Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zalov
Zalov — Azərbaycan soyadı. Elçin Zalov (1995—2020) — Vətən müharibəsi şəhidi. Əli Zalov (d. 1966) — Azərbaycan alimi. Fəqan Zalov (1997—2020) — Vətən müharibəsi şəhidi. Oruc Zalov (d. 1952) — dövlət xadimi.
Elçin Zalov
Elçin İslam oğlu Zalov (6 iyun 1995; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Zalov 6 iyun 1995-cu ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Əmisi Birinci Qarabağ müharibəsində həlak olmuşdur. Elçin Zalov hərbi xidmətini başa vurduqdan sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Elçin Zalov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Elçin Zalov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elçin Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Fəqan Zalov
Fəqan Amil oğlu Zalov (1 aprel 1997, Qalaqayın, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olmuşdur. Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur. == Həyatı == Fəqan Zalov 1997-ci il aprelin 1-də Amil Zalovun və Səridə Zalovanın ailəsində Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. === Təhsili === 2003–2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbində təhsil almışdır. 2010–2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. === Ailəsi === Fəqan Zalov subay idi.
Oruc Zalov
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini, polis general-leytenantı. == Həyatı == Zalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Ailəlidir.
Taloq (Askın)
Taloq (başq. Талог, rus. Талог) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Askın kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 30 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 134 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (42%), marilər (27%) üstünlük təşkil edir.
Zilog Z80
Zilog Z80 – 8-bitli mikroprosessor. Zilog, Inc. şirkətinin istehsalı olan bu mikroprosessordan 1980-ci illərin başlanğıcında CP/M əməliyyat sistemi ilə işləyən mikrokompüterlərdə istifadə olunurdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əli Zalov
Əli Zal oğlu Zalov (23 may 1966, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan alimi, kimya elmlər doktoru, professor. == Həyatı == Əli Zalov 23 may 1966-cı ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olmuşdur. 1983-cü ildə Cəbrayıl şəhər 1 saylı orta məktəbini, 1991-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1986-cı illərdə ordu sıralarında xidmət etmiş, 1991–1994-cü illərdə isə ADPU-nun analitik və fiziki kimya kafedrasının aspirantı olmuşdur. 1997-ci ildə prof. N. A. Verdizadənin rəhbərliyi ilə "Molibden və volframın kükürd- və azotlu liqandlarla komplekslərinin tədqiqi və onların fotometrik analizdə tətbiq mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi, 2017-ci ildə "Bəzi d- və f-keçid elementlərinin 2-hidroksitiofenol, onun törəmələri və hidrofob aminlərlə müxtəlifliqandlı kompleksləri fotometrik analizdə" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 2022-ci ildə professor elmi adı almışdır. == Elmi fəaliyyəti == 1992-ci ildən ADPU-nun analitik və fiziki kimya kafedrasının nəzdindəki "Koordinasion birləşmələr" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Ə. Zalov sonra baş elmi işçi vəzifəsini tutmuş, kafedrada baş müəllim və dosent kim kimi əmək fəaliyyətini davam etdirmişdir. 2017-ci ildən ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışır. O, 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə "XXI əsrin gənc alimi" Beynəlxalq Diplomu ilə təltif olunmuşdur.
Vidadi Zalov
Vidadi Nizami oğlu Zalov (17 iyul 1985, Saray, Abşeron rayonu – 11 aprel 2023, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı. 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Vidadi Zalov 17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində vaxtilə orada sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladı olaraq anadan olmuşdur. 1992–2003-cü illərdə Azim Müzəffərov adına Abşeron rayon Saray qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2007-ci ildə həmin universitetin Maliyyə fakültəsindən məzun olmuşdur. Ailəli idi, Nizami adlı oğlu, Humay adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Vidadi Zalov ali təhsil aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən 1 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir.
İmran Zalov
İmran Zalov (14 avqust 1990, Gəncə) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi, 2007-ci il Yeniyetmələr arasında Avropa Birinciliyinin qalibi. == Həyatı == İmran Zalov 1990-cı il avqustun 14-də Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə şəhərində yerləşən 11 saylı orta məktəbdə alıb. 2007-2012-ci illərdə Dərbənd Humanitar İnstitutunda ali təhsil alıb. 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-2019-cu illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bədən tərbiyəsi və idman ixtisası üzrə əlavə təhsil alıb. Evlidir, 1 övladı var. == Karyerası == İmran Zalov 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində baş tutan Yeniyetmələr arasında Avropa Birinciliyində bütün rəqibləri üzərində qələbə qazanaraq qalibi oldu. 2007-ci ildə İsveçin Trelleborg şəhərində baş tutan "Trelleborg Open" beynəlxalq Taekvondo turnirini gümüş medalla başa vurdu. Növbəti 2008-ci ildə Almaniyanın Hamburq şəhərində baş tutan daha bir beynəlxalq Taekvondo turniri "German Open"-ni bürünc medalla başa vurdu.
Analoq
Analogiya ( q.yun. ἀναλογία — "oxşarlıq", "uyğunluq") - 1)fikir, məfhum və hadisələr arasında oxşarlıq və uyğunluq, bənzəyiş; 2)müxtəlif əşya və hadisələr arasında qismən oxşarlıq və ya uyğunluq; 3)ümumilikdə müxtəlif olan əşyaların, hadisələrin və anlayışların müəyyən mənalarda oxşarlığı; 4)məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də bir-birlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir. Bu terminlə ilk dəfə yunan riyaziyyatçıları ədədlər arasındaki əlaqənin oxşarlıqlarını ifadə etmişlər. == Misal == Onluq kəsrlər üzərində əməllər bir çox cəhətdən natural ədədlər üzərində əməllərlə analogiya təşkil edir. Onluq kəsrlərin öyrənilməsində bu analogiya istifadə olunur; Ədədi və həndəsi silsilənin bir çox xassələri analogiya təşkil edir; Stereometriyanın bir çox məsələləri planimetriya məsələləri ilə analogiya öyrənilir:Sfera müstəvidə çevrənin fəza analogiya, Tusi piramidası müstəvidə Paskal üçbucağının fəza analogiya (Bax: Paskal üçbucağı, Tusi piramidası). == Həmçinin bax == Hipotez Aksiom Arqument Paradoks Anlayış Nəticə Fakt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Baliğ
Baliğ (ərəbcə بالغ və ya بُلوغ‎)) — yetişmiş, həddi-buluğa çatmış. İslamda baliğ yetişmiş və həddi buluğa çatmış oğlan və ya qıza deyilir. Bir müsəlmanın baliğ olması (yəni həddi-buluğa çatması) o demədir ki, artıq gördüyü hər bir haram iş müqabilində ona günah yazılır, bir şərtlə ki, dəli olmasın….
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfitənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Calaq
Calaq — bir bitkinin qələmini və ya tumurcuğunu başqa bitkiyə calamaq. Calaqdan şaxtaya, xəstəliyə və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəvermni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə istifadə edilir. Meyvəçilikdə və dekorativ bağçılıq göuuuz və qılım namaz istifadə olunur. Hal-hazırda calaq olunandan 1 il keçdikdən sonra ağac çərtilir Azərbaycanda çiling ən çox cır gilas ağaclarına vurulur lakin həvəskar təsərüfatçılar vişnə ağacınada gilas çilingi vurur çünki vişnə daha quvvətli ağacdı.Lakin gilas çilingi qalınlaşsa belə vişnə qalınlaşmır.Bunun üçün gilas çilingi vurulan yerdən vişnənin gövdəsinin aşağısına qədər çərtilir .Bir çox bitkiçilər bu işlə məşqul olur və vişnənin qabığının 3-4 yerdən çərtilməsi vacibdir çünki vişnə ağacının qabığı çox qalındırvə əgər 1 yerdən çərtilərsə bu zaman vişnə ağacı qalınlaşmır əksinə dahada zəifləyir ama 3 -4yerdən çərtilməsi vişnənin leykoplasistlərini güclənməsinə gətrib çıxarır.Bu zaman vişnə ağacındakı xromosomlar güclü olduğundan şirənin ifrazının qarşısını alır və ağac şirə verərək qurumur.Azərbaycan Respublikası Kənd təsərüfatı. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan çisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. == Dalağın inkişafı və anomaliyaları == Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Dialoq
Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür. Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir. Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.).
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Talaq
Talaq – İslam dininə görə kişi ilə qadın arasında başlanmış nikaha son vermə. Öz arvadına talaq verən kişi, gərək baliğ və aqil olsun, həmçinin kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir; və həmçinin gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, səhih deyil. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. Heyz və nifas halında qadına talaq vermək üç halda səhihdir: 1) Evlənəndən sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı məlum olsun; əgər məlum olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, talaq batildir, hərçənd yaxşısı odur ki, ona talaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbir edib sonra ona talaq versin. Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan məlum olsa ki, talaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana məlum olsa ki, pak imiş, onun təlağı səhihdir. Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı düşsə, məsələn, səfərə çıxsa və ona talaq vermək istəsə, gərək arvadın heyz ya nifas qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbir etsin və sonra bilsə ki, pak olubdur, ona talaq verə bilər. Əgər arvadından ayrı düşən kişi öz arvadına talaq vermək istəsə, belə ki, arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər ona talaq versə və sonra məlum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih deyil. İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və talaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin.
Xalon
Xalon (isp. Jalón) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 34,59 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3269 nəfərə çatmışdır.
Zabor
Zabor adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 700 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Bazovıy adası 2 km cənub-qərbdə və Kolosov adaları 3 km cənub-qərbdə, Blizkiy adası 4,35 km şimal-şərqdə, Pustoy adası 6,4 km şimalda yerləşir. == Xüsusiyyətləri == Qərbdən-şərqə 1,1 km uzunluğa, 450 metr enə malikdir. Hündülüyü böyük deyil. dür. Sahilləri alçaqdır. Ada alcaqboylu otlarla örtülü olur.
Zalam
Zalam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Zalam kəndi rayon mərkəzindən 27 kilometr cənubda Qaraçayın sahilində, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. 550 nəfər əhalisi və 123 təsərrüfatı qeydə alınıb. 290 hektar yararlı torpaq sahəsi suvarma altında olduğundan ərazidə bol məhsul yetişir. Qobu kanal təkcə Zalamı deyil, digər 11 kəndin əhalisini də su ilə təmin edir. Ancaq kənddə 4 artezian quyusu da qazılıb. Ərazidə iki ildir 512 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılıb. İşıq fasiləsiz verilir. Sayğaclaşma başa çatdığından enerji təminatı rahatlaşıb.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.