GİROV

1. GİROV [Xudayar bəy:] Sən elə bir adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq girov qoyum (C.Məmmədquluzadə); RƏHN (köhn.) Hacı Vəli: Evində iki otaq dolusu rəhn qoyulmuş şeyləri var idi (Çəmənzəminli); ZALOQ Kərbəlayı Cəfər: İndi hər kəsə gedim deyim mənə bir yeddi manat lazımdır, deyəcəklər gətir yanımda on yeddi manatlıq bir şey zaloq qoy (C.Məmmədquluzadə).

2. GİROV (saxlanılan adam) Bayandır xan [çapqınçıları] girov saxlamış, qıpçaqların əlini-qolunu bağlamışdı (M.Rzaquluzadə); RƏHN (köhn.), ZALOQ.

GİRMƏK
GİRVƏNKƏ
OBASTAN VİKİ
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Girov (dəqiqləşdirmə)
Girov
Girov diplomatiyası
Girov diplomatiyası, bəzən girov dəyişmə diplomatiyası — diplomatik məqsədləri üçün girov alınması.Qədim dünyada girov diplomatiyası siyasətin və hərbin tərkibi hissəsi idi. Siyasi və ya hərbi başçılar bir və ya bir neçə girovu başqa tərəfə ötürməklə öhdəliklərinin yerinə yetirməsində xoş niyyətinin sığortası olaraq istifadə edirdilər. Bu öhdəliklər sülh və ya atəşkəs müqaviləsi ola bilərdi. Müasir dövrdə girov diplomatiyası xariclərin uydurulmuş ittihamlar əsasında həbs olunması yolu ilə tədbiq olunur. Diplomatik girovlar tez-tez sövdələşmə üçün işlənilir. Bağlanan müqavilələrdən başqa, girov diplomatiyasının iqtisadi üstünlükləri ola bilər. Məsələn, Avropa ölkələri öz vətəndaşlarını girovluqdan azad etmək üçün millionlarla pul verib. Eyni zamanda, girov diplomatiyası girov tutan ölkənin yumşaq gücünə zərar verir. == Nümunələr == === Çin === Qədim Çinin yaz-payız və döyüşən çarlıqlar dövrlərində girov diplomatiyası hərbi razılaşmaların sığortası üçün işlənilirdi. Məsələn, Şərqi Çjou sülaləsi vassal dövlətləri ilə qarşılıqlı güvəni təmin etmək üçün bir-birinə girov göndərirdi.
Fidyə (Girov pulu)
Fidyə— girovun (əsrin) azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait. == Tarixi == Fidyə almaq üçün insan oğurluğu qədim dövrlərdən bəri yayılmışdır. Müasir dövrdə də hələ də tez-tez rast gəlinən cinayət növlərindəndir. Bir çox xalqların tarixi mədəniyyətində qaçırma adətdə nəzərdə tutulmuş bir fidyə ödənişi ilə də olur (məsələn - gəlinin qaçırılması). Avropada yeni dövrə qədər, kübar təbəqənin üzvünün (cəngavər, zadəgan, monarx) fidyə ödənilənədək əsir saxlanılması adi bir hal idi. Onun miqdarı bəzən nəhəng məbləğ təşkil edə bilərdi. İngilis dilində kral fidyəsi (king's ransom) ifadəsi var, bu da böyük miqdarda pul deməkdir. Türk və Əlcəzair dəniz quldurları köləlik və ya fidyə almaq məqsədi ilə tez-tez Aralıq dənizi ölkələrinin sahillərinə basqın edir insanları qaçırırdlar. Əsas vəzifəsi oğurlananların fidyəsi üçün vəsait toplamaq olan xüsusi bir monarx ordeni - Trinitariev də mövcud idi. Rusiyada 1649-cu ildə Katedral Kodeksi Krım tatarları və ya türklər tərəfindən əsir alınan hərbiçilər və vətəndaşlar üçün dövlətin (əhalidən toplanan vəsait hesabına) ödədiyi fidyə miqdarını təyin etdi.
Girov (film, 2005)
Girov – Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Eldar Quliyevin "Azərbaycanfilm"in istehsalı ilə dram janrında çəkdiyi film. == Məzmun == Dağlıq Qarabağ uğrunda müharibə zamanı sərhədyanı zonada yaşayan qonşular bir gecənin içində düşmənə çevrilir. Azərbaycanlı Kərim ermənilər tərəfindən girov götürülür. Kənd əhalisinin qərarına əsasən onu dəyişmək üçün həyat yoldaşının (Gülər Nəbiyeva) sərəncamına bir erməni (Qurban İsmayılov) girov verilir, lakin zaman keçdikcə Kərimin həyat yoldaşı "düşmən"in də insani cəhətlərə malik olduğunu və bənzər vəziyyətdə olmasını aşkar edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === İdeya: Eldar Quliyev Ssenari müəllifləri: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rafiq Quliyev Quruluşçu rəssam: Mayis Ağabəyov Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Əsəd Əsədov Qrim üzrə rəssam: Elbrus Vahidov Geyim üzrə rəssam: Məlahət Hümbətova Rejissor: Akif Rüstəmov Montaj edən: Gülşən Səlimova Operator: Rəşad Nuriyev Dekor rəssamı: Əziz Məmmədov Redaktor: Vaqif Məmmədov İcraçı prodüserlər: Vladimir Dudniçenko, Arif Səfərov Prodüser: Xamis Muradov Çalır: Ağacəbrayıl Abbasəliyevin idarəsilə Azərbaycan Xalq Çalğı Alətləri ansamblı Muğamların ifaçısı: Teyyub Aslanov Musiqi redaktoru: Rauf Əliyev Rejissor qrupu: Elman Qasımov, Nonna Müzəffərova, Çingiz Həsənov, Anar Quliyev Operator qrupu: Rasim Nəbiyev, Ceyhun Quliyev, Elman Əliyev, Orxan Məmmədov İnzibatçı: Ədalət Yunusov Rəssam assistenti: Əli Davudov Foto rəssamı: Natiq İbrahimov Səs texniki: Elmira Səmədova İşıqçılar: Məmmədhüseyn Səmədov, Akif Rəhimov, Rasim Eyvazov === Rollarda === Gülər Nəbiyeva — Sona Qurban İsmayılov — erməni girovu Mir Sahib Ağazadə — xanəndə Vidadi Əliyev — Əli kişi Gülşad Baxşıyeva — Məryəm xanım Afaq Bəşirqızı — satıcı qadın Firəngiz Babayeva — qonşu qadın Ülvi Yusifov — Rövşən Vəfa Babayeva — Leyla Emiliya Cavidqızı — Rəna İlqar Cahangirov M. İbadov Toğrul Rza Ülviyyə Abdullazadə İ. Həsənli S. Nəcəfov M. Musayev Ə. Ələkbərov A. Rəhimov T. Məmmədov Z. Şirməmmədov G. Quliyeva Rada Nəsibova E. Əliyeva Ədalət Əbdülsəmədov S. Qəhrəmanoğlu E. Şirəliyev Ə. Qurbanlı A. Məmmədov V. Məmmədov Q. Baxşəliyeva İntiqam Soltan — kənd sakini == Çəkilişə kömək edənlər == Quba rayonu Amsar kəndinin sakinləri == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Girov (film, 2008)
Girov (İngiliscə orijinal adı: Taken) 2008-ci ildə çəkilmiş bir filmdir. Rejissoru Pierre Morel və ssenari müəllifi Luc Besson olan filmdə Liam Neeson, Famke Janssen və Maggie Grace rol almışdır ki. Filmin süjeti Parisdə Alban fahişəlik qrupu tərəfindən qaçırılan bir amerikalı qızla onu xilas etməyə çalışan və keçmiş casus olan atasından bəhs edir. Filmin çox hissəsi Parisdə çəkilmişdir. == Süjet xətti == Bryan, həyat yoldaşından ayrılan təqaüdçü bir Amerika agentidir. Qızı Kimə çox bağlı olan Bryan, bir gün qızının dostlarından biri ilə U2 qrupunun Avropadakı konsert turunda birlikdə iştirak etməsi üçün hazırladığı muzey gəzintisi yalanına zorla razılaşır. Bura gələn Kim və rəfiqəsi əvvəlcə Parisdəki əmisi oğlunun evində qalırlar. Ancaq qızlar Parisə gəldikdən sonra tanış olduqları bir gənc onların ünvanlarını öyrənir və qızları qaçırır. Qaçıran dəstə Alban mənşəlidir və gənc qızları 96 saat ərzində ölkələrinə aparır və bazara çıxarırlar. Kim dostu içəridə oğurlanarkən atası Bryanla danışaraq ona hər şey barədə xəbər verir.
Girov 2 (film)
Girov 3 (film)
İran girov böhranı
İran girov böhranı — ABŞ və İran arasında 444 gün davam edən diplomatik böhrandır. Bu böhran bir qrup iranlı tələbənin İran İslam İnqilabından dərhal sonra ölkədən qaçan Şah Rza Pəhləvinin müalicə üçün ABŞ-yə getməsindən sonra, 4 noyabr 1979 tarixində ABŞ-nin Tehrandakı səfirliyinə hücum edib 52 amerikalını girov götürməsindən sonra başlamış və 444 gün sonra, yəni 20 yanvar 1981-ci ildə buraxılması ilə başa çatmışdı. Hadisə, eyni zamanda 2012-ci il istehsalı olan Əməliyyat: Argo adlı bir filmində mövzusu olmuşdur.
Girov (mülki hüquq)
Mülki hüquqda girov — girov qoyanın məhdud mülkiyyətində olan əmlak və digər mülki hüquq obyektləri (pul istisna olmaqla) şəklində öhdəliklərin yerinə yetirilməsini təmin etmək və borcun və ya digər mülki öhdəliklərin ödənilməsinə zəmanət vermək üsulu. Girov, o cümlədən qarantiya əsas təminatlı öhdəliyə münasibətdə əlavə (əlavə) öhdəlikdir ki, bu da xüsusilə aşağıdakı nəticələrə səbəb olur: əsas öhdəlik etibarsız olduqda, girov öhdəliyi etibarsız olur, girov öhdəliyi ilə bağlı hüquqların keçməsi əsas öhdəlik ipoteka və s. Daşınmaz əmlakın girovu ipoteka adlanır. == Hüquqi mənası == Girov hüququ həm daşınar əmlakın kreditora-girova (mülkiyyət girovuna) faktiki verilməsi (lombard), həm də girov hüququnun (mülkiyyətsiz girov) yaradılması haqqında müqavilənin bağlanması nəticəsində yaranır. ). Eyni zamanda, həm əsas (təminatlı) öhdəlik üzrə borclunun özü (öz borcları üzrə girov), həm də üçüncü şəxs (başqa şəxslərin borcları üzrə girov) girov qoyan kimi çıxış edə bilər. Girov hüququnun mühüm xüsusiyyəti onun real mahiyyətidir. O, təkcə borcluya — girov qoyulmuş əmlakın sahibinə münasibətdə deyil, həm də onun əlində olan bütün üçüncü şəxslərə münasibətdə etibarlıdır. Girov hüququ vərəsəlik, satınalma və s. yolu ilə əldə edilmiş əmlakla birlikdə keçir.
Girov 2 (film, 2012)
== Süjet xətti == Brayan Mills öz gördüyü işin peşəkarı olsa da, ara-sıra oyun qaydalarını əməlli-başlı pozur. Brayanın belə ehtiyatsız gedişləri bəzən ona baha başa gəlir. Qızını xilas edən zaman Balkanlardan olan mütəşəkkil cinayətkar dəstənin başçısını qətlə yetirir. Ölən quldurun atası – Murad oğlunun qanını yerdə qoymaq fikrində deyil. Qisas yanğısında olan Murad olduqca inadkardır, düşmənini hərtərəfli şəkildə araşdırır. İstanbula ailəsi ilə səfər edən Brayan və onun həyat yoldaşını girov götürür. Bu dəfə qızı Kim Mills valideynlərini qana susamış amansız qatildən xilas etməlidir...
Girov 3 (film, 2014)
== Süjet xətti == Brayan Mills - çətin vəziyyətlərdən məharətlə çıxmağı bacaran sabiq dövlət agentidir. O işinin əsl peşəkarı və gözəl ailə başçısıdır. Ailəsinə görə hər şeyə hazırdır. Olanları keçmişdə qoyub sakit həyat sürməyə çalışsa da, yenidən odlu silaha əl atmaq məcburiyyətində qalıb. Naməlum cinayətkarlar onun keçmiş arvadı Lennini qətlə yetirib. Bu azmış kimi şübhəli qismində onu saxlamağa çalışırlar. Ancaq Brayan polisdən qaçmağa nail olur. O adını təmizə çıxarıb, yoldaşının qisasını almaq üçün əsl qatili ifşa etmək çox böyük çətinliklərdən keçir və sonda öz adını təmizə çıxarmağa və əsl qatilin cəzalandırılmasına nail olur.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
== Əsas vəzifələri == Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; əsirlikdən və girovluğdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumat == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir. Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Girovnamə
Girovnamə - borcalanın daşınmaz əmlakının girov qoyulmasını təsdiqləyən və kreditora və ya girovnamənin digər sahibinə sənəddə göstərilən əmlakı, borcalanın onun borcunu ödəməsinin təminatı olaraq satma hüququnu təsdiqləyən sənəddir. Bu sənəd girov müqaviləsi ilə eyni zamanda natarial qaydada təsdiqlənməlidir. Sənədin bir nüsxəsi ipotekanın ilkin girovsaxlayanına verilir, digər nüsxəsi isə təsdiqlənən yerdə saxlanılır. Bu nüsxə girov saxlayanın öhdəliyinin təminatı kimi girov şəklində ötürülə bilər.

Значение слова в других словарях

выпрессо́вывание дохо́дно е́сли бы ключ ножеобра́зно окле́ивание помо́щница фронта́льно холоста́я как живёте-мо́жете? миноно́сец наснима́ть совде́пия таска́ние тре́снуть Сологуб степень archon ogham statutable viewpoint остов подстрекатель рефлексология сосчитывать