ZAMƏDDİN
ZAMİQƏ
OBASTAN VİKİ
Zamiq Baxşəliyev
Zamiq Əlövsətoğlu (2 dekabr 1984, Füzuli) — Azərbaycanlı rejissor, prodüser. == Həyatı == Zamiq Əlövsətoğlu (Baxşəliyev) 2 dekabr 1984-cü ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsində təhsil alıb (2003-2007). “Cavad Xan” filmi haqqında çəkilmiş “Cavad Xan: Filmin Filmi” silsilə verilişlərdən bir neçəsinə rejissor asissentliyi edib. == Filmoqrafiya == Cavad xan. Filmin filmi (film, 2007) Yuxu yaddaşı (film, 2008) 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Muğamat var olan yerdə...
Zamiq Hacıyev
Zamiq Eldar oğlu Hacıyev (22 noyabr 1983; Beyləqan, Azərbaycan SSR — 29 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamiq Hacıyev 1983-cü il noyabrın 22-də Beyləqan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Zamiq Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamiq Hacıyev oktyabrın 29-da Hadrutun azad edilməsi zamanı Tuğ istiqamətində şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamiq Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamiq Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zamiq Hüseynov
Zamiq Əsgər oğlu Hüseynov (12 sentyabr 1983, Füzuli) — azərbaycanlı estrada müğənnisi. == Həyatı == Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəmişdir. 2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb.
Zamiq Əhmədov
Zamiq Çingiz oğlu Əhmədov (16 noyabr 1987; Göyçay rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamiq Əhmədov 1987-ci il noyabrın 16-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zamiq Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Zamiq Əhmədov sentyabrın 27-də Ağdam istiqamətində şəhid olub. Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamiq Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamiq Əhmədov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zamiq Əliyev
Zamiq Balarza oğlu Əliyev (25 may 1950, Bakı) — azərbaycanlı tarzən, bəstəkar, prezident mükafatçısı, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Zamiq Balarza oğlu Əliyev 1950-ci il, may ayının 25-də Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. Məktəbi bitirdikdən sonra, 1968–72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. O filarmoniyanın tərkibində bəstəkar, əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə Hacı Məmmədov, Əliağa Quliyev, Sərvər İbrahimov, Həbib Bayramov, Habil Əliyev, xanandələr Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Teymur Mustafayev, Sabir Mirzəyev, Niyaməddin Musayev, Zaur Rzayev kimi sənətkarları müşayət etmişdir. Filarmoniyada işlədiyi dövrdə Azərbaycanın əksər rayonlarında qatrol səfərlərində iştirak etmişdir. İnstitutu bitirdikdən və 1972–73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır. 1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi dəvət olunmuşdur.
Zamiq Əlövsətoğlu
Zamiq Əlövsətoğlu (2 dekabr 1984, Füzuli) — Azərbaycanlı rejissor, prodüser. == Həyatı == Zamiq Əlövsətoğlu (Baxşəliyev) 2 dekabr 1984-cü ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsində təhsil alıb (2003-2007). “Cavad Xan” filmi haqqında çəkilmiş “Cavad Xan: Filmin Filmi” silsilə verilişlərdən bir neçəsinə rejissor asissentliyi edib. == Filmoqrafiya == Cavad xan. Filmin filmi (film, 2007) Yuxu yaddaşı (film, 2008) 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Muğamat var olan yerdə...
вкомпоно́вываться декада́нс дифира́мбы заве́са запа́ривание канони́р медвежа́тушки рябизна́ собача́тник сурове́ц уви́ть хру́стнуть втори́чно вы́работка и без того по-скандина́вски тя́пнуть ищея aghast gauge-pressure unreasoned зачищать йодный неизменность трёхтомник