə görə Müdafiə Nazirliyində N saylı Dövlət qeydiyyatlı hərbi arxivi qorunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şah İsmayıl Xətai,"Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz" və bu kimi digər fəxri fərmanlarının sahibidir.
Ədimi
Ədimi-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Poştab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,974 nəfər və 630 ailədən ibarət idi.
Ədimi (şəhər)
Ədimi-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Poştab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,974 nəfər və 630 ailədən ibarət idi.
Ədirnə
Ədirnə (türk. Edirne; əvvəllər Adrianopol; yun. Αδριανούπολις) — Şərqi Trakiyada, Türkiyənin şimal-qərbində, Yunanıstan və Bolqarıstan sərhədlərinə yaxın şəhər. Ədirnə ilinin mərkəzidir. Konstantinopol (İstanbul) Osmanlı imperiyasının yeni paytaxtı olduqdan əvvəl, 1365-ci ildən 1453-cü ilə qədər, imperiyanın paytaxtı olmuşdur. Bir yəhudi icması da bu şəhərdə var. Şəhərin ilk adı "Adrianopolis" olmuşdur. Roma imperatoru Adrianın şərəfinə bu cür adlandırılmışdır. == Qardaş şəhərlər == Yambol Prizren Aleksandropolis == Ədirnədə idman == Qırxpınar Yağlı Gürəşləri bu şəhərdə təşkil edilməkdədir. Ədirnənin köklü klubu Ədirnəspor bu şəhərdə öz ev oyunlarını keçirməkdədir.
Ədirnə Sarayı
Ədirnə Sarayı ya da Saray-ı Cədid-i Amirə (Yeni Saray) — Ədirnədəki Osmanlı saraylarından biridir. İstanbuldakı Topqapı Sarayından sonra Osmanlının ən böyük sarayı idi. Günümüzə yalnızca çox kiçik bir hissəsi gəlib çatmışdır. Şəhər mərkəzindən uzaq, Tunca çayının qərbində, geniş meşə sahəsində yerləşən saray təqribən 3 milyon m² ərazini tutur. 5 əsas meydan və bu meydan içində yerləşən tikililərdən ibarətdir. İçində bir saray bağçası vardı. Keçmişdə sarayın yerləşdiyi Sarayiçi bölgəsi, günümüzdə Qırxpınar güləşlərinin keçirildiyi sahədir. İnşasına II Murad dönəmində başlanılmış, II Mehmed zamanında Memar Şəhabəddin tərəfindən tamamlanmışdır. Ən zamanı IV Mehmedin səltənət dönəmidir. Bu illərdə sarayın içinə yeni köşk, qəsr, çeşmə və hovuzlar tikilmişdir.
Ədirnə hadisələri (1703)
Ədirnə hadisələri (Türkcə: Edirne Vak‘ası) — 1703-cü ildə Şeyxülislam Feyzullah Əfəndinin ölümü, II Mustafanın taxtdan endirilməsi və III Əhmədin cülusu ilə nəticələnən ayaqlanma. İstanbuldan hərəkət edən inqilabi ordunun Ədirnədəki II Mustafanı taxtdan endirməsi ilə nəticələnən bu hadisə Osmanlı tarixində Ədirnə hadisələri adlanır. Ancaq hadisələrin baş qəhrəmanı hesab olunan Feyzullah Əfəndi səbəbi ilə bu hadisələr Feyzullah Əfəndi hadisələri də adlanır. == Üsyanın səbəbləri == Vyana mühasirəsindəki məğlubiyyətin ardından Osmanlıların düşdüyü siyasi, iqtisadi və sosial çalxantıların da təsiriylə meydana gələn bu hadisənin əsas səbəbi, dövrün padşahı II Mustafa üzərində olduqca güclü təsiri olan Şeyxülislam Seyid Feyzullah Əfəndinin dövlət işlərinə olan müdaxiləsi olmuşdur. Xüsusilə dövlət strukturundakı yüksək mövqelərə öz adamlarını gətirən Feyzullah Əfəndinin əleyhdarları getdikcə artmaqda idi. Bu müxalif qrupun başında isə illərdir sədarət növbəsini gözləyən ikinci vəzir Kürəkən Həsən Paşa ilə Zöhrablı Əhməd Paşa, Qaçaq Həsən Paşa və yeniçəri ağası Çalıq Əhməd ağa dayanırdı. Üsyann arxa planında isə həmişəki kimi üləma zümrəsi yer alırdı. Buna səbəb isə İstanbul qazılığı ilə Rumeli və Anadolu başqazılığı vəzifələrinin şeyxülislamın oğlanları tərəfindən zəbt olunması və bu səbəbdən vəzifə təyinatlarının gecikdirilməsi idi. Feyzullah Əfəndinin Darüssəadə ağalığı, silahdarlıq, Ədirnə saray ağası kimi önəmli vəzifələrə də öz adamlarını yerləşdirməsi saray daxilində də ona qarşı fikirləri alovlandırmışdı. == Üsyanın gedişi == O əsnada Sultan II Mustafanın Ədirnə və yaxınlığında ova çıxması və uzun müddətdir ki, dövlət idarəsinin Ədirnəyə köçürülməsi iqtisadi çalxantının da təsiriylə İstanbul əhalisi də narazı qrupa qatıldı.
Ədirnə ili
Ədirnə ili — Türkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanla sərhəddə yerləşir. Şərqdə Kırklareli, Təkirdağ, cənubda Çanaqqala və Egey dənizi, qərbdə Evros (Yunanıstan), şimalda isə Haskovo (Bolqarıstan) ilə əhatələnmişdir. == Etimologiyası == Ədirnənin ən qədim xalqı Traklardır. Onlar Meriç və Tunca çaylarının birləşdiyi bölgədə bir kənd saldılar. Kəndin adı Odris (Odrisia) idi. Makedoniyalı İsgəndərin dövründə kəndinin adı dəyişdirilərək Odrestia (Odrestas) olaraq dəyişdirilmişdir. II əsrdə Roma imperatoru Adrianın (117-138) Orestia qəsəbəsinin stratejik əhəmiyyətinə görə şəhər statusu verildi və təmir işləri aparıldı. Adrianın şərəfinə şəhərin adı dəyişdirilərək Adrianopolis adlandırıldı. Daha sonralar şəhərin adı Adrianopol olaraq formalaşmağa başladı.
Ədirnə müharibəsi (1913)
Ədirnə mühasirəsi — (Bolgarca: Битка при Одрин, Serbcə: Bitka za Jedrene, İngilizce: Siege of Adrianople) Birinci Balkan Müharibəsi zamanı 1912-ci il oktyabrın ortalarından 26 mart 1913-cü ilə qədər Bolqarıstanın 2-ci Ordusu tərəfindən həyata keçirilmişdir. Şəhərin içində müdafiəni təşkil edən 52 min 597 əsgərdən başqa, 106 min nəfər mülki əhali idi (yarısı türk, qalanları yunan, erməni, bolqar, yəhudi və Qərbi avropalılar). 24 sentyabr 1912-ci il tarixində Osmanlı Sofiya səfirliyinin İstanbula göndərdiyi xəbərdarlıq teleqramı yaxınlaşan təhlükəni bildirirdi: "Bolqarların ilk məqsədi Osmanlının gücsüz Kırklareli qoşunudur. Ədirnə isə dominant hücum hazırlanır. Ədirnəyə kömək edilməli, vətəni xidmət müddəti dolan əsgərlər tərxis olunmamalıdır". Ədirnə müdafiə mövqeyi komandanlığına gətirilən Mehmed Şükrü Paşa, Ədirnənin mühasirəsi başlamazdan bir həftə əvvəl şəhərə getdi. Ədirnə müdafiəsi vəzifəsi verilən Şükrü Paşaya şəhərin mühasirə edilməsi halında 50 gün müdafiə edilməsi əmri verilmişdi. Bu müddətdə ya Bolqar ordularının gerilətməlidirlər, ya da İstanbuldan dəstək göndəriləcəyi nəzərdə tutulmuşdu. Ancaq Mehmed Şükrü Paşa İstanbuldan dəstək almamasına baxmayaraq, Bolqar və Serbiya ordularının hücumlarına 5 ay 5 gün müddətdə müqavimət göstərərək tarixə keçən bir müdafiə təşkil etdi. Yenə də mühasirə etməyin uğurla nəticələnməsi böyük bir hərbi uğur kimi qəbul edilir, çünki şəhərin müdafiəsi alman mühasirə etmə mütəxəssisləri tərəfindən inkişaf etdirilmiş və məğlubedilməz qəbul edilmişdi.
Ədirnə müqaviləsi
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. == Arxa plan == Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. == Müqavilə == 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Ədiyə Topçu
Ədiyə Topçu (krımtat. Ediye Topçı, Эдие Топчы) ― Sovet Krım tatar artisti, müğənni, Özbəkistan SSR əməkdar artisti (1966), Krım tatarlarının "Xaytarma" Dövlət Mahnı və Rəqs Ansamblının solisti. == Bioqrafiya == 1919-cu il sentyabrın 22-də Baxçasaray şəhərində anadan olub. Məktəb illərində bədii özfəaliyyət tədbirlərində iştirak edib. 1935-ci ildə 16 yaşında Krım Radio Komitəsində işləməyə başlamış, orada vokal ansamblının xorunda oxumuş, 1938-ci ildə isə ansamblın solisti olmuşdur. 1940-cı ildə Simferopol Musiqi Məktəbinin vokal şöbəsinə daxil olur, N. Çernovun sinfində oxuyur. 1941-ci ildə Krım MSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsində işləməyə başlayır, lakin müharibə onun Pyotr Çaykovski adına Moskva Konservatoriyasına daxil olmasına mane olur. Sovet qoşunları Krımı azad etdikdən sonra 1944-cü il mayın 18-də Özbəkistan SSR-ə, Bekabad şəhərinə deportasiya edilib. 1944–1946-cı illərdə burada Uzgosteatrın solisti kimi çalışıb. 1950–1951-ci illərdə xor qrupuna rəhbərlik etmişdir.