Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Satlec
Satlec çayı (aşağı axarlarda Pəncnad; pənc. ستلج, ਸਤਲੁਜ, urdu ستلج, hind. सतलुज, sanskr. शतद्रु və ya सुतुद्री) — Asiyada yerləşən çay Hind çayının ən iri qoludur. Çin ərazisindən başlayan çay Hindistan və Pakistandan axaraq Hind çayına tökülür. Öz başlanğıcını Tibet dağlarından hündürlüyü 4630 m yüksəklindən (Kaylas dağı və Manasarovar gölü). Uzunluğu 1536 km (1050 km Hindistan ərazisindən axır), hövzəsinin sahəsi 395 min. km² təşkil edir. Satlec çayının 160 km boyunca ərazi Pakistan və Hindistanın dövlət sərhədini təşkil edir. Satlec axdığı regionların ən uzun çaylarıdır.
Zarəç
Zarəç- -İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,979 nəfər və 2,447 ailədən ibarət idi.
Zaxle
Zəhlə (ərəb. زحلة‎) — Livanda Biqa mühafəzəsinin inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır. Əhalisinin sayına görə şəhər Beyrutdan və Tərabülüs əş-Şamdan sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkit Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Biqa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Zövlə
Zövlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Zövlə kəndi Separadi kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zövlə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin adı talış dilindən tərcümədə "kömürçülər" deməkdir. Kəndin əhalisi 2474 nəfərdir. Kəndin əsl əhalisi qədimdə İranın Mazandaran bölgəsindən gələnlər olub.
Lum Zaveli
Lum Zaveli (5 mart 1990) — Kosovolu üzgüçü. Lum Zaveli Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Lum Zaveli birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.32 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Mavlet Batirov
Mavlet Alavdinoviç Batirov (12 dekabr 1983, Xasavyurt, Dağıstan MSSR -də anadan olub) — Avar əsilli rusiyalı sərbəst güləşçi, iki qat Olimpiya çempionu (2004 və 2008), 2007-ci ildə dünya çempionu, 2006-cı ildə Avropa çempionu, dəfələrlə Rusiya çempionu; Asiya çempionu Adəm Batirovun böyük qardaşı. Yalnız Mavlet Batirov, Buvaysar Saytiyev və Roman Vlasov Rusiya millisinin tərkibində güləş idman növündə birdən çox Olimpiya qızıl medalını qazana biliblər (1996-2016). == Həyatı == Mavlet Batirov Dağıstan əsilli Avardır. Güləş sevgisi Batirova uşaq ikən, onu kiçik yaşlarından müxtəlif turnirlərə və yarışlara aparan atası Alavdin Niyazbəyoviç tərəfindən aşılanmışdır. İlk dəfə atası Mavleti və kiçik qardaşı Adəmi yeddi yaşında olarkən idman zalına gətirir. Batirovun iştirak etdiyi ilk yarışma, birinci yeri qazandığı Xasavyurtdakı gənclər turniri idi. O vaxt Mavlet Batirovun on yaşı var idi və çəkisi 22 kiloqram idi. Onun ilk məşqçisi Sayqidpaşa Umaxanov idi. Batirov 2003-cü ildən Rusiya millisində çıxış edirdi. CSKA klubunu təmsil edirdi.
Mixal Kadleç
Mixal Kadleç(13 dekabr 1984, Çexiya) — çex futbolçu. Hal-hazırda çex klubu 1. FC Slovácko-da oynayır. Bir vaxtlar Fənərbaxça PFK-nın formasını geyinib.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. == Tarix == 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. == Coğrafiya == Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. == Əhalisi == 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. === Milli tərkibi === Şəhər monoetnik azərbaycanlı şəhəridir.
Pavle Vaqiç
Pavle Vaqiç (24 yanvar 2000-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. Vaqiç Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Vaqiç öz peşəkar karyerasında debütünü 29 oktyabr 2017-ci ildə Sirius klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Karlos Strandberqi əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. Vaqiç İsveçdə anadan olmuşdur. Valideynləri isə Serbiya vətəndaşlarıdır. O, İsveçin gənclər millilərində çıxış edir.. 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Pavle İnqorokva
Pavle İeseviç İnqorokva (gürc. პავლე იესეს ძე ინგოროყვა;1 noyabr 1893, Poti, Kutaisi quberniyası – 20 noyabr 1983, Tbilisi) — Gürcü tarixçisi, filoloqu və xeyriyyəçisi. Pavle İnqorokva ibtidai təhsilini evdə Novorossiysk Universitetinin tələbəsi E.Q. Bokeriyanın rəhbərliyi altında tarix, ədəbiyyat, cəbr və digər fənləri oxuyaraq (gələcək akademik Georgi Çitaya ilə birlikdə) almışdır. O, təhsilini Vladiqafqaz klassik kişi gimnaziyasında davam etdirib. İnqorovka 1912-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olur, lakin 1915-ci ildə vərəm xəstəliyinə görə təhsilini yarımçıq qoyub Gürcüstana qayıdır. Gürcü Pravoslav Kilsəsinin avtokefaliyasını (1917) elan edən şuranın üzvü olmuşdur. Ardınca Patriarxal Şuraya daxil oldu. 1917-ci ilin oktyabrında Gürcüstan Yazıçılar İttifaqının yaradılmasının təşəbbüskarlarından biri idi. Pavle İnqorokva 1918-ci il mayın 26-da Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayanlar arasında o da olmuşdur. Gürcüstanın Sovet Rusiyasına birləşdirilməsinin əleyhdarı, 1921-ci ilin fevralında ilhaqına etiraz olaraq yazıçı Konstantin Qamsaxurdiya, sənətşünas V.Kotetişvili və şair Aleksandr Abaşeli ilə birlikdə bir neçə ay matəm geyimini (matəm çuxası) geyinmişdi.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Zövlə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pavle Vuisiç
Pavle Vuisiç (serb. Павле «Пaja» Вуисић;10 iyul 1926[…], Belqrad – 1 oktyabr 1988[…], Belqrad) — keçmiş Yuqoslaviya kinosunun ən tanınan simalarından biri, teatr və kino aktyoru. Pavle Vuisiç 1926-cı il iyulun 10-da anadan olub. O, Monteneqro hüquqşünası və briqadiri olan babası Pavlenin şərəfinə adlandırılıb. Onun ulu babası Donja Moraçanın məşhur qəhrəmanı və Şahzadə Danilonun qvardiya komandiri Milosav Mişnin Vujisiç idi. 1950-ci illərə qədər Belqrad radiosunda işləyib. 1950-ci ildə Pançevoda teatrın səhnəsində yarımçıq bir mövsüm nümayiş etdirilən "Sehrli qılınc" filmində epizodik rol oynayır. Teatr akademiyasına daxil olmaq cəhdi uğursuz olur. 1953-cü ildə "Fırtına" filmində bir epizodda rol aldı. 1958-ci ildə "Tri koraka u prazno" ("Kosmosa üç addım") filmindəki baş rola görə Obrad Pula kinofestivalında "Qızıl arena" mükafatına layiq görülüb.
Zaven Bibəryan
Zaven Bibəryan (erm. Զաւէն Պիպեռեան, türk. Zaven Biberyan; 1921, Konstantinopol – 4 oktyabr 1984, İstanbul) — erməniəsilli Türkiyə yazıçısı və redaktoru. Zaven Bibəryan 1921-ci ildə İstanbulun Çəngəlköy rayonunda anadan olmuşdur. O, ilk növbədə yerli Aramyan-Uncuyan erməni məktəbində, sonra isə Müqəddəs İosif liseyində təhsil almışdır. Bibəryan daha sonra İstanbulda Ticarət Elmləri Akademiyasında oxumuşdur. Zaven Bibəryan bütün əsərlərini erməni dilində yazmışdır. Bibəryan 1941-ci ildə Türkiyə Silahlı Qüvvələrində məcbur hərbi xidmətə çağırılan zaman "Jamanak"ın baş redaktoru Ara Kocunyanla görüşmüşdür. Kocunyan Bibəryanın erməni dilçilik bacarığına heyran qalmış və onu "Jamanak" üçün məqalə yazmağa həvəsləndirmişdir. Bibəryan İstanbula qayıtdıqdan sonra "Xristianlığın sonu" adlı ilk məqaləsini yazmışdır.
Anna Zayler fəvvarəsi
Anna Zayler fəvvarəsi (alm. Anna-Seiler-Brunnen‎) İsveçrənin Bern şəhərinin Marktqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == XIV əsrdə taxta materiallardan inşa edilmiş fəvvarə 1545–1546-cı illərdə yenisi ilə əvəz edilmişdir. Fəvvarənin heykəli heykəltaraş Hans Ginq tərəfindən hazırlanmış və əsas fəzilət rəmzlərindən sayılır. Fəvvarə bir əlində fincan tutan, digər əli ilə isə küpədən su tökən qadını ifadə edir. Qadının üzərində o dövrə aid mülki qeyim var. Onun qeyimi uzun qırçınlı ətək, kvadrat dekolte, kəmər və lifdən ibarətdir. Fəvvarə əvvəllər həbsxana olan qüllənin yanında yerləşir. Bu səbəbdən o əvvəllər Kefibrunnen adlanırdı (alm.
Aleç buzlağı
Aleç buzlağı (alm. Aletschgletscher‎ və ya alm. Grosser Aletschgletscher‎) — İsveçrədə Alp dağlarında ən uzun (26,8 km) və sahəsi ən böyük (169 km²-ə yaxın) buzlaq. Rona çayı dərəsinə doğru 1450 m yüksəkliyə qədər enir.
Avəc şəhristanı
Avəc şəhristanı— İranın Qəzvin ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Avəc şəhəridir. == Əhalisi == 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 43,798 nəfər və 13,818 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi tamamilə yerli Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsinin qaraqan dialektində danışırlar. Şiə müsəlmandırlar.
Ağbulaq (Avəc)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc şəhərindən 36 km şimal-şərqdə, dağlıq ərazidədir.
Zalə (Sərdəşt)
Zalə (fars. زله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (29 ailə).
Zavə şəhristanı
Zavə şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dövlətabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 66,206 nəfər və 15,818 ailədən ibarət idi.
Kick avec mes Nike
Kick avec mes Nike - "Busta Flex"in birinci maksisi.
İmamzadə Əlaəddin türbəsi (Avəc)
İmamzadə Əlaəddin türbəsi — İran Azərbaycanının Qəzvin ostanının Avəc şəhristanının İmamzadə Əlaəddin kəndində yerləşən türbə və məscid. Türbə Avəc şəhərindən 20 km qərbdə Quzey dağının ətəyində yerləşir. Binada 2019-cu ildən etibarən təmir işləri aparılmışdır. == Memarlığı == Təxminən 15,5 x 14,5 metr ölçüləri olan bu türbə memarlıq cəhətindən düzbucaqlı formaya malikdir və onun əsas gövdəsi platforma və bir metrlik altlıq üzərində yerləşdirilib. Binanın daxili və xarici bəzəkləri demək olar ki yoxdur və sadə formadadır.