Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. == Toponim == Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. == Tarixi == Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. == Ümumi məlumat == Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Andre Salvat
Andre Salvat (1920 - 2017) — Fransa Ordusunun polkovniki.
Naziat Surəsi
79-cu surə
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. == Yayılması və mənşəyi == Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zaza
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada çox az sayda Azərbaycanda yaşayan xalq. == Məskunlaşma == Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . === Türkiyədə === Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . == Subetnik qruplar == Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : Zaza Deylemi Çarojlar Dimili bacalan şəbək sarlı avroman == Zaza tayfaları == Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. == Tarixi == Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. == Xüsusiyyətlər == Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir. Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.
Zaqafqaziya (Ziazat) kəklikotu
Azat Abdullin
Azat Xammat oğlu Abdullin (rus. Азат Хамматович Абдуллин; 26 iyun 1931, Başqırdskaya Urqinka[d], Başqırd MSSR – 11 noyabr 2023, Moskva) — Başqırdıstan dramaturqu, yazıçı və publisist. == Həyatı == 1949-cu ildən 1953-cü ilə qədər Ufa Başqırd Pedaqoji İnstitutunun Tarix fakultəsində təhsil almışdır. 1956-cı ildə Moskvanın Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspirantura dərəcəsini bitirmişdir. Təhsil aldıqdan sonra Ufaya qayıdır və Başqırd Dövlət Universitetində dərs deyir, sonra Moskvaya yollanır və burada peşəkar yazıçı və dramaturq olur. 1963-cü ildə Sergey Çekmaryovun həyatına həsr olunmuş "Məni unutma, günəş!" (rus. «Не забывай меня, солнце!») pyesini yazaraq ədəbi fəaliyyətə başlamışdır. Tamaşa SSRİ-nin bir çox teatrlarında səhnəyə qoyulmuşdur (xüsusən, təxminən 10 il Qazaxıstan Dövlət Akademik Teatrının səhnəsində yer almışdı), Ufa və Moskvada bir neçə dəfə başqırd və rus dillərində təkrar nəşr edilmişdir. "On üçüncü sədr" (rus. «Тринадцатый председатель») (1979) dramı Abdullinə ümumittifaq şöhrəti qazandırmışdır.
Vələsyаrpаq azat
Vələsyаrpаq аzаt
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status. == “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. == QlobalIUCN Statusu: NT == == Qısa morfoloji təsviri. == 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri. ==
Zaza Aleksidze
Zaza Aleksidze (gürc. ზაზა ალექსიძე; 18 oktyabr 1935, Telavi, Gürcüstan SSR, SSRİ – 24 yanvar 2023) — Gürcüstan alimi və dilçisi. == Həyatı == Zaza Aleksidze 18 oktyabr 1935-ci ildə Gürcüstan SSR-nin Telavi şəhərində anadan olmuşdur. Oxumağı 4 yaşında öyrənmişdir. Tbilisi Dövlət Universiteti tarix fakültəsinə qəbul olmuş, 1969-cu ildə elmlər namizədi, 1984-cü ildə isə elmlər doktoru dərəcəsini almışdır. Tbilisi Dövlət Universitetinin Armenologiya fakültəsinin və Tbilisi Əlyazmalar İnstitunun rəhbəridir. 2003-cü ildə Sinay palimpsestini deşifr edərək, Alban əlifbasını öyrənmişdir.
Zaza Paçulia
Zaza Paçulia (gürc. ზაზა ფაჩულია,ing. Zaza Pachulia) Amerika Milli Basketbol Assosiasiyasında mübarizə aparan Qolden Steyt Uorriorz komandasında forma geyən Gürcüstan əsilli maqrel peşəkar basketbol oyunçusu. O, Zaur Paçuliya olaraq doğulsada, sonrada adını Zaza olaraq qanuni şəkildə dəyişdirmişdir. İkili vətəndaşlığa sahibdir və eyni zamanda türk vətəndaşlığı var. Beynəlxalq oyunlarda Gürcüstan milli basketbol komandasının şərəfini qoruyan Zaza, bir çox turnirlərdə milli komandanın kapitanı olaraq oyunlara çıxır. == NBA == 2013-cü il NBA seçmələri zamanı 2-ci mərhələdə 42-ci sıradan Orlando Mecik tərəfindən seçilmişdir. === Qolden Steyt Uorriorz === 2016-cı il 12 iyul tarixində Qolden Steyt Uorriorz komandası ilə razılığa gəlmişdir.
Zaza dili
Zaza dili — Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərbi İran qoluna mənsub dildir. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar. Qrammatika, genetika, dilçilik və lüğət tərkibinə görə Zaza dilinə ən yaxın dillər Xəzər dənizi sahillərində danışılan talış, tat, simnan, səngsər, gilək və mazandaran dilləridir. == Tarix == Zaza dili ilə bağlı ilk tədqiqatlar 19-cu əsrin ikinci yarısında başlamışdır. Dilçi Peter I. Lerch Krım müharibəsi zamanı ruslara əsir düşən Osmanlı əsgərlərinin saxlandığı Roslouya gedərək oradakı zaza əsilli Osmanlı əsgərləri arasında zazaca bəzi kompozisiyalar aparıb. 1856-cı ildə Lerx heç bir linqvistik təhlil olmadan rus və alman dillərində zaza cümlə siyahıları və hekayələr toplularını nəşr etdi. Daha sonra Robert Qordon Latham, Dr. O, 1856 və 1860-cı illərdə H. Sandwith tərəfindən tərtib edilmiş zaza lüğətinin siyahısını nəşr etdi. 1862-ci ildə Wilhelm Strecker və Otto Blau tərəfindən Dersim Zazasına dair bəzi qeydlər nəşr olundu.
Zaza Napoli
Vladimir Vladimiroviç Kazantsev (14 aprel 1973 Yarovoye, SSRİ), daha çox Zaza Napoli səhnə adı ilə tanınan rus pop müğənnisi, artist və teleaparıcısıdır. == Bioqrafiya == Vladimir Kazantsev 14 aprel 1973-cü ildə Yarovoe şəhərində anadan olub. 1991-ci ildə Vladim kolleci bitirərək ibtidai sinif müəllimi diplomu aldı. Daha sonra məktəbdə ixtisasına uyğun çalışmağa başladı. Orada bir il işlədikdən sonra işini tərk edərək Şərqi Sibir Dövlət Mədəniyyət İnstitutunun teatr sənəti fakültəsinin teatr və kino aktyoru ixtisasına daxil oldu. Paytaxta köçməzdən əvvəl Ulan-Udedə yaşamış, yerli Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışmış, teatrda oynamış və rəsmi konsertlər vermişdir . 2004-cü ildən 2020-ci ilə qədər Tatyana Sumçenko ilə evli olub, boşanıb . == Yaradıcılığı == 1997-ci ildə Moskvaya köçdü və 1998-ci ildə Cənnət quşları travesti teatrını təsis etdi. 2002-ci ildə "Buz dövrü" adlı kriminal filmdə, 2006-cı ildə isə Zaza Napoli obrazında "Gözəl doğulma" serialında rol alıb. Həmçinin "Lənətlənmiş Cənnət" trillerində və "Oyun Kralları" komediyasında və başqa filmlərdə çəkilib.
Vələsyarpaq azat
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status. == “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. == QlobalIUCN Statusu: NT == == Qısa morfoloji təsviri. == 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir == Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri. ==
Zaza-Goran dili
Zaza dili — Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərbi İran qoluna mənsub dildir. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar. Qrammatika, genetika, dilçilik və lüğət tərkibinə görə Zaza dilinə ən yaxın dillər Xəzər dənizi sahillərində danışılan talış, tat, simnan, səngsər, gilək və mazandaran dilləridir. == Tarix == Zaza dili ilə bağlı ilk tədqiqatlar 19-cu əsrin ikinci yarısında başlamışdır. Dilçi Peter I. Lerch Krım müharibəsi zamanı ruslara əsir düşən Osmanlı əsgərlərinin saxlandığı Roslouya gedərək oradakı zaza əsilli Osmanlı əsgərləri arasında zazaca bəzi kompozisiyalar aparıb. 1856-cı ildə Lerx heç bir linqvistik təhlil olmadan rus və alman dillərində zaza cümlə siyahıları və hekayələr toplularını nəşr etdi. Daha sonra Robert Qordon Latham, Dr. O, 1856 və 1860-cı illərdə H. Sandwith tərəfindən tərtib edilmiş zaza lüğətinin siyahısını nəşr etdi. 1862-ci ildə Wilhelm Strecker və Otto Blau tərəfindən Dersim Zazasına dair bəzi qeydlər nəşr olundu.
Mərkəzi zaza ləhçəsi
[[Dosya:Zaza_DialectsMap-5.gif|right|thumb|350x350px|Zaza dilinin üç əsas ləhçəsi Şablon:Lejant Şablon:Lejant Şablon:Lejant]] Mərkəzi Zaza ləhçəsi — (əsasən Şəfi məzhəbinə etiqad edən Zazalar tərəfindən) Zaza dilinin üç əsas ləhçəsindən biridir. Bəziləri onu ən saf Zaza ləhcəsi kimi də adlandırır. Bölgə fərqlərinə görə sözlər müxtəlif səs dəyişikliklərinə məruz qalmışdır. Hətta sözlərin tələffüz fərqindən əlavə olaraq Zaza ləhcələrində sözlərin lüğət tərkibinə görə fərqliliklərinə rast gəlinir. Zaman keçdikcə bəzi sözlər ümumişləkliyini itirmiş ya da tamamilə unudulub başqa sözlərlə əvəzlənmiş ve yaxud da eyni mənada işlənsə də istifadəsi azalmış gündəlik nitqdə ikinci və ya üçüncü yerə düşmüşdür. Zazaların dini cəhətdən üç məzhəbə (Şəfi, Hənəfi, Ələvi) bölünməsi öz növbəsində keçən müəllimlərin ərzində dialektlərin də formalaşıb bir-birindən ayrılmasına yol açıb.